Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5123/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5123/20 (Açar sözlər: kompensasiya müqabilində mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin az olması) Bakı şəhəri, 02 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Əhmədöv Rövşən Bəkir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020 il tarixli 2(104)-1146/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qazax rayonunun Ağköynək kəndində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 64,40 kv.m olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli **********51-10301 saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.
2. İddiaçı cavabdehlə 1994-cü ildə faktiki, 1996-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları var.
3. İddiaçı ilə cavabdehin nikahı Qazax rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə pozuıb.
4. Qazax rayon Məhkəməsinin xx xxxx 2019-c u il tarixli qətnaməsnə əsasən cavabdehin iddiaçının mülkiyyətində olan evə istifadə hüququ tanınıb.
5. Qeyd edilən ev iddiaçının valideynlərinə məxsus olmuş və vərəsəlik qaydasında iddiaçının adına qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat kompensasiya verilməsi müqabilində cavabdehin onun mülkiyyətində olan Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdehin Ömər adlı uşağı ilə birlikdə onun evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, tərəflər boşandıqlarından onların bir evdə yaşamaları mümkün deyildir. Bundan əlavə iddiaçı başqa qadınla evlən mişdir.
8. Cavabdeh Qazax rayonunun Çaylı kəndində, anasına məxsus evdə yaşayır. Həmin evdə cavabdehin anasından başqa heç kəs yaşamır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən evə məhkəmə qətnaməsi ilə köçürülərək ona istifadə hüququ verilmiş, nikahı pozulanadək iddiaçı ilə birgə həmin evdə yenidən qurma işləri aparmışdır. Hazırda oğlu və boşanmış qızı ilə anasının himayəsində yaşayır, təklif edilən 3000 manat kompensasiya ilə razı deyil, iddiaçıya məxsus evdə yaşamaq istəyir.
11. Qazax Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(023)844/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus, Qazax rayonunun Ağköynək kəndində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna kompensasiya olaraq İddiaçı 4000 (dörd min) manat pulun alınıb Cavabdeh qızma verilməklə onun xx xxxx 2008-ci il təvəllüdlü Ömər adlı uşağı ilə birlikdə göstərilən evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması, kompensasiyanın verilməsi ilə evdən çıxarılmanın eyni vaxtda icra edilməsi qət edilmişdir.. (hakim Nemət Musayev)
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 228.2-ci maddəsidir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbi nə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. 4000 (dörd min) manat pul kompensasiya verməsi yolu ilə Cavabdeh sözügedən evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və o, xx xxxx 2008-ci il təvəllüdlü Ömər adlı uşağı ilə birlikdə həmin evdən çıxarılmalıdır.
14. Məhkəmə Mülki Məcəllənin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarlarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh X1 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi və ya iddianın 15000 manat kompensasiya müqabilində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçıya məxsus evi birgə nikah dövründə artırıblar. Həmin evin qiyməti hazırda 50000 manatdır. Məhkəmə kompensasiyanın bazar qiyməti ilə bağlı heç bir sübutu araşdırmadan 4000 manat kompensasiya müqabilində onun evdən çıxarılmasını qət etmişdir.
17. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 202 0 il tarixli 2(104)-1146/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(023)-844/2019 saylı qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdr.(hakimlər Şəfiqə Əliyeva (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Ədil Məmmədov)
24. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, 4000 manat məbləğində kompensasiya cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqlarına xitam verilməsi üçün kifayət deyildir.
25. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi ödənilməli olan 3000 (eləcə də 4000 manat) manatın cavabdehin istifadə hüququna adekvat olması barədə ətraflı araşdırma aparmamışdır.
26. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarına uyğun olaraq iddiaçıya 4000 manat kompensasiya məbləğinin 8000 manatadək artırılmasını təklif etmiş, lakin iddiaçı məhkəmənin təklifini qəbul etməmişdir.
27. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının təklif etdiyi 4000 manat kompensasiya müqabilində cavabdehin ən azından üç il müddətində oxşar mənzildə yaşaması lazımdır ki, bunun üçün də, təklif olunan kompensasiya onlara davamlı və müddətli olaraq kirayədə yaşamaq imkanı vermir. Buna görə də, apelyaisya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddia tələbi rədd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmiş, əlavə olaraq göstərilmişdir ki, apelyasiya məhkəməsi tərəfindən 8000 manat kompensasiya məbləği barədə təklif yanlışdır, heç bir sübuta söykənmir.
30. İddiaçıya məxsus ev müharibə bölgəsində yerləşən rayona aid bir kənddir. Belə olan halda, apelyasiya məhkəməsinin aylıq kirayə haqqının 200 manat müəyyən etməsi düzgün deyil. b) Kassasiya şikayətinə qarşı tərəfi n etirazının dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
32. Məhkəmə iclasında İddiaçı vəkili Əhmədöv Rövşən Bəkir oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülk iyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016- cı il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
38. Apelyasiya instansiyası işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən qət edilən 4000 manat kompensasiyanın cavabdehin evdən istifadəı hüquqlarına xitam verilməsinin adekvat əvəzi hesab etməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olsa da, 4000 manat kompensasiya məbləği evdən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.
40. Belə ki, işin apelyasiya məhkəməs i tərəfindən müəyyən edilmiş hallarına əsasən 4000 (iddiaçının təklifinə əsasən isə 3000 manat) manat məbləğində kompensasiya cavabdehin müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımdan kifayət deyil. 41. “R.Ağalarovun şikayəti üzrə” xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayəsədə oxşar yaşama q imkanı versin. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
43. Hazırki işdə birinci instansiya məhkəməsi 4000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat olmasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olmasını müəyyən edilməm işdir.
44. Halbuki iddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təkilifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.
45. İşdən görünür ki, apelyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına uyğun olaraq iddiaçıya 8000 manat məbləğində kompensasiya ödənilməsini təklif etsə də, o, buna razı olmamışdır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllən in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Oruc oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(104)1146/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.