Məhkəmə qərarları › İş №2(102)-5124/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5124/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5124/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, imza səlahiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Ərizəçi və vəkili X3 oğlunun iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1668/2020 nömrəli qərardadından maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(013)-896/2019 nömrəli qətnaməsi ilə (hakim E.A.Bayramov) ərizə təmin edilərək, Ərizəçi 1988-ci ildən 1991-ci ilədək ünvan 1 könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən olunmuşdur. Həmin qətnamədən maraqlı şəxs qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, XXX şöbəsinin XXX X4 tərəfindən apelyasiya şikayəti ve rilmişdir. Apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1668/2020 nömrəli qərardadı ilə mümkün edilsə və baxılmasına dair məhkəmə iclası təyin edilsə də, həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(104)-1668/2020 nömrəli qərardadı ilə (hakim R.Z.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Abdullayevdən və A.V.Bayramovdan ibarət tərkibdə) Ağdam Rayon Məhkəməsinin 22 xx xxxxx 2019-cu il tarixli, 2(013)-896/2019 nömrəli qətnaməsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. Maraqlı şəxs qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndəsi, XXX şöbəsinin rəisi, XXX X1 və vəkil X5 vasitəsi ilə kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-1668/2020 nömrəli qərardadının ləğv edilməsi və Ağdam Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(013)-896/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş şikayətin apelyasiya baxışına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinin 4.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun yerli idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqandır. Ağdam Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsində bilavasitə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maraqlarına toxunduğu üçün məhkəməyə sorğu edilmiş və xx xxxxxx 2019-cu il tarixli məktubla qeyd olunan qətnamə rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə Xidmətin ünvanına daxil olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə əsasən apelyasiya şikayəti onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Məhkəmə qərardadı qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, qəbul etdiyi qərardadda maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasında Ərizəçi və vəkili X 3 oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, kasator məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Ərizəçi xüsusi icraat qaydasında maraqlı şəxs qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin XXX rayon Şöbəsini göstərmiş və birinci instansiyası məhkəməsi tərəfindən həmin Şöbəyə məhkəmə bildirişləri göndərilmiş, sonradan isə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılaraq iş üzrə qətnamə qəbul edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apelyasiya şikayəti Xidmət Aparatının XXX şöbəsinin rəisi XXX X4 tərəfindən imzalanmışdır. Apelyasiya şikayətinə əlavə olunmuş etibarnaməyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının XX X şöbəsinin rəisi XXX X2 Xidmətin Aparatının, Xidmətin strukturuna daxil olan qurumların (yerli idarələr, şöbələr və bölmələr) adından Azərbaycan Respublikası MPM-in 74-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlər, o cümlədən məhkəmə aktlarından şikayətlər vermək, apelyasiya və kasasiya şikayətlərini imzalamaq səlahiyyətləri verilmişdir. Apelyasiya şikayətini qeyri-mümkün hesab edən apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 361.2, 363.1.1, 366.2 və 366.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(013)-896/2019 saylı qətnaməsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən apelyasiya şikayəti verərkən buna səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəll ənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini ilk olaraq icraata qəbul etsə də, sonradan məhkəmə baxışından onu qeyrimümkün hesab etmişdir. Apelyasiya məhkəməsi mövqeyini cəmi bir cümlə ilə, apelyasiya şikayətini imzalayan nümayəndənin belə səlahiyyətə malik olmaması ilə əsaslandırmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi, Xidmət tərəfindən verilmiş etibarnamədə XXX belə səlahiyyət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi məsələyə formal şəkildə yanaşmayaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından XXX şöbəsinin rəisi XXX X4 tərəfindən apelyasiya şikayətinin imzalanmasına səlahiyyətinin olması məsələsi bir daha araşdırılmalı, belə səlahiyyət olmadığı halda mövqe əsaslandırılmalıdır. Həmçinin müəyyən olunur ki, ərizədə maraqlı şəxs qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin XXX rayon Şöbəsi qeyd olunsa da, apelyasiya şikayəti Xidmət in adından verilmişdir. Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermək hüququna da apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməlidir. Beləliklə, kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı ləğv edilməli, Ağdam Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(013)-896/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apelyasiya şikayəti Xidmət Aparatının XXX şöbəsinin rəisi XXX X4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsi ü çün apelyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİM: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1668/2020 nömrəli qərardadı ləğv edilsin və iş materialları apelyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin görülməsi üçün apelyasiya in stansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar