Məhkəmə qərarları › İş №2(102)-5125/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5125/2019

16.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5125/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Ərizəçinin Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1732/2019 nömrəli iş üzrə 08 may 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim P.Q.Hacıyev) 2(075)-514/2019 nömrəli, 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə ərizəçinin Maraqlı şəxsə qarşı 01 iyun 1983-cü il tarixdən 1996-cı il dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçü işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçinin 01 iyun 1983-cü il tarixdən 1996-cı il dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçü işləmə faktının təsdiq edilməsi, ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 manat rüsum xərcinin özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-1732/2019 nömrəli, 08 may 2019-cu il tarixli qərardadı ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən T.Ə.Davudov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəki Rayon Mə hkəməsinin 20 fevral 2019cu il tarixli, 2(075)-514/2019 nömrəli qətnaməsi ləğv edilməsi, rizəçinin maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı 01 iyun 1983-cü il tarixdən 1996-cı ilin dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçü işləməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxsə qarşı 01 iyun 1983-cü il tarixdən 1996-cı il dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçü işləmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 25.08.1960-cı il tarixdə Şəki rayonu, Babaratma kəndində anadan olmuşdur. 06.04.1979- cu il tarixdən əmək fəaliyyətinə başlayaraq əmək kitabçasında qeyd olunmuş müxtəlif sahələr üzrə işləmişdir. 01.05.1983-cü il tarixdən ərizəsinə əsasən kolxoz üzvlüyünə qəbul edilərək 01.06.1983-cü il tarixdən 1996-cı ilin sonuna kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçu işləsə də, əmək kitabçasında tütünçü işləməyi öz əksini tapmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən 14 noyabr 2018-ci il tarixdə verilmiş 1324 nömrəli arxiv arayışından da göründüyü kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda 1987-ci il də tütünçü, 1992-ci ildə kolxozçu, tütün vəzifəsində işləməsi qeyd edilsə də, 1983-1986, 1988-1991, 1993-1996-cı illərdə tütün çü işləməyinə baxmayaraq vəzifə qrafasında tütünçü sözü qeyd olunmasa da, həmin arayışın pul qrafasında əlavə tütün sözləri qeyd olunmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi məqsədi ilə müvafiq sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə təqdim etsə də, ərizəsində qeyd etdiyi məsələ qanunvericiliyə uyğun olmadığından təqdim etdiyi sənədlər ona geri qaytarılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Göstərilənlərə əsasən, ərizəçi onun 01 iyun 1983cü il tarixdən 1996-cı ilin dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütünçü işləməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİN İN DƏLİLLƏRİ Ərizəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1732/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi ba rədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)1732/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: 29 iyun 1983-cü il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1983-cü ildən 1996-cı ilədək Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda kolxozçu vəzifəsində işləmişdir. 10 noyabr 1979-cu il tarixli, 185 nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 qızı 1974-cü ildən 1997-ci ilədək Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozu nda işləmişdir. 01 dekabr 1997-ci il tarixli, AZE seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X2 qızı 1981-ci ildən 1998-ci ilədək Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda işləmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən 14 noyabr 2018-ci il tarixdə verilmiş 1324 nömrəli arxiv arayışından da göründüyü kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda 1987-ci il də tütünçü, 1992-ci ildə kolxozçu, tütünçü vəzifəsində işləməsi, 1986, 1988-ci illərdə kolxozçu göstərilsədə pul qrafasında əlavə tütün sözləri qeyd olunmuşdur Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxı r. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Göstərilən Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in sadalanan normalarından görünür ki, xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi aşağıdakı hallarda mümkündür: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərizəçinin tələb etdiyi faktın, yəni onun 01 iyun 1983-cü il tarixdən 1996-cı ilin dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda tütü nçü işləməyi hüquqi faktının məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual əsası yoxdur. Həmin faktla bağlı məlumatlar iş materiallarında olan əmək kitabçalarının surətlərində və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən 14 noyabr 2018-ci il tarixdə verilmiş 1324 nömrəli arxiv arayışında göstərilmişdir. Göründüyü kimi iddiaçının 01 iyun 1983-cü il tarixdən 1996-cı ilin dekabr ayının 1-nə kimi Şəki rayon Qaradağlı kənd Azərbaycan kolxozunda işləməsini təsdiq edən sənədlər mövcuddur və həmin sənədlərin surətləri mülki işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəs inə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsiz liyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli,136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 36.1.4-cü maddəsinə görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi inzibati orqan sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilən Məcəllənin 28.1-ci maddəsinə görə inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. Qeyd olunan Məcəllənin 30.1-ci maddəsinə görə ərizə yazılı formada tərtib olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək kitabçasında və arxiv arayışında göstərilmiş müddətin ərizəçinin iş stajına daxil edilməsindən bu və ya digər səbəbə görə imtina etməsini, o, qanunsuz və əsassız hesab edərsə, inzibati orqan olan DSMF-nin rayon şöbəsinə qarşı həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə müraciət edə bilər. İşə baxan inzibatiiqtisadi məhkəmə isə iddiaçının pens iya hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verməklə iş stajının müəyyən edilməsi məsələsini həll edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1732/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1732/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar