Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5127/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5127/20 (Açar sözlər: qeydiyyata olma, qeydiyyat ünvanında yaşama faktının müəyyən edilməsi, faktın sübut edilməməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx x xxx 2020-ci il tarixli 2(106)-1252/2020 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar
1. Ərizəçi X2 xx xxxxxx 1957-ci il tarixdə Azərbaycan Respublikası Neftçala rayonunun Kür-Kosa kəndində anadan olmuşdur
2. Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyası, Saxa (Yakutiya) Respulikasının, Lensk şəhəri, Suntarskaya küçəsi ev 30 ünvanda qeydiyyatdadır.
3. Hazırda ərizəçi özünə məxsus ünvan 1, mənzil 31 ünvanda müvəqqəti icazə vəsiqəsi əsasında qeydiyyatdadır və orada yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Şamədov Arif Ərəstun oğlu Cavabdeh maraqlı şəxs kimi göstərməklə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, onun 1995-ci ildən 1998-ci ilədək ünva n 2 ünvanında (indiki ünvan 3 qeydiyyatda olmağı və həmin ünvanda yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılıb ki, 1978-ci ildə Əli Bayramlı şəhər İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən şəhərin Agamirzə Əhmədov küçəsi, ev 17 ünvanına (indiki-ünvan 3 qeydiyyata alınmışdır və ona SSRİ vətəndaşının pasportu verilmişdir. 6. 1978-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.1979-cu il təvəllüdlü Maarif, xx.xx.1980-cı il təvəllüdlü Lazım, xx.xx.1985-ci il təvəllüdlü Səriyyə və xx.xx.1990-cı il təvəllüdlü Gülnarə adlı 4 övladı var.
7. Rusiya Federasiyası vətəndaşı olsa da, 1989-cu ildən orada işləyib qazanc əldə etsə də, 1998-ci ilədək Əli Bayramlı şəhəri, Agamirzə Əhmədov küçəsi, ev 17 ünvanında ( Mahir Mirzəyev küçəsi, ev 17) qeydiyyata olmuş və orada yaşamışdır.
8. Bu faktı qonşular şəhərin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə xx.xx.2019-cu il tarixli akt tərtib edərək təsdiq etmiş və bu barədə nümayəndəlik xx.xx.2019-cu il tarixli, 7152 nömrəli arayış vermişdir.
9. Hazırda ərizəçi ona məxsus ünvan 1, mənzil 31 ünvanda müvəqqəti icazə vəsiqəsi əsasında qeydiyyatdadır və orada yaşayır.
10. Cavabdehndə ona aid sonuncu tarix olaraq 1989-cu il tarixə olan baza məlumatları olduğundan və bu məlumatlar yenilənmədiyindən, onun 1998-ci ilədək Əli Bayramlı şəhəri, Agamirzə Əhmədov küçəsi, ev 17 ünvanında (indiki Mahir Mirzəyev küçəsi, ev 17) qeydiyyatda olmağı və fakt orada yaşamağı barədə məlumatlar qeyd olunmamışdır.
11. İddiaçı ərizəsində Mülki Prosessua l Məcəllənin 305.1.1, 306.2,307.2,309.1 və 311-ci maddələrinə istinad etmişdir.
12. Şirvan Rayon Məhkəməsinin 2(032)-264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Ziya Əliyev)
13. Birinci instansiya məhkəməsi iş materiallarındakı sübutlara və şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, ərizəçi qeyd edilən faktın nə məqsəd üçün ona lazım olmasını bildirməmişdir. Halbuki qanunvericiliyə görə hüquqi faktlar fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının yaranması, dəyişməsi və xitamı ilə əlaqəlidir. Xüsusi icraat qaydasında müəyyən edilən hüquqi faktların bu əlaməti ərizədə faktın müəyyən edilməsinin məqsədinin göstərilməsini tələb edir ki, ərizəçi də bunu ərizədə göstərməyib.
14. Məhkəmə hesab etmişdir ki, Ərizəçi öz yazdı ğı ərizəsinə görə 1989-cu ildən Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşamış və işləmişdir. Ərizəçinin 1989- cu ildən Rusiya Federasiyasında daimi yaşaması nəzərə alınarsa, belə olan halda, onun Şirvan şəhərində 1995-1998-ci illər ərzində qeydiyyatda olması mümkün deyil.
15. Məhkəmə onu da qeyd etmişdir ki, hazırki ərizə ərizəçinin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi ilə bağlı olmadığından iş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsini cəlb edilməsinə zərurət yoxdur.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəsi əsassız olduğundan təmin edilməlidir.
17. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 305.1, 305.1.1, 307.2.101,307.2.11, 308, 310.1 və 310.2 -ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya i nstansiyası məhkəməsində icraat
18. Ərizəçi Ərizəçi apelyasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.
19. Apelyasiya şikayəti işin faktiki halları və ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına da istinad edilmişdir. 20.Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli 2(106)-1252/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şirvan Rayon Məhkəməsinin 2(032)-264/2020 sayl, 20 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qəzənfər Kərimov (sədrlik edən və məruzəçi) Zəki Babayev, Nüsrət Mirzəyev)
21. Apelyasiya məhkəməsinin mövqeyinə görə X2 1995-ci ildən 1998-ci ilədək ünvan 5 ünvanında (indiki ünvan 6 qeydiyyatda olma ğı və həmin ünvanda yaşaması faktının müəyyən edilməsi barədə ərizəsi əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin olunmamasına dair g\ldiyi nəticə düzgün olub. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Ərizəçi Şamədov Arif Ərəstun oğlu kassasiya şikayəti verib, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatlar ı
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi y aşaması faktının müəyyən edilməsi haqqında işləri müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına g əlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillə ri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən və apelyasiy a instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfin dən tam qiymət verilib.
31. Kollegiya qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məh kəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında da qeyd edilib ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməlidir. 33.Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun da öz Qərarında Mülki prosessual Məcəllənin 310.1-ci maddəsinə uyğun olaraq ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunun göstərilməsinin zəruriliyini qeyd edib.
34. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, ərizə çi ərizəsində qeyd etdiyi faktın müəyyən edilməsinin nə məqsəd üçün lazım olduğun göstərməyib, eləcə də ərizəçi 1989-cu ildən Rusiya Federasiyasında daimi yaşamasını bildirməklə təsdiq etdirmək istədiyi faktı özü təkzib etmişdir.
35. Bu baxımdan apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi prosessual hüquq normaları işin hallarına uyğun olmuşdur.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənləi Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəşi Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci i l tarixli 2(106)1252/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.