Məhkəmə qərarları › İş №2(102)-513/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-513/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” QSC-nin Cavabdeh5 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-513/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-272/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 Volodiya oğlu və Cavabdeh2 tərəfind ən verilmiş kasasiya şikayəti üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə xx xxxxxxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh5 120 ay müddətinə 500.000 ABŞ dolları kredit xətti açılıb. xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh5 36 ay müddətinə, aylıq 1.5 faiz ödəmək şərti ilə 55.000 ABŞ dolları kredit verilib. Eyni zamanda xx xxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh5 36 ay müddətinə, aylıq 1.3333 faiz ödəmək şərti ilə 132.000 ABŞ dolları kredit verilib. xx xxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh5 36 ay müddətinə, ay lıq 1.3333 faiz ödəmək şərti ilə 30.000 ABŞ dolları kredit verilib. Həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 borclu Cavabdeh5 iddiaçı qarşısında kredit müqavilələri üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi borclu Cavabdeh5 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən 107 saylı 4 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 71.4 kv.metr, yaşayış sahəsi 48.13 kv.metr olan yaşayış binasının 8 saylı mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü e dilib. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx xxxxxxxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi borclu Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 21 “B” saylı 5 mərtəbəli yaşayış binasında yerləşən, 2 otaqlı, ümumi sahəsi 42.47 kv.metr, yaşayış sahəsi 30.46 kv.metr olan 30 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilib. İddiaçı ilə ilə borclu Cavabdeh5 və zamin Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh1 məxsus olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçı qarşısında ipoteka ilə yüklü edilib. İddiaçı ilə bo rclu Cavabdeh5, zamin Cavabdeh4 və zamin Cavabdeh3 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh4 və zamin Cavabdeh3 birgə mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçı qarşısında ipoteka ilə yüklü edilib. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının 26R000004703 saylı kredit razılaşması üzrə 15.210,33 ABŞ dolları əsas, 9.455,91 ABŞ dolları faiz bo rcu, 9.903,95 ABŞ dolları cərimə olmaqla, cəmi 34.570,19 ABŞ dolları, 026R********** saylı kredit razılaşması üzrə 94.409,22 ABŞ dolları əsas, 36.367,35 ABŞ dolları faiz borcu, 38.743,77 ABŞ dolları cərimə olmaqla, cəmi 169.520,34 ABŞ dolları, 026R********** saylı kredit razılaşması üzrə 23.739,62 ABŞ dolları əsas, 9.108,56 ABŞ dolları faiz borcu, 10.846,22 ABŞ dolları cərimə olmaqla, cəmi 43.694,4 ABŞ dolları olmaqla, ümumilikdə 247.784,93 ABŞ dolları kredit borcunun iddiaçının xeyrinə tutulması, tutmanın borclu Cavabdeh5 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı evin 8 saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 21 “B” saylı evin 30 saylı mənzilinə, zamin Cavabdeh1 mülkiyyətində olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 saylı ünvanda yerləşən q eyri-yaşayış binasına, zamin Cavabdeh4 və zamin Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və onların satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, borclu Cavabdeh5 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı evin 8 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra borclu Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, həmçin in Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 21 “B” saylı evin 30 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra borclu Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticləri üzrə alıcıya təhvil verilməsi, zamin Cavabdeh1 mülkiyyətində olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, zamin Cavabdeh4 və zamin Cavabdeh3 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 5 saylı ünvanda olan 0.06 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra zami n Cavabdeh4 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim R.Ə.Səmədov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə 15.210,33 ABŞ dolları əsas, 9.455,91 ABŞ dolları faiz borcunun, 1.000 ABŞ Dolları cərimə olmaqla, cəmi 25.666,24 ABŞ dollarının; xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 94.409,22 ABŞ dolları əsas, 36.367,35 ABŞ dolları faiz borcunun, 10.000 ABŞ dolları cərimə olmaqla, cəmi 140.776,57 ABŞ dollarının; xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə 23.739,62 ABŞ dolları əsas, 9.108,56 ABŞ dolları faiz borcunun, 2.000 ABŞ dolları cərimə olmaqla, cəmi 34.848,18 ABŞ dollarının, ümumilikdə 201.290,99 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka qoyulmuş borclu Cavabdeh5 mülkiyyətində olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 107 saylı 4 mərtəbəli binanın 1-ci girişində 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 71.4 kv.metr, yaşayış sahəsi 48.13 kv.metr olan 8 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 37.000 manat müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş borclu Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 21 “B” saylı 5 mərtəbəli binada yerləşən, ümumi sahəsi 42.47 kv.metr, yaşayış sahəsi 30.46 k v.metr olan 2 otaqlı 30 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipoteka qoyulmuş zamin Cavabdeh1 mülkiyyətində olan İsmayıllı şəhəri, Cavanşir küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, tutmanın ipoteka qoyulmuş zamin Cavabdeh4 və Cavabdeh3 birgə mülkiyyətlərində olan İsmayıllı şəhəri, M.Orucov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlərə qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetlərinin satıldıqdan bir ay sonra boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb və borclu Cavabdeh5 kredit razılaşmaları üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Bu səbəbdən də iddianın qismən təmin edilməsi üçün əsaslar əmələ gəlib. Cavabdehlər qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv e dilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən və məruzəçi, V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi- xx xxxxxx 2014-cü il tarixli və xx xxxx 2015-ci il tarixli kredit razılaşmaları faiz borcunun, bundan asılı olaraq cəmi borcların, xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə həm əsas, həm də faiz borcunun, bundan asılı olaraq cəmi borcun, həmçinin hər üç müqavilə üzrə cəmi borcun tutulması hissələrində dəyişdirilərək, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə faiz borcunun məbləği 4.419,97 ABŞ dolları və bundan as ılı olaraq cəmi borcun məbləği 20.630,3 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcunun məbləği 19.850,23 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 124.259,45 ABŞ dolları, xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borcun məbləği 23.435,94 ABŞ dolları, faiz borcunun məbləği 5.284,95 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 30.720,89 ABŞ dolları, hər üç müqavilə üzrə cəmi borcun məbləğinin 175.610,64 ABŞ dolları müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi iddia tələblərini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 467 və 739-cu maddələrinə əsasən xx xxxxxx 2014-cü il və xx xxxx 2015-ci il tarixli kredit razılaşmaları üzrə əsas borcun və hər üç müqavilə üzrə dəbbə pulunun tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, digər məbləğlərin tutulması hissəsində əsaslı nəticəyə gəlməyib. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, zaminlik, ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinə qoyulmuş qiymətlərin qeyri-obyektiv hesab edilməsi, həmçinin iddia tələbinin 133.359,17 ABŞ dolları məbləğində təmin edilməsi, qalan hissədə iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunub. A pelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, tərəflər arasında bağlanmış zaminlik, ipoteka müqavilələrinə xitam verməməklə, həmçinin kredit borcunun məbləğini, ipoteka predmetlərinin ilkin satıq qiymətlərini yenidən müəyyən etməməklə səhv nəticəyə gəlib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “xxxx” QSC-nin vəkili Nümayəndə2 kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahi ş etdi. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, onların vəkili Vəkil, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər (Mülki Məcəllinin 739.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zə rər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 442, 445-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Mülki prosessual qanunvericiliyə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (MPM-nin 101.3-cü maddəsi). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-nin 103.1-ci maddəsi). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdehlər apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, tərəflər arasında bağlanmış zaminlik, ipoteka müqavilələrinə xitam verilməsi üçün əsasların olmasını, həmçinin kredit borcunun məbləğinin, o cümlədən ipoteka predmetlərinin ilkin satıq qiymətlərinin düzgün müəyyən edilməməsini göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Əvvəla, işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borc 23.420,22 A BŞ dolları, faiz borcu 4.419,97 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borc 95.072,02 ABŞ dolları, faiz borcu 19.850,23 ABŞ dolları, xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borc 23.435,94 ABŞ dolları, faiz borcu 5284,95 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi sözügedən ekspert rəyinə sadalanan prosessual hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verib haqlı olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin ekspert rəyi mötəbər yazılı sübut kimi qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçı tə rəfindən 9.455,91 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 4.419,97 ABŞ dolları faiz borcunun, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə iddiaçı tərəfindən 36.367,35 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 19.850,23 ABŞ dolları faiz borcunun, xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə iddiaçı tərəfindən 23.739,62 ABŞ dolları əsas borc, 9.108,56 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 23.435,94 ABŞ dolları əsas borc, 5284,95 ABŞ dolları faiz borcu olduğu müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 467 və 739-cu maddələrinin tələblərinə istinad edib xx xxxxxx 2014-cü il və xx xxxx 2015-ci il tarixli kredit razılaşmaları üzrə əsas borcun və hər üç müqavilə üzrə dəbbə pulunun tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, digər məbləğlərin tutulması hissəsində əsaslı nəticəyə gəlməyib. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit razılaşması üzrə müqavilə müddətinin sonuna əsas və faiz borcunun məbləğləri yuxarıda qeyd edilən kimi olub. Ekspert rəyi ilə müəyyən edilən xx xxxxxx 2014-cü il və xx xxxx 2015-ci il tarixli kredit razılaşmaları üzrə əsas borcun məbləği iddia tələbində qeyd olunan əsas borcun məbləğindən yüksək olduğundan və işə baxan məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, həmin hissələr də qətnamə dəyişdirilmədən saxlanılmalı, birinci instansiya məhkəməsinin qətnaməsi sözügedən kredit razılaşmaları üzrə həm əsas, həm də faiz borcunun, bundan asılı olaraq cəmi borcların tutulması hissələrində dəyişdirilməli və ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülməlidir. Belə ki, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə faiz borcunun məbləği 4.419,97 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 20.630,3 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli kredit razılaşması üzrə faiz borcunun məbləği 19.850,23 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 124259,45 ABŞ dolları, xx xxx 2015-ci il tarixli kredit razılaşması üzrə əsas borcun məbləği 23435,94 ABŞ dolları, faiz borcunun məbləği 5284,95 ABŞ dolları və bundan asılı olaraq cəmi borcun məbləği 30.720,89 ABŞ dolları, hər üç müqavilə üzrə cəmi borcun məbləği isə 175.610,64 ABŞ dolları müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılıb. Cavabdehlər kasasiya şikayətində həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin aşağı olduğunu bildirirlər. Bu dəlillə bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilərək, ipoteka ilə yüklü edilmiş bütün əmlakların qiymətləndirinə dair müvafiq rəylər alınıb. Həmin qiymətləndirmə rəyləri kifayət qədər aydın və müfəssəl tərtib edilməklə yanaşı, həmin rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməyib və apelyasiya baxışı zamanı ipoteka predmetlərinin yenidən qiymətləndirilməsinə hər hansı zərurət olmayıb. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi hissələrinə münasibətdə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən hər hansı iddia tələbi irəli sürülmədiyindən müqavilələrə xitam verilməsi məsələsinə baxılması mümkünsüzdür. Bununla belə apelyasiya instansiyası məhkəməsi iddia olunan kredit borcunun bütün cavabdehlərdən tutulmasını (əsas borcludan və zaminlərdən) və ipoteka predmetlərinin i kisinin digər cavabdehlərin mülkiyyətlərində olmasını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 295, 317.1, 319.1, 319.6, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33. 34.1, 39.1, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək borc məbləğlərinin həmçinin zaminlərdən tutulması və ipoteka predmetlərinə yönəldilməsi hissələrində də əsaslı nəticəyə gəlib. Çünki mülki iş materilları ilə müəyyən olunur ki, zaminlər (eyni zamanda ipoteka qoyanlar) kredit sazişləri və kredit sazişlərinə əlavələrlə tanış olublar və bunu imzaları ilə təsdiq ediblər. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən s axlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh1 Volodiya oğlu və Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)272/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar