Məhkəmə qərarları › İş №2(102)-513/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-513/2024

12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Qəbələ Bələdiyyəsi) iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Qəbələ Bələdiyyəsi) torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(107)71/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraatlar, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4567/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 134141, İİ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=7d7faef4e73540a89fbe39551f117921.edoc Apellyasiya instansi yası məhkəməsindəki üçüncü icraat

1. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı (bundan sonra – iddiaçı) (8/9 hissə) və X1 (1/9 hissə) paylı mülkiyyətində olan 0,07 ha torpaq sahəsi həmin torpaq sahəsinə dair plan ölçüyə uyğundur. Qeyd olunan torpaq sahəsi hazırda iddiaçı və Cavabdeh (bundan sonra cavabdeh) birgə istifadəsindədir Cavabdehin istifadəsində olan fərdi yaşayış evinin altındakı torpaq sahəsi 162.0 kv.m-dir. Mübahisəli torpaq sahəsinin sənəd üzrə ümumi sahəsinin 0,07 ha, faktiki ümumi sahəsinin isə 0,1226 ha təşkil etdiyi nəzərə alınaraq tədqiq olunan torpaq sahəsinin 8/9 və 1/9 hissələri aşağıdakı kimi müəyyən olunur: sənəd üzrə 8/9 hissə - 0,0 622 ha, sənəd üzrə 1/9 hissə - 0,0078 ha. Faktiki sahə üzrə 8/9 hissə - 0,109 ha, faktiki sahə üzrə 1/9 hissə 0,013 ha. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq mübahisə predmeti olan torpaq sahəsinin naturada 8/9 və 1/9 hissələrə bölünməsi texniki cəhətdən mümkün deyil. Lakin torpaq sahəsinin faktiki vəziyyətə görə 8/9 və 1/9 hissə paylardan qismən kənara çıxmaqla naturada bölünməsi texniki cəhətdən mümkündür (bölgü sxemi rəyə əlavə edilmişdir) və belə bölgü variantı şəhərsalma və tikinti normalarına uyğundur.

2. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-71/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov, Elçin Mehdiyev) apellyasi ya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır.

3. Məhkəmə qeyd etmişdir ki, əvvəllər də iddiaçı cavabdehə qarşı oxşar tələblə məhkəmədə iddia qaldırsa da, iddiaçının əvvəlki iddia tələbi (predmeti) hazırkı iddia tələbi (predmeti) ilə eynilik təşkil etmir. Bu səbəbdən hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2-ci maddəsinə əsasən xitam verilə bilməz. Cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.

4. Məhkəmə ekspert rəyinə istinadla hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin rəyə əlavə edilmiş bölgü sxeminə uyğun naturada bölünməsi, tərəflərin paylarından qismən kənara çıxmaqla mümkündür. Tərəflərin məhkəmə lərə verdikləri məlumatlardan və bölgü sxemindən isə müəyyən olunur ki, göstərilən qaydada bölgüyə tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı, iddiaçı tərəfindən zəbt olunmuş və hasara alınmış torpaq sahəsi də daxil olacaqdır. Ona görə də, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsini başqa şəxsə məxsus, hazırda isə iddiaçının zəbt etdiyi torpaq sahəsi hesabına aparılması həmin şəxsin hüquq və maraqlarını pozmaqla, qanunsuzdur.

5. Bundan başqa, cavabdehin torpaq sahəsi üzərində 1/9 (78 kv.m) hissədə payı olsa da, iddiaçının tələb etdiyi bölgüyə əsasən cavabdehin istifadəsində ümumi torpaq sahəsinin yarıdan çox hissəsi, yəni 415 kv.m hissəsi qalır, cavabdeh isə iddiaçıya məxsus 337 kv.m (415 kv.m – 78 kv.m) torpaq sahəsinin dəyərini ödəməyə razı deyil. Cavabdeh, istifadəsində olan fərdi yaşayış evinin altında qalan və iddiaçıya məxsus 84 kv.m (162 kv.m-78 kv.m) torpaq sahəsinin dəyərini ödəməyə razı olduğunu və iddiaçıya məxsus olan qalan torpaq sahəsinin ona lazım olmadığını bildirir.

6. Eyni zamanda məhkəmə, cavabdehin razılığı olmadan iddiaçının payına düşən torpaq sahəsinin (622 kv.m) yarı hissədən çoxunun (337 kv.m) cavabdehin istifadəsinə verilməsi müqabilində torpaq sahəsinin dəyərinin iddiaçıya kompensasiya şəklində ödənilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulmasını qanunamüvafiq hesab etməmişdir.

7. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının təklif etdiyi qaydada torpaq sahəsinin naturada bölünməsi üçüncü şəxsin hüquq və maraqlarına toxunmadan mümkün deyil, habelə cavabdehin razılığı olmad an kompensasiyanın müəyyən edilməsi də məqsədəmüvafiq deyil. Ona görə də iddia əsassızdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.2, 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının mülkiyyətçi olaraq, cavabdehin zəruri istifadəsində qalan mülkiyyətində olan torpaq sahəsinə görə kompensas iya almaq hüququ vardır. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsindən çox olsa da, həmin torpaq sahəsini başqa qaydada bölünməsi mümkün deyildir. Çünki cavabdehin istifadəsində qalan mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsi qanunvericiliyin tələbinə uyğundur. Həmçinin, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə işin faktiki halları üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə maddi və prosessual hüquq normaları səhv təfsir edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

12. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyy ətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

13. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

14. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

15. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyy ətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

16. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

17. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

18. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillə rində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibləri və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkiblərinin göstərişlərini yerinə yetirmişdir.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-71/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar