Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5131/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair ilkin iddiası, Cavabdehn cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadənin qadağan olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı1 qarşı “zəbt olunmuş fərdi yaşayış evinin və həmin evə aid torpaq sahəsinin boşaldılması” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2803/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh X13 İddiaçı1 keçmiş (mərhum) ərinin qardaşıdır.
2. İddiaçı1 qız ilə X13 20 sentyabr 1997-ci il tarixdə nikaha daxil olub, nikahlarından xx.xx.1998-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı3 adlı 2 uşaqları var.
3. Yasamal Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(004)-1956/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla YYY arasında bağlanılmış 20 sentyabr 1997-ci il tarixli nikahın pozulması, xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, “KİA Sportage" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onunla YYYun hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh X8 qarşı “birgə nikah dövründə torpağın alınması və evin tikilməsinə çəkilmiş xərcin yarısının alınması tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir.
5. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)11964/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək, Y asamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq X4 60000 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
7. X13 19 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh X5 ünvan 7 saylı fərdi yaşayış evinin birinci mərtəbəsindən çıxarılması və 2021-ci ilin yanvar ayından 2021-ci ili n dekabr ayına qədər olan dövr üçün hər ay 1000 manat olmaqla vurulmuş ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, YYY vəfat etdikdən sonra onun qardaşı, hazırki iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə qanunsuz formada sahiblik və istifadə edir. Həmin qeyri-yaşayış sahəsi avtotəmir sexi kimi fəaliyyət göstərir. Keçmiş əri yoldaşı YYY rəhmətə gedənə qədər həmin qeyri-yaşayış sahəsində olan avtotəmir sexini idarə edirdi. YYYdan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan avtotəmir sexinin qanunsuz şəkildə fəaliyyət göstərilməsinin dayandırılmasını, is tifadənin qadağan edilməsini dəfələrlə tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən zəbt olunmuş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evə aid torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2017-ci ilin oktyabr ayında öz təşəbbüsü ilə, özünə və uşaqlarına aid olan bütün əşyaları özləri ilə apararaq evdən çıxıb getmişlər. Həmin vaxtdan qardaşı X13 vəfat edən günədək həmin evdə anası ilə birlikdə yaşamamışlar. Qardaşı ikinci qrup “Qarabağ əlili” olduğu üçün onun bütün təminatını o və digər bacı və qardaşları ödəmişdir. Tərəflər arasındakı nikah pozulduqdan sonra anası X3 İntiqam Cəlal oğlu ilə birlikdə yaşamışdır. 2020-ci ilin noyabr dekabr aylarında YYY yeni tipli pnevmaniya Covid19 koronovirus xəstəliyinə yoluxmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh qardaşının dəfnində və sonrakı yas mərasimlərində iştirak etməmiş, sonradan cümə axşamlarının birində iştirak etmək bəhanəsi ilə evə gəlmiş, sonra evi zəbt edərək hazırda övladları ilə birlikdə orada yaşayır. Birgə nikah dövründə evin tikilməsinə çəkilmiş xərcin yarısının, yəni 60000 manat məbləğində pulun X4 tutularaq İddiaçı1 ödənilməsi barədə məhkəmə qətnaməsi mövcud olduğu və tərəflər arasında nikah pozulduğu halda İddiaçı1 həmin fərdi yaşayış evinə dair heç bir subyektiv hüququ yarana bilməz və mərhum qardaşının qanun üzrə vərəsəsi də ola bilməz. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 147 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə YYY İİ qrup müharibə əlillərinin mənzil-uçot siyahısına daxil edilmişdir. Onda olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun qızı İddiaçı3 mənzil verilmişdir. Həmçinin mərhum qardaşı YYY 2013-cü il tarixə qədər ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşamışlar. O isə 2008-ci ildən ona məxsus Yasamal Rayonu, 2-ci Alatava 91 E ünvanında yerləşən, dörd tərəfi hasarlanmış 5 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində qeydiyyata alınmaqla yaşamışdır. Həmin həyətyanı sahədə 150 kv.m qaraj və 24 kv.m sahəsi olan bir ev də olmuşdur. Qeyd olunur ki, qaraj tikilisinin arxa hissədə yerləşən torpaq sahəsi qarajın üstü ilə eyni səviyyədədir. 2012-ci ildə qardaşı onlara yaxın olmaq üçün özünə fərdi ev tikmək üçün ondan 2 sot torpaq sahəsi istəmişdir. O da ərazinin relyefinə uyğun olaraq qarajın onda qalmaq şərti ilə qarajın üstündə fərdi ev tikmək üçün, qarajın üstü nəzərə alınmaqla 2 sot torpaq sahəsini içindəki 24 kv.m əmlakla birlikdə 40.000 manata qardaşı X2 barədə şifahi razılığa gəlmişdir. O zaman evin tikilməsi üçün bacısı X6 da 70000 manat pul aldığı üçün o da qardaşından nağd pul almamış, o da, gələcəkdə imkanı olanda həmin pulu ona ödəyəcəyinə söz vermişdir. Evin tikintisi başa çatdıqdan sonra həmin evə Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanı verilmiş, avtotəmir sexi kimi fəaliyyət göstərən qaraj tikilisi isə Yasamal rayonu, 2-ci Alatava 91 E ünvanında qalmaqla onun istifadəsində o lmuşdur. Həmin qaraja onun həyətyanı sahəsindən giriş-çıxış qapısı da mövcud olmuş, sonradan qarajı başqasına icarəyə verdiyinə görə həmin qapını bağlamışdır. O, sözügedən ünvanda 2008-ci ildən yaşayır və həmin ünvana qeydiyyatı da var və mübahisə predmeti olan qarajın yeri də onun evinin üstündə qeyd edilib və ünvan Yasamal rayonu, 2-ci Alatava 93 C deyil, 91 E kimi müəyyən olunub. Qardaşı boşandıqdan sonra sağlığında ona bildirmişdir ki, “mən bir daha evlənməyəcəm, uşaqlar da (qızları) analarını seçdilər, sənə olan borcumun əvəzinə torpağı sənə qaytarıram, evi də anamın adına sənədləşdirəcək, qızlara da dövlətdən (YYY 2-ci qrup Qarabağ müharibəsi əlili kimi ev növbəsində idi) verilən evi verəcəm”. Göründüyü kimi mübahisə predmeti olan qaraj və evə aid 2 sot torpaq sahəsi ona məxsusdur. H əmin torpaq sahəsində inşa edilmiş, anası və mərhum qardaşının yaşadığı fərdi yaşayış evinin İddiaçı1 heç bir aidiyyəti yoxdur. O, həmin evi qeyd-şərtsiz boşaltmalıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, ünvan 7 saylı fərdi yaşayış evi qanunsuz tikilidir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçıların sahibliyində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, il kin iddia üzrə iddiaçıların ilkin iddia üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava küçəsi 93C saylı fərdi yaşayış evinin birinci mərtəbəsinin boşaldılmasını tələb etməyə subyektiv hüququ yoxdur.
14. Birinci instansiya məhkəməsi bundan əlavə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 X13 ilə birgə nikahda olduğu dövrdə əldə edilmiş və həmin evə qoyulmuş xərclər də birgə ümumi qazanc hesabına qoyulmuş və nəticədə birgə nikah dövründə evin tikilməsinə çəkilmiş xərcin yarısı olaraq 60000 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilə bilməz. 1
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən əmlaka sahiblik etsə belə, onun da həmin ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnu təsdiq edəcək heç bir sənədi mövcud deyil, və buna dair hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim etməmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddia üzrə iddiaçı X7 da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması”nı tələb etməyə subyektiv hüququ yoxdur.
17. Məhkəmə iddia tələbinin “yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” hissəsi ilə bağlı qe yd edib ki, mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçı ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması tələb edilmir. Cavabdehlərin bu əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması, başqa sözlə hazırda cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması cavabdehlərin bu əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. Belə ki, onların hazırda orada yaşayıb-yaşamamasından asılı olmayaraq, onlara məxsus əşyaların bu günədək qeyd edilən əmlakda olması (saxl anılması) da onların bügünədək istifadə və sahiblik hüququnun həyata keçirilməsinin davam etməsini özündə ehtiva edir və iddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, əmlakdan istifadə və ona sahib olmaq hüquqlarını məhdudlaşdırır. Mövcud vəziyyətdə cavabdehlərin bu hərəkətləri iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur.
18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İlkin iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətində qeyd edilmişdir ki, üç məhkəmə instansiyası keçmiş və qanuni qüvvəsini almış qətnamələrə görə həmin əmlakın birgə nikah dövründə alınması və həmçinin, çəkilmiş xərclərin iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi ilə bağlı məhkəmə aktları mövcuddur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2803/22 nömrəli iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia ərizəsinin təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 ünvan 7 saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki: ilkin iddia üzrə İddiaçı1 20 sentyabr 1997-ci il tarixdə X13 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Onlar arasında bağlanmış nikah pozulmuşdur. X13 isə vəfat etmişdir. Hazırki mübahisə obyekti olan sözügedən fərdi yaşayış evi (tikili) İddiaçı1 ilə X9 birgə nikahı zamanı tikilmiş və iddiaçının həmin tikiliyə əmlak hüquqları vardır. Hazırda isə ilkin iddia üzrə iddiaçılar sözügedən tikilidə yaşayırlar, cavabdeh isə həmin evin birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsindən is tifadə edir. 22.1. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)11964/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu YYY xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkəti aşkar edilmədiyindən, icra sənədi üzrə icraata xitam verilmişdir. 22.2. Mübahisəli tikiliyə iddiaçının hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşayış evinə hüquq müəyyənedici sənədin olmaması həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur və iddiaçıların subyektiv hüquqları işin halları və yux arıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamələrlə də müəyyən olunur.
23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikiliyə iddiaçının hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşayış evinə hüquq müəyyənedici sənədin olmaması həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur və iddiaçıların subyektiv hüquqları işin halları və yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamələrlə də müəyyən olunur.
24. Apellyasiya məhkəməsinin qənaətinə görə “2021-ci ilin yanvar ayından dekabr ayına qədər olan dövr üçün hər ay 1000 manat olmaqla vurulmuş ziyanın cavabdehdən onların xeyrinə tutulmasına dair” tələbə üzrə ilkin iddiaçılar məhkəməyə hər hansı b ir sübut təqdim etmədiklərinə görə həmin hissədə iddianın təmin olunması üçün əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil X10) kassasiya şikayəti verərək qətnamənin ilk iddianın qismən təmin edilməsinə dair hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də öz qətnaməsində tikintinin ər-arvadın ümumi birgə mülkiyyəti оlması əsası ilə ilk iddiaçılardan yalnız İddiaçı1 mübahisəli tikintiyə hüquqlarının оlmasını müəyyən еtmiş, digər ilk iddiaçıların subyеktiv hüquqlarının mövcudluğu barədə gəldiyi nəticəsini əsaslandırmamışdır. Apellyasiya instansiya mə hkəməsi mərhumun qanun üzrə birinci növbəli vərəsəsi X12 işdə iştirak etməyə cəlb etməmiş, onun qanunla qorunan maraqları nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu YYY xx.xx.2020-ci il tarixdə vəfat etdikdən vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkəti aparılmış və qeyd olunan şəhadətnamə və məhkəmə qətnaməsi apellyasiya instansiya məhkəməsinə təqdim olunmuşdur. Lakin məhkəmə kollegiyası öz qətnaməsində işin bu halına münasibət bildirilməmiş və həmin sübutlara qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, mübahisəli tikiliyə iddiaçının hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşa yış evinə hüquq müəyyənedici sənədin olmaması həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur və iddiaçıların subyektiv hüquqları işin halları və yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamələrlə də müəyyən olunur.
27. İddiaçının həmin fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin hamısına deyil, yalnız ½ hissəsinə hüququ tanınmışdır ki, bu da onun həmin evdə yaşamasına əsas ola bilməz və həmin yaşayış evi ilə bağlı hər hansı iddianın qaldırılmasına subyektiv hüquq yoxdur. Məhkəmə kollegiyası mərhumun qanuni vərəsəsi X12 maraqlarına toxunan şəxs kimi işə cəlb etməmiş onun maraqları nəzərə alınmamışdır. Hansı ki, 60.000 manat pulun tələbkara ödənilməsini şəxsən təklif etmiş, hal-hazırda da həmin vəsaiti ödəməyə hazırdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
30. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü ş əxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfləri n qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddianın təmin olunan hissəsində mübahisələndirilir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin aktı kassatora aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələnndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, mübahisəli yaşayış və qe yri-yaşayış sahələrinin olduğu ünvan 7 saylı fərdi yaşayış evinin Mədinə X1 ilə nikah müddətində inşa edilməsi və həmin əmlakın inşasında İddiaçı1 payının olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Kassatorun isə həmin evə dair hər hansı hüququ müəyyən edilməmişdir.
45. Apellyasiya kollegiyası mübahisəli tikiliyə iddiaçının hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşayış evinə hüquq müəyyənedici sənədin olmamasının həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmadığı barədə nəticəyə gəlmişdir.
46. Məhkəmə kollelgiyası Cavabdeh qarşı iddianın təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razı laşır.
47. Mərhum İ.Əhmədovun qanuni vərəsəsi kimi X11 60.000 manat pulun tələbkara ödənilməsini şəxsən təklif etməsi, onun maraqlarına toxunan şəxs kimi işə cəlb edilməməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılarkən bununla bağlı sorğu vermiş və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu YYY xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkəti aşkar edilmədiyindən, icra sənədi üzrə icraata xitam verilmişdir.
48. Göründüyü kimi vərəsəlik hüququna dair şəhadətnamə təqdim edilməmişdir. Buna görə də kassatoru n bu dəlili qətnamənin ləğvinə əsas vermir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2803/2022 nömrəli, 1 iyun 2022ci il tarixli qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.