Məhkəmə qərarları › İş №2(102)-5132/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5132/2019

08.08.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5132/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(066)-1570/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onların azyaşlı uşaq ları ilə birlikdə Göygöl rayonu, Çaylı kəndində yerləşən yaşadıqları evə yaşayış və istifadə hüquqlarının tanınmaqla həmin evə köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(104)-1224/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Mamedov, İ.Şəfiyev və R.Muradov) Göygöl Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(066)-1570/2018 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 azyaşlı uşaqları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Göygöl rayonu, Çaylı kəndində yerləşən evə köçürülməsi, iddianın Göygöl rayonu, Çaylı kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması hissəsində təmi n edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(104)-1224/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə Göygöl rayonu, Çaylı kəndində yerləşən yaşadıqları evə yaşayış və istifadə hüquqlarının tanınmaqla həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya ş ikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019cu il tarixli, 2(104)-1224/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Məruzəçini, cavabdehlərin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 2(066)-1703/2016 nömrəli, 07 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 ilə X2 arasında olan Göygöl (Xanlar) rayon Çaylı kənd XDS İcraiyyə Komitəsində qeyd edilmiş 23 dekabr 1989-cu il tarixli 23 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. İşə əlavə olunmuş Xanlar (indiki Göygöl) rayonu Çaylı kəndində yerləşən fərdi yaşayış evinə dair 1988-ci ilin aprel ayında verilmiş Texniki pasportunun sürətindən görünür ki, Çaylı kəndində yerləşən fərdi yaşayış evi X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Çaylı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, №207685 nömrəli Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 17.02.2007-ci il tarixdə ürək çatışmazlığından ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.02.2007-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İş materialları ilə müəyyən edilir ki, 1989-cu il tarixdə İddiaçı1 X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı1 ərinin yaşadığı keçmiş Xanlar (indiki Göygöl) rayonunun Çaylı kəndinə gəlin köçmüşdür. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Gəlin köçəndə cehiz əşyaları ərinin yaşadığı evə aparılmışdır. İddiaçı1 29 il həmin evdə yaşamış, uşaqları orada doğulmuş, böyüyüb boya-başa çatmış, hətta nəvələrinin həmin evdə d oğulmuşdur. 2016-cı il tarixdə də İddiaçı1 əri Mübariz ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı1 hazırda cavabdeh olan qaynanası Cavabdeh1 və qaynı Cavabdeh2 onu və iddiaçı olan digər ailə üzvləri İddiaçı2 və İddiaçı3 azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamağa razılıq vermirlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-c i ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bulluğa çatmamış uşaqlar ını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan v ə vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü hissəsinə görə qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli, 2 nömrəli Qərarının 7-ci bəndinin 7-ci abzasına əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onu n yetkinlik yaşına çatmış ailə üzvlərinin əri (arvadı) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. İş materialları ilə həmçinin müəyyən edilir ki, Göygöl rayonu, Çaylı kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına 1988-ci ildə texniki pasport işlənilmişdir, lakin həmin fərdi yaşayış evə xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması çıxarışla rəsmiləşdirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddianın bu hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Yeni mənzil qanunvericiliyi mənzil münasibətlərinin yaranma əsasını müəyyən edərkən, yalnız dövlət, bələdiyyə və özəl mənzil fondundan istifadə, sahiblik və sərəncam hüquqlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə, “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövl ət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində isə mülkiyyətçi ilə istifadəçinin istifadə hüququna dair notarial müqavilə bağlamasına dair müddəalar nəzərdə tutulmuş, yaşayış sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təsbit edilmişdir. Göründüyü kimi, həm Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsi, həm də Mülki Məcəlləsi fiziki şəxslərin yaşayış sahəsindən istifadəsini o şərtlə mümkün hesab etmişdir ki, istifadə hüququ tələb olunan yaşayış sahəsi mülkiyyətdə (dövlət, bələdiyyə və fiziki şəxslər), yəni daş ınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları Göygöl rayonu, Çaylı kəndində yerləşən evə köçürülməsi tələbində haqlı olduğundan, onlar birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdı r. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun məzmununu təşkil edir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən yaşayış evi üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Mülkiyyət hüququ və daşınmaz əmlak a digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar