Məhkəmə qərarları › İş №2(102)-5133/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5133/2019

08.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5133/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İbayev Vafəddin Ələm oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, X1 vəkili İsayeva Xalidə İsa qızının iştirakı ilə, iddiaçı x1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(076)-2806/2018 nömrəli qətnaməsi ilə (hakim N.Paşayev)iddiaçı x1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədəli oğluna, Cavabdeh4 Məhəmmədəli oğluna və Cavabdeh5 qarşı Şəmkir rayonu, Yuxarı Sey fəli kəndində yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.28 hektar həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(104)-1030/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Mamedov, İ.Şəfiyev və A.Hüseynzadə) Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(076)-2806/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli, 2(104)-1030/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Məhəmmədəli oğluna, Cavab deh4 Məhəmmədəli oğluna və Cavabdeh5 qarşı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0.28 hektar həyətyanı torpaq sahəsindən çıxarılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019cu il tarixli, 2(104)-1030/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1 v əkili İsayeva Xalidə İsa qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən, ümumi sahəsi 131.3 kv.m. olan fərdi yaşayış evi və 0.28 hektar həyətyanı torpaq sahəsi üzərində x1 tam mülkiyyət hüququ **********62–10301 reyestr nömrəsi ilə 16.05.2018–ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Seyfəli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05.12.2017–ci il tarixdə verilmiş 733 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 Məhəmmədəli oğlundan, Cavabdeh4 Məhəmmədəli oğlundan və Cavabdeh5 ibarət ailə üzvləri ilə birl ikdə həmin kənddə yaşayır. İşə əlavə olunmuş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Seyfəli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05.12.2017–ci il tarixdə verilmiş 732 nömrəli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, 11.09.2018–ci il tarixli **********21 nömrəli məktubdan görünür ki, JN– 584F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi X1 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Cavabdeh2, Cavabdeh3 Məhəmmədəli oğlunun, Cavabdeh4 Məhəmmədəli oğlunun və Cavabdeh5 adına Şəmkir rayonu, Seyfəli kəndində hər hansı bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində 0.28 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində cavabdehlərlə birlikdə yaşayır. Cavabdeh1 iddiaçının oğlu olmaqla 16.09.1961-ci il tarixdə mübahisəli evdə doğulmuş, Cavabdeh2 1997-ci ildə Cavabdeh1 ilə evlənmiş və mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından mübahisəli fərdi yaşayış evində 06.12.1999-cu il tarixdə Gövhər, 28.05.2001–ci il tarixdə Nəsib və 02.06.2005-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Həmin vaxt iddiaçı mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etməmişdir. Lakin mübahisəli fərdi yaşayış evi 16.05.2018–ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eləcə də, digər cavabdehlərin adlarına Şəmkir rayonu Yuxarı Seyfəli kəndində heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Cavabdeh1 doğulduğu vaxtdan, digər Cavabdeh2 isə gəlin köçdüyü vaxtdan mübahisəli evdə iddiaçı ilə bərabər eyni təsərrüfatı idarə etməklə yaşayırlar. Cavabdeh5 da 06.12.1999–cu il tarixdən hazırkı vaxta qədər həmin evdə yaşamış və iddiaçı ilə birgə təsərrüfatı aparmışdır. Həmçinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahından doğulmuş 28.05.2001-ci il tarixdə Nəsib və 02.06.2005-ci il tarixdə Yusif adlı uşaqların mübahisəli fərdi yaşayış evində yaşamışlar. Sonradan onlar arasında ailə daxili mübahisə yaranmış, ona görə də id diaçı cavabdehlərin yaşayış evindən çıxarılmasını tələb edir. Məhkəmə kollegiyası, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir və qəbul edilmiş qətnamə ilə də həmin normalar tətbiq edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh1 iddiaçının doğma oğlu olduğundan, mübahisəli evdə doğulduğundan, uzun müddət həmin evdə iddiaçı ilə birgə təsərrüfatı idarə edib yaşadığından, onunla iddiaçı arasında mülki hüquq münasibəti doğulduğu andan, yəni 16.09.1961– ci il tarixdən, digər iddiaçı Cavabdeh2 1997–ci ildə mübahisəli evə gəlin köçdüyündən, iddiaçı ilə onun arasında mülki hüquq münasibəti həmin tarixdən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə cavabdehlərə münasibətdə 1982–ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib–gəlmələrinə istinad edərək, onları mübahisəli evdə müvəqqəti sakin hesab etməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən cavabdehlərin müxtəlif vaxtlarda işləmək üçün Rusiya Federasiyasına getmələri, onları daimi yaşadıqları mübahisəli fərdi yaşayış evindən daimi olaraq, köçüb yaşamaları kimi deyil, yalnız işləyib müəyyən ehtiyaclarını təmin etmək, həmçi nin mübahisəli fərdi yaşayış evində təmir işlərini aparmaq üçün vəsait əldə etmələri kimi qiymətləndirilməlidir. Çünki cavabdehlər sonradan daima yaşadıqları mübahisəli evə qayıtmışlar. Bundan başqa iddiaçı cavabdehlərin hüquqa zidd davranışlarının hansı neqativ nəticələr doğurduğuna və həmin halın iddiaçını və onun ailəsini əlverişsiz vəziyyətə salmasına dair mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Eləcə də, iddiaçı tərəf cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının başqa yaşayış sahələrinə malik olmalarını, yəni onların mübahisəli fərdi yaşayış evinə ehtiyaclarının olmadığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci his səsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Res publikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı” 24.11.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və Əsas Azadlıqlar Haqqında ” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri var dır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar