Məhkəmə qərarları › İş №2(102)-5133/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5133/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5133/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqindən imtina) 18.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(106)234/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarında olan əlyazma qəbzinə əsasən Cavabdeh İddiaçı olan 8727 manat məbləğində borcunu 25 may 2011-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8727 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Mətanət-A” şirkətində satış meneceri vəzifəsində işləmiş, 2009-cu ildən 2011-ci ilin may ayına qədər Cavabdeh ilə aralarında olan qarşılıqlı razılıq əsasında bir ay müddətinə qaytarmaq şərti ilə müxtəlif adda tiki nti materialları satmış, müəyyən vaxtlarda gecikmələr olsa da, cavabdeh aldığı malların pulunu ona tam qaytarmışdır. Lakin 2011-ci ilin may ayında cavabdeh ondan ümumi dəyəri 8727 manat olan müxtəlif adda tikinti materialları almış, pulunu isə ona qaytarmamışdır. Bununla əlaqədar iddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamış, hər dəfə cavabdeh ona müxtəlif bəhanələr gətirərək pulu tez bir zamanda qaytaracağına söz versə də, pulu qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə 2014-cü ildə cavabdehin mobil nömrəsinə zəng etmiş, lakin cavabdeh ona cavab verməmiş, telefonuna zəng çatmamışdır. Bundan sonra iddiaçı 8727 manat pulu aldığı əmək haqqından işlədiyi “Mətanət-A” şirkətinə ödəmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon polis şöbəsinə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Saatlı R ayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(055)-777/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Abuşov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin iddiaçıya 8727 manat məbləğində borcu vardır və iddiaçının həmin borcu tələb etməkdə haqlıdır. Lakin iddiaçı qeyd olunan borcun cavabdehdən alınması ilə bağlı iddiasını iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası MM-in 373.2 və 375.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdehin iddiaçıya verdiyi əllə yazılmış qəbz üzrə iddia müddətinin axımı 25 may 2011-ci ildən başlanmış, lakin iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə məhkəməyə müraciə t etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Saatlı Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(055)-777/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(106)-234/2020 nömrəli qətnaməsi ilə (hakim F.N.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(055)-777/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 8727 manat borcun, həmçinin iddianın qaldırılması ilə əlaqədar dö vlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manatın, cəmi 8757 manat məbləğində pulun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında etibarlı münasibətlər və ticarət əlaqələri olmuş, iddiaçı cavabdehə “Mətanət-A” şirkətinin istehsal etdiyi şpaklyovka yapışdırıcısı, aqlay astar, aqlay üzlük, gips və digər malları nisyə vermiş, bunun nəticəsində cavabdehin iddiaçıya müəyyən məbləğdə borcu yaranmışdır. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehə həqiqətən də ümumilikdə dəyəri 8727 manat, yəni 1000 ədəd 5,30 manat dəyərində “Mətanət-A” şirkətinin şpaklyovka yapışdırıcısını, 300 ədəd 7 manat dəyərində aqlay astar, 100 ədəd 8 manat dəyərində aqlay üzlük, 150 ədəd 2,60 manat dəyərində gips, 12 ədəd 3,10 manat dəyə rində digər malları nisyə vermiş olduğunu sübut etmək olmuş, lakin cavabdeh iddiaçıdan onun tələb etdiyi məbləğdə mal almaqla həmin məbləğdə borcunun yarandığını etiraf edərək iddiaçını sübutetmə vəzifəsindən azad etmişdir. İddiaçı məhz iş materiallarında olan iltizama istinad edərək müvafiq iddia tələbləri ilə çıxış etmiş, cavabdeh isə, həmin iltizamın mövcudluğunu mübahisələndirməsə də, iddiaçının iddia müddətini ötürdüyünü irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna verdiyi cavabdan aydın olur ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: tarix – 04 sentyabr 2018, istiqamət – çıxı ş Rusiya. Cavabdehin iddia müddətinin tətbiqi barədə ünvan 1 ünvanladığı ərizəsi isə məhkəməyə 27 avqust 2019-cu il tarixdə daxil olmuşdur. Bu mənada, iddia müddətinin tətbiqi barədə məhkəməyə daxil olmuş ərizənin cavabdehin adından başqa şəxs tərəfindən ünvanlanmış olmasına dair əsaslı şübhələr olduğundan, eləcə də iddia müddətinin tətbiqi barədə ərizədə olan imza ilə iltizamda olan imzalara vizual baxdıqda belə ciddi fərq olduğundan birinci instansiya məhkəməsi həmin ərizə əsasında hazırki işə iddia müddəti tətbiq etməklə iddianı rədd etməsi əsassız olmuşdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblər ini pozaraq mübahisəni tərəflərin hüquqi mənafeyinə zidd həll etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə həmçinin cavabdehin ölkə ərazisində olmadığından iddia müddətinin tətbiqi barədə ərizədə olan imzanın ona məxsus olub-olmadığını müəyyən edilməsinin mümkünsüzlüyü nəzərə alınaraq müvafiq ekspertizanın təyin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(106)-234/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh iddiaçıdan 2011-ci ilin may ayında aldığı 8727 manat dəyərində müxtəlif adda tikinti materiallarının pulunu hissə-hissə tam ödəmiş və iddiaçıya borcu qalmamışdır. Cavabdeh iddiaçıdan buna dair qəbz alsa da, həmin qəbzi saxlamamışdır. İddiaçı qəsdən cavabdehin Azərbaycan Respublikasında olmadığı zaman iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehin verdiyi yazılı qəbzdən sui-istifadə edərək, iddia irəli sürmüşdür. Məhkəmələr isə işə baxılarkən onun iştirakını təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia müddətini ötürməklə hazırki tələblə çıxış etməsinə hüquqi qiymət vermədən, əsassız olaraq iddianı təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yaxılı etiraz verərək, iddia müddətinin tətbiqinə dair ərizənin cavabdeh tərəfindən imzalanmamasını əsas gətirərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(106)-234/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsin i və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkə məyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir....... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamı şsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi i lə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh onun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasını göstərsə də, iş materiallarına əsasən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi cavabdehin rəsmi qeydə alındığı ünvana qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişlərini göndərmiş, bildirişlər qəbul olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə bildi rişini yerli icra hakimiyyəti orqanının vasitəsi ilə cavabdehə göndərmiş və Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 avqust 2019-cu il tarixli məktubuna əsasən məhkəmə bildirişi 19 avqust 2019-cu il tarixdə Cavabdeh yaxın qohumu vasitəsi ilə ailəsinə çatdırılmışdır. Göründüyü kimi, məhkəmələr MPM-in 135.1-135.3-cü maddələrinə uyğun olaraq cavabdehə məhkəmə bildirişləri göndərilmiş və Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin bildirişlər rəsmi qaydada verilmiş hesab edilməlidir. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya borcun olmasına dair yazılı qəbz verməsi mübahisələndirilmir. Cavabdeh hazırki kassasiya şikayətində həmin borcu qaytarmasını bildirsə də, özü də buna dai r qəbzinin olmamasını etiraf etmiş və bu halı təsdiq edəcək hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqindən imtina etməsinə dair apellyasiya instansiyası məhkəməsi mövqeyi həm Mülki Məcəllənin bununla bağlı müddəalarına, həm də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarına uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinə cavabdehin adından ünvanlanmış ərizənin onun tərəfindən imzalanmaması mübahisələndirilmir. Odur ki, MPMin 135.5-ci maddəsinin və MM-in 375.2-ci maddəsinin tələbləri, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında irəli sürülmüş mövqe nəzə rə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırıldığı halda, həmin məhkəmə tərəfindən qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqinə dair ərizə vermədiyindən, göstərilən əsasla iddiadan imtina edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki tərəfin kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(106)-234/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar