Məhkəmə qərarları › İş №2(102)-5134/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5134/2020

26.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5134/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X10, X6, XXX, Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və binanın təhvil verilməsi”tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət, mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsindən çıxarılma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehlərin vəkili XXX oğlunun iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi nin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(106)-44/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “Azərittifaq” idarə heyətinin xx xxxxxx 2016-cı il tarixli, XXX saylı qərarına əsasən XXX rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə razılaşmış və XXX rayon kooperativ cəmiyyətinə rayonun XXX adlanan sahəsində yerləşən tikintialtı sahəsi 650 kvadrat metr olan quşçuluq fermasının bina və qurğularının payçı İddiaçı satılmasına razılıq verilmiş, payçı İddiaçı XXX rayon kooperativ cəmiyyətinə xx xxxx 1998-ci il tarixli, 28 saylı qəbzlə ödədiyi 5 milyon rubl (1000 manat) nəzərə alınmaqla fermanın bina və qurğularının dəyəri üçün əlavə olaraq 4000 manat ödənilməli olduğu qərara alınmış, qərarın icrası XXX rayon kooperativ cəmiyyətinin idarə heyətinin sədrinə həvalə edilmişdir. xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, 650 kvadrat metr sahəsi olan quşçuluq ferması XXX rayonu kooperativ cəmiyyəti tərəfindən İddiaçı satılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən xx xxxx 2010-cu il tarixli, 21 saylı torpaq icarəsi müqaviləsinə əsasən XXX rayonu ərazisində yerləşən (DEF) 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X 3 icarəsinə, xx xxxxx 2013-cü il tarixli, 18 saylı torpaq icarəsi müqaviləsinə əsasən XXX rayonu ərazisində yerləşən (DEF) 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi XXX oğlunun icarəsinə verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmətikinti texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 30698 saylı rəyinə əsasən “Azərittifaq” XXX rayon istehlak cəmiyyətinə Həmişəlik istifadəçilik Aktının planına əsasən qoyunçuluq və quşçuluq fermalarının tikintisi üçün həmişəlik istifadə etmək məqsədi ilə verilmiş 210,0 hektar DEF qış otlaq sahəsinin elektron baza materialı ünvan1 “Kommunizm yolu” kolxozuna uzun müddət istifadə etmək üçün təhkim olunmuş qış otlaqlarının kompleks yerquluşu planında yerəuyğun şərti yerləşmə mövqeyinə görə “Azərit tifaq” idarə heyətinin xx xxxxxx 2016-cı i tarixli, XXX saylı qərarı ilə İddiaçı satılmış tikintialtı sahəsi 650 kvadrat metr (faktiki 665 kvadrat metr) olan quşçuluq fermasının bina və qurğuları cavabdehlərin istifadəsindədir. Mübahisə predmeti olan həmin quşçuluq fermasının bina və qurğuları X4 **********70 reyestr nömrəli Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə verilmiş 50 hektar DEF qış otlaq sahəsinin ərazisi daxilində yerləşdiyi müəyyən olunmuşdur. X4 **********70 reyestr nömrəli Çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə əsasən icarəyə verilmiş 50 hektar DEF qış otlaq sahəsinin 28,81 hektarının, XXX oğluna **********71 reyestr nömrəli çıxarışın Torpaq sahəsinin planı və ölçüsünə görə icarəyə verilmiş 20 hektar DEF qış otlaq sahəsinin isə tam hissəsinin həmin 210 hektar torpaq sahəsinin ərazisi daxilində yerləşdiyi və onların istifadəsində olduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11, X7, XXX oğlunu əlavə cavabdehlər qismində cəlb etməklə, cavabdehlərin XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya məxsus 650 kvadrat metr sahəsi olan quşçuluq fermasının binasından çıxarılmaları və həmin binanın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiası onunla əsaslandırılmışdır ki, “Azərittifaq” idarə heyətinin x x xxxxxx 2016-cı il tarixli, XXX saylı qərarı ilə XXX rayon kooperativ cəmiyyətinin rayonun XXX adlanan sahəsində yerləşən tikintialtı sahəsi 650 kvadrat metr olan quşçuluq fermasının bina və qurğularının onun XXX rayon kooperativ cəmiyyətinə xx xxxx 1998-ci il tarixli, 28 saylı qəbzlə ödədiyi 5 milyon rubl, yəni 1000 manat nəzərə alınmaqla, eləcə də fermanın dəyəri üçün əlavə olaraq 4000 manat ödənilməklə ona satılması müəyyən edilmişdir. O, xx xxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixlərdə müvafiq olaraq 2500 manat və 1500 manat ödəməklə, cəmi 4000 manat məbləğində pul vəsaitinin “Azərittifaq”ın hesabına ödənilməsini təmin etmiş, bununla da qeyd edilən əmlak üzərində qanuni sahiblik və istifadə hüququ əldə etmişdir. Hazırda da əmlak üzərində sərəncam hüququnu əldə etmək üçün müvafi q prosedur aparılmaqdadır. Lakin Cavabdeh1, Cavabdeh2, XXX, X13 və X14 qanunsuz və əsassız olaraq həmin əmlakı ələ keçirmiş, bununla da onun əmlak üzərində istifadə və sahiblik hüquqlarını məhdudlaşdırmışlar. Eyni zamanda cavabdehlər tikintinin içərisində müxtəlif təsərrüfat işləri görməklə, eləcə də xırda və iri buynuzlu mal-qara saxlamaqla həmin binanı yararsız hala salmış, onun qanuni tələblərinə baxmayaraq torpaq sahəsini və tikintini boşaltmaqla özünə təhvil verməmişlər. Həmçinin həmin tikintinin ətrafında yerləşən ona məxsus 210 hektar torpaq sahəsini də qanunsuz olaraq ələ keçirmiş və həmin torpaq sahəsinin bir hissəsinə dair sahiblik hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışlar. Mülki işin məhkəmə tədqiqi zamanı həmin xüsusat ona məlum olmuşdur. Biləsuvar Rayo n Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(022)-14/2018 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əliyev) iddia təmin edilərək, X8, X5, XXX, Cavabdeh1 və Cavabdeh2 XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, 650 kvadrat metr sahəsi olan quşçuluq fermasının binasından çıxarılması və həmin binanın İddiaçı təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, sahiblik və istifadə hüququ iddiaçıya məxsus 650 kvadrat metr sahəsi olan quşçuluq fermasının bina və qurğuları tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasa da, həmin şəxs alqı-satqı müqaviləsi üzrə qeyd edilən bina və qurğuların faktiki sahibi olduğuna görə qeyd edilən əmlak üzərində m ülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malikdir. Qeyd olunan quşçuluq fermasının bina və qurğuları X4 icarəyə verilmiş torpaq sahəsində yerləşsə də, cavabdehlər həmin əmlaka qanuni sahiblik etmələrinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən X12 ölsə də, həmin şəxsin miras əmlakının, xüsusilə xx xxxx 2010-cu il tarixli, 21 saylı torpaq icarəsi müqaviləsinə əsasən XXX rayonu ərazisində yerləşən (DEF), icarəsinə verilmiş 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sonuncunun vərəsələri tərəfindən qəbul olunmasına, habelə həmin şəxslərlə yeni icarə müqaviləsinin bağlanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər X10, X6, Cavabdeh1 və Cav abdeh2 apelyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(022)-14/2018 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(106)-44/2020 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və Z.B.Babayevdən ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(022)-14/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X10, X6, XXX, Cavabdeh1 və Cavabdeh2 qarşı XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya məxs us 650 kvadrat metr sahəsi olan quşçuluq fermasının binasından çıxarılmaları və həmin binanın iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə apelyasiya icraata zamanı X1 rayon Kooperativ Cəmiyyətinə və İddiaçı qarşı XXX rayon Kooperativ Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmlak alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(022)-287/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, XXX r ayon Kooperativ Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx xxxxxx 2016cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmlak alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)-2298/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(022)-287/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı XXX rayonunun XXX adlı qışlaq sahəsində yerləşən, 650 kvadrat metr sahəsi olan quşçuluq fermasının ona məxsus olmasına və ya həmin ferma binasına qanuni sahibliyinə dair məhkəməyə başq a heç bir mötəbər sübut təqdim etməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(106)-44/2020 nömrəli qətnaməsinin ləğv olunması və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə XXX rayon Kooperativ Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli d aşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmlak alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi qət edilsə də, XXX rayon Kooperativ Cəmiyyəti tərəfindən XXX adlanan sahəsində yerləşən tikintialtı sahəsi 650 kv.m. olan quşçuluq fermasının bina və qurğularının payçı İddiaçı xx xxxx 1998-ci il tarixdə ******* rubla satılmasına dair əqdin qüvvədə olması mübahisələndirilməmişdir. Bundan əlavə İddiaçı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, XXX qışlağının ərazisindən 29 ha., XXX qışlağının ərazisindən 21 ha. olmaqla, cəmi 50 ha. qış otlaq sahəsinin 15 il müddətinə X4 icarəyə verilməsi barədə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının XXX nömrəli xx xxxx 2010-cu il tarixli sərəncamının, X12 və Biləsuva r rayon İcra Hakimiyyəti arasında bu barədə bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunması və hüquqi nəticələrinin ləğv edilməsi, 27 nömrəli qış örüş sahəsinin 13 ha, 47 nömrəli qışlağının ərazisində 7 ha qış otlaq sahəsinin XXX icarəsinə verilməsinə dair Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının XXX nömrəli xx xxxxx 2013-cü il tarixli sərəncamının, XXX və Biləsuvar rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin iddianın mahiyyəti üzrə həll olunanadək hazırki işin icraatını dayandırmalı olduğu halda, apelyasiya şikayətinə mahiyyəti üzrə baxmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cava bdehlər X14, X13 və XXX kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişlər ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş və onun ləğvi üçün əsaslar yoxdur. Həmçinin iddiaçının kasasiya şikayətində iş üzrə icraatın dayandırılmasının əsası kimi qeyd olunan iddia Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X8, X5 və XXX vəkili XXX oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən s axlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülki yyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 51 -ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinin tələbinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (raz ılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə e tdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etira zlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Məhkəmə qətnam əsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarınd a məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur.... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüququ haq qında şəhаdətnаmə dövlət torpaq kаdаstrındа və dövlət torpaq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqlаrı təsbit edən müvafiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dair dövlət аktı, torpаqdаn dаimi istifadə hüququnа dair dövlət аktı, torpаqdаn müvəqqəti istifadə hüququnа dair şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dair şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlar müvafiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpaq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqların müdаfiəsi nə və toxunulmаzlığınа təminаt vermir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın həlli sübutetmə ilə əlaqədardır. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və y a yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mübahisələndirilən sahəyə hüquqları “Azərittifaq” idarə heyətinin xx xxxxxx 2016-cı il tarixli, XXX saylı qərarı əsasında XXX rayon Kooperativ Cəmiyyəti ilə bağlanmış xx xxxxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli alqı-satqısı müqavilələri ilə yaranmışdır. Lakin iddiaçı həmin hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, əksinə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin sahəyə dövlət qeydiyyatına alınmış cavabdehlərin icarə hüquqları mövcuddur. Həmçinin apelyasiya icraatında müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi XXX rayon Kooperativ Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli əmlak alqı-satqısı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Beləliklə də, iddiaçı mübahisələndirilən sahəyə hüquqların olmasını mötəbər digər sübutu təqdim edə bilməmişdir. İddiaçının kasasiya şikayətində istinad etdiyi XXX rayon Kooperativ Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx xxxx 1998-ci il tarixli əqdlə bağlı məhk əmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarında belə sənəd mövcud deyildir. Həqiqətən “Azərittifaq” idarə heyətinin xx xxxxxx 2016-cı il tarixli, XXX saylı qərarında İddiaçı XXX rayon kooperativ cəmiyyətinə xx xxxx 1998-ci il tarixli 28 saylı qəbzlə ******* rubl ödəməsinə istinad olunmuşdur. Lakin həmin hal iddiaçıya mübahisələndirilən sahəyə hər hansı hüquq vermir. Kasasiya şikayətinin ikinci dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdehlərlə İcra hakimiyyəti arasında bağlanmış icarə müqavilələrinin mübahisələndirməsi özü-özlüyündə onun mübahisələndirdiyi sahəyə hüquqlarının yaranmasına səbəb olmur. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq həmin iş üzrə yekun nəticəni gözləmədən işə mahiyyəti üzrə baxmışdır. Odur ki, məhkəmə kollegiyası apelyasiy a instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(106)-44/2020 nömrəli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar