Məhkəmə qərarları › İş №2(102)-5135/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5135/2019

24.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5135/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli 2(104)-916/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Ş.Paşayev, iş № 2(076)-2913/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşad ıqları Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Z.Mamedov, A.H.Hüseynzadə və Ş.Q.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh3 ilə 2008-ci ilin avqust ayında faktiki, 24 noyabr 2009-cu il tarixində isə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2009-cu ilin sentyabr və 2011-ci ilin fevral ayında iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra İddiaçı Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və 2015-ci ilin fevr al ayına kimi həmin evdə yaşamışdır. 2018-ci ilin iyul ayında İddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun i zahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən 2500 kv. metr ölçüdə torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı əsasında həyətyanı məqsəd üçün Cavabdeh1 verilmiş və sonuncunun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata alınmış, 25 sentyabr 2018-ci il tarixdə onun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisəli fərdi yaşayış evinə 2008-ci ildə köçdüyündən məhkəmə hesab etmişdir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə müvafiq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. (228.1.) Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (228.2.) Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəs inə dair hər hansı əşya hüququ qeydə alınmadığından, habelə evin qanuni sahibi ilə onun arasında müqavilə və ya ailə münasibətləri olmadığından iddiaçının mübahisəli yaşayış evindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar