Məhkəmə qərarları › İş №2(102)-5135/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5135/2020

02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5135/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, X4, Ağcabədi rayon Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5135/20 (Açar sözlər: torpaq sahəsinin alqı-satqı müqaviləsinin və DƏDRX-dən verilmiş çıxarışın etibarsız hesab edilməsi, əqdin etibarsızlığının əsasları) Bakı şəhəri, 02 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı İddiaçı1 və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, X7, Ağcabədi rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(106)-969/2020 nömrəli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 02 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 və onun ailə üzvləri olan İddiaçı2, Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı, İddiaçı4 və İddiaçı5 Ağcabədi rayon X2 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 3,20 ha pay torpaq sahəsi verilmişdir.

2. İddiaçı1, İddiaçı2 və Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı öz paylarına düşən 1,92 hektar torpaq sahəsini 13 noyabr 2004-cü il tarixdə Ağcabədi rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ******* (dörd milyon) manata satmışlar.

3. Cavabdeh1 daşınmaz əmlakın reyestr xidmətindən çıxarış almış və sonra torpağı oğlu Azər Mustafayevə bağışlamış, xx xxxxx 2019-cu il tarixdə X4 DƏDRX tərəfindən çıxarış verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Ağcabədi rayon Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2 və X1 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-dən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Ağcabədi rayon X2 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-126 saylı, kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinə Ağcabədi şəhəri ərazisindən (keçmiş N.Nərimanov kolxozu ərazisi) 3,20 ha pay torpaq sahəsi verilmişdir.

6. İddiaçı1, İddiaçı2 v ə Ağayeva (əvvəl Mustafayeva) Vüsalə Nizami qızı ümumi mülkiyyətdə olan pay torpaq sahəsinin 1,92 ha hissəsini xx xxxxxx 2004-cü il tarixdə Ağcabədi rayon Dövlət Notariat Kontorunda bağlanmış müqavilə əsasında Ağcabədi şəhər sakini iş üzrə Cavabdeh1 satılmışlar. 7. xx xxx 1989-cu il təvəllüdlü İddiaçı4 və 1992-ci il təvəllüdlü İddiaçı5 həmin torpaq sahəsinin satılmasından heç bir məlumatları olmamış, həmin vaxt İddiaçı4 15 yaşı, İddiaçı5 isə 12 yaşı olmuşdur. Onların heç biri həmin alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmişlər.

8. Müqavilədə satılmış torpağın normativ dəyəri 12.031.074 (on iki milyon otuz bir min yetmiş dörd manat kimi göstərilsə də, torpağın dəyərindən aşağı qiymətə, yəni 4.000.000 (dörd milyon) manata satılması əks olunmuş, hətta həmin pul vəsaiti də satıcı o lan üç nəfər iddiaçıya verilməmişdir.

9. Cavabdeh1 müqavilə bağlansa da, torpağı əslində icarəyə götürdüyünü və 2018ci ildə onlara qaytaracağına onları inandırmışdır. Həmin pulun alınmasından mülkiyyətçilərdən İddiaçı4 və İddiaçı5 heç birinin xəbəri olmamışdır.

10. Hazırda İddiaçı4 və İddiaçı5 böyümüş və dövlət tərəfindən onlara verilmiş pay torpaqlarından istifadə etmək, mülkiyyətlərində olan torpağın tam olaraq ailələrinə təhvil verilməsini istəyirlər.

11. İddiaçılar sonradan iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh kimi işə cəlb edilməsi və sonuncunun adına verilmiş çıxarışın da etibarsız hesab edilməsini xahiş etmişlər.

12. Bu da onunla əsalandırılıb ki, məhkəmə gedişində onlara məlum olub ki, ki, Cavabdeh1 mübahisəli torpaq sahəsini oğlu X4 bağışlamış və torpaq sahəsi mülkiyyət hüququ əsasında Azər Mustafayevin adına sənədləşdirilmişdir.

13. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 30.1, 30.2, 213.1, 213.2, 213.5, 213.6, 215.1, 215.4, 215.5, 218.1 və 218.4-cü maddələrinə istinad etmişlər.

14. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, göstərib ki, iddiaçıların iddia etdiyi ümumi mülkiyyətdə olan pay torpaq sahəsinin 1,92 ha hissəsini torpaq sahəsini İddiaçı1, İddiaçı2 və Ağayeva (əvvəl Mustafayeva) Vüsalə Nizami qızından xx xxxxxx 2004-cü il tarixdə Ağcabədi rayon Dövlət Notariat Kontorunda bağlanmış müqavilə əsasında 40000000 manata almış, pulu İddiaçı1 vermişdir. Həmin vaxtdan torpaq sahəsindən istifadə edir. xx xxxxx 2019-cu ildə isə torpaq sahəsini oğlu Azərə bağışlamışdır.

15. Cavabd eh Azər Mustafayev də iddiaya etiraz edərək, digər Cavabdeh1 izahatını təsdiq etmişdir.

16. Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(017)-1443/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Sulduz Ləzimov)

17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Ağcabədi rayon X2 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvləri olan İddiaçı2, Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı, İddiaçı4 və İddiaçı5 3,20 ha pay torpaq sahəsi verilmişdir.

18. Müəyyən edilib ki, həmin torpaq sahəsindən İddiaçı1, İddiaçı2 və Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı öz paylarına düşən 1,92 hektar hissəsini 13 noyabr 2004-cü il tarixdə Ağcabədi rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləs inə əsasən Cavabdeh1 ******* (dörd milyon) manata satmış, müqaviləni satıcılar şəxsən imzalamışlar.

19. Cavabdeh1 əldə etdiyi torpaq sahəsinə Çıxarış almış, sonra da torpaq sahəsini oğlu Azər Mustafayevə bağışlamış, sonuncu da xx xxxxx 2019-cu ildə torpağa Çıxarış almışdır.

20. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli torpaq alqı-satqı müqaviləsi və DƏDRX-dən verilmiş çıxarış qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilmiş, alqı-satqı müqaviləsinin və çıxarışın, həmçinin Cavabdeh1 torpaq sahəsini oğlu Azər Mustafayevə bağışlamasına dair xx xxxxx 2019-cu il tarixli müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab olunması üçün heç bir qanuni əsas yoxdur.Hazırki iş üzrə tərəflər arasında bağlanılan əqd fiziki şəxslər arasında bağlanılmış əqddir və bu əqdin aldatma, yalan, görünüş üçün bağlandığı məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 178.1, 394, 567, 646.1, Mülki Prosessual Məcəllənin 14.2, 77,1 və 88.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçılar apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını təmin edilməsini xahiş etmişlər.

23. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.

24. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-956/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Mə hkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(017)-1443/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi) Qəzənfər Kərimov, Nüsrət Mirzəyev)

25. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar iddia tələbində əqdin etibarsızlığının əsası kimi müqavilə üzrə pul vəsaitinin satıcı olan üç nəfər iddiaçıya verilməməsi, Cavabdeh1 torpağı əslində icarəyə götürməsi, pulun alınmasından mülkiyyətçilər İddiaçı4 və İddiaçı5 heç birinin xəbəri olmaması, hazırda İddiaçı4 və İddiaçı5 böyüməsi və dövlət tərəfindən onlara verilmiş pay torpaqlarından istifadə etmək, mülkiyyətlərində olan torpağın tam olaraq ailələrinə təhvil verilməsini istəmələrinə istinad etmişlər.

26. Apelyasiya məhkəməsinin mövqeyinə görə hər bir şəxs pozulmuş və ya pozulduğunu iddia elədiyi hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqlarının pozulduğunu iddia edən şəxs hüququnun pozulmasının nədə ifadə olunmasını, həmin pozuntunun onun hüquqlarının realizə edilməsinə hansı təsir etdiyini sübut etmək öhdəliyi daşıyır. Əgər şəxs vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində hüququn pozulduğunu sübut edə bilərsə, tələbi hüquqi baxımından Mülki Məcəllənin 337.1, 347-ci maddələrinin tələbləri baxımdan yol verilən hesab edilə bilər. Əqdlərin etibarsızlığı qüvvədə olan Mülki Məcəllənin XİV fəsli (337-354-cü maddələr) ilə tənzimlənir.

27. Apelyasiya məhkəməsi iş materialları və apelyasiya şikayəti üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, iddiaçıların əqdin etibarsızlığı ilə əla qədar göstərdiyi hallar mübahisələndirilən əqdin etibarsızlığına əsas ola bilməz. İddiaçılar mülkiyyətində olan mübahisəli daşınmaz əmlaklara dair sərbəst sərəncam verərək - onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin daşınmaz əmlaklara dair Cavabdeh1lə alqı-satqı müqaviləsi bağlamış, tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı (iddiaçılar), həm alıcı (Cavabdeh1) bu şərtlər, hüquq və vəzifələrlə razılaşaraq müqavilələri imzalamış, müqavilələr notariat orqanında qeydə alınmışdır. Üstəlik, iddiaçılar əqdi 16 ildən sonra mübahisələndirmişlər.

28. Apelyasiya məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edib ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Vüsalə Ağayeva, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayətində mübahisələndi rilən alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı4 və İddiaçı5 yetkinlik yaşına çatmadıqlarına görə müqavilədən xəbərsiz olmalarını bildirsələr də, yetkinlik yaşına çatmadıqlarına görə onların adından xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsini valideynlərinin bağladıqlarını diqqətdən qaçırmışlar. Mülki Məcəllənin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər.

29. Apelyasiya məhkəməsi belə nəticəyə gəlib ki, hazırki iş üzrə tərəflər arasında bağlanılan əqd fiziki şəxslər arasında bağlanılmış əqddir və bu əqdin aldatma, yalan, görünüş üçün bağlandığı məhkəmə iclasında öz təsdiqin i tapmadığı üçün iddianı rədd edən birinci instansiya məhkəməsi qanuni və əsaslı qətnamə çıxarmışdır.

30. Apelyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 324.1, 324.2, 342.4, 324.5, 347, 337-354, 404.1, 404.2 və 405.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı İddiaçı1 kassasiya şikayəti verib, apelyaisya instansiyasının qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmaqla şikayətdə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

33. Kassasiya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmam ışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləş dirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2-ci Bu zaman bütü n müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassa siya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmi n məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

41. Belə ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir.

42. İşin məhkəmələr tərəfindən müəyyən edilən mü bahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1, İddiaçı2 və Ağayeva (Mustafayeva) Vüsalə Nizami qızı öz paylarına düşən 1,92 hektar torpaq sahəsini 13 noyabr 2004-cü il tarixdə Ağcabədi rayon notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışlar.

43. İddiaçılar müqavilənin etibarsızlığı halı kimi həmin müqavilə üzrə nəzərdə tutulmuş pulun onlara ödənilməməsi, torpağın əslində Cavabdeh1 icarəyə verilməsinə istinad etmişlər.

44. Məhkəmələr iş materiallarına əsasən qeyd edilən halları, yəni müqavilənin tərəflərin iradə ifadəsinə zidd olması, iddiaçıların müqavilə bağlanarkən yanılmaları, müqavilədə göstərilən məbləğin iddiaçılara verilməməsi halını müəyyən etməmişlər.

45. Müqavilənin etibarsız sayılmasının əsasları və qaydası Mülki Məcəllənin 337354-cü maddələrində nəz ərdə tutulmuşdur.

46. İddiaçıların cavabdehlə bağladıqları alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş, əksinə, müqavilənin tərəflərin iradə ifadəsi azadlığına söykənməsi müəyyən edilmişdir.

47. Mülki Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

48. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 324.4-cü maddəsini düzgün tətbiq etmişdir.

49. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin e dilməsini istisna etmişdir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.

50. Apelyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kolleg iyasının xx xxxx 2020 il tarixli 2(106)969/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar