Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5137/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, vəkili Musayev Ramiz Əzizulla oğlunun, cavabdehlərin vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-903/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən İddi açı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 310 saylı arayışdan görünür ki, Əliyeva X15 rayonu, Muradbəyli kəndində yaşayır. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 317 saylı arayışdan görünür ki, X2 rayonu, Muradbəyli kəndində yaşayır. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 311 saylı arayışdan gör ünür ki, Əliyev X12 rayonu, Muradbəyli kəndində yaşayır. Sabirabad RPŞ tərəfindən 20.09.2011-ci il tarixdə verilmiş AZE 07555443 nömrəli «Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi»nin surətindən görünür ki, İddiaçı 13.09.1986-cı ildə Sabirabad rayonu, Muradbəyli kəndində anadan olmuşdur və Sabirabad rayonu, Muradbəyli kəndində yaşayış qeydiyyatına alınmışdır. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 05/69352 saylı arayışdan görünür ki, Cavabdeh və X3 nikahı haqqında 09 avqust 2010-cu il tarixdə 32 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı Sabirabad Rayon Qasımbəyli kənd İN-dir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bu barədə AZ-İ 590113 nömrəli Nikah haqqında şəhadətnamə verilmişdir. Sa birabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 05/69351 saylı arayışdan görünür ki, X25 23.10.2007-ci ildə Sabirabad rayonu, Muradbəyli kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Qeydiyyat Şöbəsində 28.07.2010-cu il tarixdə 847 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh və anası X6r. Bu barədə AZ-İİ497827 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ758617 №li«Doğum haqqında şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 16.08.2011-ci ildə Sabirabad şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin oktyabr ayının 01-ci günündə 46 sayla qeyd edilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 311 saylı arayışdan görünür ki, İddiaçı hal-hazırda Sabirabad rayon Qasımbəyli kənd İƏD üzrə nümayəndəliyinin Muradbəyli kəndində yaşayır. 2012-ci ildə Fövqaladə Hallar Nazirliyinin xətti ilə İddiaçı qaynanası X4 adına 3 otaqlı 100 m2 ölçüdə fərdi yaşayış evi tikilmişdir. Ailə üzvləri – 1937ci il təvəllüdlü X10, 15.05.1978-ci il təvəllüdlü Cavabdeh, 13.09.1986-cı il təvəllüdlü İddiaçı, 23.10.2007-ci il təvəllüdlü X25 və 16.08.2011-ci il təvəllüdlü X7 ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən çıxarışın surətindən görünür k i, Sabirabad rayonunun Muradbəyli kəndində ümumi sahəsi 80,90 kv. metr olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyəti kimi, 0,118437 ha torpaq sahəsi X9, X18, X20, Cavabdeh və X14 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 24.08.2020-ci ildə **********81-10301 nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun himayəsində olan uşağı, 06.08.2011-ci ildə anadan olmuş X17 ilə birlikdə 2012-ci ildə FHN tərəfindən yenidən inşa edilən, yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən o və uşaqlarının nəzərə alındığı, 12 avqust 2019-cu ilə dək fasiləsiz yaşadığı Sabirabad rayonu, Qasımbəyli KİN Muradbəyli kəndində yerləşən sahəsi 100 kv.m, 3 otaqlı evə köçürülmələri və h əmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ilin payız aylarında Cavabdeh ilə faktik, 09.08.2010-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan 23.10.2007-ci ildə X25 və 06.08.2011-ci ildə X16 anadan olmuşlar. Digər cavabdeh Rəfayyə Əliyeva onun qaynanası, yəni, Cavabdeh anasıdır. O, 2006-cı ildə cavabdehlərin yaşadığı evə gəlin gəlmişdir. Uşaqlar bu evdə anadan olmuşlar. 2010-cu ildə təbii fəlakət, Kür daşqını ilə əlaqədar Muradbəyli kəndində yaşadıqları ev su altında qalmışdır. Bundan sonra Qasımbəyli KlN-nin FHN-nə verdiyi ailə tərkibi arayışı əsasında onlara 3 otaqlı ev tikilmişdir. Qasımbəyli KİN-nin verdiyi 21.05.2020-ci il tarixli, 311 saylı arayışa əsasən FHN tərəfindən onlara tikilən ev 100 kv.m sahəsi olmaqla 3 otaqlı olmuşdur. Qasımbəyli KİN tərəfindən evin tikintisində otaqların sayını müəyyən etmək üçün cavabdeh X4, Cavabdeh, onun və 2 nəfər uşaqlarının adı siyahıya salınaraq FHN-nə təqdim edilmişdir. Bu səbəbdən ev 3 otaqlı tikilmişdir. Yəni FHN tərəfindən tikilən evdə onun və uşaqlarının da payı vardır. Cavabdeh 12 avqust 2019-cu ildə onu evdən qovmuşdur. Hazırda 23.10.2011ci ildə anadan olmuş qızı X16 ilə birlikdə anası Güldəstənin yanında yaşamağa məcbur olmuşlar. Cavabdeh həm də nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. 23.10.2007-ci ildə anadan olmuş X21 hazırda həmin evdə yaşayır. Hazırda yaşamağa yeri yoxdur. Ev FHN-nin müvafiq idarəsi tərəfindən tikildiyindən hələlik mülkiyyət sənədləri yoxdur. Evin qanunla müəyyən e dilən mülkiyyətçisi olmadığından o, Cavabdehlə 2006-cı ildən birlikdə yaşadıqlarından 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinin tələbləri əsasında məsələ həll edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, FHN tərəfındən ev tikilərkən otaqların və yaşayış sahəsinin ölçüsü müəyyən olunarkən o və 2 nəfər uşaqları da ailə üzvləri kimi nəzərə alınmışdır. Əgər evin mülkiyyət sənədi olarsa, onların payları olmalıdır. Sabirabad Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Pənahov, iş № 2(056)-1128/2020) iddia təmin edilərək, İddiaçı 23.10.2007-ci il təvəllüdlü X25 və 06.08.2011-ci il təvəllüdlü X16 adlı uşaqları ilə birlikdə Sabirabad rayonunun Muradbəyli kəndində yerləşən 2006-cı ildən 12.08.2019-cu il tarixə qədər yaşadığı və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarış əsasında cavabdeh X1 adına olan fərdi yaşayış evinə köçürülməsi, İddiaçı həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından, göstərilən mübahisə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə köçürülmə hüququ təmin olunduğundan iddia tələbi onun yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində də tələb təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Ca vabdehlər X10 və Cavabdeh tərəfindən Sabirabad rayon məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(056)-1128/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər X10 və Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına, yəni mübahisə olunan Sabirabad rayonunun Muradbəyli kəndində ümumi sahəsi 80,90 kv. metr olan fərdi yaşyaış evinin X4 xüsusi mülkiyyəti kimi, 0,118437 ha torpaq sahəsinin isə X10, X18, X20, Cavabdeh və X14 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 24.08.2020-ci ildə **********81-10301 nömrə ilə qeydiyyta alınmasına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət vermədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), T.Heydərov, Z.Babayev, iş № 2(106)-903/2021) cavabdehlər X10 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sabirabad rayon məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(056)-1128/2020 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı evə köçürmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2006-cı ilin payız aylarında Cavabdeh ilə faktiki, 09.08.2010-cu il tarixdə isə rəsmi nikaha daxil olmuş və Sabirabad rayonunun Muradbəyli kəndində X4 yaşayış evinə gəlin köçmüşdür. 2010-cu ildə təbii fəlakət, Kür daşqını ilə əlaqədar Muradbəyli kəndində yaşadıqları ev su altında qalmışdır. Bundan sonra Qasımbəyli KİN-nin FHN-nə verdiyi ailə tərkibi barədə arayışı əsasında onlara 3 otaqlı ev tikilmişdir. Cavabdeh 12 avqust 2019-cu ildə onu evdən qovmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışın surətindən görünür ki, Sabirabad rayonunun Muradbəyli kəndində ümumi sahəsi 80,90 kv. metr olan fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyəti hüququ ilə daşınmaz əmlakın Dövlət reyestirində 24.08.2020-ciil tarixdə qeydiyyatı alınmışdır. Bundan əlavə, həmin evin yerləşdiyi 0,118437 ha torpaq sahəsi X11, X18, X20, C avabdeh və X14 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 24.08.2020-ci ildə **********81-10301 nömrə ilə qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 12 avqust 2019-cu ildə onu Sabirabad rayonunun Muradbəyli kəndində cavabdeh X5 məxsus evdən qovduğunu, hazırda valideynlərinə məxsus evdə yaşadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarına istinad etmiş qeyd etmişdir ki, «Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həm in yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanının hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbədən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayə müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimetin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mən zil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydarın tətbiqini mümkünsüz edir». Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Rəşid oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)903/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi huquqlarına aid hissədə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsaslanması tamamilə düzgün deyildir. O, 2006-cı ildə cavabdehlərin yaşadığı evə gəlin gəlmiş, uşaqları bu evdə anadan olmuşlar. Həmin vaxt evin mülkiyyətçisi olmamış, mülkiyyət sənədi alınmamışdır. Belə olan halda hər hansı müqavilənin bağlanmasından söhbət gedə bilməz. 2010-cu ildə təbi fəlakət, Kür çayının daşması ilə əlaqədar olaraq Sabirabad rayon Muradbəyli kəndində cavabdehlərlə birlikdə yaşadıqları ev su altında qalmış, bundan sonra Sabirabad rayon Qasımbəyli KİN-in FHN-nə verdiyi ailə tərkibi arayışı əsasında onlara 3 otaqlı ev tikilmişdir. Evin sahəsi 100 kv.m olmuşdur. O və uşaqları cavabdehlərin ailə üzvü kimi yazıldığına görə ev üç otaqlı tikilmişdir. O evdən çıxarılandan və baxılan iş üzrə iddia ilə məhkəməyə müraciət etdikdən sonra, yəni 24.08.2020-ci ildə evə da ir mülkiyyət hüquqlarını müəyyən edən çıxarış alınmışdır. Hesab edir ki, baxılan iş üzrə mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, münasibətlərin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsi tətbiq olunmalı və mübahisə həmin normaların tələbləri baxımından həll olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Musayev Ramiz Əzizulla oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş edi. Cavabdehlərin vəkili Fərəcov Salman Böyükağa oğlu kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, dəlilləri qətnamənin tam ləğv olunmasına yönə lmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 228.2-ci maaddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə ü zvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərin in razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, - “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qəra rında hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «Beləliklə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəs inə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddianı rədd ed ən apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəllənin 30.4-cü maddəsi ilə əsaslandırmışdır. Lakin işin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı 2006-cı ildə mübahisəli evə həyat yoldaşı ilə faktiki nikah münasibətlərinə daxil olmaqla köçmüş, həmin ünvanda yaşadığı müddətdə iki övladı anadan olmuşdur. 2010-cü ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçının göstərdiklərinə görə 2010-cü ildə Kür çayında baş vermiş daşqın səbəbindən cavabdehlərin əvvəldən yaşamış olduqları, onun köçərək yaşadığı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən ev yararsız vəziyyətə düşmüş və bunun əvəzinə o, həyat yoldaşı və uşaqları nəzərə alınmaqla Fövqaladə Hallar Nazirliyi tərəfindən mübahisəli ev tikilmişdir. İddia tələbi irəli sürülərkən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfin mövqeyinə görə mübahisəli ev 24.08.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Rəfayyə Əliyevanın adına mülkiyyət hüququ əsasında qeydə alınmış, iddiaçı mülkiyyətçinin ailə üzvü hesab edilmir və o, mübahisəli evə köçərkən mülkiyyətçi ilə istifadə hüququnun əldə edilməsinə əsas olan müqavilə bağlanmamışdır. Göründüyü kimi iddiaçının dəlilləri mübahisəli evə köçərkən onun daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmaması, bu səbəbdən istifadə hüququnu müəyyən edən müqavilənin bağlanmasının istisna olunması, faktiki olaraq köçmüş olduğu evin mövcud olmaması, onun ailəsinin hüquqları nəzərə alınmaqla baş vermiş təbii fəlakətdən sonra yeni evin tikilməsi və yeni tikilmiş evə istifadə hüququnun mövcud o lması ilə bağlı olmuşdur. Bu dəlillərinin təsdiq edən sübut kimi isə müvafiq icra nümayəndəliyi tərəfindən verilmiş arayışa istinad edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə bağlı heç bir araşdırma aparmamış, ümumiyyətlə gəldiyi nəticəsini əsaslandırmamışdır. Müvafiq olaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmiş, həmin normalarda olan göstərişlərin və qərarlarda ifadə olunmuş mövqelərin baxılan işlə hansı hüquqi bağlılığın olmasını aydınlaşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər mübahisələndirmirlər ki, iddiaçı cavabdehlərin yaşamış olduğu evə 2006-cı ild ə köçmüş və həmin vaxt mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halda apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, tərəflər arasında münasibətlər yaranarkən yeni Mənzil Məcəlləsi qüvvəyə minməmiş, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi və Mülki Məcəllə qüvvədə olmuşdur. 2009-cu ilin 01 oktyabrdan sonra qüvvəyə minmiş Mənzilə Məcəlləsinin hazırkı münasibətlərə tətbiq edilməsinin mümkünlüyü aydın şəkildə müzakirə edilməli idi. Müvafiq olaraq Mənzil Məclləsinin 30.4-cü maddəsinin tətbiqi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma vaxtına münasibətdə mümkün hesab edilmişdirsə, iddiaçının bundan əvvəl mübahisəli evdə (ilkin və bərpa olunmuş) yaşaması və bu zaman isə hər hansı əsasla hüquq əldə edib etməməsinə qiymət verilməli idi. Bu baxımda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında münasibətlərin yaranma zamanı, əvvəlki evin təbii fəlakət zamanı yararsız hala düşdükdən sonra orada tikilən evə münasibətdə digər istifadəçilərlə birlikdə iddiaçının və onun birgə nikahdan anadan olmuş uşaqlarının istifadə hüquqlarının yaranıb yaranmaması, yaranmışdırsa (yaranmamışdırsa) bu halların hansı sübutlar əsasında müəyyən olunması aydınlaşdırılmamış qalmışdır. Digər tərəfdən baxılan işin halları ilə məyyən olunduğu kimi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra (iddia ərizəsi verilib 04.06.2020-ci ildə, ev qeydə alınıb 24.08.2020-ci ildə) qeydə alınmışdır. Həmin qeydə alınma həyata keçirilərkən mövcud mülkiyyətçinin adına qeydiyyatın hansı hüquqmüəyyənedici sənədlər əsasında aparılmasının aydınlaşdırılması da işin halları və iddiaçının dəlilləri (müəyyən olunarsa həmin hüquqmüəyyənedici sənədlərdə iddiaçının, övladlarının və həyat yoldaşının haqqında qeydin olunub-olunmaması) baxımından əhəmiyyətli olsa da belə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıl arın konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunveri cilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçının köçdüyü əvvəlki evə, həmin evin məhv olmasından sonra yeni tikilmiş evə münasibətdə və həmin sahənin hüquqi statusu dəyişdiyi dövrdə onun istifadə hüquqlarının yaranıb-yaranmaması və ya saxlanıb-saxlanmaması məsələsi araşdırılmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranma zamanı müəyyən edilməli və müəyyən olunmuş münasibətlərə aid olan və həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-903/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarlsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5137/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5137/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver