Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5139/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səxxxx Yaşar qızının katibliyi, İddiaçı oğunun, vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına və Firmanın rəhbəri X1 qarşı xxxx verilməsi tələxxxx dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami ray on Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) İddiaçı Cavabdeh Firmasına və Firmanın rəhbəri X1 qarşı xxxx verilməsi tələxxxx dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev) Nizami rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh Firmasına və Firmanın rəhbəri X1 qarşı xxxx verilməsi tələxxxx dair iddia verərək firma ilə onun arasında 2007-ci ildə bağlanmış iki ədəd tarixsiz 2-3-56 saylı və 2-3-44 nömrəli, 05.03.2013-cü il tarixli 944 nömrəli və 19.06.2013-cü il tarixli 1070 nömrəli “İcarə müqavilələri” ilə onun faktiki sərəncamına verilmiş 4 ədəd mağaza üçün ödədiyi 250.000 ABŞ dolları məbləğində pula dair “xxxx” surətlərinin cavabdeh Firmanın rəhbəri X məcburi qaydada alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi t ərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, 2007-2008-ci illərdə “xxxx” Ticarət Mərkəzində iş qurmaq, biznes fəaliyyəti ilə məşğul olmaq üçün cavabdeh Firmanın rəhbəri X ilə Ticarət Mərkəzində 5 ədəd mağaza binası almaq barədə şifahi alğı-satqı müqaviləsi bağlamışdır. Bu razılaşmaya əsasən, ümumi sahəsi 240 kv.m olan 5 ədəd mağazanın alınması üçün iddiaçı, X 2007-2008-ci illər ərzində hissə-hissə 250.000 ABŞ dolları məbləğində pul vermişdir. O, cavabdeh Firmaya müraciət edib, Firmanın rəhbəri X dəfələrlə ödədiyi pul məbləğinə dair “xxxx” ve rilməsini tələb etsə də, sonuncu hər dəfə qəbzləri verəcəyini vəd etmiş, lakin faktiki olaraq verməmişdir. İddiaçı isə X ilə aralarında şifahi razılaşma və birbirlərinə inam olduğundan gözləmişdir. Buna baxmayaraq, X bu günə kimi şəxsən özünə ödənilən 250.000 ABŞ dolları məbləğində pulun “Kassa mədaxil qəbzlərini” iddiaçıya verməmiş və verməkdən imtina etmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış tarixi qeyd olunmayan 2-3-44 nömrəli “İcarə müqaviləsinə” əsasən, sahəsi 50 kv.m olan mağazanın, iddiaçı ilə cavabdeh arasında bağlanmış tarixi qeyd olunmayan 2-3-56 nömrəli “İcarə müqaviləsinə” əsasən, sahəsi 40 kv.m olan mağazanın müddətsiz icarəyə verilməsi sonuncunun vəzifəsi kimi göstərilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə cava bdeh arasında bağlanmış 19.06.2013-cü il tarixli 1070 nömrəli “İcarə müqaviləsinə” əsasən, Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən ticarət mərkəzində tikinisi başa çatdıqdan sonra ticarətlə məşğul olmaq məqsədi ilə 10-cu sıra, 4-cü korpusda yerləşən 1 a nömrəli 62 kv.m sahəsi olan mağazanın, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05.03.2013-cü il tarixli 944 nömrəli “İcarə müqaviləsinə” əsasən, Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı-Səlyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən ticarət mərkəzində tikinisi başa çatdıqdan sonra ticarətlə məşğul olmaq məqsədi ilə 4-cü sıra, 5-ci korpusda yerləşən 70 t nömrəli 80 kv.m sahəsi olan mağazanın müddətsiz icarəyə verilməsi sonuncunun vəzifəsi kimi göstə rilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış “xxxx” əsasən Firma tərəfindən bir sıra mağazalar iddiaçının istifadəsinə verilmişdir. Mağazalar hal-hazıra kimi iddiaçının istifadəsindədir. Göründüyü kimi hazırda iddiaçı sözügedən dörd mağazanın alınması üçün 250.000 ABŞ dolları ödədiyini bildirərək, cavabdeh Firmadan və Firmanın rəhbəri X bu ödənişin “xxxx” surətlərini tələb edir. İddiaçı mübahisəli mağazaları cavabdeh Firmadan satın aldığını qeyd etsə də, onlar arasında alğı-satqı münasibətlərinin yarandığını təsdiq edən alğı-satqı müqavilələri iş materiallarında mövcud deyildir. Tərəflər arasında bağlanmış və etibarlılığı mübahisələndirilməyən “İcarə müqavilələrində” isə icarə obyektlərinə görə hansı məbləğdə ödəniş ediləcəyinə dair hər hansı məlumat yoxdur. 250.0 00 ABŞ dolları məbləğində pula dair kassa mədaxil qəbzlərini tələb edən iddiaçı, ilk həmin vəsaitin Firmaya və ya X ödənildiyini sübuta yetirməlidir. Lakin, o, iddia etdiyi 250.000 ABŞ dolları məbləğində pulun onun tərəfindən Firmaya ödənildiyini sübut edə bilmir. Onun istinad etdiyi müqavilələrin üzərinə “xxxx” yazılarının olması Firmaya iddiaçı tərəfindən məhz 250.000 ABŞ dolları məbləğində pulun ödənilməsi qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi 250.000 ABŞ dolları məbləğində pula dair “xxxx” mövcudluğu və onların cavabdeh Firmada və ya Firmanın rəhbərində olması təsdiq olunmadığından iddianı rədd etməkdə haqlı olmuşdur. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə isə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Hazırki iş üzrə iddiaçı X, mahiyyətcə eyni olsa da, iddia tələbinin əsaslarını fərqli şəkildə qoymaqla əvvəl də məhkəməyə müraciət etmiş, lakin iddia etdiyi 250.000 ABŞ dolları məbləğində pulun onun tərəfindən Firmaya ödənildiyini sübut edə bilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.05.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Firmasına və onun təsisçisi X qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun qaytarılması” tələxxxx dair iddiası üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03.04.2017 -ci il tarixli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Qüvvəyə minmiş həmin məhkəmə aktı ilə müəyyən edilmişdir ki, iddiaçı X Cavabdeh Firmasına 250.000 ABŞ dolları məbləğində pul ödəməsi təsdiq edilmir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir k i, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5139/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5139/2019
20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver