Məhkəmə qərarları › İş №2(102)-514/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-514/2021

25.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-514/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinə gedən yolun açılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(107)-733/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək JN-360A KOD 40707005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətlərində olan İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən açılmasına dair qətnamə çıxarılmasını xahiş etm işlər.

2. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(037)-521/2019 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi rədd edilmişdir.

3. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Mirbahəddin Hüseynov) xx xxx 2020-ci il tarixli 2(107)733/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı2 və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının xx xxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Mirbahəddin Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüş, kassasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə uyğun verilməmişdir. Belə ki, işə əlavə edilmiş qətnamənin çatdırılması haqqında sifarişli xəbərnamədən görünür ki, iddiaçılara göndərilən qətnaməni xx.xx.2020-ci il tarixdə İddiaçı2 (qaynı) xəbərnaməyə imza edərək qəbul etmişdir. Lakin İddiaçı2 kassasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə göndərmiş, onun kassasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəmə kollegiyasına daxil olmuşdur. Bununla da, iddiaçı kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti 3 gün ötürmüşdür. Lаkin iddiaçı və onun vəkili kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, məhkəmə mək tubunun göndərilməsi tarixi ilə onun məktubu qəbul etməsi tarixini səhv salaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məktub apellyasiya məhkəməsinə şikayətin müddətinin bitməsinə 1 gün qalmış göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq kassasiya şikayətini geri qaytarmış və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsa sən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa şikayət geri qaytarılır.

15. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mü bahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

19. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə xx.xx.2020-ci il tarixli məktubla tərəflərə göndərilmiş (İş v. № 207 – məktub), xx.xx.2020-ci il tarixdə Şəki MXŞ tərəfindən qəbul edilmiş (iş v. № 209 - reyestr), xx.xx.2020-ci il tarixdə göndərilən ünvandan qəbul edilmiş, bu barədə poçt ştampı vurulmuş, ünvan sahibi tərəfindən imza edimiş və xx.xx.2020-ci il tarixdə isə Şəki MXŞ-nə qaytarılmış, bu barədə poçt ştampı vurulmuşdur (iş v. 210 - xəbərnamə). Göründüyü kimi məhkəmə qətnaməsi iddiaçının ünvanından xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İddiaçı2 müddətin bərpası barədə ərizə təqdim etmədən, müddəti ötürməklə kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2020-ci il tarixə istinad etməklə düzgün nəticəyə gəlmiş, kassasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarmaqla hər hansı prosessual pozuntuya yol verməmişdir.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-733/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar