Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5140/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXoğlunun Cavabdeh qarşı ilkin; Cavabdeh qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı XXXoğlunun, onun vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-828/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı XXXoğlu tərəfindən verilmiş kas sasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXXoğlu (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək, izahatında bildirmişdir ki, Şirvan şəhəri “köhnə bazar” adlanan yerdə icarəyə götürdüyü mağazada qarışıq malların satışı ilə məşğul olmuş, cavabdehi mağazada satıcı kimi işə götürmüş, ara-sıra mağazanın fəaliyyətinə uzaqdan nəzarət etmişdir. Cavabdehə etibar etdiyindən on un işlərinə müdaxilə etməmişdir. Bundan istifadə edən cavabdeh mağazada olan 5000 manat dəyərində əmlakı nisyə satmışdır. Bunu bildikdən sonra cavabdehin sözlərinə inanaraq həmin pulun cavabdeh tərəfindən borclu olan şəxslərdən yığılaraq gətiriləcəyini zənn etmişdir. Lakin cavabdeh onun bu etibarından istifadə edərək, həmin pulu borclu olan şəxslərdən toplayaraq özü müstəqil şəkildə ticarətlə məşğul olmuşdur. Cavabdeh özü də etiraf edərək, 2012-ci ildən 2019-cu ilin oktyabr ayına qədər ona məxsus mağazada satıcı işlədiyini, mağazada qarışıq mallar, xüsusən də cehizlik malları satdığını, həmin əmlakı nisyə satdığını, 2019-cu ilin oktyabr ayının 2-də mağazanın bağlandığına görə işdən çıxdığını, 5000 manat dəyərində nisyə mal satdığını və həmin pulun ona qaytarılacağını bildirmişdir. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsi, iddiaçıdan onun xeyrinə əmək haqqı borcuna görə 360 manat, Dövlət Sosial Müdafiə Fonduna yaranmış borc üzrə 898,94 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1288,94 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasında göstərmişdir ki, iddia tamamilə əsassızdır və bu səbəbdən rədd edilməlidir. Belə ki, iddiaçı mağazanı icarəyə götürmüş, özü mallarla doldurmuşdur və onu yalnız satıcı kimi işə qəbul etmişdir. Malların nisyə satışı ilə əlaqədar iddiaçı özü bilavasitə sərəncam verib. Yəni onun icazəsi olmadan bir dənə də olsun mal nisyə satılmamışdır. Onun malların nisyə satışında rolu yalnız iddiaçının nisyə dəftərində müəyyən qeydlə r aparmaqdan və malın pulunu gecikdirən müştərilərə zəng etməkdən ibarət olub. İddiaçının bildirdikləri həqiqətə uyğun deyil. İddiaçı mağazanı bağladıqdan sonra ondan xahiş etmişdir ki, nisyə dəftərinə nəzarət etsin, orada olan şəxslərə zənglər etsin. Bu səbəbdən pulların yığılmasında iddiaçıya köməklik etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı nə satılan malların növü, miqdarı, nə də dəyəri barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, o, kimin nə qədər borcunun olması və onun həqiqətən də alıcılardan pul alması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, satıcı kimi işə qəbul olunduğuna görə VÖEN açdıraraq vergi orqanında qeydiyyata düşmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən Şirvan Şəhər Polis Şöbəsindən tələb edilmiş materiallar əsasında müəyyən edilmişdir k i, iddiaçı polisdə verdiyi 22.01.2020-ci il tarixli izahatında mal almaq üçün XXX adlı qadından 2017-ci ildə 5000 manat borc pul götürdüyünü, mal alıb mağazaya gətirdiyini, malların nisyə satıldığını, satdığı malın pulunu geri qaytara bilmədiyinə görə XXXün pulunu ödəyə bilmədiyini bildirmişdir. Cavabdeh, öz növbəsində, 14.01.2020-ci il tarixli izahatında bildirmişdir ki, satıcı işlədiyi müddətdə xxxxxnin göstərişlərinə əsasən nisyə mal vermişdir. Həmin müddətdə dükana müştərilərin 4676 manat borcu yaranmışdır. 2019-cu ilin oktyabr ayında XXXmağazanı bağlamaq qərarına gəlmiş, o da sonuncuya bildirmişdir ki, müştərilərin mağazaya 4676 manat borcu vardır. XXXhəmin borcları hissə-hissə toplayıb ona verməsini tapşırmışdır. XXXilə razılaşmış, 02.10.2019-cu il tarixdə mağazanı təhvil verib işdən çıxmışdır. 31.12.2019-cu il tarixində XXXonun yaşadığı mənzilə gəlmiş və 4676 manat pulu istəmişdir. xxxxxyə bildirmişdir ki, müştərilərdən 350 manat pul toplamışdır. XXXpuldan imtina etmiş, pulu tam toplayıb qaytarmasını bildirmişdir. 04.01.2020-ci il tarixdə xxxxxx adlı qadın onun işlədiyi marketə gəlmiş, xxxxxyə borclu olduğu pulu qaytarmasını tələb etmişdir. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(032)924/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) hər iki iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində göstərdiyi hallarla bağlı hər hansı sübut təqdim etməmişdir. Müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının yanında satıcı kimi işləmiş, lakin onunla hər hansı əmək müqa viləsi bağlanmamışdır. Cavabdeh tərəfindən mağazadakı mallar iddiaçının göstərişinə əsasən nisyə satılmış və sonuncunun bundan məlumatı olmuşdur. Belə olan halda, nisyə satılmış malların pulunun cavabdehdən tələb olunması əsassızdır. Cavabdehin qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbi etiraf etməmiş və izahatında qeyd etmişdir ki, cavabdehin adına VÖEN açılmış, sonuncu bütün mühasibat işlərini, sənədləşməni özü aparmışdır. Cavabdeh isə qarşılıqlı tələbində əsaslandığı hallara dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh əmək müqaviləsi bağlanmadan işlədiyindən, onun fəaliyyəti qanunsuz olmuşdur. O, yalnız tapşırığa əməl etmişdir. Belə olan vəziyyətdə isə onun əmək haqqı tələb etməsi və DSMF-də ödənişlərin aparılması tələbi əsassızdır. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1087.1, 1089.1, 1089.3-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 3, 11-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 78.1, 150.0.5, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar sübut olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-828/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması (nisyə satılmış malların dəftərləri üzrə müvafiq ekspertizanın keçirilməsi, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar və şahidin dindirilməsi üzrə araşdırma aparılması) və ədalətli qətnamə çıxarılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdı rmamış, onlara hüquqi qiymət verməmiş, şahid kimi dindirilməsini xahiş etdiyi XXX Baxşəliyevanı dindirməmiş, müvafiq ekspertizanın aparılması barədə şifahi vəsatətinə münasibət bildirməmişdir. Kassasiya şikayətinin əsası kimi, MPM-in 47.2, 77.1, 88, 220.4, 372.1, 372.2, 380.1, 384-388-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdehin vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilm əsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiy a instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə
778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəli llər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXXoğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-828/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.