Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5141/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə (X6 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisəsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa olunması və məсburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X6 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edi lməklə) “əmək haqqı, onun gecikdirilməsinə görə ödənc və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3963/2021 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" MMC ilə bağlanmış 22 fevral 2013-cü il tarixli əmək müqaviləsinə əsasən həmin müəssisədə texnoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdən etibarən baş mühəndis vəzifəsinə keçirilmişdir.
2. Hazırki iddia üzrə mübahisə yaranandan əvvəl, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən xitam vermişdir. İddiaçı cavabdehə qarşı həmin əmrin ləğv olunması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli H/010-19-02 №-li əmri ləğv edilmiş, İddiaçı işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 1.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5788 nömrəli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1347 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3521 nömrəli qərarı). H əmin qətnaməyə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunmuşdur. 3. cavabdeh-nin 01 iyun 2021-ci il tarixli, 12 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X6 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa olunması, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış edilməklə belə əsaslandırılmışdır ki, iddiaçının işə bərpa olunası barədə əvvəlki qətnamə icraya yönəlmiş, xx.xx.2021-ci il tarixdə işə başlayandan sonra məhkəmə qərarı ilə ödənilməli məbləğ və məhkəmə qərarından sonrakı dövr üçün maaş iddiaçıya ödənilməmişlər. Təqribən 10 gün sonra - xx.xx.2021ci il tarixdə işə buraxılmadığına görə iddiaçı Əmək Müfəttişliyinə şikayət etmiş, müfəttişlikdə iddiaçıya bildirmişlər ki, onunla olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən yenidən xitam verilmişdir. Halbuki, iddiaçının əvvəlki maaşları ödənilməmişdir və işə bərpa olunduqdan sonra da ona heç bir məbləğ ödənilməmişdir. Belə olan halda iddiaçı ərizə yazıb işdən çıxa bilm əzdi və eyni zamanda iyul ayında getməzdi. İddiaçı xx.xx.2021-ci il tarixdə Mediasiya Şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə, «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq iddiaçya arayış verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab ödənilməmiş və əmək kitabçası ona verilməmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri iddiaçının adından saxta ərizə tərtib edərək imzalamış, həmin ərizə əsasında əmr vermişdir. Cavabdeh iddiaçıya işdən çıxarılması barədə məlumat verməmiş, əmrin surətini ona təqdim etməmiş və onu məlumatlandırmamışdır. Bu hal iddiaçıda mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmişdir. Buna görə də cavabdehdən onlara vurduğu mənəvi zərərə görə 50. 000 manat tutulmalıdır.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. İddiaçının bir neçə imzası mövcuddur və istənilən sənəddə müxtəlif imzalardan məharətlə istifadə edə bilir. İddiaçının yazdığı ərizələrin əslindən görünür ki, bütün ərizələrdə iddiaçının şəxsən özünün imzası vardır.
7. Cavabdeh tərəf iddiaçının işəgötürənə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizələri təqdim etmişdir. Həmin ərizələrdə iddiaçı 01 iyun 2021-ci il tarixdən işdən öz xahişi ilə azad edilməsini və iddiaçı işə bərpa olunduğu tarixdən (xx.xx.2021) 1 iyun 2021-ci il tarixinə qədər işə gəlmədiyi, bununla bağlı heç nə tələb etmədiyi və son haqq-hesabından imtina etdiyini qeyd edilmişdir.
8. Birinci instansiya məhkə məsinin qərardadı ilə, mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında 01 iyun 2021-ci il tarixli ərizədə “işçi” qrafasında olan imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması barədə sual qoyulmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1719 saylı, 15 dekabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 65-ci, 66-cı vərəqlərində İddiaçı adından olan xx.xx.2021-ci il tarixli ərizələrdə «İşçi (tanış oldum)» qrafalarındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən səriştəliklə (əvvəlcədən məşq edilməklə) oxşadılmaqla icra olunmuşdur.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2021 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, iddiaçının İddiaçı məcburi işburaxma müddəti üçün işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
11. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsinə dair ərizənin üzərindəki imza həqiqətən də İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi mübahisələndirilən ərizənin imzalanması zamanı lazımi subyektin iştirakı şərti pozulmuş və qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizənin iddiaçı tərəfindən imzalanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz, çünki xx.xx.2021-ci il tarixli 12 saylı əmrin verilməsinə əsas olmuş İddiaçı ərizəsi ö zü tərəfindən imzalanmadığı müəyyən edilmişdir. 13.1. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" MMC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması barədə xx.xx.2021-ci il tarixli 12 saylı əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyana görə 50.000 manat tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçı ona cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını bildirsə də, ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əs aslandıra bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına, istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin qismən, mənəvi ziyan hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının işdən qanunsuz və əsassız şəkildə azad edilməsi, hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiq edilməsinə ehtiyac yoxdur. Eyni zamanda, öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin iddiaçını bu əsasla işdən azad etməklə, onun adından saxta ərizə tərtib edib imzalamaqla Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkaranə şəkildə pozması, mübahisənin davam etmə müddəti, iddiaçının yaşı, bu halın ikinci dəfə təkrar olunması, eləcə də cavabdehin qeyd edilən pozuntunu aradan qaldırmaqdan ötrü heç bir tədbir görməməsi nəzərə alınmaqla iddia tələbinin tam təmin olunması ədalətli olardı. İddiaçının işdən qanunsuz və əsassız şəkildə azad edilməsi, saxta ərizə əsasında işdən azad oluması işin mübahisəsiz halı olduğuna baxmayaraq, məhkəmə bunları nəzərə almamışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və xx.xx.2022-ci il tarixli xüsusi qərardadını qanunsuz hesab edilməklə ləğv olunmasını xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” barədə olmuşdur. İddia tələbi ilkin vaxtdan bu formada verilmiş, so nradan tələbin həcminin artırılması-azaldılması və ya dəqiqləşdirilməsi halı baş verməmişdir. “50.000 manat mənəvi zərərə görə pul tutulması” barədə iddia tələbi heç bir halda “əmək fəaliyyəti ilə bağlı digər tələblər” kateqoriyasına aid edilə bilməz, çünki bu tələbin əsasını əmək fəaliyyəti deyil, mənəvi ziyan təşkil edir. İddiaçı məhkəməyə müraciət etməmişdən öncə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməmişdir. Belə ki, iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə mübahisənin mediasiya yolu ilə həll edilməsi üçün cavabdeh MMC-yə hər hansı təklif və ya bildiriş göndərilməmişdir. Cavabdehin mübahisənin mediasiya yolu ilə həll edilməsi barədə hər hansı məlumatı olmamışdır. Hazırki əmək mübahisəsi üzrə iddia verilərkən “Mediasiya haqqında” Qanunun tələbləri üzrə prosedur qaydalarına riayət edilməmişdir. Cavabdeh MMC olaraq həmin ekspertiza rəyini iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut hesab etmir. Məhkəmə xx.xx.2021-ci il tarixdə xətşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadında ekspertlər qarşısında, yalnız xx.xx.2021-ci il tarixli ərizədəki “işçi” qrafasındakı imzanın İddiaçı və ya başqa şəxs tərəfindən icra olunması barədə sual qoymuşdur. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizə 02 nüsxədə olmaqla, hər biri iddiaçının özü tərəfindən imzalanmış və imzanın altında kiril əlifbası ilə “İddiaçı o.” sözləri yazılmışdır. Məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadında yalnız “imza”nın iddiaçı tərəfindən icra edilib-edilməməsi barədə sual qoymuşdur. Lakin həmin ərizələrdə kiril əlifbası ilə yazılmış “İddiaçı o.” sözlərinin iddiaçı tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoymamışdır. Bu suala ekspert tərəfindən cavab verildikdə, həmin ərizədəki iradə ifadəsinin iddiaçıya məxsus olduğu aydın olardı. İddiaçı müxtəlif növ imzalardan istifadə etməklə müxtəlif sənədləri imzalaması iş materiallarında olan sənədlərlə təsdiq olunur və işə baxan məhkəmədə xətşünaslıq ekspertizası təyin edərkən bu xüsusatları nəzərə almalı, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizələrdəki imzaların mülki iş materiallarında olan kifayət qədər əsli olan sənədlərdəki imzalarla eyni olub-olmaması, bütün bu imzaların eyni şəxs tərəfindən icra edilib-edilməməsi barədə ekspert qarşısında sual qoymalı idi. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tari xli, 4/1719 saylı ekspertiza rəyinin mötəbər sübut olmamasını təsdiq edən digər sübutlar ondan ibarətdir ki, rəydə ekspert ekspertiza tədqiqatı üçün sərbəst imza nümunəsi qismində AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətində əks olmuş imzadan istifadə etdiyini qeyd etmişdir. Həmin şəxsiyyət vəsiqəsinin surətindəki imza surətdir, kiçik ölçülüdür. Şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqəsi (ən son) olmaqla, buradakı imza elektron formada imzalanır, yəni vətəndaşa verilmiş yeni nəsil şəxsiyyət vəsiqəsindəki imza elektron imzadır, bu imza hər hansı sənəd üzərinə çəkilmiş imza deyil, elektron tabloya imza edilir, həmin imza scaner vasitəsi ilə köçürülür və çap edilir. Çap və scan edilmə zamanı imza olduğu kimi görünmür. Həmçinin şəxsiyyət vəsiqəsi laminasiya edilir, bu cür sənə dlərdəki yazılar, imzalar isə ekspertiza təqdiqatı zamanı istifadə edilə bilməz. Həmçinin məhkəmə iclas protokolunda hakimin xüsusi qərardad elan etməsi ilə bağlı hər hansı qeyd yoxdur. Məhkəmə iclas protokoluna görə sədrlik edən müşavirədən sonra yalnız qətnaməni elan etmiş və xüsusi qərardadı elan etməmişdir. Elan edilməmiş xüsusi qərardad mülki iş materiallarına əlavə edilib və cavabdeh tərəfə göndərilmişdir. Xüsusi qərardadın mövcud olmadığını - elan edilməməsini bir daha göstərməklə, qeyd edilir ki, məhkəmə bu qərardadı keçirilmiş xətşünaslıq ekspertizasının rəyinə istinad edərək qəbul etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3963/2021 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, cavabdehdən 2000 manat mənəvi ziyana görə pulun tutulub iddiaçıya ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində rədd etməkdə qismən haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın bu hissəsini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı, həmin tələbini sübuta yetirə bilməmişdir. 21.1. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq, qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab veri r. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 21.2. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xa rakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 21.3. Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. 21.4. Kollegiya hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq, hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş imza başqa şəxs tərəfindən icra edilməklə iddiaçının qanunsuz və əsassız şəkildə azad edilməsi, iddiaçının hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalması faktları özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. 21.5. Kollegiya, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bi ldirir ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 21.6. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır 21.7. Kollegiya, iddiaçının öz xahişi ilə işdən çıxmaq barədə ərizə vermədiyi halda cavabdehin onu bu əsasla işdən azad etməklə Əmək Məcəlləsinin tələblərini qəsdən və nümayişkaranə şəkildə pozmasını, mübahisənin davam etmə müddətini, iddiaçının yaşını, eləcə də cavabdehin qeyd edilən pozuntunu aradan qaldırmağa çalışmaması və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərə görə 2.000 manat pulun tutulması ədalətlidir.
22. Apellyasiya instansiya məhkəməsi, "xxxx" MMC-nin apellyasiya şikayətinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC birinci instansiya məhkəməsidə nümayəndəsi vasitəsi ilə təmsil olunmuş və həmin hala dair vəsatətlə çıxış etməmişdir. Cavabdeh tərəfindən həmin halın apellyasiya şikayətində mübahisələndirildiyi nəzərə alınaraq, məhkəmə tərəfindən tərəflərə mübahisənin mediasiya prosesində həll edilməsi təklif edilmiş, lakin tərəflər bundan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunda hazırki tələb üçün müəyyən edilmiş tələblər baxımından iddia ər izəsinin baxılmamış saxlanılması iddiaçının qanunla qorunan hüququnun kobud şəkildə pozulması ilə nəticələnmiş olar. Ona görə də kollegiya hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində və apellyasiya icraatı zamanı təqdim eydiyi vəsatəti cavabdehin yuxarıda göstərilən hərəkətsizliyi ilə hüquqi əhəmiyyətini itirdiyi üçün nəzərə alına bilməz.
23. Apellyasiya instansiya məhkəməsi həmçinin "xxxx" MMC-nin apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəf apellyasiya instansiya məhkəməsinin istinad etdiyi əsası (ərizədəki imzanın iddiaçıya məxsus olmaması) qəbul etmədiyi və bununla bağlı verilmiş ekspertiza rəyinin mötəbər olmadığı bildirilmiş və əlavə komission xəttşünaslıq ekspertizası keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Lakin məhkəmə kollegiyası heç bir əsaslandırma olmadan həmin vəsatəti təmin etməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və zərərin qiymətləndirilmə metodunu aydınlaşdırmağa borclu olduğu halda, bunları araşdırmamış, yalnız iddiaçı tərəfin şəxsi mülahizələrinə istinad etməklə sonuncunun izahatı əsasında iddia tələbini bu hissədə qismən təmin etmişdir. Məhkəmə mənəvi zərərin əvəzi ilə bağlı pulun həcmini müəyyənləşdirərkən cavabdeh MMC-nin hansı hərəkətləri nəticəsində iddiaçıya zərər vurulmasını, iddiaçıya vurulmuş mənəvi zərəri hansı formada, hansı meyarlara əsasən məhz 2000 manat məbləğində qiymətləndirməsini qətnamədə aydınlaşdırmamış, həmçinin iddiaçının özünün cavabdeh MMC-yə qarşı olan qəsd hərəkətlərini nəzərə almamışdır. 25.1. Həmçinin, apelyasiya şikayətində də qeyd olunduğu kimi, tərəflər arasında əmək mübahisəsi üzrə mediasiya prosedurlarına riayət etməyən və "Mediasiya haqq ında" Qanunun tələblərini kobud şəkildə pozan mediator X1 intizam məsuliyyətinə cəlb edilərək, mediatorun barəsində intizam məsuliyyəti tədbiri tətbiq edilməsi haqqında Mediasiya Şurasına şikayət ərizəsi verilmişdir. Şikayət ərizəsi əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, mediator mediasiya üçün müraciət etmiş İddiaçı qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərmədiyi halda sonuncunun müraciətini icraatına qəbul etmiş, "xxxx" MMC-yə mediasiyaya dəvət məktubunu MMC-yə aidiyyəti olmayan ünvana göndərmiş, "xxxx" MMC-nin ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlı olub-olmamasını yoxlamaq üçün bütün imkan və vasitələrdən istifadə etmədən ilkin mediasiya sessiyasını keçirmiş və 2021-001699 saylı iş üzrə xx.xx.2021-ci il tarixli arayışı müraciət edən tərəfə təqdim etmişdir. Buna görə də X4 Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə mediator Gülnar Quluzadənin barəsində xəbərdarlıq intizam məsuliyyət tədbiri tətbiq edilmişdir. Mülki-Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsində göstərilən məlumat ərizədə göstərilməmiş, 150.1.7-ci maddəsində göstərilən sənəd ərizəyə əlavə edilməmişdir. Buna görə də həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməməli və ərizə baxılmamış saxlanılmalı idi. Birinci instansiya məhkəməsi iddia ərizəsi icraata qəbul edilən zaman mediasiya proseduruna düzgün riayət edilib-edilmədiyini yoxlamalı idi. Cavabdeh tərəf İddiaçı iddia ərizəsinin "Mediasiya haqqında" Qanunun tələblərinin pozulması əsası ilə baxılmamış saxlanılması barədə, həmçinin əlavə komission xəttşünaslıq ekspertizanın təyin edil məsi barədə vəsatət vermiş, lakin apelyasiya məhkəməsi vəsatətləri təmin etməmişdir. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
27. Maddə 2, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (k ontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
28. Maddə 12, 1-ci bənd. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
29. Maddə 68, 1-cu bənd. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 68, 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...
31. Maddə 69, 1-ci bənd. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
32. Maddə 74, 2-ci bənd: Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət ed ərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
33. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənil məklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı
40. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər, qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüqu qlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
41. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı
42. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə v ə ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
43. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının m üvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Belə ki, iddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürə nin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir.
48. Bu normada qeuyd olunmuş Əmək Məcəlləsinin 68 və 19-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkülüyünü nəzərdə tutur. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC 01 iyun 2021-ci il tarixlli, 12 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verə rkən, İddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsi varədə yazdığı ərizəyə istinad etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin “a” bəndini rəhbər tutmuşdur. Lakin cavabdehin istinad etdiyi ərizəni İddiaçı imzalamamışdır. İşin bu halı ekspertiza rəyi ilə müəyyən olunmuşdur.
49. İşin bu halı iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə təşəbbüsünün olmadığını, "xxxx" MMC 01 iyun 2021-ci il tarixlli, 12 nömrəli əmrinin Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinin əsasları pozulmaqla verildiyini təsdiq edir. Bu da öz növbəsində Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əmrin lşğv olunması kimi hüquqi nəticəyə səbəb olur.
50. Əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda iddiaçının işə bərpa olunması, məcburi iş buraxma maddəti üç ün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi üşün qanuni əsaslar yaradır.
51. Buna görə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir.
52. Kassatorun komission xətşünaslıq ekspertizasının təyin olunması haqqında vəsatətinin təmin olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqıbda” qanunun 19-cu maddəsi).
53. Kassator bu dəlilini onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması barədə yazdığı 01 iyun 2021-ci il tarixli ərizədə “imza” qrafasından əlavə, iddiaçının əllə yazılan yazıların da iddiaçı tərəfindən yazılılb-yazı lmadığı barədə ekspert qarşısında sual qoyulmamışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil nəticə etibarilə birinci instansiyası məhkəməsinin gəldiyi nəicəyə təsir etmir. Çünki imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. İmza ərizənin əsas elementidir. Ərizənin mətnində ifadə olunmuş xahiş (tələb,) onu yazmış şəxsin imzası ilə təsdiqlənir. Əgər mətn tamdırsa, lakin imza ilə təsdiqlənməmişdirsə, ərizə hər hansı qüvvəyə malik deyildir. Baxılan işdə də ərizədə olan imza iddiaçı tərəfindən edilmədiyinə görə ərizənin qalan mətni əhəmiyyətsizdir.
55. İddia nın baxılmamış saxlanması barədə dəlillər də qətnamənin ləğvinə əsas vermir. Çünki iddiaçı yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllinə səy göstərərək mediatora müraciət etmiş və cavavdehin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. Cavabdeh tərəfindən həmin halın apellyasiya şikayətində mübahisələndirildiyi nəzərə alınaraq, məhkəmə tərəfindən MPM-nin 14.3-1-ci maddəsinə əsasən tərəflərə mübahisənin mediasiya prosesinədə həll edilməsi təklif edilmiş, lakin tərəflər bundan imtina etmişdir.
56. Mənəvi zərərin ödənilməsi barədə gəldiyi nəticənin əsaslandırılmadığı barədə dəlil də əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi mənəvi zərərin ödəniməsi barədə iddianın əsaslarını həmin iddianın maddi hüquqi əsaslarını təşkil edən Mülki Məcəllənin 21 və Əm ək Məcəlləsinin 300-cü maddələri əsasında təhlil etmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3963/2021 nömrəli mülki iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilməd