Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5145/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-889/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-45/2020 saylı qətnaməsi ilə (sədrlik edən, ha kim H.S.Mirzəliyev) İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilmişdir. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-889/2020 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə iddiaçının kasasiya şikayətinin icraata qəbul edilmə sinə dair Ali Məhkəmənin hakiminin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq, iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apelyasiya şikayəti verməmişdir. Cavabdeh2 qətnamədən verdiyi apelyasiya şikayətinə əsasən isə, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apelyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılmışdır. Göründüyü kimi iddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apelyasiya şikayəti vermədiyi halda, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasa siya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından apelyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi mülki prosessual qanunvercilikdə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzif əsi müəyyən edilib. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən,apelyasiya şikayətinin qətnamənin ləğvinə yönəlib-yönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, apelyasiya şikayətinin qətnaməsinin tam ləğvinə yönəlməməsi; ikincisi, mübahisənin predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni apelyasiya şikayətinin qətnamənin tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qətnaməsinin əs aslılığının apelyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Apelyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə- birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən 1 ay müddətində apelyasiya şikayəti verməməklə qətnamənin hüquqi nəticələri ilə razılışmış və artıq birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə qanuni qüvvəsini aldığından kasasiya şikayəti ilə müraciət etmək hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər prosessual qanunvercilikdə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurl ar. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı, birinci instansiya məhkəməsinin qətnaməs i ilə razılaşaraq ondan apelyasiya şikayəti vermədiyi halda, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verdiyi üçün, onun kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə qaytalmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddiasına dair 2(107)-889/2020 saylı mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5145/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5145/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver