Məhkəmə qərarları › İş №2(102)-5145/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5145/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5145/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-631/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 24 yanvar 2019-cu il tarixdə özlərini "xxxx" Mənzil-Tikinti şirkətinin işçiləri kimi təqdim edən cavabdehlər Cavabdeh1 və X2 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən yeni inşa edilmiş "xxxx" MTK şirkətindən 17 mərtəbəli binanın 14-cü mərtəbəsində bir otaqlı 65,7 kv.m. sahəsi olan mənzil almaq üçün 43.000 manat məbləğində pul vermişdir. Lakin cavabdehlər Cavabdeh1 və cavabdehlər X3 müxtəlif bəhanələrlə alğı-satqı müqaviləsi bağlamamış və götürdükləri pulu qaytarmamışlar. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 6.600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, eləcə də əldən çıxmış fayda kimi 32.000 manatın, vurulmuş ma ddi zərərə görə 5.000 manat və mənəvi zərərə görə kompensasiya olaraq 10.000 manat pulun ona ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müxtəlif bəhanələrlə mənzilin sənədlərini təqdim etməmiş və götürdükləri pulu geri qaytarmamışlar. Hazırda qeyd olunan ərazidə "xxxx" MTK tərəfindən inşa olunmuş binada bir otaqlı 65,7 kv.m. sahəsi olan mənzilin bazar dəyəri 72.000-75.000 manat təşkil edir. Məsələnin araşdırılması üçün 08.08.2019-cu il tarixində iddiaçı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İşin araşdırılması zamanı cavabdehlər pulun bir hissəsini, 36.400 manatını qaytarmış, qalan 6.600 manat pulu qaytarmaqdan imtina etmişlər. Cavabdehlərin qanunsuz əməlləri nəticəsində, 1 il müddətin də iddiaçının sağlamlığında və səhhətində ciddi problemlər yaranmış, əsəbləri pozulmuş və ürək ağrıları əmələ gəlmişdir. Bununla əlaqədər olaraq, ürək ağrılarının aradan qaldırılması və əsəblərinin müalicəsi üçün 27.09.2019-cu il tarixində İran İslam Respublikasına getmiş, eləcə də bir çox yerli xəstəxanalarda da müalicələr almışdır.

4. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 İddiaçı xeyrinə 6.600 manat pulun, vurulmuş mənəvi ziyana görə 500 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər daşınmaz əmlak olan mənzilin alğı-satqısı barədə r azılığa gəlmiş və hətta iddiaçı tələb olunan pulu cavabdehlərə vermişdir. Lakin cavabdehlər vədlərinə əməl etməyərək qanunun tələb etdiyi qaydada iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamamış, nəticədə qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının verdiyi vəsait hesabına varlanmışlar. Sonradan cavabdehlər pulun bir hissəsini qaytarmış, qalan 6.600 manat pulu isə qaytarmaqdan imtina etmişlər.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan 43.000 manat pulun cavabdehlər tərəfindən birlikdə alınması eyni məqsədlə əldə olunmasına yönəlmiş hərəkətlərin nəticəsi olduğundan və 36.400 manat məbləğində pulun qaytarılması öz təsdiqini tapdığından qalan 6.600 manat pul cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.

7. Məhkəmə maddi ziyan tələbinin təmin olunmayan hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında rəsmi qaydada alğı-satqı müqaviləsi bağlanmadığından və iddiaçının həmin müqavilə əsasında alıcı statusu yaranmadığından müqavilə üzrə hansısa hüququ pozulmamışdır. Digər tərəfdən iddiaçı hazırda qeyd olunan ərazidə "xxxx" MTK tərəfindən inşa olunmuş binada bir otaqlı 65,7 kv.m. mənzilin bazar dəyərinin 72.00075.000 manat təşkil etməsini bildirsə də bu barədə rəsmi və təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmiş və bu hal onun özünün izahatından başqa hər hansı digər rəsmi sübutlarla təsdiqlənmir.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən 10.000 manat məbləği çox olmaqla real qiymətləndirilmir və bu məbləğ 500 manat müəyyən olunarsa daha ədalətli və ağlabatan olar. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddi açı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-631/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və Z.A.Zeynalov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Füzuli Rayon Мəhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi mənəvi ziyana görə müəyyən edilmiş kompensasiyanın miqdarına dair hissədə dəyişdirilmiş, mənəvi ziyana görə 2000 manat məbləğdə kompensasiyanın Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MTK-da n 65,7 kv.m. sahəsi olan 1 otaqlı mənzil almaq üçün cavabdehlərə pul verdiyini sübuta yetirə bilmişdir.

12. Məhkəmə əlavə maddi ziyanın ödənilməsi və əldən çıxmış faydaya dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə kollegiyası iddiaçının on aydan artıq müddət ərzində həsrətlə gözlədiyi, xəyallar quraraq ailəsi ilə birgə sığınıb yaşayacağı mənzilə sahib ola bilməməsi və üstəlik verdiyi pulu cavabdehlərdən geri ala bilməməsinin iddiaçıda psixoloji sıxıntı, narahatlıq və məyusluq hissləri yaratdığı, bu səbəbdən dərin sarsıntı və iztirablar keçirməsinə və mənəvi zərərə məruz qalmasına səbəb olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, bununla belə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ni kifayət hesab etməmiş, 2000 manat məbləğdə mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiya olduğu barədə nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh Müşfiq Adıgözəlov kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi heç bir əsaslı dəlil göstərmədən, tərəflər arasında olan mübahisənin abstrakt ifadələrlə, “narahatlıq və məyusluq” hissləri yaratması ilə əsaslandıraraq belə bir əsassız qərar qəbul etmişdir. İşə apellyasiya qaydas ında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirl ər (əldən çıxmış fayda) başa düşülür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olu nmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin et mədən saxlaya bilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

22. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın l əğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə baxmayaraq, iş ü zrə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması xahiş edilir. Bu xahiş və kassasiya şikayətinin dəlilləri onu ehtiva edir ki, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə deyil, yalnız mənəvi zərərin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş 500 manat məbləğinin artırılaraq 2000 manat müəyyən edilməsi hissəsində mübahisələndirir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişi n şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak v əziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mənəvi zərərin miqdarını bu cür təhlil əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmışdır. Buna görə də kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

29. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə d ə, bu hallar iş materialları ilə öz əksini tapmır.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-631/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar