Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5148/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi xidmət nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarə t tərkibdə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi xidmət nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə «işləmə faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3531/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi xx xxxxxxx 1960-cı il tarixində Ermənistan SSR-in Basarkeçər (Varderıis) rayonunda dünyaya gəlmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş X12 Sistemindən çıxarışdan görünür ki, ərizəçinin 2006cı il tarixədək 36 il əmək stajı var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəz ifəsində, 12 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləmə faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, 25 iyun 1977-ci il tarixində Basarkeçər rayonun Zod qızıl mədəninə xadimə vəzifəsində işə qəbul olunmuş və 12 sentyabr 1978-ci ilə kimi həmin vəzifədə çalışmışdır. Daha sonra 12 sentyabr 1978-ci il tarixdən çalışdığı vəzifə dəyişmiş və liftçi olaraq 22 oktyabr 1988-ci il tarixinə kimi işə davam etmişdir. Lakin 1988-ci ilin noyabr ayında Ermənistan SSR rəhbərliyi tərəfindən erməni quldur dəstələrinin, polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edərək, azərbaycanlıların çıxıb getməsinə, kütləvi surətdə öz yurd-yuvalarından məcbu ri şəkildə didərgin salınmasına yönəlik deportasiya prosesi başladığından o da, ailəsilə birlikdə Azərbaycan SSR ərazisinə gəlmiş və burada məskunlaşmışdır. Azərbaycanlıların kütləvi deportasiyası ilə əlaqədar olaraq Ermənistan SSR ərazisində daimi işlədiyi Zod qızıl mədənində işlədiyinə dair sənədləri götürmək imkanı olmamışdır. Lakin həmin tarixlər arasında Zod qızıl mədənində onunla birlikdə 100-lərlə azərbaycanlı çalışırdı. Onun Zod qızıl mədənində çalışdığının isbat edilməsi üçün X10 və X2 (həmin şəxslərin Zod qızıl mədənində çalışdıqlarına dair məlumatlar əmək kitabçalarında öz təsbitini tapmışdır) şahid qismində dəvət edilməsinin tərəfdarıdır.
5. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin (hakim S.F.Cəfərov) 2(006)-328/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizənin təm in edilməsi, Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsi faktının təsdiq edilməsi qət edilmişdir
6. Məhkəmə hesab etmişdir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır.
7. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə v əzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsinə dair sənədlər Basarkeçər (Vardenis) rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. İş materiallarından göründüyü kimi, ərizəçi üzrlü səbəbdən əmək kitabçasını təqdim edə bilmir. İş materiallarından və məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələrindən də ərizəçinin Ərizəçi 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsi faktı təsdiq edilir
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4, 305.1.1, 307.2.3, 308, 311-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda mübahisələndirilən faktın təsdiq olunması Ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmu r. Belə ki, ərizəçi həmin faktın təsdiq edilməsinin zəruriliyini ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə səbəb olacağı ilə əsaslandırmasına baxmayaraq, nəzərə alınmalıdır ki, həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş güzəştli iş stajı tamamlanmır. Bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz edir. Digər tərəfdən hazırki iş üzrə qeyd olunmalıdır ki, ərizəçi tərəfindən məhkəmə iclası zamanı 2 şahid təqdim olunmasına baxmayaraq, məhkəmə qətnaməsində də qeyd olunduğu kimi həmin şahidlərdən biri olan X4 ifadəsində 1972-ci il may ayının 26dan 1988-ci ilə qədər Zod qızıl mədənində işlədiyini, Ərizəçi 1980-ci illərdən orda liftçi işlədiyini qeyd etmişdir. X1 məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasın a əsasən, o, xx.xx.1979-cu il tarixdə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. Digər şahid qismində dindirilmiş X8 məhkəmədə ifadəsi zamanı 1965-ci il tarixdən 1988-ci il tarixədək Zod qızıl mədənində işlədiyini bildirmişdir. Həmçinin, şahid X5 adına açılmış 1966-cı il tarixli əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1966-cı il tarixdə işə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-328/2022 nömrəli qətnaməsindən məlum olur ki, sözügedən hal məhkəmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Belə ki, şahid X4 xx.xx.1988-ci il tarixdə, digər şahid X8 isə xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir. Sözügedən hal onu göstərir ki, həmin şahidlər ərizəçinin 22 okt yabr 1988ci il tarixədək “Zod” qızıl mədənində işləməsini təsdiq edə bilməzlər. Çünki, ifadə verən şahidlər özləri həmin tarixdə artıq sözügedən müəssisədə işləmirdilər.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3531/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsinin – Ərizəçi Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Ərizəçi Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsinin başlanmas ı tarixinin xx.xx.1978-ci il tarixi müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır və birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən ərizənin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – ərizəçinin Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi həmçinin 12 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə liftçi vəzifəsində işləmə faktının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsi Basarkeçər rayonunun Zod qızıl mədəninə liftçi vəzifəsində işləmə faktını 2.09.1978-ci il tarixindən tanınması barədə gəldiyi nəticə ilə iddia tələbindən kənara çıxmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
15. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (nümayəndə və vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
23. Maddə 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
24. Maddə 305.1.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
25. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqla rının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
26. Maddə 307.2.11. Məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
27. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının
35. Bənd 13.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənə dlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə v ə həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
36. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları
37. Bənd 3.2.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
42. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Maraqlı şəxsin şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə üst-üstə düşür. Həmin dəlillərə apellyasiya məhkəməsi hərtərəfli qiymət vermişdir.
44. İş üzrə dindirilmiş şahidlərdən hansınınsa ərizəçidən müəyyən müddət əvvəl işdən çıxdığı üçün həmin şahid in ifadəsinin mötəbər olmaması barədə dəlili tamamilə məntiqsizdir. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (MPM-in 104.1. maddəsi). Uzun müddət ərizəçi ilə eyni ərazidə yaşayıb eyni iş yerində işləmiş şahidin sonradan işdən çıxması onun ərizəçi ilə bağlı məlumatsız olması demək deyil. Verilən məlumatın doğruluğu isə MPM-in 88-ci maddəsinə əsasən yoxlanılır.
45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur (20-21&).
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, ha belə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Maraqlı şəxsin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3531/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.