Məhkəmə qərarları › İş №2(102)-515/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-515/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma tələbi, hüquqdan sui-istifadənin yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və icazəsiz inşa edilmişdir.

2. Həmin evi Cavabdeh İddiaçı 40000 manat pula almış, lakin evin hüquq müəyyənedici sənədləri olmadığına görə alğı-satqını notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra cavabdeh iddiaçının istifadəsində olan fərdi yaşayış evinə köçərək orada qeydiyyata düşmüşdür.

3. Tərəflər arasında həmin alğı-satqı üzrə mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən, iddiaçı Cavabdehler İddiaçı və X5 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 manat pulun X6 və X1 alınıb ona qaytarılması tələbi qismən təmin edilərək, cavabdeh X3 40.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)2014/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 4831/2020 №-li qərarı ilə təmin edilməmişdir.

4. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, mənzilin satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması haqqında qətnamə çıxarılmasını xah iş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)1626/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6643/2021 №-li qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(005)-1626/2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı, ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqların a xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İşin yuxarıda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehin hal-hazırda yaşadığı mübahisəli fərdi ev iddiaçıya məxsus olub. İddiaçı evi cavabdehə 40.000 manata satmışdır və həmin məbləğdə pulu ondan alması barədə 22 sentyabr 2018-ci il tarixdə qəbz yazıb, qəbzdə imza edərək cavabdehə vermişdir. Bundan sonra cavabdehin adına etibarnamə verilmişdir. Onu evə qeydiyyata salmaq, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınmış, daha sonra qaz, su və elektrik üçün ayrıca sayğaclar quraşdırılması üçün iddiaçı 5000 manat pul xərcləmişdir. Cavabdeh həmin evdə bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmiş, öz tələbini onunla əsaslandırmışdır ki, o, aldığı fərdi evin plana düşəcəyini, gələcəkdə həmin evi 115.000 manata satıb qazanc əldə edəcəyini güman edərək almışdır. Evin plana düşməyəcəyini bildikdə isə verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh evi 2018-ci ilin iyun ayında alıb və həmin vaxtdan indiyə kimi həmin evdə yaşayır. İddiaçı cavabdehə təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. Lakin cavabdeh bununla razı olmayaraq iddiaçıya verdiyi 40000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Müvafiq orqanlar etiraz etmədiyi üçün iddiaçı öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 18 kv.m torpaq sahəsində 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edib müəyyən müddət hə min evdə yaşadığına görə, sözü gedən tikiliyə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı həmin tikiliyə, yəni yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyinə görə həmin evə faktiki mülkiyyət hüququ əldə etmişdir.

8. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)916/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə qalması və mənzildən çıxmaması id diaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır.

11. Məhkəmə Mülki Məcəllənin 228.1-ci maddəsinə istinadla hesab etmişdir ki, maddi hüquq normasında istifadə hüququnun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Cavabdehin i stifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, yaranmamış hüququn itirilməsi ilə bağlı verilmiş iddia əsasızdır. Cavabdehin istifadə hüququnun mövcud olmaması, iddiaçının qanunla qorunan hüquqlarını cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə tələbin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab etmişdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab etmişdir ki, istifadə hüququna xitam verilməsi şəxsin mənzildən çıxarılmasına bərabərdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan ikinci hissəsi üzrə cavabdehin hüquqlarının mövcud olması, yəni hazırda cavabdehin Bakı şəhəri, Nərimanov rayonu. Ke şlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə istifadə hüququnun olması müəyyən edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.2-ci maddələrinə və Azərbaycan Respublikası MM-in 146.1, 146.2, 152.5, 178.1, 228.2, 647.2, MPM-in 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 218.1, 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil özbaşına tikilidir və mübahisə üzrə artıq qüvvədə olan məhkəmə qətnaməsi vardır. Eyn i iddia tələbi üzrə iki dəfə məhkəmədə baxılması qanunvericiliyə ziddir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəyə baxılmış və iddia təmin edilməmişdir. Mübahisə predmeti ilə bağlı artıq qüvvədə olan qətnamə vardır və eyni predmet üzrə məsələyə yenidən baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmədə mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuşdur və ona görə də qətnamə ləğv edilməlidir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

18. Məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəsə də, Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Hal-hazırda tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənz ildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

25. Maddə

18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

27. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 560.1. Mülki hüquqlar hüqu qa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

31. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 39. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evi Cavabdeh 40000 manata satmış, Cavabdeh həmin evə köçmüş, lakin sonradan aralarında mübahisə yaranmış və Cavabdeh evə görə ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 manat pulun X2 alınıb ona qaytarılması qət edilmişdir.

44. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3888/2019 nömrəli qətnaməsi icra olunmamış, evə görə ödənilmiş 40000 manat pul Cavabdeh ödənilməmişdir və iddiaçı Cavabdeh evdən çıxarılmasını tələb edir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, işin hallarını tam nəzərə almamışdır. Çünki işin hallarından da göründüyü kimi, cavabdeh bu evə, iddiaçı ilə evin alğı-satqı barədə razılaşması əsasında köçmüş, evin razılaşdırılmış pulunu iddiaçıya tam ödəmişdir. İddiaçı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mənzilə görə ödənilmiş 40000 manat pulu cavabdehə ödəmək öhdəliyi daşıyır. Lakin o, öz öhdəliyini icra etmədiyi halda cavabdehdən evdən çıxmağı tələb edir. Bu vəziyyətdə məhkəmə işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verməli idi.

46. Lakin məhkəmə bu normaların tələblərini nəzərə almamış və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəsə də, Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Hal-hazırda tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması id diaçının hüquqlarını pozmaqdadır.

47. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının evi satıb cavabdehə olan borcu qaytarmaq niyyətindən çıxış etdiyi qənaətindədir. Lakin nəzərə alınmalıdır ki, iş materiallarına əlavə olunmuş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1626/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6643/2021 №-li qətnamələrindən göründüyü kimi, İddiaçı həmin iş üzrə iddia tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti 15 ünvanındakı evin satılması, əldə olunmuş pul vəsaitindən öz hesabına qaz, su, elektrik ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 manat pulun, 2018-ci ilin iyun ayından bu günə kim i ortalama hesab ilə təşkil edən 16500 manat kirayə haqqının xaric edilməsi və bunlardan sonra cavabdehin evdən çıxarılmasını tələb etmişdir.

48. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

49. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

50. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.

51. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüs t, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

52. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r 17 sentyabr 2021-ci il tarixli qərarı).

53. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

54. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

55. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə ai d edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

56. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6410/2022 nömr əli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar