Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisi və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinə dair notariusun icra qeydinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisi və Cavabdeh2 ASCyə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5043/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə əsasən bank MMC-yə 5.000.000 manat məbləğində 120 ay müddətinə kredit limiti ayırmışdır.
2. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X9 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M- 868 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,199 ha torpaq sahəsində yerləşən 97 nömrəli, 3 mərtəbəli binada 3 otaqlı 48 nömrəli mənz il ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X4 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-1693 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsində yerləşən 2 nömrəli evin 31 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının X1 Cavabdeh2 ASC-yə ünvanladığı 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən Cavabdeh2 ASC-nin sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyə n olunmuşdur.
5. Cavabdeh2 ASC 1 fevral 2024-cü il tarixdə ipoteka predmetinə tutma yönəldiləcəyinə dair notariusa müraciət olunacağı ilə bağlı borcluya bildiriş göndərmiş, borclu isə 5 fevral 2024-cü il tarixində bildirişi qəbul etmişdir. 6. xx.xx.2020-ci il tarixli, 3M-1693 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 3M- 868 reyestr nömrəli ipoteka müqavilələri əsasında Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydləri verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 40100***-*******02KXL kredit limiti müqaviləsinə əsasən iddiaçıya kredit verilmişdir. Verilmiş kredit iddiaçı tərəfindən bu günədək müqavilə üzrə nəzərdə tutulmuş faizlər təqdim edilmiş cədvəl üzrə hər ay vaxtında tam olaraq ödənimişdir. Həmçinin iddiaçı götürülmüş pul vəsaitini müqavilənin təyinatı üzrə istifadə etmişdir. Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydinin verilməsi tam olaraq qanunsuz və əsassızdır, ona görə də ləğv edilməsi hal-hazırda məhkəmə qay dasında mübahisələndirilir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 29 fevral 2020-cü il tarixli, 8İ-9660 və 8İ-9659 nömrəli icra qeydləri qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faizi artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir. Həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər “skan” edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. “Skan” edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Lakin qeyd edilən icra qeydlərinin aparılacağına dair bildiriş onlara göndərilməmişdir. Belə ki, qeyd edilən qanunun tələbinə görə borc verən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasın ın Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Bank notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd olunan məzmunda bildirişin göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Bu səbəblə, Bakı şəhəri 1 saylı Notariat Ofisində tərəflər arasında xx.xx.2020-ci il tarixli 3M-868 saylı ipoteka müqaviləsi üzrə icra qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Həmçinin iddia tərəfi olaraq iş üzr ə təqdim edilmiş kredit məbləği, onun faizi üzrə tələbkarın artıq tələb etmələri olduğundan onların bu hərəkətlə razılaşmaqları mümkün deyildir. Bakı şəhəri 1 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı iddiaçının məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi Bankdan tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir.
9. Cavabdeh2 ASC iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsin də imzalanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən bankdan X1 vəsaiti hesabına illik 5 % ödəmək və 96 ay müddətinə qaytarmaq şərtilə aldığı 1.300.000 manat krediti təyinatına uyğun istifadə etmədiyi üçün kredit limiti müqaviləsinin 3.1-ci bəndinin “d” yarımbəndinə əsasən həmin müqavilə xx.xx.2023-cü ildə vaxtından əvvəl birtərəfli qaydada ləğv olunub və kreditin ödəniş gününə faizi ilə birlikdə 3 gün ərzində banka qaytarılması tələb edilib. Borcalan bu tələbi yerinə yetirmədiyi üçün bankın müraciətinə əsasən Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü ildə həmin kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərə tutma yönəldilməsi barədə 8İ-9659 və 9660 reyestr №-li icra qeydləri aparılmışdır. Kreditin təyinatı üzrə istifadə olunduğu barədə iddia ərizəsində göstərilə nlər əsassızdır. Belə ki, X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, monitorinq nəticəsində iddiaçıya verilmiş güzəştli kreditin təyinatına uyğun istifadə olunmadığı müəyyən edilib və istifadə olunmayan 1.269.400 manat kreditin və onun faizlərinin geri qaytarılması bankdan tələb olunub. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxi lində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bank xx.xx.2024-cü ildə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi və icra qeydinin aparılacağı barədə bildirişi borcalanın hüquqi ünvana və ipoteka qoyanların qeydiyyatda olduğu ünvanlara sifarişli poçtla göndərmişdir. Bu halda həmin poçt göndərişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixində ipoteka qoyana təqdim olunmuş sayılır. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində ipoteka saxlayanın üzərinə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə və elektron üsulla yalnız göndərmək vəzifəsi qoyulur. İstinad olunan normada bildirişi ipoteka qoyana şəxsən çatdırmaq tələbi yoxdur. Bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə ipoteka qoyanın ünvanına göndərildiyini təsdiq edən poçt sənədi həmin bildirişin ipoteka qoyana təqdim olunduğunu təsdiq edən sübutdur. Qanunverici məhz bu məntiqdən irəli gələrək müəyyən edir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişlər icra qeydinin aparılmasında 28 gün əvvəl borcalana və ipoteka qoyanlara göndərilib və bu barədə müvafiq poçt sənədləri notariusa təqdim olunub. Odur ki, iddiaçının bildirişlərin ona göndərilməməsi barədə dəlili də əsassızdır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Cavabdeh2 ASC tərəfindən borclu İddiaçı MMC-yə, ipoteka qoyan X3 və X6 ünvanlanmış 1 fevral 2024-cü il tarixli bildirişdə borcun 21 gün müddət ərzində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı qeyd olunmuşdur. Poçt qəbzinin surətindən görünür ki, sözügedən bild iriş 5 fevral 2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bundan sonra, Cavabdeh2 ASC tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, ipoteka predmeti olmuş mənzillərə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuş və 13 fevral 2024-cü il tarixdə sözügedən bildirişlər qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən notarius yalnız tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlərin mövcudluğu halında icra qeydi verir. Bank tərəfindən notariusa kredit və ipoteka müqavilələri, habelə borclunun borcunu əks etdirən arayış notariusa təqdim edilmiş və notarius tərəflər arasında olan borcun mübahisəsizliyi nəticəsinə gələrək icra qeydi vermişdir. Eyni zamanda, notariat haqqında qanunvericiliy in tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Cavabdeh bank tərəfindən təqdim olunmuş sənədlərlə sübut olunur ki, bank 1 fevral 2024-cü il tarixdə ipoteka predmetinə tutma yönəldiləcəyinə dair notariusa müraciət olunacağı ilə bağlı borcluya bildiriş göndərmiş, borclu isə 5 fevral 2024-cü il tarixdə bildirişi qəbul etmişdir.
12. Digər borclulara münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bank tərəfindən 1 fevral 2024-cü il tarixdə göndərilmiş bildirişlər ipoteka qoyanlar tərəfindən qəbul edilməməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əsasən təqdim olunmuş sayılır. Belə ki, qanunun tələbinə əsasən rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bildirişin 1 fevral 2024-cü il tarixdə poçta təqdim edildiyi nəzərə alınaraq, ən geci 6 fevral 2024-cü il tarixdə təqdim edilmiş hesab olunmalı olunduğu nəticəsinə gəlmək olur.
13. İcra qeydinin 29 fevral 2024-cü il tarixdə verildiyini əsas götürərək məhkəmə qeyd etmişdir ki, tələbkar qanunvericiliyin bu məsələ ilə bağlı müəyyən etdiyi 20 günlük müddəti gözləmişdir.
14. İddia ərizəsi onun dəlillərinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi səbəbindən əsassız hesab edilməlidir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni onların iştirakını təmin etmədiyi və əsassız sübutlara görə qət etdiyi nəticə əsasında və iştirakları olsa idi, iclas zamanı edəcəkləri etirazları nəzərə almadan çıxarmışdır. “EMS Azərekspresspost” tərəfindən icra qeydi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ünvan 1 ünvanına, X6 göndərilmiş və qəbzdə qeyd edilmişdir: “- Şirinov E. həmin bildirişi xx.xx.2024-cü il tarixdə imza edərək qəbul etmişdir”. X13 xx.xx.2023-cü il tarixdə ölkə xaricinə çıxmış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və yenidən xx.xx.2024-cü il tarixdə ölkəni tərk etmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallara diqqət edilməmiş, iştirakı təmin edilmədiyi üçün ətraflı araşdırma aparıla bilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5043/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi) X10 və X8) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə verilmiş icra qeydlərin in ləğv olunması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi qeyd edilən müqavilə üzrə borcun mübahisəli olduğuna, eləcə də icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyinə, maraqlı şəxslərin düzgün məlumatlandırılmadığına istinad etmişdir. Belə ki, qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahis əsiz olmasına əsas verən sənədlərin siyahısı qanunvericiliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir.
20. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İşdə olan sənədlərdən o cümlədən, sorğu edilmiş notariat işindən görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunv ericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir.
21. Belə ki, tələbkar borcluya və ipoteka qoyanlara borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişləri sonuncuların rəsmi qeydiyyatda olduqları ünvanlara göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predme tinə yönəldilməsinə dair icra qeydi vermişdir. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir.
22. Belə olan halda, 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydlərinin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4 və 269.5, 385.1, 425, 442, 445.2.1 739 -cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.3, 36.4, 38.1 39.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76, 79-cu maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 161, 162-ci bəndlərinə, Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlili onunla əsaslandırılmışdır ki, bank tərəfindən bildirişin göndərilib ipoteka sahibi tərəfindən qəbul edilməsi faktı saxtalaşdırılmış, həmin vaxt Elşad Şirinov Azərbaycan Respublikasında olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh Bankın vəkili Vəkil2 tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
27. Etiraz onunla əsaslandırılmışdır ki, Bank xx.xx.2024-cü ildə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi və icra qeydinin aparılacağı barədə bildirişi borcalanın hüquqi ünvana və ipoteka qoyanların qeydiyyatda olduğu ünvanlara sifarişli poçtla göndərmişdir. Bu halda, həmin poçt göndərişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü ildə ipoteka qoyana təqdim olunmuş sayılır. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində ipoteka saxlayanın üzərinə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə və elektron üsulla göndərmək vəzifəsi qoyulur. İstinad olunan normada bildirişi ipoteka qoyana şəxsən çatdırmaq tələbi yoxdur. Bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə ipoteka qoyanın ünvanına göndərildiyini təsdiq edən poçt sənədi həmin bildirişin ipoteka qoyana təqdim olunduğunu təsdiq edən sübutdur. Qanunverici məhz bu məntiqdən irəli gələrək müəyyən edir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İş materiallarında olan həmin bildirşdə, “İpoteka haqqında” Qanunun 36.2.2-ci bəndinə uyğun olaraq, icra olunmalı öhdəlik, yəni borc məbləği barədə məlumat öz əksini tapmışdır. İddiaçı tərəfindən isə həmin bildiriş mübahisələndirilməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişlər icra qeydinin aparılmasında 28 gün əvvəl borcalana və ipoteka qoyanlara göndərilib və bu barədə müvafiq poçt sənədləri notariusa təqdim olunub. Odur ki, iddiaçının bildirişlərin ona göndərilməməsi barədə dəlili də əsassızdır. İpoteka qoyan Elşad Şirinovun ölkə hüdudlarından kənarda olması və buna görə də bildirişi almaması ipoteka predmetinə tutma yönəldilməsinə mane olmur.
28. İddiaçı kassasiya şikayətində maddələri sadalamış, pozuntunun nədən ibarət olmasını göstərməmişdir. Halbuki şikayət verən şəxs maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını kassasiya şikayətində göstərməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 269.4 və 269.5. ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
30. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya m üəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 36.1. ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
32. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
33. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına t əqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
34. Maddə 38.1. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
35. Maddə 39.3. ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icr a qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərənə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə o lunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
37. Maddə
79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orq anının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
38. Bənd
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi m üddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
39. Bənd
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual norma lara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5043/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə