Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5150/2021 18.10.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5150/2021 (Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası, ekspert rəyi) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı X3 (İddiaçı hüquqi varisi) vəkili X12 oğlunun, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və ti kintiyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-406/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli, 16 saylı qərarına əsasən Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
2. Cavabdeh iddiaçının qardaşı olmaqla həm də qonşusudur.
3. Mübahisə həmin torpaq sahəsi ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən onun mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş həyətə girişin sol tərəfdən 2 metrdən artıq hissəsinin cavabdehdən alınıb ona verilməsi, cavabdehin həmin torpaqdan çıxarılması və aparacağı tikintiyə maneələrin aradan qaldırılması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçının ailə üzvlərinin mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-110F Kod 50904018 saylı şəhadətnamə tərtib olunmuşdur. Cavabdeh heç bir əsas olmadan iddiaçının mülki yyətində olan torpaq sahəsinin həyətə giriş hissəsinin sol tərəfindən 2 metr məsafədən artıq, yəni 0,02 ha hissəsini zəbt edərək, həmin torpaq sahəsindən sərbəst istifadə etmələrinə imkan vermir, orada tikinti işləri aparmağa qoymur.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13cü, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək fərdi yaşayış evinin 458 saylı qeydiyyat vəsiqəsinə və texniki pasportuna əsasən mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir.
8. Birinci instansiya məhkəməsi mübahisəli əarziyə başış keçirmiş, müəyyən edilmişdir ki, tərəflərin həyətyanı sahələri biri-birinə bitişik olmaqla hasar qonşusudurlar. Hasar quru qamışdan əyri xətt üzrə çəkilmişdir.
9. Bi rinci instansiya məhkəməsi 27 may 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
10. Məhkəmə Ekspertiza mərkəzinin 10 oktyabr 2019-cu il traixli, 22967 saylı rəyinə əsasən (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.07.2019-cu il tarixli mütəxəssis rəyi əsas götürülməklə) JN-110F kod 50904018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətində 0,10 ha torpaq sahəsi olduğu halda, hazırda istifadəsində olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin 0,08 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiyası ilə JN-110F nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin konfiqu rasiyası fərqlidir. Həyətyanı torpaq sahələrinə dair şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və eləcə də sözügedən mübahisəli ərazinin konfiqurasiyası ilə elektron xəritə (DWJ) materialları arasında fərqlilik halı mövcud olduğundan JN-110F Kod 50904018 saylı şəhadətnaməyə əsasən torpaq sahəsinin naturada (yerdə) yerləşmə mövqeyini dəqiq təyin etmək mümkün deyil, bu səbəbdən JN110F saylı şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin naturada (yerdə) yerləşmə vəziyyəti ilə faktiki istifadə sahəsi arasında eynilik və ya fərqlilik olub-olmadığını müəyyən etmək mümkün deyil. 458 nömrəli qeydiyyat vəsiqəsi və onun əsasında verilmiş texniki pasport iş materiallarına əlavə edilmədiyindən Cavabdeh hazırda istifadəsində olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerlə şən həyətyanı torpaq sahəsinin kontur, koordinat və parametrlərinin 458 nömrəli qeydiyyat vəsiqəsində və onun əsasında verilmiş pasportda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edib-etməməsinin araşdırılması mümkün olmadı. Cavabdeh hazırda istifadəsində olan həyətyanı torpaq sahəsinin hər hansı hissəsinin JN-110F Kod 50904018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı.
11. İddiaçı 12.08.2019-cu il tarixdə öldüyü və Goranboy rayon notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 onun qanun üzrə vərəsəsi olduğundan, Goranboy Rayon Məhkəməsinin 2(045)-34/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı onun hüquqi varisi X6 ilə əvəz edilmişdir.
12. Goranboy Rayon Məhkəməsinin 2(045)-34/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Samir Mayılov)
13. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadən hesab edib ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və aparacağı tikintiyə maneələr törətməsi halı sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.
14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.8, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı X6 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
16. Apellyasiya şikayətinin dəlilləri: - ekspert öz rəyində mütəxəssis rəyində olanları eynilə köçürmüşdür. Hər iki rəydə həyətyanı torpaq sahələrinə dair şəhadətnamələrdə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və eləcə də sözügedən mübahisəli ərazinin konfiqurasiyası ilə elektron xəritə (DWJ) materialları arasında fərqlilik halı mövcud olduğundan JN-110F Kod 50904018 saylı şəhadətnaməyə əsasən torpaq sahəsinin naturada (yerdə) yerləşmə mövqeyini dəqiq təyin etməyin mümkün olmadığı, bu səbəbdən JN-110F saylı şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin naturada (yerdə) yerləşmə vəziyyəti ilə faktiki istifadə sahəsi arasında eynilik və ya fərqlilik olub-olmadığını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Əslində isə JN-110F Kod 50904018 saylı şəhadətnamədə həm İddiaçı, həm də qonşu torpaqların bütün döngə nöqtələri, koordinatları, parametrləri verilmiş torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü tam əks etdirilmişdir; - bundan başqa, ekspert və mütəxəssis rəylərində 458 nömrəli qeydiyyat vəsiqəsi və onun əsasında verilmiş texniki pasport iş materiallarına əlavə edilmədiyindən Cavabdeh hazırda istifadəsində olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin kontur, koordinat və parametrlərinin 458 nömrəli qeydiyyat vəsiqəsində və onun əsasında verilmiş pasportda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edib-etməməsinin araşdırılmasının mümkün olmaması göstərilmişdir. Halbuki, qeyd edilən qeydiyyat vəsiqəsi və texniki pasport mülki işin 13-16cı vərəqlərində vardır; - Cavabdeh adına olan 458 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportdan görünür ki, Cavabdeh s ənəd üzrə torpaq sahəsi 1.700 kv.m olsa da, faktiki 1.968,2 kv.m təşkil edir, yəni 268,2 kv.m artıqdır. İddiaçı isə mülkiyyət haqqında sənədinə əsasən həyətyanı sahəsi 0,10 ha olmalı olsa da, mütəxəssis və ekspert rəylərində İddiaçı həyətyanı torpaq sahəsinin 0,08 ha (8 sot) təşkil etdiyi müəyyən olunmuşdur; Göründüyü kimi, mütəxəssis və ekspert rəylərində, həmçinin məhkəmə öz qətnaməsində işdə olan sənədlərə, işin faktiki hallarına deyil, fomal mülahizələrə əsaslanmışdır. və nəticə verilmişdir. İş üzrə verilmiş ekspert rəyi kifayət qədər əsaslı olmamış, rəyin əsaslılığı və doğruluğu şübhə doğurmuşdur.
17. Apellyasiya məhkəməsi 05 noyabr 2020-ci il tarixli qərardadla təkrar məhkəmətikinti ekspertizası təyin etmiş, ekspert qarşısında torpaq sahələrinin sərhədləri, torpağın zəbt edilib-edi lməməsi məsələlərini aydınlaşdırmaq üçün müvafiq suallar qoyulmuş, ekspertizanın aparılması X2 həvalə edilmişdir.
18. X1 03 mart 2021-ci il tarixli, 29 nömrəli rəyində qeyd edilib ki, JN–110F kod 50409018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli, 16 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin (X6 və digərləri) mülkiyyətinə verilmiş Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin və JN–111F Kod 50409018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının 16.05.2001-ci il tarixli, 16 saylı qərarı ilə Məmmədov Hilal Məmməd oğlu və onun ailə üzvlərinin (Cavabdeh və digərləri) mülkiyyətinə verilmiş G oranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin naturadakı sərhədləri, o cümlədən sahəsi və ölçüləri müəyyən edilmişdir. Hər iki tərəfin mülkiyyətində olan həyətyanı torpağın naturada müəyyən edilən sahələri Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən sahələr ilə uyğun gəlmir. Belə ki, iddiaçı X3 və onun ailə üzvlərinin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi şəhadətnamə üzrə nəzərdə tutulmuş sahədən 0,02 ha az, Cavabdeh və onun ailə üzvlərinin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi şəhadətnamə üzrə nəzərdə tutulmuş sahədən 0,05 ha çox təşkil edir. İddiaçı və cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahələrinin mövcud (naturada) vəziyyəti, eləcə də JN-110F və JN-111F saylı Torpağın mülkiyyətə ve rilməsinə dair şəhadətnamələrin göstəriciləri nəzərə alınaraq, iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin şimal və şərq tərəfdən olan 0,02 ha hissəsi cavabdeh tərəfindən tutularaq istifadə olunur.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-406/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(045)-34/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, Cavabdeh JN-110F kod 50409018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin şimal və şərq tərəfindən sərhəd boyunca 2 metr enində olmaqla, zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması, həmin sahədə aparılan tikinti işlərinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi, iddiaçı tərəfindən çəkilmiş 400 manat ekspertiza xərcinin, ödənilmiş 20 manat və 10 manat məbləğində dövlət rüsumlarının cavabdehə aid edilməsi və cəmi 430 (dörd yüz otuz) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, Afiq Hüseynzadə )
20. Apellyasiya instansiyası ekspert rəyinə istinadən iddianın sübuta yetirilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmiş hallar işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki, iddiaçı öz iddiasında təxminən 0,2 ha ərazinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etmiş, cavabdehin adına olan texniki pasportda sənəd üzrə torpaq sahəsi 1.700 kv.m, faktiki sahə isə 1.968,2 kv.m göstərilmiş, yəni faktiki istifadədə olan torpaq sahəsinin sənəd üzrə olan torpaq sahəsindən 268,2 kv.m artıq olması göstərilmişdir ki, bu da iddiaçının dəlilləri ilə üst-üstə düşmüşdür.
21. Apellyasiya instansiyası təkrar ekspert rəyinə əsasən müəyyən etmişdir ki, JN– 110F KOD 50409018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin şimal və şərq tərəfindən sərhəd boyunca 2 metr enində olmaqla, 0,02 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilmiş və bununla da iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə, o rada tikinti işləri aparmasına cavabdeh tərəfindən maneə yaradılmışdır.
22. Apellyaisya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni də Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü və Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi iddianı təmin edərkən ekspert rəyinə istinad edib. Halbuki birinci instansiya məhkəməsində işə baxılarkən eksper rəyi alınmışdı. Həmin rəylə də iddiaçının torpağı ilə cavabdehin torpağının üst-üstə düşməsi müəyyən edilməmişdi. Buna baxmayaraq, apellyasiya məhkəməsi yenidən ekspertiza təyin etmiş, ekspert qarşında eyni sulları qoymuş və bu dəfə ekspert fərqli rəy vermişdir. Rəyə etiraz edib təkrar ekspertiza keçirilməsi barədə vəsatət versələr də, məhkəmə vəsatəti nəzərə almamışdır; - ekspertiza keçirilən zaman cavabdeh iştirak etməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmuşdur. Etirazda işin faktiki hallarına istinad edilməkl, kassasiya şikayətinin əsası olmasına istinad edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 (İddiaçı hüquqi varisi) vəkili X12 oğlu kassasiya şikayə tini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi.
27. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödə nilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən və tələb bölünməz olduğundan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
32. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
33. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçıya torpaq sahəsinin 0,02 ha hissəsindən faktiki olaraq cavabdeh istifadə edir.
34. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
36. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 20-21-ci bəndlərində əks edilən mövqeyini əsaslı sayır.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini – ekspertiza rəyi ilə razı olmaması, təkrar ekspertiza keçirilməsi barədə verdiyi vəsatətə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməməsi – əsassız sayır.
38. Əvvəla, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə rəyin əsassız sayılması, eləcə də, əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas ola bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
39. Bundan başqa, hazırki işdə cavabdeh apellyasiya məhkəməsində təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verdiyini bildirsə də, məhkəmə iclas protokolundan görünür ki, belə bir vəsatət verməmişdir. Buna görə də cavabdehin təkrar ekspertiza keçirilməsi barədə vəsətətinin nəzərə alınmaması barədə dəlil iş materiallaarı ilə təkzib olunur.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-406/2020 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.