Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5150/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, icarə hüququnun dövlət qeydiyyatına alınmamasının hüquqi nəticəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair və Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3533/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəsimi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 05/82 saylı icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə verilmişdir (səh. 5). İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, dah a sonra notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir (DƏDRX-nin xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubu, səh. A1, 118).
3. Nəsimi Bələdiyyəsi xx.xx.2021-ci il tarixli 01-390 saylı məktubla bildirmişdir ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı c avabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda onun istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanda yerləşən və onun faktiki istifadəsində olan 400 kv.m torpaq sahəsi həyətyanı sahə kimi Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən onun istifadə və sahibliyinə verilmişdir. Sözügedən torpaq sahəsinin icarəyə verilmə müddəti 49 il, icarə haqqı isə aylıq 7,70 manat, illik isə 92,80 manat məbləğində müəyyən edilmişdir. Bir müddət əvvəl onunla qonşuluqda yaşayan cavabdehlər Aydın və YYY qardaşları, öz torpaq sahəsini genişləndirmək məqsədi ilə onun istifadəsinə ayrılmış 400 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini zəbt etmiş, onun həmin ərazidəki hasarını uçurtmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış torpaq sahəsi üzərində olan hüquqlarından istifadə edə bilmir.
6. Həmçinin iddiaçılar Cavabdeh1 və X5 cavabdeh İddiaçı və Nəsimi Bələdiy yəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” bağlanmış 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar Cavabdeh1 və YYY iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi 1968-ci ildən, yəni 53 ildir ki, onların ailəsinin istifadəsində və sahiblyindədir. 2021-ci ilin fevral ayında cavabdeh İddiaçı onlara qarşı iddia qaldıraraq göstərmişdir ki, guya onunla Nəsimi Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli icarə müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən 400 kv.m to rpaq sahəsi ona icarəyə verilmişdir. Qeyd edilən icarə müqaviləsindən onların məlumatı olmamış, yalnız 2021-ci ildə iddia ərizəsindən sonra məlum olmuşdur. Hazırda həmin icarə müqaviləsi onların maraqlarına toxunur və mübahisəli olan torpaqdan istifadə və sahiblik hüquqlarını pozur. Həmin icarə müqaviləsi tamamilə qanunsuzdur. Belə ki, bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Çünki 2005-ci ildən bu günədək həmin torpaq sahəsi onların istifadəsində və sahibliyində olmuşdur. İcarə müqaviləsində isə göstərilir ki, guya İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi icarəyə verilir. Bundan başqa, ünvan 1 ünvanda yerləşən 400 kv.m torpaq sahəsi Nəsimi Bələdiyyəsinin inzibati ərazi vahidinə aid deyil və bələdiyyə mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq dır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)-3209/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “torpaq sahəsinin boşaldılması və s. tələbinə dair” e-2(006)2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbləri təmin olunmamışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi ü zərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
11. Məhkəmə hər iki tələb üzrə iddialarla bağlı qeyd edir ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə tərəflərin, qanuni sahibliklərində olduğunu iddia etdikləri torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla tərəflərə məxsusluğu müəyyən edilməmiş, eyni zamanda torpaq sahəsinin dövlət mülkiyyətində o lması müəyyən olunmuşdur.
12. Tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən onlarla müvafiq alğı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir.
13. Bundan əlavə, məhkəmə iddia ərizələrinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə pros esində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
14. Məhkəmə ikinci tələb üzrə iddiaçının iş üzrə xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, ikinci tələb üzrə cavabdehlərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda ikinci tələb üzrə iddiaçı cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157-ci və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi nin qətnaməsinin qismən, yəni onun iddiasına aid hissədə ləğv edilməsi, həmin hissədə onun iddiasının təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3533/2022 nömrəli, 24 may 2022-ci tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli müqavilə ilə ünvan 1 ünvanında yerləşən 400 kv.m torpaq sahəsini xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. 16.1. Göründüyü kimi, mübahisəli torpaq sahəsi apellyatora məxsus deyil və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. 16.2. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən h alları nəzərə alaraq apellyatorun iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, onun iddiasına aid hissədə ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməsini, onun iddiasının təmin edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassator Mülki Məcəllənin, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəllənin 152.1-ci maddəsi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Mülki Məcəllənin 706.2-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu, 8 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, “Bələdiyyələrin fəaliyyətinə inzibati n əzarət haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, onunla bələdiyyə arasında qanuna uyğun qaydada müqavilə bağlanmış, həmin müqavilə hazırda da qüvvədədir, müqavilənin digər iştirakçısı tərəfindən mübahisələndirilməmişdir və həmin müqavilənin dövlət reyestrində qeydiyyata alınmaması heç bir halda onun ziyanına qiymətləndirilə bilməz. Belə ki, qeyd etdiyi maddi hüquq normalarının tələblərinə görə onların müqavilə ilə bağlı müvafiq bazada hər hansı məlumatın olmamasına görə məsuliyyəti məhz Bələdiyyə daşıyır. Onlardan icarə haqqı almaq isə bələdiyyənin hüq uqudur. Kassatorun icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmaması heç bir halda həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Bu halın müqavilənin etibarsızlığına səbəb olması adı çəkilən müvafiq Qanunlarda öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən yalnız öz iddiasının təmin olunmamasına aid hissədə mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının hədlərini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13-cü Maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növ ünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır.
30. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları ist ənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə
55. Hüquqi və fiz iki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsasıarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 4.1-ci Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.
41. Belə k i, iş materiallarından göründüyü kimi iddiaçı Z.X3 ilə bağlanmış 25 oktyabr 2005-ci il tarixli, 05/82 saylı icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş, ünvan 1 ünvanda yerləşən 400 kv.m torpaq sahəsinin, cavabdehlər tərəfindən zəbt olunmuş hissəsi üzərində hüquqlarının bərpa olunmasını (cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsini) tələb edir.
42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən mövqeyi bundan ibarət olmuşdur ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müə yyən olunur.
43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Çünki torpaq sahəsinə hüquqlar müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Torpaqdan istifadə hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (31-ci paraqraf). Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, icarə müqaviləsi də əqdlərin bir növüdür.
44. Doğrudur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi).
45. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı).
46. Lakin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan və ya digər qanuni qüvvəyə malik olan qərar əsasında əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.
47. Bununla belə, V.Q.Teryoxinin şikayəti il ə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib h issəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.”
48. Buna görə də iddiaçının icarəsində verilmiş torpaq sahəsinə dair hüquqlarının qorunması üçün verdiyi iddianın torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmaması əsası ilə rədd edilməsi əsassız olmuşdur.
49. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi apellyatora məxsus deyil və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir.
50. Məhkəmə koll egiyası bu cür əsaslandırma ilə də razılaşmır. Çünki icarə müqaviləsinin hüquqi qüvvəsini, müqavilə barədə bələdiyyənin vergi-uçot bazasında məlumatın olmamasından asılı edən hüquq norması yoxdur.
51. İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməməsi isə, Torpaq Məcəlləsinin 73-cü maddəsində icarə müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş olsa belə, bu cür hüquqi nəticə müqavilə tərəfinin təşəbbüsü ilə tətbiq olunur. Baxılan işdə isə, bələdiyyənin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi müəyyən olunmur.
52. Bundan başqa, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iş materiallarından göründüyü kimi, Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına xx.xx.2014 -cü il tarixdə qeydiyyata alınmış, daha sonra notariat qaydasında təsdiq edilmiş xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir (DƏDRX-nin xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubu, səh. A1, 118).
53. Göründüyü kimi Nəsimi rayonu, N.Məlikov küçəsi 34A ünvanında 0,01936 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydiyyata alınmışdır. Lakin məhkəmə bu torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyata alınması üçün əsas olmuş hüquqi faktın nədən ibarət olmasını müəyyən etməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında arxiv sənədlərind ə torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyatı üçün başqa əsaslar yox, yalnız iddiaçı ilə bağlanmış icarə müqaviləsi əsas götürülmüşdürsə (çıxarışda torpağın dövlət mülkiyyəti kimi qeyd olunması nəzərə alınmaqla), bu hala qiymət verilməli, həmin ölçüdən artıq qalan torpaq sahəsinin həqiqətən də cavabdehlər tərəfindən istifadə edilib edilmədiyi müəyyən edilməlidir.
54. Məhkəmələrin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-ha nsı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
55. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv ar aşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının 2(103)-3533/2022 nömrəli, 24 may 2022ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.