Məhkəmə qərarları › İş №2(102)-5152/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5152/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5152/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-55/2020 saylı qətnaməsindən cavabdeh Əliyeva Kəmalə Dilqəm qızının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Əliyev) iddiaçılar İddiaçı1 v ə İddiaçı2 cavabdeh Əliyeva Kəmalə Dilqəm qızına qarşı “mənzildən çıxarılma” barədə ilk iddiası təmin, Əliyeva Kəmalə Dilqəm qızının İddiaçı1 və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddiası rədd edilərək, Kəmalə Əliyevanın övladları X5 və X3 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56-saylı evin 7 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Kəmalə Əliyeva qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-55/2020 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. Kəmalə Əliyeva qətnamədən kasasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı1 və İddiaçı2 məhkəmədə Əliyevaya qarşı “övladları ilə birlikdə mənzildən çıxarılma” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışlar ki, xx xxxxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən, Yevlax şəhəri, H.Əliyev prospekti, 56-saylı evin, 7-saylı mənzili ½ hissədə onların paylı mülkiyyətindədir. Kəmalə Əliyeva həmin mənzilə özbaşına daxil olaraq oradan istifadə edir. Kəmalə Əliyeva onların etibardan sui-istifadə edərək nəinki mənzildən çıxır, əksinə onların razılığı olmadan mənzildə müəyyən konstruksiya və təmir işləri aparır. Həmçinin onlara məxsus olan əmlakları həmin mənzildən özbaşına çıxararaq digər mənzilə, yəni 8 saylı mənzilə yığmışdır. Kəmalə Əliyevanın hə rəkətləri nəticəsində onlar öz mənzilinə daxil ola bilmirlər. Halbuki, həmin mənzil onların xüsusi mülkiyyətindədir və Kəmalə Əliyeva bu hərəkətləri ilə onların mülkiyyət hüququnu pozur. Ona görə də ilk iddianın təmin edilməsini xahiş edirlər. Kəmalə Əliyeva isə məhkəmədə İddiaçı1 və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx xxxxxxxx 2018-ci il tarixli Şəhadətnamənin və xx xxxxxxxx 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 2002-ci ildə İddiaçı1 və İddiaçı2 qardaşı X6 ilə faktiki nikah münasibətinə girmiş və xx xxxxx 2003-cü il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar. Rövşən Əliyevlə birgə nikahından iki övladları olmuşdur. 2002-ci ildən hazırki vaxtadək övladları ilə birlikdə Yevlax şəhəri, H.Əliyev prospekti, 56saylı evin, 7-saylı mənzilində yaşayır. X15 xx xxx 2018-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra baldızları İddiaçı1 və İddiaçı2 mənzilə aid sənədləri saxtalaşdıraraq onun xəbəri olmadan mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışlar. Hətta onlar bununla kifayətlənməyərək ona qarşı övladları ilə birlikdə mənzildən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışlar. Halbuki, mülki qanunverciliyə görə övladları ilə birlikdə o, da miras mənzilə vərəsə sayılır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq norma larının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Kəmalə Əliyeva, vəkili Vəkil3 və cavabdeh X14 Xidmət Mərkəzi Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQ UQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil Yusif Əliyevin mülkiyyətində olub və sonuncunun ölümündən sonra onun qızları İddiaçı1 və İddiaçı2 ərizə ilə notariat kontoruna müraciət edərək həmi n mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışlar. Həmin Şəhadətnaməyə əsasən miras mənzil mülkiyyət hüququ üzrə hər birinin payı ½ hissədə olmaqla onların adlarına qeydə alınmışdır. Miras qoyan Yusif Əliyevin ölümündən sonra onun oğlu Rövşən Əliyevin miras mənzildə yaşamaqla mirası qəbul etməsini sübut etmək vəzifəsi hazırki halda Kəmalə Əliyevanın üzərində düşür, lakin sonuncu X15in mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsinə dair ərizə verməsi və ya mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamaqla mirası qəbul etməsinə dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. X2 ifadəsinə gəlincə isə o, Kəmalə Əliyevanın bacısı olmaqla mübahisənin onun xeyrinə həllində maraqlı olduğundan onun ifadəsi mötəbər sübut kim i qəbul edilə bilməz. Eyni zamanda Kəmalə Əliyevanın övladları ilə birlikdə mənzildə daimi yaşaması və onun mənzildən istifadə hüququ əldə etməsi mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, Kəmalə Əliyeva qayınatası Yusif Əliyevə məxsus mənzildən istifadə hüququnun əmələ gəlməsinə əsas ola biləcək notarial qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1243.1, 1243.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsin in gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, Yevlax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1966-cı il tarixli, 02 saylı protokol-qərarına əsasən, Yevlax şəhəri, H.Əliyev prospekti, 56 saylı evin 2 otaqlı, ümumi sahəsi 42,8 kv.metr olan 7 saylı mənzilinin icarədarı X7 olmuş və o, xx xxxx 2007-ci il tarixdə ölmüşdür. xx xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə ölümündən sonra onun adına qeydə alınmışdır. Eyni zamanda işdən görünür ki, İddiaçı1 və İddiaçı2 ərizə ilə notariat kontoruna müraciət edərək, mərhum ataları Yusif Əliyevdən mi ras qalmış mənzilə dair onların adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə notariat kontoru tərəfindən miras mənzildə hər birinin payı ½ hissədə olmaqla İddiaçı1 və İddiaçı2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən sözügedən mənzil mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına qeydə alınmış və bu barədə reyestr orqanı tərəfindən onların adlarına xx xxxxxxxx 2018-ci il tarixli Çıxarış verilmişdir. Daha sonra işdən görünür ki, 2002-ci ildə X8 Əliyevlə faktiki nikah münasibətinə girmiş, xx xxxxx 2003-cü ildə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar və onların birgə nikahından xx xxxxxx 2003-cü ildə Yusif, xx xxxxxx 2006-cı ildə isə Günay adlı iki uşaqları doğulmuşdur. xx xxx 2018-ci il tarixdə Rövşən Əliyev ölmüşdür. Hazırda İddiaçı1 və İddiaçı2 sözügedən mənzilin xüsusi mülkiyyətlərində olduğunu və Kəmalə Əliyevanın həmin mənzilə hər hansı hüququnun olmadığını əsas tutub, sonuncunun övladları ilə birlikdə mənzildən çıxarılmasını iddia edir. Kəmalə Əliyeva isə mübahisəli mənzilə 2002-ci ildə mərhum Rövşən Əliyevin arvadı, ailə üzvü qismində köçdüyünü, həmin mənzilin ölümündən sonra mülkiyyət hüququ üzrə qayınatası Yusif Əliyevin adına qeydə alındığını, mərhum X15in ailə üzvü kimi övladları ilə birlikdə onun da miras mənzilə vərəsəlik hüququnun olduğunu göstərib, həmin mənzilə dair İddiaçı1 və İddiaçı2 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Çıxarışın ləğv edilməsini iddia edir. Əvvəla, işin mübahisə olunmayan hallarına görə, Yevlax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1966-cı il tarixli, 02 saylı protokol-qərarına əsasən, mübahisəli mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olmuşdur. X9 xx xxxx 2007-ci il tarixdə ölümündən 11 il sonra, yəni xx xxxxxx 2018-ci il tarixdə mənzil mülkiyyət hüququ üzrə onun adanı qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, X4 Əliyevlə ailə qurduqdan sonra onların hansı ünvanda yaşamalarını, bir ailənin üzvü kimi onların mübahisəli mənzildə mərhum Yusif Əliyevlə birgə yaşayıb, ümumi təsərrüfat aparıb-aparmamalarını aydınlaşdırmadan və 2002-ci ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələblərinə uyğun olaraq Kəmalə Əliyevanın həmin mənz ildən istifadə hüququ əldə edibetməməsinə hüquqi qiymət vermədən, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə istinad edərək, sonuncu ilə mərhum Yusif Əliyev arasında notarial qaydada təsdiqlənən yazılı razılaşmanın bağlanmamasını əsas tutub, Kəmalə Əliyevanın övladları ilə birlikdə mənzildən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu Maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üz vləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir k i, Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtlərini və xitamını tənzimlədiyindən, eyni zamanda Kəmalə Əliyeva mübahisəli mənzilə gəlin köçərkən həmin mənzil dövlət mənzil fondunda olmaqla Yusif Əliyevin mülkiyyətində deyil, icarəsində olduğundan, o, istəsə də belə mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Yusif Əliyevlə notarial qaydada təsdiqlənməklə hər hansı yazılı razılaşma bağlaya bilməzdi. Ona görə də apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə MPM-nin 418.1, 418.2-ci maddələrinin tələblərinə görə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasi ya qaydasında ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən, işdən görünür ki, Yusif Əliyevun ölümündən 11 il sonra mübahisəli mənzil əvvəl mülkiyyət hüququ üzrə onun adına qeydə alınmış və bundan sonra notariat kontoru tərəfindən həmin mənzil mirasın kütləsinə aid edilməklə, mənzilin ½ hissəsinə dair İddiaçı1, ½ hissəsinə dair isə İddiaçı2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsində göstərilir ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərs ə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Həmin Məcəllənin 1317.1-ci maddəsində göstərilir ki, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras pas sivi) toplusu daxildir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbləri baxımından heç bir araşdırma aparmadan, Yusif Əliyevin xx xxxx 2007-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəliyin açılmasına, mübahisəli mənzilin həmin vaxt mirasın kütləsinə daxil olmamasına, yalnız həmin mənzilin xx xxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ üzrə onun adına qeydə alınmasına, İddiaçı1 və İddiaçı2 da 11 ildən sonra mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almalarına əhəmiyyət verməmiş, habelə notariat orqanının mirasın qorunması üçün hər hansı tədbirlər görüb-görməməsini, digər vərəsələrlə yanaşı mirasın açıldığı yerdə olmayan Rövşən Əliyevin axtarılması üçün müvafiq araşdırma aparıb-aparmamasını aydınlaşdırmdan və bunun üçün notariat işini tələb edib ona baxış keçirmədən, mərhum Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və ya həmin mənzili idarə etməyə faktiki başlamaması və beləliklə də mirası qəbul etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Əvvəla, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ y a bilavasitə iradə ifadəsi məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əml ak vergisinin ödənilməsi, kommunal xidmətlərin mirasa vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər sənədlər ola bilər və sair. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Həmçinin, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra miras ın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddənin mənasına görə, miras onun açıldığı gündən vərəsənin o, vaxt mülkiyyəti sayılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul etmiş olsun və mirasın açıldığı gündən altı ay keçməsin. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni sadalanan maddələrin tələblərinə uyğun olaraq əsaslandırmağa çalışsa da, mərhum Rövşən Əliyevin miras mənzilə sahiblik etməyə və həmin mənzili idarə etməyə faktiki başlayıb-başlamaması ilə bağlı heç bir araşdırma aparmamış, mirasa vərəsəlik açılarkən onun həmin mənzildə yaşayıb-yaşamamasını, miras mənzilin idarə edilməsində iştirak edib-etməməsini aydınla şdırmamış, həmçinin mərhum Rövşən Əliyevlə müqayisədə İddiaçı1 və İddiaçı2 da eyni vəziyyətdə olmalarını, yəni onların da mirasa vərəsəlik açılandan 11 ildən sonra mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almalarını nəzərə almamış, yalnız onların irəli sürdükləri arqumentlərlə razılaşaraq, ilk iddianın əsaslı, qarşılıqlı iddianın əsassız olması qənaətinə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sü butlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayəti ndə göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Əliyeva Kəmalə Dilqəm qızının kasasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-55/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar