Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5153/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarix li X5 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə 23104,14 manat əsas, 7306,65 manat faiz, 7511,58 manat cərimə borcu, cəmi 37922,37 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülki yyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh6, X1 və Cavabdeh5 mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 11.1 2.2019-cu il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat borcun, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) X5 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 (otuz iki min doxsan doqquz manat səksən beş qəpik) manat məbləğində borc və 60 (altmış) manat məhkəmə xərcləri İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yard ımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 mənzildən çıxarılması və mənzilin boşadılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 20 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 t ərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X5 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, faiz borcuna aid hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 5795,81 (beş min yeddi yüz doxsan beş manat səksən bir qəpik) manat məbləğində pul müştərək qaydada alınaraq iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, qətnamənin onun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ASC və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli qətnaməsinin qismən, cavabdehlərdən faiz borcunun tutulması hissəsində ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə qanunvericilikdə, nə də ki müqavilədə xəbərdarlıq məktubunun borc alana verilməsi ilə müqaviləyə xitam verilməsi göstərilməyib. Əksinə, cavabdehlə bağlanmış 25.08.2014-cü il tarixli, YSNPT-0010 saylı İstehlak krediti müqaviləsi 2.3.5ci bəndində deyilir: Əgər Borc alan öhdəliklərini pozarsa və Bank bununla bağlı borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, qətnamə (əmr) və ya icra qeydi (sonra - icra sənədi) çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Bankın hüququ var ki, icra sənədinin alınması üçün müraciət edildikdən sonra icra sənədi tam icra olunanadək faizləri və iki qat faizləri hesablasın və ödənilməsini borc alandan tələb etsin, habelə icra sənədinin alınması üçün müraciət edildikdən sonra icra sənədi tam icra olunanadək müddət ərzində hesablanmış faizlərin və iki qat faizlərin borc alandan tutulması məqsədilə məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət etsin.” Göründüyü kimi, hətta məhkəməyə müraciət etdikdə belə, faizlərin hesablanması müqavilənin şərti ilə nəzərdə tutulm uşdur. Belə ki, Mülki Məcəllənin 6.1.5-ci maddəsinə görə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri hesab olunur. Tərəflər də, qanunvericiliyin verdiyi bu imkandan istifadə etmişlər. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetiri lmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Məhkəmə qanunvericiliyin normalarını şərh edərək subyektivliyə yol vermişdir. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, banklarının hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 421.1, 421.2, 423.1, 423.2 maddələrinin tələblərini pozmuşdur.. Məlumdur ki, tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma mövcud deyil. Məhkəmə qətnaməsinin əsassız olduğunu sübut edə n əsas dəlil Mülki Məcəllənin 424.3-cü maddəsidir. Belə ki, həmin maddəyə (MM maddə 424.3.) görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xıtam edilmiş sayılır. Göründüyü kimi, normada birbaşa göstərilib ki, əgər müqavilə məhkəmə qaydasında ləğv edilirsə - müqavilə xəbərdarlıq məktubunun tarixindən deyil, məhz qətnamə qanuni qüvvəyə mindiyi andan ləğv edilmiş sayılır. Maddi hüquq nor malarının pozulması nəticəsində, prosessual hüquq normalar da pozulmuş, yəni işə baxarkən məhkəmə işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1.ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh5 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya baxışının predmetini iddianın kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsi təşkil edir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsinə əsasən borc alana illik 22 faizlə 60 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.1 kv.m olan 3 otaqlı, 6 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin "İddiaçı" ASC ilə Cavabdeh2 arasında və Cavabdeh3 arasında ayrı-ayrılıqda bağlanmış 25.08.2014-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. İddiaçı ASC Cavabdeh1 28.11.2018-c i il tarixdə ünvanladığı №02/02-2789 saylı bildirişdə təyin olunmuş qrafik üzrə kredit ödənişini icra etmədiyi üçün 28.11.2018-ci il tarixə olan əsas borc 23104,14 manat, kreditdən istifadəyə görə 5795,81 manat faiz borcu və 3783,98 manat cərimə borcunu üç iş günü müddətində ödəməli olmasını, əks təqdirdə qanuna müvafiq tədbirlərin görüləcəyini bildirmişdir. İddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsi 05.03.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2019cu il tarixli, 15559 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən 25.08.2014-ci il tarixli, YSNPT-0010 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 14.02.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi manat müəyyən edilmişdir: - əsas borc üzrə - 23104,14 manat; - faiz borcu üzrə 6868,36 manat. "İddiaçı" ASC-nin maliyyə arayışına əsasən Cavabdeh1 25.08.2014-ci il tarixli, YSNPT0010 saylı kredit müqaviləsi üzrə borcu 10.12.2019-cu il tarixə 21083,34 manat əsas, 11016,51 manat faiz borcu olmaqla, cəmi 32099,85 manat təşkil etdiyi göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılması ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 25.08.2014-cü il tarixli kredit müqaviləsinin müddəti 60 ay nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinin 3.1.4-cü bəndində tərəflər kredit verənin birtərəfli qaydada müqaviləyə xitam vermək hüququ təsbit etmişlər, həmin şərtə görə müqavilənin 3.1.4.1-3.1.4.6-cı bəndlərində müəyyən olunmuş hallarda kreditor müqaviləyə vaxtından əvvəl xitam verərək verdiyi krediti, həmin müddətə qədər hesablanmış faizləri, eləcə də dəbbə pulunu tələb edə bilər. Mülki iş materiallarına əlavə edilmiş 28.11.2018-ci il tarixli birinci xəbərdarlıq məktubunun surətindən məlum olur ki, bank borclu Cavabdeh1 tərəfindən kredit öhdəliyi icra edilmədiyi və bununla əlaqədar əsas borc 23104,14 manat, kreditdən istifadəyə görə 5795,81 manat faiz borcu və cərimə borcu 3783,98 manat məbləğində kredit borcunun ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. Bununla da iddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin 2.3.1-ci bəndində nəzərdə tutulmuş hüququndan istifadə edərək müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermiş və müvafiq olaraq da krediti (borc verdiyi pulu) borcludan tələb etmişdir. İddiaçının bu tələbi qanunidir və m üqavilə şərtlərinə uyğun olmuşdur. Demək ki, 28.11.2018-ci il tarixdə tərəflər arasındakı kredit müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə aydın olur ki, müqaviləyə xitam verildikdən sonrakı müddət üçün müqavilə faizi hesablana və tələb oluna bilməz, çünki tərəflər arasında müqavilə münasibəti artıq başa çatmışdır və həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MM-nin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilər. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi iddiaçının tərəflər arasındakı kredit müqaviləsinə əsasən yalnız 28.11.2018-ci il tarixli birinci xəbərdarlıq məktubunda göstərilən həcmdə- 5795,81 manat məbləğində faiz borcu tələb etmək hüququnun olduğunu müəyyən etmiş və həmin hiss ədə faiz tələbini təmin etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin 28.11.2018-ci il tarixli xəbərdarlıq məktubuna istinad edərək, tərəflər arasında müqaviləyə xitam verilməsi və xitam verildikdən sonrakı müddət üçün müqavilə faizinin hesablana və tələb oluna bilməməsi, tərəflər arasında müqavilə münasibəti artıq başa çatması, həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MM-nin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilməsi kimi nəticələri ilə razılaşmır və bu nəticələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-422-ci maddələrinin tələblərinə zidd olduğunu hesab edir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağ lanmış kredit müqaviləsinin 3.1.4-cü, 3.1.4.1-3.1.4.6 bəndlərinə istinad edərək kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək hüququnun təsbit edildiyi qənaətinə gəlsə də, tərəflər arasında bağlanmış 25.08.2014-cü il tarixli müqavilədə belə bir bənd nəzərdə tutulmamışdır. Müqavilənin 2.3.1-ci bəndində isə Bankın, borc alan bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borc alanın müqavilə üzrə banka olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun olduğu təsbit edilmişdir. İstehlak krediti müqaviləsi 2.3.5-ci bəndində isə deyilir: “Əgər Borc alan öhdəliklərini pozarsa və Bank bununla bağlı borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət edərsə, qətnamə (əmr) və ya icra qeydi ( sonra - icra sənədi) çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri, o cümlədən vaxtı keçmiş ikiqat faizləri Borc alan özünün borcu kimi etiraf və qəbul edir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür. Bankın hüququ var ki, icra sənədinin alınması üçün müraciət edildikdən sonra icra sənədi tam icra olunanadək faizləri və iki qat faizləri hesablasın və ödənilməsini borc alandan tələb etsin, habelə icra sənədinin alınması üçün müraciət edildikdən sonra icra sənədi tam icra olunanadək müddət ərzində hesablanmış faizlərin və iki qat faizlərin borc alandan tutulması məqsədilə məhkəməyə və ya icra qeydi almaq üçün notariusa müraciət etsin.” Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə müqavilənin birtərəfli qaydada xitam verilməsi qaydası nəzərdə tutulmamı şdır. Həmin müqavilənin 2.3.1-ci bəndində nəzərdə tutulmuş halda, bankın müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu isə bankın müqaviləyə birtərəfli qaydada xitam vermək hüququnun olması deyil. Məhkəmə kollegiyası qeyd edir ki, Müqavilənin ləğv edilməsi dedikdə, onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditor un və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Öhdəliyə xitam verilməsi dedikdə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. - 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. - 421.3-cü maddəsinə əsas ən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Göründüyü kimi, qanunvericilikdə müqavilələrin ləğvi əsasları və qaydası dəqiq tənzimlən mişdir. Tərəflər arasında müqavilədə müqavilənin ləğvi ilə bağlı başqa qayda nəzərdə tutulmamışdır. Həmçinin müqavilənin vaxtından əvvəl ləğvi barədə tərəflərin razılaşması və ya məhkəmə qərarı mövcud deyildir. Belə olan halda, apellyasiya məhkəməsinin borcun vaxtından əvvəl ödənilməsini tələb etməsi barədə bankın 28.11.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtında əvvəl xitam verilməsi barədə nəticəsi mülki qanunvericliyinin tələblərinə zidd olmaqla səhv nəticədir və kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla, yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddənin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020-ci il tarixli X5 saylı qətnaməsi- kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5153/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5153/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver