Məhkəmə qərarları › İş №2(102)-5155/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5155/2021

25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5155/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə, 3-cü şəxslər Ağcabədi rayon Notariat kontoruna və ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmuş arayışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, mirasın faktik i qəbulu, mirasda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(106)248/2021 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X19, Cavabdeh2 və Cavabdeh1 məxsus olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İ 818895 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 16.10.2016-cı il tarixdə vəfat etmişdir. 17.08.2017-ci il tarixli, 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16.10.2016-cı il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh2 və Cavabdeh1dır və onlardan hər biri miras əmlakdan ½ pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 31.05.2016-cı il tarixdə X10 verilmiş, **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,0707 ha olan torpaq sahəsindəki ümumi birgə paydan ibarətdir. 17.08.2017-ci il tarixli, 2V-217 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16.10.2016-cı il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh2 və Cavabdeh1dır və onlardan hər biri miras əmlakdan ½ pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Ağcabədi RQİ və TBŞ tərəfindən 01.09.2011-ci il tarixdə X10 verilmiş, AB 430112 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********8262, mühərrik nömrəsi **********45, buraxılış ili 2007, VAZ-21074 minik markalı, ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 27.10.2017-ci il tarixli, 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16.10.2016-cı il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh2 və Cavabdeh1dır və onlardan hər biri miras əmlakdan ½ pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Ağcabədi rayon "Dövləttexnəzarətmüfəttişliyi tərəfindən 30.12.2005-ci il tarixdə X10 verilmiş, qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 091843, mühərrik D-65 713423 nömrəli, buraxılış ili 1979, 04 AZT 831 dövlət nömrə nişanlı texnikadan ibarətdir. Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14.08.2017-ci il tarixli arayışın surətindən görünür ki, X19 16.10.2016-cı il tarixdə vəfat etmişdir. Təsərrüfatbaşına kitabda aşağıda göstərilən tərkibdə ailə üzvləri qalm ışdır: Cavabdeh2 və Cavabdeh1. İ-ИE 855986 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 atası X19, anası Cavabdeh2dır. Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 31.07.2018-ci il tarixli arayışdan görünür ki, X19 16.10.2016-cı il tarixdə vəfat etmişdir. Aşağıda göstərilən tərkibdə ailə üzvləri qalmışdır: arvadı - Cavabdeh2, uşaqları - Cavabdeh1, X11, X26, İddiaçı1 və X23. Cavabdeh1 adından Ağcabədi rayon Notariat kontoruna ünvanlanmış, 15 avqust 2017-ci il tarixli ərizənin surətindən görünür ki, mərhum Hüseynov Əli Həsən oğlundan miras qalmış əmlak fərdi yaşayış evi və nəqliyyat vasitəsindən ibarətdir və vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. 05.09.1957-ci il tarixli, İE 273386 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə Cavabdeh2 05 sentyabr 1957-ci il tarixdə nikaha daxil olmuşlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə, 3-cü şəxslər Ağcabədi rayon Notariat kontoruna və ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17.08.2017-ci il tarixli reyestrdə 2V-217, 2V-218 və 2V-293 nömrə ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnamələrin və həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışın etibarsız hesab edilməsi, miras əmlakın 1/6 hissəsinə qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Hüseynov X22 rayonu, Hindarx qəsəbəsində yerləşən ümumi sahəsi 137,2 kv.m olan fərdi yaşayış evi və 0,0707 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Həmin evin ona məxsus olmasına dair ƏMDKnin yanında DƏDRX-i tərəfindən 31.05.2016-cı il tarixli, RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan başqa, atasının mülkiyyətində VAZ-21074 markalı, ban XTA**********8262, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və YUMZ-61 markalı, mühərrik D-65, 713423 nömrəli, burax ılış ili 1979-cu il olan traktor olmuşdur. X35 16.10.2016-cı il tarixdə vəfat etmişdir. Atasının birinci dərəcəli vərəsələri arvadı Cavabdeh5, uşaqları Cavabdeh1, X11, X26, İddiaçı1 və X15r. Bu fakt Ağcabədi rayon İHB-nın Hindarx qəsəbəsi üzrə nümayəndəliyinin 31 iyul 2018-ci il tarixdə verdiyi 395 nömrəli arayışla da təsdiq olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə icra nümayəndəliyindən 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayış alaraq, həmin arayış əsasında 3-cü şəxs Ağcabədi rayon Notariat Kontoruna müraciət edərək, mübahisəli evə 17 avqust 2017-ci il tarixli reyestrdə 2v-218 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışlar. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 təqdim etdikləri həmin arayış əsasında m ərhum atası Hüseynov Əli Həsən oğlunun mülkiyyətində olmuş VAZ21074 markalı, ban XTA**********8262, 04BX192 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 17 avqust 2017-ci il tarixli reyestrdə 2v-217 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Bundan başqa, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 təqdim etdikləri həmin arayış əsasında 30.12.2005-ci il tarixli 024046 saylı Qeydiyyat Şəhadətnaməsinə əsasən mərhum atası Hüseynov Əli Həsən oğlunun mülkiyyətində olmuş YUMZ-61 markalı, mühərrik D-65, 713423 nömrəli, buraxılış ili 1979-cu il olan traktora 27 oktyabr 2017-ci il tarixli reyestrdə 2v-293 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 17 avqust 2017-ci il tarixli reyestrdə 2v-217 sayla qeydə alınmış qanun üzrə vərəsə lik hüququ haqqında Şəhadətnamə əsasında ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 24.08.2017-ci il tarixli, ******* nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Ağcabədi rayonu Hindarx qəsəbəsində atası Hüseynov Əli Həsən oğlundan miras qalmış ümumi sahəsi 137,2 kv.m olan fərdi yaşayış evinə və 0,0707 ha həyətyanı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə mülkiyyət hüququ əldə etmişlər. Atası rəhmətə gedən vaxt Rusiya Federasiyasında olmuş, atasının ölüm xəbərini bildikdən sonra Ağcabədiyə qayıtmışdır. Həmin vaxtdan da hal-hazıradək Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən mübahisəli evdə öz həyat yoldaşı X12 ilə birlikdə yaşayır, yəni atadan qalan mirasın bir hissəsini faktiki olaraq qəbul etmişdir. Ağ cabədi Rayon Məhkəməsinin (hakim Etibar Quliyev) 12 oktyabr 2018-ci il tarixli 2(017)1372/2018 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə, 3-cü şəxslər Ağcabədi rayon Notariat kontoruna və ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmuş arayışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək mərhum Hüseynov Əli Həsən oğlundan miras qalmış əmlaklara vərəsələri - Cavabdeh5 və Cavabdeh1 hər birinin miras əmlakdan 1/2 pay almalarına dair 17.08.2017-ci il tarixli, 2V-218 reyestr nömrəli, 17.08.2017-ci il tarixli, 2V-217 reyestr nömrəli və 27.10.2017-ci il tarixli, 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışın etibarsız hesab edilməsi, Mərhum Hüseynov Əli Həsən oğlunun ölümündən sonra birinci dərəcəli vərəsələri arvadı Cavabdeh5, uşaqları - Cavabdeh1, X11, X26, İddiaçı1 və X13 miras qalmış əmlaka vərəsəlik qaydasında paylarının müəyyən olunmaqla, miras əmlaklardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən 31.05.2016-cı il tarixdə Hüseynov Əli Həsən oğluna verilmiş, **********29-103 01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh5 7/12 pay, Cavabdeh1 1/12 pay, X5 1/12 pay, X20 1/12 pay, İddiaçı1 1/12 pay və X16 1/12 pay; Ümumi sahəsi 0,0707 ha olan torpaq sahəsindəki ümumi birgə paydan Cavabdeh5 7/18 pay, Cavabdeh1 7/18 pay, X5 1/18 pay, X20 1/18 pay, İddiaçı1 1/18 pay və X16 1/18 pay; Ağcabədi RQİ və TBŞ tərəfindən 01.09.2011-ci il tarixdə Hüseynov Əli Həsən oğluna verilmiş, AB 430112 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********8262, mühərrik nömrəsi **********45, buraxılış ili 2007, VAZ-21074 minik markalı, ** BX *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən Cavabde h5 7/12 pay, Cavabdeh1 1/12 pay, X5 1/12 pay, X20 1/12 pay, İddiaçı1 1/12 pay və X16 1/12 pay; Ağcabədi rayon "Dövləttexnəzarətmüfəttişliyi tərəfindən 30.12.2005-ci il tarixdə X21 verilmiş, qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 091843, mühərrik D-65 713423 nömrəli, buraxılış ili 1979, 04 AZT 831 dövlət nömrə nişanlı texnikadan (traktordan) Cavabdeh5 7/12 pay, Cavabdeh1 1/12 pay, X5 1/12 pay, X20 1/12 pay, İddiaçı1 1/12 pay və X16 1/12 pay müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X19, Cavabdeh2 və Cavabdeh1 məxsus olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. X19 16.10.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X1nun vərəsələri - Cavabdeh2 və Cavabdeh1 tanınmış və onlardan hər biri miras əmlakdan 1/2 pay almalarına dair 17.08.2017-ci il tarixli, 2V-218 reyestr nömrəli, 17.08.2017-ci il tarixli, 2V-217 reyestr nömrəli və 27.10.2017-ci il tarixli, 2V-210 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Lakin notarius tərəfindən Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 16.10.2016-cı il tarixdə vəfat etmiş X8 təsərrüfatbaşına kitabda Cavabdeh2 və Cavabdeh1 tərkibdə ailə üzvləri qalması barədə 14.08.2017-ci il tarixli arayışa əsas götürülərək vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh1 adından Ağcabədi rayon Notariat kontoruna ünvanlanmış, 15 avqust 2017-ci il tarixli ərizədə mərhum Hüseynov Əli Həsən oğlundan miras qalmış əmlak fərdi yaşayış evi və nəqliyyat vasitəsindən ibarətdir və vərəsələri Cavabdeh1 və Cavabdeh2 göstərilmişdir. X1 ilə Cavabdeh2 05 sentyabr 1957-ci il tarixdə nikaha daxil olmuşlar. Ağcabədi rayon İHBnın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 31.07.2018-ci il tarixli arayış verərək X1nun ölümündən sonra vərəsələri arvadı - Cavabdeh2, uşaqları - Cavabdeh1, X11, X26, İddiaçı1 və X17 qeyd etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 1145, 1146, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1151.2, 1159.1, 1162, 1243.1-1243.2, 1246, 1248.1, 139.1, 140-cı maddələri ilə əsaslanara q hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, X1nun birinci dərəcəli vərəsələri arvadı - Cavabdeh2, uşaqları - Cavabdeh1, X11, X26, İddiaçı1 və X15r. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notariat orqanına vərəsələr haqqında düzgün məlumat verməmiş, həmçinin icra nümayəndəliyindən alınmış arayışda da miras qoyanın vərəsələri tam göstərilməmişdir. Bu səbəbdən də notariat kontoru cavabdehlərin ərizəsini və icra nümayəndəliyinin verdiyi arayışı əsas götürməklə vərəsələrin dairəsini tam müəyyən etməmişdir. Ona görə də iddia tələbi təmin edilməlidir. Cavabdeh1 tərəfindən Ağcabədi rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2(017)1372/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev - sədrlik edən və məruzəçi, Z.Babayev və Q.Kərimov) 11 aprel 2019-cu il tarixli 2(106)-808/19 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən - X1nun ölümündən sonra birinci dərəcəli vərəsələri: arvadı - Cavabdeh2, uşaqları - Cavabdeh1, X11, X26, İddiaçı1 və X13 miras qalmış əmlaka vərəsəlik qaydasında paylarının müəyyən olunması hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışıdr. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə iddia tələbi “miras əmlakdakı paya vərəsəlik qaydasında mü lkiyyət hüququnun tanınması” hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, miras mülkə dair notariat kontoruna müraciət olunan vaxt mərhum Hüseynov Əli Həsən oğlunun qanun üzrə vərəsələri 6 nəfərdən, yəni mərhum Əli Hüseynovun arvadı Cavabdeh5, İddiaçı1, X14, X26, X23 və Cavabdeh1 ibarət olmuşdur. Cavabdeh1 15 avqust 2017-ci il tarixdə Ağcabədi rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yaşayan atası X9 vəfat etdiyini, mərhumun vərəsələrinin ondan və Cavabdeh5 ibarət olmasını əsas gətirərək miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, öz adına və anasının adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə nail olmuşdur. Həmin vaxt Cavabdeh1 Ağcabədi rayonu Hinda rx qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin Cavabdeh5 adına verilmiş 14.08.2017-ci il tarixli 671 saylı arayışını notariat kontoruna təqdim etmişdir. Həmin arayışda mərhum Hüseynov Əli Həsən oğlunun ailə üzvlərinin yalnız Cavabdeh5 və Cavabdeh1 ibarət olduğu göstərilmişdir. İş materiallarından görünür ki, notariat kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün aidiyyəti təşkilatlara müvafiq sorğular edilməklə miras əmlaka dair müvafiq məlumatlar alınmışdır. 17.08.2017-ci il tarixli, 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verildikdən sonra, yəni 06 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh5 Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış ev inə vərəsəlik payını və 0,0707 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ üzrə payını Cavabdeh1 bağışlamış və 13.09.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evi və 0,0707 ha torpaq sahəsi DƏDRX-də Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı və cavabdehin izahatları və iş materialında olan (səh.71) İddiaçı1 məxsus pasportla müəyyən olunmuşdur ki, İddiaçı1 02.02.2017-ci il tarixdə, yəni atasının ölümündən təxminən 4 ay sonra Azərbaycan Respublikasına daxil olmaqla mübahisə olunan atasına məxsus evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Hüseynov Əli Həsən oğlunun 16.10.2016-cı il tarixdə vəfat etməsindən sonra, yəni təxminən mirasın açıldığı vaxtdan 4 ay sonra vərə sə Hüseynov X24 rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evinə qayıtmış, miras əmlaka digər vərəsə Cavabdeh1 adına vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi və həmin şəhadətnamə əsasında DƏDRX-i tərəfindən Çıxarış verilməsindən məlumatsız olmuşdur. Ağcabədi rayon məhkəməsinin 03.05.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 İddiaçı1 və X2 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdehlər İddiaçı1 və X3 Ağcabədi rayonunun Hindarx qəsəbəsində 0,0707 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 137,2 kv.m olan xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir). Qeyd olunan işi n müəyyən edilmiş faktiki hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247, 1248.1-ci maddələrinin tələblərinə müvafiq hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, miras qoyan Hüseynov Əli Həsən oğlunun 16.10.2016-cı il ildə ölməsi ilə mirasın açıldığı vaxtdan Cavabdeh1 yeganə vərəsə olaraq mirası qəbul etməsi, digər vərəsələrin, o cümlədən İddiaçı1 miras əmlakı qəbul etməməsinə dair məhkəməyə Cavabdeh1 tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, miras əmlaka vərəsəlik hüququ olan X11, X26, İddiaçı1 və X13 qeyd olunan miras əmlakı qəbul edib-etməməsinin və ya ondan imtinasının aydınlaşdırılmaması MM-nin 1256-cı maddəsinin tələbinə uyğun olmamaqla mübahisə olunan miras əmlaka Cavabdeh1 mütləq və qeyd-şərtsiz sahibliyinin yaranması əsası ki mi qəbul edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə, 3-cü şəxslər Ağcabədi rayon Notariat kontoruna və ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmuş arayışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbini irəli sürərkən həmin tələbin məntiqi nəticəsi olaraq miras əmlaka payın müəyyən edilməsi tələbinin təmin edilməsi olmuşdur. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında 13.09.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evinə və 0,0707 ha torpaq sahəsinə DƏDRX-də Cavabdeh1 adına tam mülkiyyət hüququna dair çıxarışın verilməsi zamanı yuxarıda qeyd olunan Azərbaycan Respublikası MM-nin vərəsəlik hüququ ilə bağlı normalarının tələblərinə əməl edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi miras əmlaka vərəsələrin sonrakı vərəsəlik hüquqlarının həyata keçirilməsinin qanunla müəyyən edilmiş tələblərinə əməl edilməklə mirasın qəbul edilməsi imkanını aradan qaldırmır. Ona görə də İddiaçı1 miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması tələbinə dair hissədə iddiası baxılmamış saxlanılmalıdır. Apellyasiya instansiya sı məhkəməsi qeyd olunanlara məcmu halında qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 1243.2, 1243.3, 1246, 1256, 1247, 1248.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Dəmirovdan ibarət tərkibdə) 29 oktyabr 2019-cu il tarixli, 2(102)-6496/19 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin olunaraq, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(106)-808/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi miras əmlaklarda payların müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmədiyi qənaətinə gəlsə də, öz qənaətinin nədən ibarət olduğunu konkret göstərməmiş və məsələ açıq qalmışdır. Digər tərəfdən, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisə vardır və tərəflərin məhkəmədən tələbi məhz bu mübahisənin həll olunmasıdır. Ona görə də, işə yenidən baxılarkən miras əmlakın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı müəyyən edilməli və mirası qəbul etmiş vərəsələrin miras əmlakda payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə istinadən əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 08.01.2020-ci il tarixli arayışdan görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı1 Hindarx qəsəbə nümayəndəliyində olan 14 nömrəli təsərrüfatbaşına kitabın 1271-ci səhifəsində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda uzun müddətdir ki, atası X1na məxsus olmuş evdə yaşayır. Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03.02.2020-ci il tarixli arayışdan görünür ki, Ağcabədi rayon Hindarx qəsəbə sakini İddiaçı1 Hindarx qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ata evində yaşamış, sonra Rusiya Federasiyası na getmişdir. Onun atası Hüseynov Əli Həsən oğlu 16 oktyabr 2016-cı ildə vəfat etmişdir. Həmin vaxt o, Rusiyada olmuş, özünün dediyinə görə sənədləri düz olmadığına görə atasının yas mərasiminə gələ bilməmiş və mərasimdə iştirak etməmişdir. İddiaçı1 02 fevral 2017-ci il tarixdə Rusiyadan Hindarx qəsəbəsinə qayıtmış və gəldiyi gündən bu günə kimi atasından qalma evdə yaşayır. Apelyasiya baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna verdiyi cavabdan aydın olur ki, İddiaçı1 oğlunun 01.10.2016-cı il tarixdən 01.08.2018-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: tarix-19.04.2015–çıxış, 02.02.2017-giriş. İşə apelyasiya qaydasında baxılarkən vərəsələr- X26, X11 və X23 iş üzrə üç üncü şəxs qismində tanınmış və prosesə cəlb edilmişlər. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Abbasov - sədrlik edən və məruzəçi, T.Heydərov və T.Kərimov) 06 fevral 2020-ci il tarixli, 2(106)-399/2020 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1372/2018 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə 16 oktyabr 2016-cı il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak – Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən 137,2 kv.m fərdi yaşayış evi; 0,0707 ha torpaq sahəsi; VAZ-21074 minik markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobil və “YUMZ-61” markalı, 0 41831 dövlət nömrə nişanlı traktorla əlaqədar onun oğlu İddiaçı1, habelə onun digər vərəsələrinin vərəsəlik münasibətləri ilə bağlıdır və kollegiyanın qənaətinə görə mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsi aydınlaşdırılmalıdır. İşin mübahisə olunmayan hallarına görə, Hüseynov Əli Həsən oğlunun mirasının açıldığı 16 oktyabr 2016-cı il tarixdə ondan miras qalan Ağcabədi rayonu, Hindarx qəsəbəsində 0,0707 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.m olan fərdi yaşayış evində arvadı Cavabdeh5, qızı Cavabdeh1 yaşamış və məhz onlar miras əmlaka həm faktiki sahiblik, həm də onu faktiki idarə etmişlər. Başqa sözlə, mübahisəsi gedən miras əmlak adı çəkilən qanun üzrə vərəsələr tərəfindən faktiki qəbul edilmişdir. Bununla belə kollegiya hesab edir ki, işin hallarından mirasqoyanın digər qanun üzrə vərəsələri olan X11, X26, İddiaçı1 və X23 tərəfindən də mirası faktiki qəbul etdikləri qənaətinə gəlmək mümkündür. Belə ki, apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, mərhum Əli Hüseynov 16 oktyabr 2016-cı il tarixdə vəfat etdikdən sonra İddiaçı1 birinci dərəcə vərəsə kimi digər vərəsələrlə birgə miras əmlaka faktiki sahiblik etməyə və onun idarə edilməsində iştirak etməyə başlamışdır. Belə ki, X1 16 oktyabr 2016-cı ildə vəfat edən vaxt oğlu İddiaçı1 Rusiyada olmuş, özünün dediyinə görə sənədləri düz olmadığına görə atasının yas mərasiminə gələ bilməmiş və mərasimdə iştirak etməmişdir. Lakin İddiaçı1 02 fevral 2017-ci il tarixdə Rusiyadan Hindarx qəsəbəsinə qayıtmış və gəldiyi gündən bu g ünə kimi atasından qalma evdə yaşayır. Apelyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, digər qanun üzrə vərəsələr olan X11, X26 və X23 tərəfindən də miras faktiki olaraq qəbul edilmişdir. Belə ki, qanun üzrə vərəsələrdən X26 və X23 da anadan olduqları vaxtdan həmişə miras əmlak olan həmin evdə yaşamışlar, lakin son vaxtlar müvəqqəti olaraq işləmək üçün Rafət Qazaxıstan Respublikasına, Afiq isə Rusiya Federasiyasına getmişlər. Mərhum ataları Əli Hüseynovun vəfatı zamanı isə hər ikisi Azərbaycana, yəni yaşadıqları Hindarx qəsəbəsinə gələrək atalarının dəfn və yas mərasimlərində iştirak etmişlər, müəyyən müddət miras əmlak olan evdə yaşadıqdan sonra yenə də işləmək üçün müvəqqəti olaraq ölkədən getmişlər, həmçinin onların miras əmlak olan ata evindən başqa özlərinə məxsus başqa yaşay ış sahələrinin olduğu müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı da tərəflər Rafət və Afiqin Azərbaycana gələrkən məhz məhrum atalarına məxsus evə gəldiklərini və orada yaşadıqlarını bildirmişlər. Bundan əlavə, digər qanun üzrə vərəsə olan X4 da eyni ilə mirasın faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir. Kollegiya onu da qeyd edir ki, qanun üzrə vərəsələr olan X11, X26 və X13 miras əmlakdan paylarının müəyyən edilməsinə iddiaçı etiraz etmədiyini, onların da vərəsə olaraq miras əmlakdan pay almaq hüquqlarının olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Əli Hüseyinovun vəfat etməsindən sonra iddiaçının digər vərəsələrlə birlikdə mərhumun birinci növbədən vərəsəsi kimi ona məxsus miras əmlaka bərabər pay hüquqlu vərəsə olması, lakin notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin gizlədilərək onların bu statusunun nəzərə alınmadığı, onların miras əmlaka münasibətlərinin bu və ya digər formada öyrənilmədiyi, beləliklə də notariat hərəkətlərinin natamam aparılmış olması barəsində düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246-ci maddələrinə istinad etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün a pelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, İ.Xələfov, Z.Əliyev) 21 iyul 2020-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün mülki iş Şirvan Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(106)-808/2019 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh5 Behbut qızına, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, üçüncü şəxslər Ağcabədi rayon no tariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmuş arayışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə İddiaçı1 “miras əmlakdakı paya vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması” tələbinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardad müvafiq olaraq tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilməmiş və sonuncu apelyasiya baxışı zamanı həmin qərardad qüvvədə olmuşdur. Qərardadın qüvvədə olması isə faktiki olaraq iddianın baxılmamış saxlanmamış hissəsi üzrə iddia tələbinin mövcud olmamasını təsdiq edir. Lakin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(106)-399/2020 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1372/2018 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsini Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanmışdır. Belə olan halda isə sonuncu aktla apelyasiya instansiya məhkəməsi mövcud olmayan tələb üzrə iddianı həll etmiş olur, bu isə Mülki Prosessual Məcəllənin 260, 263, 269, 372-ci maddələrinin tələblərinə uyğun hesab edilə bilməz. Çünki həmin maddələrdə qərardadların qəbul olunmasından sonra onların ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi ardıcıllığı müəyyən olunmuşdur. Lakin hazırkı iş üzrə prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunması müəyyən olunmur. Apelyasiya məhkəməsi yalnız iddianın baxılmamış saxlanmış hissəsi istisna olmaqda digər hissədə işə baxmağa səlahiyyəti olmuş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığı halda yalnız baxılmamış saxlanmış hissə istisna olmaqla digər hissəsinin dəyişdirilmədən saxlamaq səlahiyyətinə malik olmuşdur. Hazırkı halda isə apelyasiya instansiya məhkəməsi səlahiyyətindən kənara çıxaraq faktiki olaraq apelyasiya baxışının predmeti olmayan (iddia tələbi kimi mövcud olmayan) hissə üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticə yə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi yeni baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qərarında sadalanan göstərişlərin tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarında göstərilir ki, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisə vardır və tərəflərin məhkəmədən tələbi məhz bu mübahisənin həll olunmasıdır. Ona görə də, işə yenidən baxılarkən miras əmlakı n hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı müəyyən edilməli və mirası qəbul etmiş vərəsələrin miras əmlakda payları müəyyən edilməlidir. Lakin apelyasiya məhkəməsinin müvafiq nəticəyə hansı sübutlar əsasında gəlməsi müəyyən olunmur. İşin halları ilə aşkar olaraq müəyyən olunur ki, vərəsələrdən Gülnurə Hüseynova, Afiq Hüseynov və Rafət Hüseynov miras açılmazdan əvvəl və ondan sonra daimi bağlılıqları olan müvafiq ölkədə yaşamışlar və hazırda da yaşayışlar. Məhkəmənin isə onların Azərbaycan Respublikasında olma vaxtlarını araşdırmadan faktiki olaraq iddiaçının razılığına və öz mülahizələrinə istinad etməklə miras faktiki qəbul edilməsi nəticəsinə gəlməsi anlaşılan deyildir. Hər bir halda iş materialları ilə müəyyən olunur ki, həmin şəxslərdən ikisi işdə iştirak edən tərəfə (Cavabdeh1) etibarnamə vermiş və nümayəndəsi olaraq etibarnamə alan şəxsə müvafiq suallar verilərək və ya onların məhkəmə iclasında şəxsən iştirakları təmin olunaraq (mirası faktiki qəbul etmələri, mirasın qəbulu ilə bağlı iradə ifadələrinin mövcud olması və ümumiyyətlə mirası qəbul etmək istəyində olmaları) aydınlaşdırıla bilərdi. Hazırkı işin halları baxımından mirasın hər hansı əsasla vərəsələr tərəfindən qəbul olunması məsələsinin aydınlaşdırılması işin həlli baxımından və miras əmlakın bölüşdürülməsi baxımından əhəmiyyətlidir. Çünki mirası qəbul etməyən vərəsələrin payının müvafiq olaraq digər vərəsələri keçməsi ehtimalı vardır. Bunların araşdırılmadığı halda isə haqqı çatanların haqlarından məhrum olmasına şərait yaranmış olur. Digər tərəfdən apelyasiya instansiya məhk əməsinin müəyyən etdiyi hallar baxımından iddiaçının miras açıldıqdan (atasının vəfatından) 4 ay sonra Azərbaycan Respublikasına gəlməsi və onun hansı müddətdən miras əmlakda yaşamağa başlaması dəqiq olaraq müəyyən olunmur. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı artıq müəyyən olunmuş müddət (mirasın qəbulu müddəti) bitdikdən sonra miras əmlakda yaşaması ehtimalı daha çoxdur və onun mübahisələndirdiyi hüquqmüəyyənedici sənədlərdən məhz nə vaxt məlumatlı olması və onun sonrakı davranışlarının nədən ibarət olması aydınlaşdırılaraq müvafiq qiymət verilməlidir. Bu halda artıq müddət bitmişdirsə (müvafiq olaraq məlum olma faktı müəyyən edildikdən sonra) iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmamış qalmışdır. Kollegiya hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin nəticəsi faktiki olaraq ehtimallara əsaslanmaqla, ( eyni zamanda üçüncü şəxslərin mirasın qəbul edilməsi ilə bağlı mülki prosessual baxımından heç bir iradə ifadələri yoxdur, ümumiyyətlə cavabdeh olmadıqları halda onlara münasibətdə mirasın bölünməsində iştirakın mümkün olması.) heç bir konkret sübuta söykənmir. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim lər İ.Əsədov - sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Zeynalov) 30 mart 2021-ci il tarixli, 2(106)-248/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(017)-1372/2018 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək, 16 oktyabr 2016-cı il tarixdə vəfat etmiş Hüseynov Əli Həsən oğlundan miras qalmış əmlakda paylar aşağıdakı qaydada müəyyən edilmişdir: Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evi üzrə- Cavabdeh5 4/6 pay, Cavabdeh1 1/6 pay, İddiaçı1 1/6 pay; ümumi sahəsi 0,0707 ha olan torpaq sahəsi üzrə Cavabdeh5 10/18 pay, Cavabdeh1 7/18 pay, İddiaçı1 1/18 pay; - buraxılış ili 2007-ci il olan, VAZ-21074 minik markalı, ** BX *** d övlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə- Cavabdeh2 4/6 pay, Cavabdeh1 1/6 pay, İddiaçı1 1/6 pay; - buraxılış ili 1979-cu il olan, 04 AZT 831 dövlət nömrə nişanlı texnikada (traktorda) Cavabdeh5 4/6 pay, Cavabdeh1 1/6 pay, İddiaçı1 1/6 pay. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehlər Bəsura və Cavabdeh1ların adına yazılmış vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyin verdiyi 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışının etibarsız hesab edilməsi, miras əmlakın 1/6 hissəsinə qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərardadı ilə «miras əmlakdakı paya və rəsəlik qaydasında mülkiyyət hüququnun tanınması» tələbi baxılmamış saxlanılmışdır. Bu hissədə qərardaddan şikayət verilməsə də mahiyyətcə iş üzrə tərəflər payların müəyyən edilməsi hissəsində qətnaməni mübahisələndirmişlər. Şirvan Apelyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə payların müəyyən edilməsi hissəsində qətnamə ləğv edilmiş, lakin həmin hissədə iddiaya münasibət bildirilməmişdir. Sonra qətnamə Ali Məhkəmə tərəfindən ləğv edilmiş və mülki iş yeni baxışa qaytarılmışdır. Mahiyyətcə iddiaçı öz tələbində payların müəyyən edilməsini iddia etmiş, Cavabdeh1 da payların müəyyən edilməsi ilə bağlı qətnaməni mübahisələndirmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin və notariat kontoruna təqdim edilmiş arayışın etibarsız hesab edilməsi mirasın qəbul edilməsi və vərəsəli k paylarının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də Kollegiya hazırda iddiaya mirasın qəbul edilməsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi baxılmasını düzgün sayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 02.02.2017ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, o, atasının ölümündən sonra, yəni 02 fevral 2017-ci ildə Rusiyadan Hindarx qəsəbəsinə qayıtmış və həmin vaxtdan atasından qalma evdə yaşadığı təsdiq edilmişdir. Cavabdeh1 da əvvəlki məhkəmə baxışında verdiyi yazılı izahatında qardaşı İddiaçı1 2017-ci il fevralın 2-də Rusiyadan qayıtdığını, həmin vaxtdan da atasına məxsus evdə yaşadığını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras açılandan sonra vərəsələrdən ikisi- Cavabdeh1 və Cavabdeh5 mir asın qəbulu ilə bağlı notariat kontoruna ərizə vermişlər. Miras açıldığı vaxt İddiaçı1 Rusiyada olmuşdur, atasının yasında iştirak etməmişdir. Ona görə, o, qanunla müəyyən edilmiş üç ay müddətində ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Lakin iddiaçı, üç ay keçəndən bir qədər sonra miras evdə faktiki yaşamağa başlamışdır. Cavabdeh1 və Cavabdeh5 notariat kontoruna ərizə verdikdən sonra notarius öz vəzifə səlahiyyətlərinə uyğun olaraq vərəsələrə, o cümlədən İddiaçı1 məlumat verməmişdir. Halbuki, qanun üzrə vərəsəlik şəhadətnaməsi yazılarkən vərəsə İddiaçı1 miras evdə yaşamışdır. İddiaçı1 münasibətdə mirasın qəbuluna yol verilmədiyi hal müəyyən edilməmiş, qanunda nəzərdə tutulmuş altı aylıq müddət keçməmişdir. Digər vərəsələrin Hindarx qəsəbəsində yaşadığı barədə məlumat olmasa da, vərəsə İddiaçı1 həmin evdə yaşamışdır və ona məlumat vermək mümkün idi. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 mirası faktiki qəbul etmiş sayılır. Miras əmlak həm İddiaçı1, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən qəbul edilmiş sayılır. Lakin digər vərəsələr münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi mirasın İddiaçı1, eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən qəbul edilməsinin müəyyən edilməsində düzgün qənaətə gəlsə də, digər vərəsələrə münasibətdə mirasın qəbul edilməsinin müəyyən edilməsində düzgün qənaətə gəlməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Apellyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, miras əmlak vərəsələrdən İddiaçı1, Cavabdeh1 və Cavabdeh5 arasında paylara uyğun bölünməlidir. Paylar müəyyən edilərkən X19 ilə Cavabdeh5 05 sentyabr 1957-ci il tarixdən nikahda olduqları nəzərə alınmalıdır. Yəni nəzərə alınmalıdır ki, sözügedən əmlakda mirasa ər-arvadın birgə mülkiyyətindən Cavabdeh5 əmlak payı çıxıldıqdan sonra, yalnız X10 aid əmlak kütləsi daxildir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1243.1, 1243.2, 1246-ci maddələrinə istinad etmişdir. Cavabdeh1 kassasiya şika yəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni əsaslarla mülkiyyətlərinə keçmiş torpaq sahəsi və yaşayış evi vərəsəlik üzrə iddia predmeti ola bilməz və vərəsəlik əsasında bölünə bilməz. İddiaçı1 başqa evi var və həmin ev hazırda mübahisələnirilən evdən daha normal şəraitlidir, İddiaçı1 həmin evdə yaşaması və miras əmlakı qəbul etməsi ağlabatan deyil. Neçə illər Rusiyada yaşamış və yalnız ataları vəfat etdikdən sonra Azərbaycana qayıtmış İddiaçı1 vərəsə kimi tanına bilməz. Məhkəmə baxışında onun təqdim etdiyi sübutlar qəbul edilməmişdir. Həm onun, həm də digər şahidlərin izahatları qətnamədə təhrif edilmiş halda göstərilmişdir. Baxış zamanı məhkəmə tərəfindən ona izahat vermək üçün imkan verilməmiş, danışmaq istəyəndə isə məhkəmə qışqırıb susmağımı tələb etmiş, yalnız iddiaçını dinləmişdir. Ağcabədi rayon İHB-nin Hindarx qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışının etibarsız sayılmasının heç bir əsası yoxdur. X36 16.10.2016-cı il tarixdə vəfat edəndən sonra həqiqətən təsərrüfat başına kitabda ailə üzvləri- anası Cavabdeh5 və Cavabdeh1 qalmışlar. Bundan başqa anası Cavabdeh5 ilə o, 3 ay müddətində miras əmlakı qəbul etmişlər və qanunla müəyyən edilmiş müddətdə notariat orqanına yazılı ərizə vermişlər, eyni zamanda qanunda nəzərdə tutulmuş müddət keçəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Lakin İddiaçı1 atalarının ölməsini, mirasın açıldığını və vərəsəliyə çağırıldığını bildiyi halda 6 ay ərzində vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna müraciət etməmişdir. Onun miras əmlakları əldə etmək niyyəti olmamışdır. O, həmin əmlakların anası ilə onun adına qeydə alınmasını, sonra isə anası tərəfindən ona hədiyyə edilməsini bilmişdir. Bundan əlavə İddiaçı1 miras olan əmlakların heç birinə sahiblik etməmiş və əmlakları idarə etməmişdir. İddiaçı yaşamağa yeri olmadığı üçün onun mülkiyyətində olan evdən sığınacaq kimi istifadə etmişdir. Məhkəmə isə işin bu hallarını nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdeh5 hələ sağlığında Ağcabədi rayon prokurorluğunda izahat verərkən İddiaçı1 özü və həyat yoldaşı tərəfindən incidildiyini bildirmiş və bu səbəbdən onların evdən çıxmaları üçün şikayətlər etmişdir. İzahatında Cavabdeh5 bildirmişdir ki, ona Nəsibə baxır və bütün ehtiyaclarını layiqincə ödəyir və evin onun adına keçirilməsini istəyir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnaməsində Mülki Məcəllənin 1133.1, 1145, 1162, 1243.1, 1243.2, 1255, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106, 88-ci maddələrini düzgün tətbiq və təfsir etməmiş və bununla düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində işdə olan sübutları sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində sadaladığı bu sübutları bir daha qısa formada bir daha sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş hansı halına hansı hüquq normasının tətbiq edildiyi və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qətnamədə göstərməmiş, sübutları sadaladığı kimi tətbiq etdiyi maddi hüquq normalarını da sadəcə olaraq sadalamaqla kifayətlənmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı1 kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək birinci növbəli vərəsə olmasını qeyd edərək atasından miras qalmış əmlakda onunda qanun müəyyən edilmiş hissədə payının olduğunu qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları 3-cü şəxs X25 Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisinin notariusu R.Səlimzadə məhkəmə kollegiyasına ya zılı məktubla müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxsl ərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə ed ilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qaəbuluna səbəb olmuşdur. Belə ki, baxılan iddia tələbləri aşağıdakılardır.: 1.Cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 17.08.2017-ci il tarixli reyestrdə 2V-217, 2V-218 və 2V-293 nömrə ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsi

2. Həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışın etibarsız hesab edilməsi

3. Miras əmlakın 1/6 hissəsinə qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması İddiaçının 3-cü tələbi Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019cu il tarixli, 2(106)-808/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır, qərardadda göstərilmişdir ki, Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında 13.09.2017-ci il tarixdə Ağcabədi rayonunun Hindarx kəndində 0,0707 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137,2 kv.metr olan fərdi yaşayış evinə və 0,0707 ha torpaq sahəsinə DƏDRX-də Cavabdeh1 adına tam mülkiyyət hüququna dair çıxarışın verilməsi zamanı yuxarıda qeyd olunan Azərbaycan Respublikası MM-nin vərəsəlik hüququ ilə bağlı normalarının tələblərinə əməl edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi miras əmlaka vərəsələrin sonrakı vərəsəlik hüquqlarının həyata keçirilməsinin qanunla müəyyən edilmiş t ələblərinə əməl edilməklə mirasın qəbul edilməsi imkanını aradan qaldırmır. Apelyasiya məhkəməsi yalnız iddianın baxılmamış saxlanmış hissəsi istisna olmaqda digər hissədə işə baxmağa səlahiyyəti olmuş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığı halda yalnız baxılmamış saxlanmış hissə istisna olmaqla, digər hissəni ləğv etmək səlahiyyətinə malik olsa da, apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv etməklə, səlahiyyətindən kənara çıxaraq faktiki olaraq apelyasiya baxışının predmeti olmayan (iddia tələbi kimi mövcud olmayan) hissə üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Eyni zamanda, iş üzrə hər iki kassasiya qərarında qeyd edilmiş hüquqi mövqelər nəzərə alınmaqla, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi il ə bağlı mübahisənin həlli üçün apellyasiya məhkəməsi miras əmlakın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığını, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcmini müəyyən etməli, bununla da, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün iddia qaldırmış şəxsin subyektiv hüququnun olub-olmamasına qiymət verməli idi. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə əsasən miras əmlakın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığını, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcmini müəyyən edilməsi üzrə müvafiq araşdırma aparsa da, apellyasiya baxışının predmetini təşkil edən tələblər üzrə (cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqın da 17.08.2017-ci il tarixli reyestrdə 2V-217, 2V-218 və 2V-293 nömrə ilə qeydiyyata alınmış vərəsəlik şəhadətnamələrin və həmin şəhadətnamələrin verilməsi üçün əsas olmuş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 avqust 2017-ci il tarixli, 671 nömrəli arayışın etibarsız hesab edilməsi tələbləri üzrə qətnamə deyil, miras əmlakda vərəsələrin payının müəyyən edilməsi haqqında qətnamə qəbul etmiş, verilmiş tələblər üzrə qətnamə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(106)248/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yeni baxışa göndərilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(106)248/2021 nömrəli qətnaməsi ləğv edilsin iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar