Məhkəmə qərarları › İş №2(102)-5155/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-5155/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5155/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" BOKT MMC və Cavabdeh1na qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2821/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2205/2022 nömrəli iş üzrə 2 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

2. Cavabdeh "xxxx" BOKT MMC qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabir Bəhramzadə və Xumar Mərdanova) 2(103)-2821/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" BOKT MMC-dən artıq ödənilmiş 25.927,36 manat İddiaçı qaytarılması hissəsində dəyişdirilmiş, "xxxx" BOKT MMC-dən artıq ödənilmiş vəsait qismində 19.149,92 manatın İddiaçı xeyrinə tutulması qət edi lmişdir.

4. Cavabdeh "xxxx" BOKT MMC qətnamədən kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

6. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

8. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" BOKT M MC tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, şikayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının mətninə istinad edilsə də, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə əsaslandırılmamış, şikayətdə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edilmişdir.

12. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olması ilə bağlı dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda kassasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas ola bilər.

13. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstə rilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).

14. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

15. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

16. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apel lyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

17. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2821/2023 nömrəli iş üzrə 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar