Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5156/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Salyan rayon Qaraçala bələdiyyəsinə qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin qismən ləğv edilməsi, torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaq sahəsinin boşaldılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçd ən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1 və vəkili xxx oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(106)342/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 məxsus 0,20 ha torpaq sahəsinə dair Bələdiyyə ilə İddiaçı1 arasında 11 oktyabr 2003-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2007-ci il tarixli sərəncamı əsasında həmin torpaq sahəsində maye-qaz yanacaqdoldurma məntəqəsi inşa olunmuş, sonra dan həmin əmlak kompleksi İddiaçı1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 25 yanvar 2012-ci il tarixdə əmlak kompleksi ünvan 2istifadədə olan 0,20 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (əmlak kompleksinin) ümumi sahəsi 35 kv.metr olan bir mərtəbəli operator binası (A), tikintialtı sahəsi 49,0 kv.metr olan talvar (C) və tikintialtı sahəsi 229,0 kv.metr olan talvar-anbar (D), cəmi sahəsi 313,0 kv.metr olan sahə İddiaçı1 tərəfindən Cavabdeh1 80000 manata satılmışdır. Alqı-satqı müqaviləsinə əlavə olaraq notarius tərəfindən təsdiq olunmuş bölgü planı tərtib olunmuş və həmin planda Cavabdeh1 satılan hissə və İddiaçı1 qalan hissə göstərilmişdir. Alqı-satqı müqaviləsi və bölgü planı həm satıcı, həm də alıcı tərəfindən imzalanmışdır. Həmçinin müqa vilədə əlyazma ilə “Qeyd” edilmiş və orada satılan əmlakın “0,20 ha torpaq sahəsinin 0,12 ha” yazıları əlavə edilməklə, notarius tərəfindən imzalanmışdır. 06 iyul 2012-ci il tarixdə Salyan rayonunun Qaraçala Bələdiyyəsi və Cavabdeh1 arasında 1200 kv.metr torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmış, 04 avqust 2012-ci il tarixdə Cavabdeh1 əmlak kompleksi üzərində mülkiyyət hüququ və 0,22 ha torpaq sahəsinə dair icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və Cavabdeh1 arasında Salyan rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış 25 yanvar 2012-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə əlyazma ilə əlavə edilmiş “Qeyd” hissəsi etibarsız hesab edilmişdir. İş üzrə qəbu l edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə və Salyan rayon Qaraçala bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX Şirvan Əİ-si tərəfindən cavabdehin adına 04 avqust 2012-ci il tarixdə, dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34-cü vərəqəsində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Çıxarışın və həmin Çıxarış əsasında verilmiş sənədlərin qismən ləğv edilməsi, həmin Çıxarışa və həmin Çıxarış əsasında verilmiş sənədlərə əsasən cavabdehin adına qeydə alınmış torpaq sahəsindən 0,12 ha tor paq sahəsinin çıxarılması və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 11 oktyabr 2003-cü il tarixdə Salyan rayon Qaraçala Bələdiyyəsi ilə 15 il müddətə “Torpaq icarə müqaviləsi” bağlayaraq Maye-qaz doldurma məntəqəsinin inşası üçün 0,20 ha torpaq sahəsini icarəyə götürmüş, Salyan Rayon İcra Hakimiyyəti Başçısının 28 noyabr 2007-ci il tarixli, 385-s saylı sərəncamı ilə icarəyə götürdüyü ərazidə Maye-qaz doldurma məntəqəsinin tikintisinə icazə verilmiş və iddiaçı həmin tikintini inşa etdirmişdir. Bundan sonra iddiaçı cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 ilə 25 yanvar 2012-ci il tarixdə Salyan rayon 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq, Cavabdeh1 ünv an 2 icarə müqaviləsi əsasında istifadəsində olan 0,2 ha torpaq sahəsində tikdirdiyi və sahəsi 313 kv.m olan Maye-qaz doldurma məntəqəsini satmışdır. Cavabdeh 06 iyul 2012-ci il tarixdə Salyan rayon Qaraçala bələdiyyəsi ilə də icarə müqaviləsi bağlayaraq həmin tikilinin yanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsini 10 il müddətə icarəyə götürmüşdür. Bundan sonra cavabdeh ondan xəbərsiz Salyan rayon 1 saylı Notariat Kontoruna müraciət etmiş və notariusa yanlış sənədlər təqdim edərək onunla cavabdeh arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli alqı-satqı müqaviləsinə düzəliş etdirərək müqaviləyə “Qeyd” yazdırmışdır. Həmin “Qeyd”də göstərilmişdir ki, guya iddiaçı cavabdehə 313 kv.m olan Maye-qaz doldurma məntəqəsindən əlavə qanuni istifadəsində olan torpaq sahəsindən 0,12 ha torpaq sahəsini də satmışdır. 2016-cı ildə qanuni istifadəsində olan torpaq sahəsini DƏDRX-də adına rəsmiləşdirmək istədiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh notariusun müqaviləyə əlavə etdiyi “Qeyd” hissəli müqaviləni DƏDRX-nə təqdim edib ümumilikdə 0,22 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən Çıxarış almışdır. Sonradan müqavilənin “Qeyd” hissəsi etibarsız hesab edilsə də, cavabdehin adına olan Çıxarış və ona əsasən tərtib edilmiş sənədlər qismən ləğv edilməmiş və bu səbəbdən də o, cavabdehin qanunsuz sahibliyində olan 0,12 ha torpaq sahəsindən istifadə etmək hüququndan məhrum olmuşdur. Salyan Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(057)-165/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Qasımov) iddia təmin edilmiş, DƏDRX Şirvan Əİ-si tərəfindən Cavabdeh1 adına 04 avqust 2 012-ci il tarixdə, dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34-cü vərəqəsində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Çıxarışın və həmin Çıxarış əsasında verilmiş sənədlərin qismən ləğv edilməsi, həmin Çıxarış və həmin Çıxarış əsasında verilmiş sənədlərdə Cavabdeh1 adına qeydə alınmış torpaq sahəsinin ölçüsünün 0,12 ha azaldılmaqla, 0,10 ha göstərilməsi, ünvan 2 yerləşən və Cavabdeh1 sahibliyində olan həmin 0,12 ha torpaq sahəsinin İddiaçı1 qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə edilən “Qeyd”in məhkəmə qaydasında ləğv edilməsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(057)-165/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(106)-221/2020 nömrəli qətnaməsi ilə (hakim F.N.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(057)-165/2019 nömrəli qətnaməsi qismən, yəni “ünvan 2 yerləşən və Cavabdeh1 sahibliyində olan həmin 0,12 ha torpaq sahəsinin İddiaçı1 qanuni sahibliyinə qaytarılması” hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya inst ansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər hazırkı iş üzrə isə iddiaçının mübahisəli torpaq sahəsi üzərində onun hər hansı hüququnun (icarə hüququ, istifadə hüququ və s.) olmadığı müəyyən edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(106)-221/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(106)-221/2020 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməsi hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(102)-3315/2020 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayətlərini təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli 291060-221/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. K assasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını qismən əsaslı sayarkən 25 yanvar 2012-ci il tarixli müqaviləyə əlavə kimi tərtib edilmiş və müqavilənin iştirakçıları tərəfindən təsdiq edilmiş bölgü planını nəzərə almamış və ona heç bir qiymət verməmişdir. Həmin bölgü planında cavabdehə əmlak kompleksinin satılan hissəsi 0,12 ha torpaq sahəsi ilə birlikdə göstərilmişdir. Əmlak kompleksinin iddiaçıda qalan hissəsi isə 0,08 ha torpaq sahəsi ilə birlikdə göstərilmişdir. Bundan əlavə, bölgü planında eyni zamanda bölgünün sxemi göstərilmiş və müqavilə iştirakçılarının hər birinə düşən torpaq sahəsi işarələnmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsi iddiaçı ilə 15 il müddətinə bağlansa da, bölgü planı ndan belə məlum olur ki, cavabdehə satılmış əmlak torpaq sahəsinin 0,12 ha ölçüdə olan hissəsində, iddiaçıya qalmış əmlak isə torpaq sahəsinin 0,8 ha ölçüdə olan hissəsində yerləşir. Həmin razılaşma belə bir nəticəyə gəlməyə əsas verir ki, iddiaçı 0,12 ha torpaq sahəsinə olan icarə hüququndan satılmış əmlakın orada yerləşməsi ilə əlaqədar könüllü imtina etmişdir. Belə bir vəziyyətdə zəruri olduğuna baxmayaraq məhkəmə tərəfindən alqı-satqı müqaviləsindən sonra 0,12 ha torpaq sahəsindən tərəflərdən hansının faktiki istifadə etməsi, icarə haqqının kimin tərəfindən ödənilməsi, iddiaçının həmin torpaq sahəsinə görə icarə haqqını ödəyibödəməməsi, uzun illər ərzində bu barədə susması yoxlanılmamış, Qaraçala Bələdiyyəsinin nümayəndəsinin bu barədə fikri dinlənilməmiş və bu məsələyə aydınlıq gətiri lməmişdir. Qeyd olunan qeyri-müəyyən vəziyyətdə mübahisənin həllinin mümkün olmamasına baxmayaraq məhkəmə kollegiyasının Şirvan məhkəməsinin qətnaməsinə əsaslanmaqla MPM-nin 82.3-cü maddəsinin qüvvəsinin tətbiq etməsi əsaslı sayıla bilməz. Belə ki, həmin qətnamə ilə müəyyən edilmiş fakt mübahisənin obyektiv və qanuni həlli üçün həlledici əhəmiyyət kəsb etməmişdir. Yəni alqı-satqı müqaviləsində olan qeydin etibarsız sayılması bölgü planı nəzərə alınarsa iddianın qismən təmin edilməsi üçün əsas verməmişdir. Bölgü planı alqı-satqı müqaviləsinin tərkib hissəsi olmaqla alqı-satqı müqaviləsinə tam aydınlıq gətirilməsi üçün tərtib edilmiş və tərəflər bununla razılaşmaqla bölgü planını imzalamaqla təsdiq etmişlər. Alqı-satqı müqaviləsindən sonra cavabdehin adına mülkiyyətində olan əmlak və icarəsi ndə olan torpaq sahəsini əks etdirən Dövlət Reyestrindən Çıxarışın verildiyi kimi, çox güman ki, belə bir çıxarış iddiaçının da adına verilmişdir. Mübahisəyə aydınlıq gətirilməsi üçün, İddiaçı1 adına verilmiş Reyestrdən Çıxarışın və buna əsas olmuş sənədlərin də tələb edilib tədqiq olunması zəruridir. Bundan başqa, məhkəmə kollegiyası reyestrdən çıxarışı və digər sənədləri qismən ləğv edib torpaq sahəsinin ölçüsünü azaldarkən həmin nəticəni müvafiq maddi hüquq normasına istinad etməklə əsaslandırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(106)342/2021 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.B.Kərimovdan və Z.B.Babayevdan ibarət tərkibdə) Cavabde h1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(057)-165/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 qarşı “çıxarışın və onun əsasında verilmiş sənədlərin qismən ləğv edilməsi və torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya araşdırılması zamanı müəyyən etmişdir ki, 2 saylı Salyan rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 23 fevral 2017-ci il tarixli AN-İ № 06033627 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı1 mülkiyyətində olan ünvan 2yerləşən ümumi sahəsi 131,3 kv.m olan əmlak kompleksini X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin məktubuna əsasən həmin İdarənin arxi v məlumatlarında İddiaçı1 adına torpaq sahəsi və qeyri-yaşayış binasının aşkar edilməmiş, Salyan Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(057)-165/2019 saylı qətnaməsi əsasında ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı1 qanuni sahibliyinə qaytarıldığı, lakin İddiaçı1 tərəfindən hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciət olunmadığı üçün vətəndaşa sənəd verilmədiyi göstərilmişdir. Apellyasiya məhkəməsi “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli Qərarının 3-cü bəndinə, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində, 51-ci maddəsinin 3-cü hissəsinə, 55-ci maddəsinə, 65-ci maddəsinin 6-cı bəndinə, 66-cı maddəsinin 1 və 2-ci bəndlərinə, 84-c ü maddəsinin 1 və 3cü bəndlərinə, Mülki Məcəllənin 706.1, 706.2, 707.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı mübahisə olunan 0,12 ha torpaq sahəsinin qanuni istifadəçisi olması və həmin torpaq sahəsinə icarə hüququna dair nə birinci instansiyasına, nə də apellyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(106)-342/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual qanunvericiliyinin tələbləri pozulmuş, MPMin 82.3-cü maddəsinin tələbləri nəzərə alınmamış, iddiaçının torpaq sahəsindən istifadə hüququ pozulmuş, cavabdehlə bələdiyyə arasında mübahisələndirilən torpaq sahəsi ilə icarə münasibətlərinin qanuniliyi araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nüm ayəndələri məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsas larından biridir. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasın a keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrin də aparılır. 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslər in qarışmasına yol verilmir. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah o lunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərl ə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 8 8-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəs inə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişlərin i icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəsi qanunvericiliyə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, torpaq sahəsinin mübahisələndirilən hissəsi üzrə iddiaçının hər hansı hüququnun mövcudluğu işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunması üçün MPMin 82.3-cü maddəsinə istinadı əsassızdır. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində sonradan edilmiş qeyd etibarsız hesab olunsa da, kassasiya məhkəməsinin əvvəlki icraatında da göstərildiyi kimi, müqaviləyə əlavə kimi tərtib edilmiş və müqavilənin iştirakçıları tərəfindən təsdiq e dilmiş bölgü planında cavabdehə əmlak kompleksinin satılan hissəsi 0,12 ha torpaq sahəsi ilə birlikdə göstərilmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş fakt mübahisənin obyektiv və qanuni həlli üçün həlledici əhəmiyyət kəsb etməmişdir. Belə olan halda, iddiaçının torpaq sahəsinə hüquqlarının qalmadığını nəzərə alaraq, məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsinə dair cavabdehlə bələdiyyə arasında olan icarə müqaviləsinin qanuni olub-olmamasına dair kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri bilmir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər ara sındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(106)342/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5156/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5156/2021
18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver