Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5157/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5157/20 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, istifadə hüququnun yarnmaması hal) Bakı şəhəri, 01 dekabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı vəkili Nəcəfov Eldar Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mnəzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Ba kı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2349/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh iddiaçının gəlinidir.
2. Cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya ünvan 1 mənzil 71-də yaşayır.
3. Cavabdehlə iddiaçının oğlunu nikahına xitam verilib. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 mənzil 71-dən əşyaları ilə birgə çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib..
5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh iddiaçının oğlu Rüfət Əliyevlə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurublar.
6. Cavabdeh ailə həyatı qurduqdan sonra bir müddət əri (iddiaçının oğlu) ilə kirayədə yaşayıblar.
7. İddiaçı bundan sonra ünvan 1 mənzil 71 ünvanında yerləşən 2 otaqlı mənzili alaraq oğlunun və ailəsinin müvəqqəti orda yaşamasına icazə vermişdir.
8. Cavabdeh iddiaçının oğlu Rüfət Əliyevə qarşı nikahın pozulması barədə iddia qaldırıb və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-7439/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, Əliyeva (Məmmədova) Gülnar Ağalar qızı ilə X1 arasındakı nikah pozulub.
9. Cavabdeh hal-hazırda xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildə yaşamaqda davam edir.
10. Cavabdeh həmçinin iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını öz mülahizəsinə uyğun həyata keçirməyinə maneə törədi r. Belə ki, iddiaçı artıq bir ilə yaxındır ki, mənzilinə baş çəkməyə gedə bilmir, getdikdə cavabdehin və onun qohumlarının təhqirləri və hədələri ilə üzləşir.
11. Cavabdehin anasının və digər ailə üzvlərinin yaşamaq üçün böyük həyət evləri vardır.
12. Cavabdehin bütün bu hərəkətləri qanunsuz və haqsızdır, cavabdeh artıq iddiaçının gəlini deyil və bu səbəbdən cavabdehin mənzilə istifadə hüququ itirilməlidir.
13. İddia tələbinin əsası kimi iddiaçı Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etmişdir.
14. Cavabdeh iddiaya yazılı etiraz edərək, göstərib ki, iddiaçının oğlu ilə ailə qurduqdan sonra 6 ay kirayədə yaşayıblar. İddiaçı onlara mənzil alacağına vəd verib və təxminən 6 aydan sonra iddiaçı hazırda mübahisədə adı keçən mənzili kredit götürüb ipoteka ilə alıb. Mənzil iddiaçının mülkiyyət ində olsa da, mənzil ailə kimi həmişəlik onlara alınıb. İddiaçı cavabdehi mənzilə öz təşəbbüsü ilə köçürüb və qeydiyyata aldırıb. Cavabdehin cehiz əmlakları da mənizldədir.
15. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə verib, mənzildə müvəqqəti yaşaması və 5 il müddətində mənzildən istifadə hüququnun saxlanmasını xahiş etmişdir.
16. İddiaçı tələbini dəqiqləşdirib, cavabdehin mənzilə istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)2895/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 38 saylı evin 71 sa ylı mənzilin, Cavabdeh həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla, iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.(hakim Əminə Abbasova)
18. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 38 saylı evin 71 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir Cavabdeh xx.xx.2012-ci ildə iddiaçının oğlu Rüfət Əliyevlə ailə həyatı qurmuş və 2013-cü ildə mübahisəli mənzilə gəlin köçmüşdür. Xətai Rayon Məhkəmsinin 2(011)-7439/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X1 arasında bağlanılmış nikah pozulmuşdur.
19. Məhkəmənin mövqeyinə görə mübahisənin hüquqi əsasını xx xxxxxxx 2009-cu ildən tətbiq edilən Mənzil Məcəlləs inin müvafiq maddələri təşkil edir.
20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Bu səbəblə də məhkəmə belə nəticəyə gəlib ki, iddia həmin hissədə rədd edilməlidir.
21. Bununla belə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmadığından sonuncunun həmin mənzildə yaşaması İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. 22. bir inci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildə yaşamağını iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, iddia həmin hissədə təmin edilməklə, cavabdeh iddiaçının mülkiyyətçisi olduğu mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, həmin mənzil iddiaçıya təhvil verilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki 152.1, 152.5, 157.4, Mənzil Məcəlləsinin 30.1,30.2-ci maddələrinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh qızı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş etmişdir.
25. Apelyasiya şikayətində maddi h üquq normalarını düzgün tətbiq edilməməsinə istinad etmiş və göstərmişdir ki, mənzil alınan gündən onun və uşaqlarının istifadəsindədir, bu da göstərir ki, mənzildən istifadə hüququ yaranmışdır. Həmçinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə mənzil maraqlarının qorunması məqsədilə köhnə ailə üzvünün istifadə hüququ məhkəmə qaydasında saxlana bilər.
26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2349/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2895/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Elşən Kazımov )
27. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından sonuncunun həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və bu səbəbdən rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, cavabdehin mənzildən istifadə hüququnun yaranması barədə dəlillər irəli sürülmüş, əlavə olaraq göstə rlimişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində onu təmsil edən vəkilin adı deyil, başqa şəxsin adı yazılıb.
30. Maddi hüquq normaları düzgün tətbiq edilməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nəcəfov Eldar Məmməd oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərk, şikayətin təmin olunmamasını xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh və onun vəkili məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqda n sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bifərlər. Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə ü zvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı “Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynili k təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
38. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə 2012-ci ildən köçdüyü vaxtdan yaranmasını müəyyən etmişlər.
40. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30)
41. Hazırki işdə isə məhkəmələr müəyyən edib ki, İddiaçılin oğlu R.Əliyevlə Cavabdeh arasında rəsmi nikah məhkəmə qaydasında pozulub v ə bu səbəbdən cavabdeh hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvləri sırasına daxil deyildir.
42. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixl i qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
44. Hazırki işdə də cavabdehin iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün məhkəmələrin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.
45. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərti cavabdehin mənzildən çıxarılması barədə iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan iddianın həmin hissədə təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunverciliyə uyğun olmuşdur.
46. Apelyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.
47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehi təmsil edən vəkilin adını səhv yazılması barədə kassasiya şikayətini dəlil ini əsassız sayır. Əvvəla qeyd edilən halla bağlı, protokola hər hansı qeyd və ya qətnamədə yanlışlığın aradan qaldırılması üçün heç bir ərizə verilməyib. Bundan əlavə, bu hal qətnamənin ləğv edilməsi üçün əsas olan prosessual pozuntu hesab edilə bilməz. Qanuna görə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2349/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.