Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5158/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3260/2020 saylı, 11 mart 2020-cu il tarixli qətnaməsindən Cavab deh4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-147/2019saylı 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh4 İddiaçı-nin xeyrinə, 23.962,40 ABŞ dolları əsas borcun, 5693,14 ABŞ dolları faiz borcun, 50 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə cəmi 29.705,54 (iyirmi doqquz min yeddi yüz beş dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcun, iddia ərizəsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinə yönəldilməsi,həmin mənzil 67.000 (altmış yeddi min) manat ilkin satış q iyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 29.705,54 (iyirmi doqquz min yeddi yüz beş dollar əlli dörd sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumununödənilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh4 tutularaq İddiaçı-yə ödənilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin mənzilin boşaldaraq mənzildən çıxarılmaları, Cavabdeh4 qiymətləndirmə tədqiqatının dəyəri üzrə 312 (üç yüz on iki) manatın tutularaq “xxxx” MMC-yə, ekspertiza tədqiqatının dəyəri qismində 145 (bir yüz qırx beş) manatın tutularaq Azərbayca n RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3260/2020 saylı, 11 mart 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadiqov), Cavabdeh4 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-147/2019 saylı 20 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiаçı İddiaçı АSC iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə mürаciət еdərək, 12 may 2015-ci il tarixli ** saylı kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı» АSCnin xeyrinə 24.125 ABŞ dolları əsas, 5693,14 ABŞ dolları faiz, 685,7 3 ABŞ dolları artırılmış faiz (cərimə) olmaqla, cəmi 30.503,96 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırmışdır ki, 12 may 2015-ci il tarixli ** s aylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh4 illik 24 faizlə 36 ay müddətinə 28.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı АSC ilə ipoteka qoyan arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 126.CL.120614.0001/a saylı ipoteka müqaviləsinin 1 saylı Əlavə Razılığının şərtlərinə görə İddiaçı АSC-yə Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinə ipoteka hüququ verilmiş və bununla əlaqədar olaraq 14 may 2015-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışla ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Cavabdeh4 kredit müqaviləsi üzrə İddiaçı АSC-yə 09 mart 2017-ci il tarixə olan borcu 24.125 ABŞ dolları əsas, 5693,14 ABŞ dolları faiz, 685,73 ABŞ dolları artırılmış faiz (cə rimə) olmaqla, cəmi 30.503,96 ABŞ dolları təşkil edir. Bugünədək cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində iddiaçıya ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh4 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası m əhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh4 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respub likası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh4 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayəti ilə müba hisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallar ının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş mаtеriаllаrındаn görünür ki, iddiаçı İddiaçı-nin 1 saylı Ekspress filiаlı ilə cаvаbdеh Cavabdeh4 оğlu аrаsındа 12 may 2015-ci il tаriхdə ** №-li krеdit müqаviləsi bаğlаnmış və həmin müqaviləyə əsаsən bаnk tərəfindən sоnuncuyа təmir-tikinti məqsədilə illik 24 % hеsаbı ilə 36 аy müddətinə 28.000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. İş mаtеriаllаrındа оlаn: - 09.03.2017-ci il tаriхli аrаyışdаn görünür ki, cаvаbdеh Cavabdeh4 оğlu krеdit müqаviləsi üzrə öhdəliklərini lаzımıncа yеrinə yеtirməmiş, nəticədə оnun 09 mart 2017-ci il tarixə Bаnkа оlаn əsаs bоrcu 24.125,09 ABŞ dolları, fаiz bоrcu 5693,14 ABŞ dolları və cərimə 685,73 ABŞ dolları оlmаqlа, cəmi bоrc 30.503, 96 ABŞ dolları təşkil еtmişdir. -хəbərdаrlıq məktublаrınа əsаsən cаvаbdеh Cavabdeh4 оğlunа bаnk tərəfindən müqаvilə üzrə yаrаnmış krеdit və оnа hеsаblаnmış fаiz bоrclаrı bаrədə хəbərdаrlıq оlunmuş, həmin bоrcun ödənilməsi üçün vахt təyin еdilərək əks təqdirdə məhkəməyə mürаciət еdiləcəyi bildirilmiş, lаkin cаvаbdеh, оnа еdilmiş хəbərdаrlıqlаrа bахmаyаrаq, bоrcun qаytаrılmаsı üçün tədbirlər görməmişdir. -məhkəmə-mühаsibаtlıq еkspеrtizаsı üzrə Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzindən аlınmış 31 may 2018-ci il tаriхli 13211 №-li еkspеrt rəyindən görünür ki, iş mаtеriаllаrındа оlаn hesabdan çıxarış məlumatları və 12 may 2015-ci il tarixli ** saylı kredit müqaviləsinin şərtləri nəzərə alaraq Cavabdeh4 oğunun 09 mart 2017-ci il tarixə banka olan borcu 23.962,40 ABŞ dolları əsаs bоrc, 6508,55 ABŞ dolları fаiz bоrcu оlmаqlа, cəmi 30.470,95 ABŞ dolları məbləğində müəyyən еdilir. -iddiаçı İddiaçı-nin 1 saylı Eksperess filiаlı ilə cаvаbdеh Cavabdeh1 аrаsındа bаğlаnmış 12 iyun 2014-cü il tаriхli 126.CL.120614.0001/a №-li ipоtеkа müqаviləsindən və işdə оlаn sənədlərdən görünür ki, Cavabdeh1 mülkiyyətində оlаn Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzili bаnk qаrşısındа ipоtеkа ilə yüklü еdilmişdir. İddiаçı İddiaçınin 1 saylı Ekspress filialı ilə cаvаbdеh Cavabdeh1 arasında bağlanmış ipоtеkа müqaviləsində ipоtеkа prеdmеtinin dəyəri 63.000 manat müəyyən edilmişdir. -Dаşınmаz Əmlаkın Dövlət Rеyеstrindən 14.05.2015-ci il tаriхli sеriyа RX seriyalı ******* №-li çıхаrışdаn görünür ki, həmin mənzilin bаnk qаrşısındа ipоtеkа ilə yüklü еdilməsi rəsmi dövlət qеydiyyаtınа аlınmışdır. -bildirişdən, həmçinin işin digər mаtеriаllаrındаn görünür ki, cаvаbdеh Cavabdeh4 оğlunа bоrcun ödənilməsi bаrədə хəbərdаrlıq еdilmiş, lаkin müqаvilə öhdəlikləri yеrinə yеtirilmədiyindən iddiаçı tərəfindən «İpоtеkа hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 36.3. mаddəsinin tələb еtdiyi qаydаdа tutmаnın ipоtеkаyа yönəldilməsinə dаir bildirişin dövlət qеydiyyаtınа аlınmаsı üçün ərizə vеrilmiş və bildiriş Аzərbаycаn Rеspublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin Bаkı şəhəri Ərаzi İdаrəsində 06.05.2017-ci il tаriхdə qеydə аlınmışdır. - “xxxx” MMC tərəfindən tərtib еdilən QXM 215/M sаylı 14 sentyabr 2018-ci il tаriхli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinin dəyərinin 65.000 mаn аt təşkil еtdiyi müəyyən еdilmişdir. Аpаrılmış tədqiqаtın dəyərinin 312 mаnаt təşkil еtdiyi göstərilir. -keçirilmiş təkrar məhkəmə-əmtəəşünaslıq eksperizası üzrə qiymətləndirmənin аpаrılmаsı həvаlə еdilmiş “xxxx” MMC tərəfindən tərtib еdilən 07 may 2019-cu il tаriхli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu məhəllə 4085, mənzilinin dəyərinin 67.000 mаnаt təşkil еtdiyi müəyyən еdilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsin ə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən di gər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. -445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. -307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. -309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunun tələbindən göründüyü kimi, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış ipoteka müqaviləsi notariat kontorunda təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış, bununla da qanunun bu normasına əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka sa xlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.3-cü maddəsinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıjıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh4 оğlu kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıdan götürmüş olduğu kreditin ABŞ dolları ilə rəsmiləşməsinə razı olmağı, bank tərəfindən ona başqa seçim imkanı verilməməsi ilə bağlı o lmuşdur. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd etmişdir ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi əsasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq ödəniş xarici valyuta ilə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin apelyasiya şikayətinin “ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, məhəllə 4085, mənzilinin ilkin satış qiymətini 67.000 manat müəyyən etmək üçün, “xxxx” MMC tərəfindən verilmiş məlumatı yeganə sübut növü kimi götürmüş və həmin rəyi özü üçün məcburi hesab etmişdir.”dəlili ilə bağlı qeyd etmişdir ki, məhkəmə iş üzrə iki ayrı-ayrı qiymətləndirmə təyin etmiş və mənzilə dair ən yüksək qiymətini müəyyən edən qiymətləndirmə rəyini əsas götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi apel yasiya şikayətinin ipoteka predmetinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalı olması dəlilinə münasibətdə qeyd etmişdir ki, «İpоtеkа hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 59.3.1. mаddəsinin tələbinə əsаsən yаşаyış еvi və yа mənzil ipоtеkа müqаviləsi üzrə krеditin qаytаrılmаsı üçün ipоtеkа qоyulmuşdursа, ipоtеkа qоyulmuş yаşаyış еvinə tutmа yönəldildikdə və о sаtıldıqdа ipоtеkа qоyаn və оnunlа birlikdə yаşаyаn аilə üzvləri və digər şəхslər tutduqlаrı yаşаyış sаhəsini ən gеci bir аy ərzində tərk еtməlidirlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəf indən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassas iya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3260/2020 saylı, 11 mart 2020-cu il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5158/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5158/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver