Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-516/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-516/22 (Açar sözlər: borc tələbi, iddianın sübuta yetirilməsi) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı borcun qaytarılması” barədə tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-238 0/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7500(yeddi min beş yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehdən 6000 manat borc almış, cavabdeh həmin məbləği ona sələmlə əlavə faiz ödəmək şərti ilə vermişdir. Cavabdehdən aldığı borcu faizi ilə birlikdə qaytarmışdır. Ümumilikdə 2011-ci ildən 2018-ci ilə kimi cavabdehə hər ay 300 manat olmaqla cəmi 25200 manat pul ödəmişdir.
3. Bundan başqa, iddiaçı ilə cavabdeh 3 ildən artıq müddətdə iri buynuzlu mal-qara alveri edib. 3 il 6 ay ərzində cavabdeh ayda 700 manat olmaqla, ümumilikdə 28700 manat qazanc əldə edib. Alver etdikləri müddətdə 15.000 manat zərər etmişlər. Şərikli alver etdiklərinə görə hesab edir ki, həmin məbləğin yarısı, yəni 7500 cavabdehdən tutularaq ona ödənilməlidir.
4. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
5. Cavabdeh da qarşılıqlı iddia verərək, İddiaçı 6000 manat məbləğində borcun və 2011-ci ildən hazırki vaxta qədər Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq faizlərin hesablanaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələ bi belə əsaslandırılıb ki, iddiaçı cavabdeh İddiaçı ilə şərikli alver etməyib. İddiaçı çoban kimi iddiaçının mal-qarasına baxmış, iddiaçı bunun əvəzində İddiaçı əmək haqqı vermişdir.
7. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıdan 6000 manat borc almış, həmin məbləği cavabdehə faizlə verməmişdir. Cavabdeh aldığı pulu qaytardığını iddia etsə də, ona olan borcunu ödəməmişdir. Hesab edir ki, İddiaçı oğlu 2011-ci ildən hazıra kimi borclu olduğu məbləği ödəmədiyindən həmin məbləğin uçot dərəcəsinə uyğun olaraq faizi də alınaraq ona ödənilməlidir.
8. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 390.1, 405.1, 425.1, 442 və 739-cu maddələrinə istinad etmişdir.
9. Bərdə Rayon Məhkəməsinin 2(021)-4202/2019 saylı, 29 dekabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddi a tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı 6000 manat pul və həmin məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il üçün müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun faizinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmişdir. (hakim Seyfulla Seyfəliyev )
10. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı Orucov X3 Habil Nəbi oğlu ilə şərikli alver etdiklərini, nəticədə Cavabdeh ona 7500 manat borcu olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh 6000 manat borc aldığını göstərmiş, məhkəmə iclasında borclu olduğu pulu faizi ilə birlikdə Cavabdeh qaytardığını göstərsə də, məhkəmə iclasında borcunu qaytarmasına dair heç bir sübut təqdim etməmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 448.2, 449.2, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
12. İddiaçı oğlu apellyasiya şikayəti verib qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsini məzmunu ilə eyni olmuşdur. 14.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1983/2020 nömrəli, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 2(021)-4202/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin İddiaçı 6000 manat pul məbləğinin Mərkəzi Bankın 2019-cu il üçün müəyyən etdiy i faiz uçot dərəcəsinə uyğun faizinin tutulması hissəsində ləğv edilərək iddianın həmin hissədə rədd olunması, qətnamənin qalan hissədə - İddiaçı 6000 manatın Cavabdeh xeyrinə tutulmasına dair hissədə və ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Nuru Quliyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Rəhman Muradov )
15. Apellyasiya məhkəməsi qeyd edib ki, ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianını 6000 manat təmin ediən hissəsində qətnamə əsaslı və qanuni olsa da, İddiaçı 6000 manat pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankın 2019-cu il üçün müəyyən etdiyi faiz uçot dərəcəsinə uyğun faizinin alınaraq Cavabdeh verilməsi hissəsind birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. Çünki həmin hissədə qarşılıqlı iddi a əsaslandırılmayıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması haqqında yeni qərar qəbul çıxarılmasını xahiş etmişlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2259/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1983/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyasının mövqeyi: - tərəflərin mübahisə etdikləri hüquq münasibəti 2011-ci ildə yaranmış və həmin münasibət onların arasında hər hansı formada rəsmiləşdirilməmişdir. Həmin vaxtdan təxminən 8 il keçdikdən sonra İddiaçı Cavabdeh birgə fəaliyyət nəticəsində əldə etdikləri gəlirin ona düşən payını təşkil edən 7500 manatın Cavabdeh tərəfindən ona qaytarılmamasını əsas göstərməklə həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir; - göründüyü kimi hazırkı tələb Cavabdeh 7500 manatın tutulması məqsədi ilə irəli sürülmüş və bu zaman İddiaçı münasibətlərinin yaranma vaxtının əvvəli kimi Cavabdeh 6000 manat məbləğində borc alıb 2018-ci ilə kimi həmin borcu faizi ilə qaytarmasına istinad etmişdir. Həmin iddia ərizəsində İddiaçı Cavabdeh 6000 manat məbləğində borc alıb qaytarmamasını deyil, həmin borcu faizi ilə birlikdə qaytarmasını bildirmişdir; - bu hadisənin üstündən təxminən 8 il keçməsinə baxmayaraq Cava bdeh həmin borcu tələb etməməsini nəzərə alaraq, apellyasiya məhkəməsi belə vəziyyətdə İddiaçı borcu almasına və qaytarmasına ayrı-ayrılıqda deyil, kompleks şəkildə qiymət verməklə nəticəyə gəlməli idi; - müəyyən olunduğu kimi həm borcun alınması həm də borcun qaytarılması barədə məlumat İddiaçı tərəfindən verilmişdir. Cavabdeh isə yalnız bundan sonra 6000 manat məbləğində borcun tutulması barədə tələb irəli sürmüşdür. Belə vəziyyətdə, İddiaçı 6000 manat məbləğində borcla əlaqədar göstərdiklərinin bir hissəsinə (borcun alınmasına) inanıb, digər hissəsinə (borcun qaytarılmasına) inanmamaqla apellyasiya instansiyası məhkəməsi sağlam məntiqə sığmayan ikili nəticəyə gəlmişdir; - İddiaçı borcu qaytarması ilə bağlı əslində öz xeyrinə verdiyi məlumatdan onun ziyanına istifadə edilməsi sübutların qiymətləndirilməsi qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə uyğun deyildir. - Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qanunun həmin normalarının qüvvəsinin tətbiq olunmaqla qarşılıqlı iddianın təmin olunması o zaman mümkün olardı ki, İddiaçı Cavabdeh qarşısında icra edilməmiş öhdəliyi qalsın. Qarşılıqlı iddiaçı tərəfindən borcun qaytarılmaması barədə məhkəməyə kifayət qədər sübutlar təqdim olunmamışdır; - İddiaçı iddia ərizəsində göstərdikləri isə başqa mötəbər sübutlar olmadan qarşılıqlı iddianın təmin edilməsi üçün əsas verməmişdir; - Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; - İddiaçı iddia ərizəsində tələb etdiyi 7500 manat məbləğində borcun yaranma əsaslarını aydınlaşdırmadığına görə, apellyasiya instansiyası məhkəməsi belə vəziyyətdə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmağa borclu olmasına baxmayaraq, həmin istiqamətdə heç bir araşdırma aparmamış və tərəflərin hansı münasibətdə olmalarını müəyyən etməmişdir. - İddiaçı görə o, cavabdehlə birgə mal-qara alveri ilə məşğul olmuş və tələb etdiyi 7500 manat məbləğində pul da onun payına düşən gəlirdən ibarətdir. Apellyasiya məhkəməsi isə İddiaçı göstərdikləri üzrə hər hansı bir araşdırma aparmadan, yalnız onun məhkəməyə bu barədə sübut təqdim etməməsinə əsaslanaraq iddianı rədd etmişdir; - göstərilən qeyri-müəyyə n vəziyyətdə iş üzrə qəti nəticəyə gəlmək mümkün deyil. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2380/2021 nömrəli, 10 mart 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə Apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 26.12.20 1 9-cu il tarixli, 2(021)-4202/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Əlizamin Abdullayev)
20. Apellyasiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd edib ki, sübutların yetərsizliyi baxımından ilk iddia əsassızdır. Çünki ilkin iddiaçı cavabdehlə şərikli mal-qara alveri etməsi, habelə maddi ziyana uğraması barədə məhkəmələrə mötəbər sübutlar təqdim etməmişdir. Onun iddiasının əsası yalnız özünün subyektiv mülahizələri kimi izahatı ilə məhdudlaşır. Bu isə ilkin iddianın təmin edilməsi üçün yetərsizdir. Odur ki, ilkin iddia tələbi təmin edilməməlidir.
21. Apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı göstərib ki, həmin hadisənin üstündən təxminən 8 il keçməsinə baxmayaraq ilkin iddia üzrə cavabdehin həmin borcu tələb etməməsi nəzərə alınarsa, bu o deməkdir ki, həqiqətən də ilkin iddiaçı tərəfindən həmin pul qaytarılmışdır. Çünki uzun müddət keçməsinə baxmayaraq ilkin iddia üzrə cavabdeh hərəkətsiz qalmış, məhz ilkin iddia tələbi ilə bağlı məhkəməyə müraciət edildikdən sonra qarşılıqlı iddia verilmişdir. Məhz bu əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, qarşılıqlı iddia üzrə tələb olunan pul məbləği qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qaytarılmışdır.
22. Apellyasiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 76.1, 106.1, 217.3 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil X5 oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
25. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilsələr də, tərəflər, o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini istəsə də, ilk iddianın təmin edilməsini xahiş etməklə, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə ilə razı olduğunu göstərib. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini ilk iddianın rədd edilməsi hissəsində yoxlayır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi 7500 manat pulun qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə alver etdikləri müddətdə 15.000 manat zərər etmələrinə, şərikli alver et diklərinə görə həmin məbləğin yarısının cavabdehdən tutularaq ona ödənilməli olmasına istinad etmişdir.
32. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki, ilkin iddiaçı cavabdehlə şərikli mal-qara alveri etməsi, habelə maddi ziyana uğraması barədə mötəbər sübutlar təqdim etməmişdir. Onun iddiasının əsası yalnız özünün subyektiv mülahizələri ilə məhdudlaşır. Bu isə ilkin iddianın təmin edilməsi üçün yetərsizdir.
33. İş materialarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmiş, iddia tələbində göstərilən hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Qeyd olunanlara əsasən, m əhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü üçün və buna baxmayaraq, ilk iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq ilk iddanı təmin etməmişdir.
35. Məhkəmə kollegiyası da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İşdəki sübutlar biri-birini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi üçün əsas götürülə bilər.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiy a şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2380/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.