Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5162/2022 21.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ilkin və qarşılıqlı iddialarına dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, maddi ziyanın ödənilməsi, kommersiya sirri, bank sirri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ilkin və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı idd ia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2985/2022 nömrəli, 27 aprel 2022ci il tarixli qətnaməsindən Cavabdeh QSC (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh QSC (bundan sonra – Bank) arasında bağlanmış PERSORD-82641 saylı 16 iyun 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-də işçi, mikro və pərakəndə müştərilər üzrə kiçik mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 2. 0349779 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh QSC-yə xx.xx.2015-ci il tarixli (15-0249 nömrəli) əmrlə “şagird kredit mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, xx.xx.20 15-ci il tarixdə “kiçik kredit mütəxəssisi” vəzifəsinə, xx.xx.2019-cu il tarixdə “mikro və pərakəndə müştərilər üzrə mütəxəssis”, xx.xx.2019-cu il tarixdə “mikro və aqro müştərilər üzrə mütəxəssis” və xx.xx.2020-ci il tarixdə “mikro və pərakəndə müştərilər üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmişdir. 3. AccessBankQSC-nin xx.xx.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən, Mikro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dairakt göstərilmişdir.
4. Cavabdeh QSC-nin əməkdaşları – İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis X3, Risklərin İdarə edilməsi üzrə icraç ı direktor X2 və İnformasiya Təhlükəsizliyi üzrə menecer X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində Bankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır. xx.xx.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı korporativ elektron poçt ünvanından - Mikayil.MElektron ünvan 1, şəxsi elektron poçt ünvanına- Elektron ünvan 2, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı izahat verərkən müvafiq məlumatları Bankdan kənara çıxardığını bildirmişdir. İddiaçı aktda özü tərəfindən hazırlanan excell formanı direct və overdue müştərilərlə bağlı dəfələrlə telefon una köçürdüyünü, bu iradın onun işdən çıxmaq ərizəsindən sonra irad tutulmasına razı olmadığını qeyd etmişdir.
5. Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşma imzalanmış, işçi işəgötürən tərəfindən müəssisənin “Davranış kodeksi” ilə tanış edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin həmin bankın Mikro və Aqro müştərilər üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 21-1077 nömrəli əmrinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh AccesBank" QSC-nin xx.xx.2021-ci il tarixli 21-1077 nömrəli əmrinə əsasən bankın mikro və aqro müştərilər üzrə aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Əmrin surəti iddiaçıya xx.xx.2021-ci ildə təqdim olunmuşdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dairakt göstərilsə də, həmin akt iddiaçıya təqdim olunmamış, şifahi olaraq onun banka dair kommersiya sirrini yaydığı bildirilmiş və bununla əlaqədar izahat vermək təklif edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli yazılı izahatında kredit verdiyi müştərilər barəsində iş komputerində excell faylında olan qeydləri əvvəllər də olduğu kimi, bank emailinə və şəxsi emailinə göndərdiyini, məqsədinin işdə olmadığı dövrlərdə, yolda və ya evdə olarkən müştərilərlə birbaşa əlaqə saxlamaq və gecikmələrlə məşğul olmaq olduğunu göstərmişdir. İddiaçı öz xahişi ilə işdən çıxmaq üçün cavabdehə ərizə versə də, cavabdeh əmək müqaviləsinə onun xahişi ilə deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç'’ bəndinə əsasən xitam vermişdir. İddiaçının əmək fəaliyyəti ilə əlaqədar kredit verdiyi müştərilər barəsindəki məlumatlar (müştərinin adı, tel nömrəsi, kredit məbləği, gecikmə günləri və s.) onun özünə məlum olan və qanuni əsaslarla sahib olduğu informasiyadır. Odur ki, işçinin həmin məlumatları özünün şəxsi epoçtuna göndərməsi onların ya yılması kimi qiymətləndirilə bilməz. Yayılma məlumatın başqa şəxslərə açıqlanmasıdır. Hesab edir ki, həmin əmr qanunsuz olduğu üçün ləğv olunmalıdır.
8. Cavabdeh AccessBank QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Həmçinin, AccessBank QSC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət etmiş, ilkin iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya dair etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2021-ci il tarixində Cavabdeh QSC-nin Şəkil filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlamalar aparılmış və bu yoxlamaların nəticəsində aşkar edilmişdir ki, 29 oktyabr 2021-ci tarixdə saat 17:35-də iddiaçı korporativ elektron poçt ünvanından-Mikayil.MElektron ünvan 1 şəxsi poçt ünvanına – Elektron ünvan 2 cavabdehin müştəri məlumatlarını daşıyan excel faylı göndəmişdir. Həmin faylda cavabdehin 2015-ci ildən 2021-ci il qədər olan müştərilərinin ad və soyadları,ünvanları, verilmiş kreditin məbləği, verilmə tarixi və müddəti, müştərinin fəaliyyət sahəsi, kreditin təsnifatı və ən əsası müştərilərin əlaqə məlumatları qeyd edilmişdir. Bütün b u faktlar barədə 02 noyabr 2021-ci il tarixində yoxlamanın nəticələri barədə Akt (bundan sonra "Akt") tərtib edilmişdir. İddiaçı yoxlama aktı ilə tanış edilmiş, həmin aktı imzalamış və öz qeydlərini aktın bunun üçün ayrılmış hissəsində qeyd etmişdir. Bütün bunlar isə o deməkdir ki, iddiaçı Cavabdeh QSC üçün maddi dəyərə malik olan və yayılacağı təqdirdə cavabdehin gələcək fəaliyyətinə təsir edə biləcək məlumatları özünə göndərmiş və elektron surətini çıxartmışdır. Bunları nəzərə alaraq Cavabdeh QSC 10 noyabr 2021-ci il tarixli 21-1077 nömrəli kadr əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Əmək Məcəlləsi") 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. İddianın əsaslandırılması üçün 3 məsələnin izah edilməsi tələb olunur. Bunlar iddiaçının öz ünə göndərdiyi sənəddəki məlumatların cavabdehə məxsus kommersiya və bank sirri olması, həmin kommersiya və bank sirlərinin rejimini pozduğuna görə iddiaçının ödəməli olduğu cərimə və həmin kommersiya və bank sirlərinin yayılması nəticəsində cavabdehə dəymiş ziyanın ödənilməsidir. Göndərilən faylın və onun ehtiva etdiyi məlumatların kommersiya sirri olmasını aşağıdakı meyarların mövcudluğu sübut edir:
1. İddiaçının öz elektron poçtuna göndərdiyi faylda Bankın müştərilərinin əlaqə məlumatları, götürdükləri kreditlərin ümumi miqdarı, onlarla bağlanmış kredit müqaviləsinin əsas şərtləri kimi bir çox başqa şəxslərə məlum olacağı təqdirdə kredit bazarı sahəsində müştəri əldə etməkdə üstünlük qazandıracaq məlumatlar mövcuddur. Bu isə o deməkdir ki, göndərilən məlumatlar kommersiya dəyərinə malik dir.
2. Cavabdeh ilə bağlanmış Əmək Müqaviləsində və Razılaşmada kommersiya sirlərinin yayılmasına görə məsuliyyətin müəyyən edilməsi Bank tərəfindən məlumatların məxfiliyinin qorunması məqsədilə həyata keçirilən hüquqi tədbirlərə nümunədir. Məlumatların məxfiliyini təmin etmək məqsədilə Bankda həyata keçirilən digər təşkilati və texniki tədbirləri də nəzərə alındıqda həmin məlumatların sahibi tərəfindən qorunması üçün hüquqi, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi faktı aydındır.
3. Cavabdeh tərəfindən göndərilən məlumatların heç bir halda nə internet, nə də digər məlumat mənbələri vasitəsi ilə sərbəst şəkildə əldə edilməsi mümkün deyildir. Bu isə o deməkdir ki, göndərilən məlumatlar sərbəst şəkildə əldə edilməsi məhdudlaşdırılmış məlumatlardır. Bütün bunlar isə sübut edir ki, cavabdehin göndərdiyi sənədlərdə qeyd edilən məlumatlar kommersiya sirridir.Habelə həmin məlumatların Bankın müştəriləri barəsində olması və onları daşıyan sənədlərin Bankın məlumat bazalarından götürülərək göndərilməsi faktı sübut edir ki, qeyd edilən sənədlərdəki kommersiya sirləri Banka məxsusdur. İddiaçı, isə sadəcə həmin məlumatların konfidentidir və cavabdeh tərəfindən müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etmək öhdəliyi daşıyır. Kommersiya sirri haqqında Qanunun 5.0.3-cü yarımbəndinə əsasən Bankın hüququ var ki, ona məxsus kommersiya sirlərinin rejimini pozan və ya pozmaq təhlükəsi olan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq qorunsun. Cərimə anlayışı da mövcud təcrübəyə əsasən müqavilə münasibətlərində geniş istifadə olunan və müqavilə tərəflərinin həmin müqavilənin şərtlərini pozmaqdan çəkindirməklə şərtlərin pozulma təhlükəsindən maraqlı tərəfi qoruyan vasitədir. Hazırkı işdə də Bank Razılaşmanın 11-ci maddəsində kommersiya sirri rejiminin pozulmasından qorunmaq üçün cərimə tətbiq etmişdir. Həmin cərimənin qeyd edildiyi bəndə əsasən Razılaşmanın şərtlərini pozaraq kommersiya sirrini açıqlayan şəxs sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cərimə ödəməlidir. Beləliklə, hazırkı iş üzrə cavabdeh kommersiya sirri rejiminin tələblərini pozmaqla onu Bankın nəzarətindən kənara çıxardığı və onu digər şəxslərə açıqladığı üçün sonuncu iş yeri üzrə əmək haqqının 24 misli həcmində cəriməni Bankın xeyrinə ödəməlidir. İddiaçı müştəri məlumatlarını özünə göndərdikdən sonra bir çox müştərilər kreditlərini vaxtından əvvəl bağlayıblar. Bu isə yuxarıda qey d etdiyimiz vəziyyətə uyğun olaraq həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə olunması və daha aşağı kredit faizlərini təklif edilməsi nəticəsində baş vermişdir. Beləliklə, İddiaçı Bankdan kənara çıxardığı müştəri məlumatlarını yaymışdır və bu da onun nəticəsidir ki, müştərilərin bir çoxu öz kreditlərini vaxtında əvvəl bağlayıblar. Müştəri öz kreditini vaxtından əvvəl bağladığı təqdirdə isə Bank həmin kreditin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəyi təqdirdə əldə etməli olduğu gəliri itirmiş olur. Bu isə Bankın kommersiya sirləri ilə əlaqədar hüquqları pozulmayacağı təqdirdə əldə etməli olduğu gəlir hesab olunduğu üçün Bankın əldə çıxmış faydasıdır. Beləliklə, İddiaçı müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştəilərin bəziləri keditlərini vaxtından əvvəl balaması faktını nəzərə aldıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Hazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu iddiaçının bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün "yaymış"dır. Bu əməlləri nəticəsində idiaçı Bankı gələcəkdə qazanacağı gəlirdən məhrum etdiyi üçün iddiaçı bu məbləği cavabdehə tam həcmdə ödəməlidir. İddiaçı ilə cavabdeh arasında imzalanmış əmək müqaviləsinin ("Əmək Müqaviləsi") 5.1-ci bəndinə əsasən "Tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır." Əmək Müqaviləsinin 7.4-cü bəndində isə qeyd edilmişdir ki, "Bankın işi üçün tələb olunmadığı halda İşçi elektron şəkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları Bankın sahəsindən kənara çıxara bilməz." X4 7.6-cı bəndinə əsasən "İşçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır." İddiaçı ilə cavabdeh arasında imzalanmış 09 iyun 2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razşılaşma ("Razılaşma") 1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar "Kommersiya sirri" şifri ilə ifadə olunubolunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasın ın qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndində isə qeyd edilmişdir ki, “kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə açıqlana bilməz." Razılaşmanın 10-cu bəndinə əsasən "İşçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, Kommersiya Sirrinin tam məxfiliyinin qorunması və Kommersiya Sirrinin yalnız Razılaşma və Əmək Müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır." Razılaşmanın 11-ci bəndində isə bildirilir ki, kommersiya sirrini üçüncü şəxslərə açıqla yan işçi “Bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 (iyirmi dörd) misli həcmində vəsaiti, habelə olduğu təqdirdə Kommersiya Sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir.” Həmçinin cavabdeh bank ilə bütün işçiləri arasında digər münasibətlər cavabdehin Davranış Kodeksi ("Davranış Kodeksi") ilə tənzimlənir. İddiaçı 03 noyabr 2020-ci il tarixində "işçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə imzalayıb. X5 isə qeyd edilmişdir ki, "əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtumuza göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir”.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-567/2022 nömrəli iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilkin iddianın təmin olunması, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “işdən azad olunma” barədə 21- 1077 nömrəli 10 noyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Banka məxsus kommersiya sirri, o cümlədən müştərilər barəsində məlumatların (müştərinin adı, telefon nömrəsi, kredit məbləği və s.) əks etdirən elektron sənədi excel f ayl formasında Bankın korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərməsi işin mübahisəsiz halıdır. İddiaçı bu faktı Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda, həmçinin iddia ərizəsində də göstərmişdir. Lakin İddiaçı Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatları yayması, yəni məlumatın başqa şəxslərə açıqlaması məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır. İşçinin həmin məlumatları şəxsi elektron poçt ünvanına göndərməsi onların yayılması kimi qiymətləndirilə bilməz.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğv edilməsi üçün müstəqil əsasdır.
14. İddiaçı iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əm ək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
15. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin bankın kommersiya sirri təşkil edən məlumatlarını yaymasını iddia edərək, banka vurulmuş 27378,12 manat məbləğində maddi ziyanın və İddiaçı son 1 il ərzində əldə etdiyi gəlirin 24 misli həcmində cərimənin ondan tutulmasını xahiş edilir. Məhkəmə araşdırması zamanı iddiaçının banka məxsus kommersiya sirri təşkil edən məlumatları yayması halı təsdiq edilməmiş, əksinə iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmişdir. Odur ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin və “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşmanın bəndlərinə, Əmək Məcəlləsinin 10, 70 (ç), 71 (2-ci hissə), 72 (d), 199 (e), 202.1-ci, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.7, 4.2-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 41.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 217.3, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri ondan ibar ət olmuşdur ki, hazırki mübahisədə İddiaçı kommersiya sirlərinin konfidenti kimi çıxış etməsi mümkün deyil. Belə olduğu təqdirdə isə İddiaçı nə əldə etdiyi kommersiya sirlərinin sahibi, nə də konfidenti hesab oluna bilər. Belə olan halda isə İddiaçı kommersiya sirlərini qeyri-qanuni üsulla yayaraq əldə edilən – başqa şəxs hesab olunmalıdır. Bu isə o deməkdir ki, İddiaçı kommersiya sirrini yaymış, məhkəmə isə Kommersiya sirləri haqqında Qanunun 2-ci və xüsusilə də 2.0.7-ci bəndini düzgün tətbiq etmədiyi üçün həmin sirrin yayılmadığı qətnamədə qeyd edilməmişdir. Həmçinin İddiaçı hərəkətləri nəticəsində kommersiya sirri rejimini pozmuş, bununla da işəgötürən olaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqlarına və kommersiya sirri haqqında qorunan mənafelerinə ziyan vurmuşdur. Belə olduğu t əqdirdə isə aydın görünür ki, məhkəmə Əmək Məcəlləsinin 71.2-ci bəndini düzgün tətbiq etməmişdir. Bundan başqa Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti olan kadr əmrini əsaslandırmaq məqsədilə iş materiallarında olan aktdan istifadə edilmiş və akt əmək qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ilə tanış edilmişdir. Həmin aktda İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının zəruriliyi barədə kifayət qədər məlumat əks olunmasına baxmayaraq məhkəmə qətnaməsində həmin aktı nəzərə almamış və əsassız olaraq Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Bu hal isə özü-özlüyündə onu göstərir ki, məhkəmə qətnaməsində Əmək Məcəlləsinin 71.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Eyni zamanda məhkəmə İddiaçı əməllərində Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndində qeyd edilən sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi halının mövcudluğunu araşdırmamışdır. Bu halın aydınlaşdırılmadığı üçün də Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri məhkəmə tərəfindən nəzərə alınmamış və bunun nəticəsində də məhkəmə əmək müqaviləsinin ləğvini qanunvericiliyin tələblərini düzgün şərh etməyərək əsassız hesab etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərdikdən sonra müştərilərin bəziləri kreditlərini vaxtından əvvəl bağlaması faktı nəzər alındıqda həmin müştəri məlumatlarının digər kredit təşkilatları tərəfindən əldə edilməsi faktı aydın olur. Hal-hazırda isə həmin məlumatların digər kredit təşkilatları tərəfindən əldə edilməsinin yeganə yolu iddiaçının bu məlumatları digər kredit təşkilatlarına öz şəxsi maraqları üçün yaymış olmasıdır. Birinci instansiya məhkəməsi isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ziyan dəyməsinə faktını nəzərə almadan yayılma faktının mövcud olmadığı qərarına gəlmişdir. Lakin qeyd edilməlidir ki, yayılma faktının mövcud olub-olmamasını sübut edən konkret hallardan biri də Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə dəymiş ziyandır və birinci instansiya məhkəməsi bu faktı öz qərarında nəzərə almamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus kommersiya sirlərini yaymamışdır. Hal-hazırda isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı öz elektron poçt ünvanına göndərdiyi müştəri portfelində əhəmiyyətli itkilər i mövcuddur və artmağa davam edir. İddiaçı müştəri məlumatlarını və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin kommersiya sirlərini şəxsi elektron poçt ünvanına göndərdikdən sonra məlumatları göndərilən müştərilən bir hissəsi kreditlərini vaxtından əvvəl bağlamış və bununla da Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin faiz gəliri itirməsinə səbəb olmuşdur. Müştərilərin kreditlərini vaxtından əvvəl bağlanması isə onu göstərir ki, həmin müştərilərə digər kredit təşkilatı tərəfindən daha aşağı faizlə kredit təklifi olmuş və müştəri bunu qəbul etmişdir. Belə bir kredit təklifinin verilməsi üçün isə digər kredit təşkilatı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin müştəriyə verdiyi kreditin məbləği, faizi və müştərinin əlaqə məlumatlarına malik olmalıdır. Təsadüf deyildir ki, İddiaçı şəxsi elektron poçt ünvanın a göndəriyi faylda bütün bu məlumatları mövcud olmuşdur. Beləliklə İddiaçı kommersiya sirlərini öz şəxsi elektron poçt ünvanına göndərməsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə əldən çıxmış fayda formasında zərər dəyir və bu zərərlə İddiaçı hərəkətləri arasında birbaşa əlaqə mövcuddur. Buna baxmayaraq məhkəmə kommersiya sirrinin yayılmadığını qeyd edir və eyni zamanda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə yalnız həmin müştəri məlumatları və kommersiya sirləri yayılsa idi dəyə biləcək olan ziyan dəyməkdədir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2985/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov) cavabdeh, qarşılıq lı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin e-2(004)-567/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, əmək qanunvericiliyinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olsa da, hazırki iş üzrə isə AccessBank QSC-nin xx.xx.2021-ci il tarixli 21-1077 nömrəli əmrin verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair akt göstərilmişdir. Həmin aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixində B ankın Şəki filialının əməkdaşları arasında informasiya təhlükəsizliyi üzrə yoxlama aparılmışdır. xx.xx.2021-ci il tarixdə, saat 17:35-də İddiaçı korporativ elektron poçt ünvanından -Mikayil.MElektron ünvan 1, şəxsi elektron poçt ünvanına Elektron ünvan 2, Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı izahat verərkən müvafiq məlumatları Bankdan kənara çıxardığını bildirmişdir. İddiaçı aktda özü tərəfindən hazırlanan excell formanı direct və overdue müştərilərlə bağlı dəfələrlə telefonuna köçürdüyünü, bu iradın onun işdən çıxmaq ərizəsindən sonra irad tutulmasına razı olmadığını qeyd etmişdir. Lakin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC İddiaçı tərəfindən Banka mə xsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatların yayılması, yəni məlumatın başqa şəxslərə açıqlaması halı müəyyən edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
21. Eyni zamanda kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən məhz poçt ünvanına göndərdiyi məlumatların hesabına bank müştərilərinin bankda olan kredit müqavilələrini vaxtından əvvəl yekunlaşdırması halı müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin nümayəndəsinin təqdim etdiyi müştəri kodlarına əsasən tərtib edilmiş sənədə münasibətdə is qeyd edilməlidir ki, sübutlar işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilməlidir, digər tərəfdən həmin cədvəl ümumiyyətlə sübut kimi qəbul edilə bilməz, çünki hər han sı məsul şəxs tərəfindən imzalanmalayaraq müvafiq möhürlə təsdiq edilməmişdir. Göründüyü kimi İddiaçı həmin məlumatları şəxsi elektron poçt ünvanına göndərməklə qeyd olunan məlumatların başqa şəxsə açıqlaması anlamına gəlmir, eləcə də bunu iddia edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC bu halı sübut edə bilməmişdir.
22. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
23. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC M.X1 imza etməsi və bu halda müştəri məlumatlarını öz elektron poçtuna göndərməsinin həmin kodeksə zidd olmasını qeyd etsə də, işin faktiki halları ilə İddiaçı həmin məlumatları başqa şəxsə ötürməsi, eləcə də yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan halların baş verməsini bank sübuta yetirə bilməmişdir.
24. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 (ç), 71, 72-ci və MPM-in (bundan sonra – MPM) 14.2, 217.3, 217.4-c ü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (vəkili Vəkil) kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-2(103)2985/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 27378,12 (iyirmi yeddi min üç yüz yetmiş səkkiz manat on iki qəpik) manat məbləğində maddi ziyanın və İddiaçı son 1 (bir) il ərzində əldə etdiyi gəlirin 24 (iyirmi dörd) misli həcmində cərimənin ondan tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
26. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
27. İddiaçı da etiraf etdiyi kimi o, kommersiya sirri olan məlumatları Bankdan kənara çıxarmışdır və bununla əmək müqaviləsinin 7.4-cü bəndini və digər vəzifə borclarını (öhdəliklərini) pozmuşdur. Nəticədə isə Bankın Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqları pozulmuşdur. Bütün bunlar nəzərə alındıqda isə aydın olur ki, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilən hüquq normasını işin faktlarına uyğun olaraq tətbiq etməmiş və maddi hüquq normasını düzgün təfsir etməmişdir. 28. - İddiaçı hərəkətləri nəticəsində Bankın kommersiya sirri ilə əlaqədar hüquqları pozulmuş və ona ziyan dəymişdir. Bununla yanaşı, müştəri məlumatlarının Bankdan kənara çıxarılması əmək və icra intizamının normal ahəngini pozmuş olur. Belə ki, bu məlumatların Bankdan kənara çıxarı lması əmək müqaviləsinin şərtlərini pozur. Əmək müqaviləsi üzrə öhdəliklərin pozulması isə özü-özlüyündə hər bir halda əmək və icra intizamını pozur. 29. - Hazırki vəziyyətdə aşağı instansiya məhkəmələri Bankdan tələb edirlər ki, İddiaçı məlumatları üçüncü şəxsə açıqladığını sübuta yetirsinlər. Bu zaman isə məhkəmələr kommersiya sirrinin mahiyyətini nəzərə almırlar. Belə ki, kommersiya sirri sahibinə ziyan vurmaq üçün yeganə yol onu yaymaq deyil. Kommersiya sirrindən kommersiya sirrinin rejimini pozmaqla istifadə etməklə, habelə onu qeyri-qanuni yolla əldə etməklə də kommersiya sirri sahibinin hüquqları pozula bilər. Aktda da qeyd edildiyi kimi İddiaçı şəxsi elektron poçt ünvanına kommersiya sirri hesab olunan məlumatları göndərmişdir. Bununla da kommersiya sirlərindən kommersiya sirri rej imini pozmaqla (Əmək müqaviləsini pozmaqla) istifadə etmiş və onları qeyri-qanuni yolla əldə etmiş (kommersiya sirri rejimini pozmaqla surətini çıxarmış) hesab olunur. 30. - Kommersiya sirrinin qeyri-qanuni yolla əldə edilməsi üsulları kommersiya sirri haqqında Qanunun 2.0.8-ci bəndində qeyd edilmişdir. Həmin üsullardan ikisi arasında surətini çıxarma və kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq daxildir. Kommersiya sirri haqqında Qanunda müəyyən olunmuşdur ki, kommersiya sirri rejimi onun sahibi tərəfindən konfident ilə imzalanan müqavilələrdə müəyyən olunur. Hazırki vəziyyətdə isə İddiaçı kommersiya sirlərini özünə göndərərkən əmək müqaviləsini, yəni kommersiya sirri rejimini müəyyən edən müqaviləninin şərtlərini pozmuşdur. Həmçinin, İddiaçı sənədləri elektron p oçtla özünə göndərməklə texniki cəhətdən onların surətini də çıxarmışdır. Bütün bunlar isə onu göstərir ki, İddiaçı surətini çıxarma və kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaqla Banka məxsus kommersiya sirlərini qeyri-qanuni üsullarla əldə etmişdir. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə 10, bənd “D”. Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
33. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
34. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 72, bənd “D”. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfində n əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
36. Maddə 199, bənd “E”. İşəgötürənin kommersiya sirrini yaydıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
37. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.
39. Maddə 967.2. Bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.
40. Maddə 967.3 Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunu
41. Maddə 2.0.1. Kommersiya sirri- hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
42. Maddə 2.0.3. kommersiya sirrinin sahibi - kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs.
43. Maddə 2.0.4. kommersiya sirrinin konfidenti - kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs;
44. Ma ddə 2.0.7. Kommersiya sirrini yaymaq - müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanmasıdır.
45. Maddə 4.2. Hüquqi və fiziki şəxslərin bank sirrini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu
46. Maddə 41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
47. Maddə 41.2. Azərbaycan R espublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir.
48. Maddə 41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyriqanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı korporativ elektron poçt ünvanından, şəxsi elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi “Excel” fayl formasında göndərmişdir. Bank tərəfindən bu hal müəssisədaxili yoxlamalar zamanı müəyyən edilmiş və İddiaçı ilə olan əmək müqaviləsinə bu əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
61. İddiaçı bundan sonra Bankın onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə əmri məhkəmə qaydasında mübahis ələndirmiş, Bank isə qarşılıqlı iddia tələbləri ilə müraciət edərək, İddiaçı tərəfindən kommersiya və bank sirrinin yayıldığını, müştərilərin kredit müqavilələri üzrə borclarını vaxtından tez bağladığını əsas gətirərək maddi ziyan tələb etmişdir. Birinci instansiya məhkəməsinin bu əmrin ləğv edilməsinə dair və qarşılıqlı iddia tələblərinin təmin edilməməsinə dair mövqeləri ilə apellyasiya instansiyası məhkəməsi razılaşmışdır.
62. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin ilkin iddia ərizəsinin təmin edilməsinə dair mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, İddiaçı Banka işə qəbul olunan zaman onun Bankın “İşçi heyətinə dair Davranış Kodeksi” qaydaları ilə imza edib tanış olmaqla həmin qaydalara riayət edəcəyi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmçinin, Cavabde h QSC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “kommersiya sirri rejiminin tətbiqi barədə” Razılaşma da imzalanmışdır. 63. “İşçi heyətinə dair Davranış Kodeksi”nin “Müştərilərlə münasibət” fəslində qeyd olunmuşdur ki, əməkdaş hətta evdən və ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş, hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir.
64. Lakin, işin mübahisəsiz halıdır ki, İddiaçı korporativ elektron poçt ünvanından, şəxsi elektron poçt ünvanına Banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında bank rəhbərliyinin icazəsini almadan göndərmiş və bu zaman elektron məktubun surətinə öz rə hbərini daxil etməmişdir.
65. Bununla da, İddiaçı Bankın öz işçilərinə aşıladığı “İşçi heyətinə dair Davranış Kodeksi” qaydalarını kobud şəkildə pozmaqla, Bankı həm hüquqi cəhətdən, həm də iqtisadi cəhətdən risklərə məruz qoymuşdur.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya sirri, bank sirri və müştərilərin fərdi məlumatlarının sirri anlayışlarının bir-birindən fərqli və oxşar cəhətləri mövcuddur.
67. Belə ki, kommersiya sirri, hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.
68. Bank sirri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında, müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatlardır.
69. Müştəri məlumatlarının sirri isə özlüyündə kommersiya müəssisə və şirkətlərinin, bankların, sığorta şirkətlərinin, kapital bazarında və maliyyə bazarlarında fəaliyyət göstərən vasitəçi təşkilatların müştəri ilə münasibətlərində birbaşa və ya dolayı yolla əldə etdikləri şəxsi, iqtisadi, maliyyə, pul vəsaitləri ilə bağlı bütün əməliyyatlar, müştərinin kredit vəziyyəti barədə məlumat və sənədləri” ehtiva edir.
70. Göründüyü kimi kommersiya sirrinin sahibi olan Bank, İddiaçı əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti etmiş, bununla da sonu ncunu kommersiya dəyərinə malik məlumatların dövriyyəsinə buraxmışdır.
71. Hamıya bəlli olan faktdır ki, bankların əsas vəzifələrindən biri də onda olan müştəri məlumatlarının konfidensiallığını təmin etməkdir. Belə məlumatların yayılması isə istənilən bankın nüfuzuna, onun maliyyə bazarında dəyərinin düşməsinə, kredit siyasətinə, kredit potensialının zəifləməsinə səbəb ola bilər. Eyni zamanda şəxsi məlumatları yayılmış müştərilərin banka qarşı mülki qanunvericiliklə müəyyən edilmiş zərərlərin ödənilməsi dair tələblərin irəli sürülməsinə əsas ola bilərdi.
72. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh QSCnin İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyin tələbləri baxımından doğru olmuşdu r.
73. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin d bəndinə əsasən kommersiya sirrinin işçi tərəfindən yayılması ilə yanaşı, sadəcə onun tərəfindən bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin yerinə yetirilməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
74. Hazırki halda da, işçi tərəfindən işə qəbul edilən zaman ona bəyan edilmiş və məsuliyyət yaradacağı izah edilmiş “İşçi heyətinə dair Davranış Kodeksi” qaydalarına zidd şəkildə rəhbərliyi bu haqda məlumat vermədən kommersiya sirri təşkil edən məlumatları öz şəxsi elektron ünvanına göndərməklə bankın bu məlumatların gizli saxlanılmasına dair müəyyən etdiyi rejimlə bağlı öhdəliklərini kobud şəkildə pozmuşdur.
75. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilkin iddia təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri rədd edilməlidir.
76. Qarşılıqlı iddiaya münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
77. Əvvəla qeyd edilməlidir ki, məlumatın yayılması dedikdə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.12-ci bəndinə əsasən, fərdi məlumatların yayılması — fərdi məlumatların kütləvi informasiya vasitələri, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması başa düşülməlidir.
78. Bundan başqa, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunviriciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il qərarına əsasən məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.
79. İşdən isə, İddiaçı tərəfindən özünün şəxsi elektron poçtuna göndərdiyi fayldakı məlumatların yayılması halı görünmür və bu halın əksi sübut olunmur.
80. Məhkəmə kollegiyası, Bankın tələb etdiyi zərər məbləğlərinə münasibətdə isə qeyd edir ki, Bankla İddiaçı arasında bağlanmış kommersiya sirrinin rejiminin tətbiqi barədə Razılaşmanın 11-ci bəndinə əsasən kommersiya sir rini üçüncü şəxslərə açıqlayan şəxs Bank qarşısında tam məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə kommersiya sirrinin açıqlanması nəticəsində Banka dəymiş zərəri tam həcmdə Banka ödəməlidir.
81. Bank İddiaçı tərəfindən şəxsi elektron poçt ünvanına göndərilmiş məlumatı üçüncü şəxsə ötürülmüş məlumat kimi qəbul etsə də, məhkəmə tərəfindən kassatorun bu arqumenti işin faktiki hallarına uyğun olmadığı üçün qəbul edilə bilməz.
82. Belə ki, üçüncü şəxs dedikdə, Bankla İddiaçı arasında bağlanmış kommersiya sirrinin rejiminin tətbiqi barədə Razılaşmanın müqavilə tərəfi olmayan digər bir şəxs başa düşülməlidir. Digər bir şəxsə isə bu məlumatların açıqlanmasına dair sübut iş materiallarında mövcud olmamışdır. 8
3. Beləliklə, işəgötürən istinad edilən məlumatların işçi tərəfindən yayılması halını sübuta yetirə bilmədiyindən həmin qarşılıqlı iddianın rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün olmuşdur.
84. Ona görə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia tələblərinin təmin edilməməsinə dair mövqeyi ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
85. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
86. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
87. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı Cavabdeh QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin “27” aprel 2022-ci il tarixli 2(103)-2985/2022 saylı qətnaməsi ilkin iddianın təmin olunması hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.