Məhkəmə qərarları › İş №2(102)-5164/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5164/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5164/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan məhrum edilmə, ər-arvad münasibətlərinə faktiki xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququnda n məhrum edilmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3526/2021 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 (bundan sonra - miras qoyan) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 1993cü ildə rəsmi nikaha daxil olmuşlar.

2. İddiaçı miras qoyanın oğludur.

3. Miras qoyan xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzildir (bundan sonra – miras əmlak və ya mənzil). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabde h qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum atası X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu X9 küçəsi ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, mərhum atası sağlığında miras əmlaka dair vəsiyyətnamə qoymamışdır. Birinci dərəcəli vərəsə kimi miras əmlakın qəbul edilməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq qaydada notariat ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. Vərəsəlik işi açılmış, mirası həm faktiki, həm də rəsmi şəkildə qəbul etmişdir. Lakin yeganə vərəsə kimi şəhadətnamənin verilməsini tələb etdikdə aydın olmuşdur ki, mərhum atası cavabdehlə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhəri Səadə t sarayında rəsmi nikaha daxil olmuşdur. Notariusdan bilgi əldə edən cavabdeh miras əmlakı ələ keçirmək üçün cəhdlər etmişdir. İddiaçı cavabdehi heç vaxt görməmişr, onu tanımır və o, sözügedən mənzildə yaşamamışdır. Faktı əmlakın yerləşdiyi ünvan üzrə yaşayan sakinlər də təsdiq edə bilərlər. Bundan sonra mübahisə yaranmış və şəhadətnamənin verilməsi dayandırılmışdır. Mərhum atası xx.xx.1947-ci il tarixdə Qax rayonunda anadan olmuşdur. Mərhumun atası 1975-ci ildə, anasıXXX S-va 1995-ci ildə vəfat etmişlər. X12 Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və Mühəndis geologiyası ekspedisiyasında energetik vəzifəsində işləmişdir. 27 fevral 1987-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının 73/1 saylı sərəncamına əsasən iş yerində kooperativ üzvü kimi mənzil qeydiyyat ına götürülmüş və ona 17 may 1993-cü il tarixdə 019435 nömrəli order verilmişdir. Orderə əsasən miras əmlak (köhnə adla Həmid S-v küçəsi 531-ci kvartal) mərhuma verilmişdir. Kooperativ binada mənzil almaq istəyən vətəndaşlar "xxxx" MTK yaratmışlar, 2 otaqlı mənzil almaq üçün nəzərdə tutulmuş 14200 manat pul vəsaitini iki dəfəyə - birinci dəfə, 1987-ci ildə 4200 manat, ikinci dəfə isə 1991-ci ildə 10000 manat məbləğində tam ödəmiş və atasının mənzilə mülkiyyət hüququ yaranmışdır. Atası təqaüdə çıxana qədər həmin iş sahəsində işləmiş və yaşadığı mənzili 2015-ci ildə binada yaşayan sakinlər ilə birlikdə kütləvi qaydada özəlləşdirmişdir. Atası ilə anası X2 1982-ci ildə nikaha daxil olmuş, nikahdan yeganə övlad odur. Atasının mənzili olmadığından, onlar birlikdə babasına məxsus, hazırda anası i lə birgə yaşadığı Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti ev 80/2-də yerləşən 25 saylı mənzildə 1987ci ilədək yaşamışlar. Mənzil problemləri olduğundan onlar boşanmış və o, anasının himayəsində qalmışdır. Lakin atası onunla maraqlanmış, onun qayğısına qalmış, təhsil xərclərini qarşılamış, toyunu etmişdir. O, atası ilə daim təmasda olmuş, evinə gedibgəlmişdir. Atasının mənzilində cavabdehi görməmiş, ev daha çox subay evini xatırlatmışdır. Mənzildə qadına aid heç nə olmamış, eyni zamanda kommunikasiya, santexnika qurğuları bərbad vəziyyətdə olmuşdur. Atasının cavabdehlə rəsmi nikahı olmuş olsa belə, faktiki münasibətləri olmamışdır. Cavabdehin rəsmi və faktiki yaşayış ünvanı 2003-2017-ci il tarixləri ərzində ünvan 174, mənzil 12 olmuşdur. Sonradan ev söküntü ərazisinə düşdüyündən 2 019-cu ildən hal-hazıradək Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 174-də yerləşən 5 saylı mənzildir. Onun ixtisası neftçidir. Son zamanlar Qətər şəhərində işləyir. Pandemiya səbəbindən gediş-gəliş məhdud olduğundan, atası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda məlum olmuşdur ki, atasının səhhətində problemlər var. Uzaqda olsa da, atasının yaşadığı ünvana yaxın olan bibisi oğlu YYYo olmadığı müddətdə atasının qayğısına qalmış, ona yemək-içmək aparmış, müalicəsi üçün dərmanlar almışdır. 2020-ci ilin noyabr ayında cərrah işləyən əmisi onu müalicə etmək üçün Mingəçevir şəhərinə aparmış, atası orada müalicə olunmuşdur. Lakin atasını xilas etmək mümkün olmamış, “mədə girəcəyinin bədxassəli yeni törəməsi” diaqnozu ilə vəfat etmiş, Mingəçevir şəhərində dəfn edilmişdir. Birgə nikah qeydlərin in qalmasına baxmayaraq cavabdeh mərhum atası ilə yaşamadığından, birgə təsərrüfat aparmadıqlarından, hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarından, nikahlarına faktiki olaraq xitam verildiyindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, miras qoyan ilə cavabdeh 1993-cü ildən rəsmi nkaha daxil olduqlarından, arvadı kimi mübahisə predmeti olan əmlakda cavabdehin payı olmalıdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X4 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədridir. İddiaçının atası mərhumNNN ilə İ.Qutqaşınlı 97 ünvanında qonşu olmuşlar, münasibətləri də yaxşı olmuşdur, evinə gedib gəl mişdir. Özü həmin evə 2000-ci ildə köçmüş,NNN isə ondan xeyli əvvəl artıq orada yaşamışdır. Mənzil tam təmirsiz olmuşdur – divarları qara suvaq, yeri beton, qazı və suyu olmuşdur. NNN S-v həmin ünvanda həmişə tək yaşamışdır. NNN xəstə olduğu vaxtlarda ona bacısı oğlu YYYbaxmışdır. Cavabdeh adında şəxsi tanımır, NNN S-vun evinə gəlibgetdiyini də görməmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən dəvət edilmiş şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçının bibisi oğludur. Mərhum ilə cavabdeh 1993-cü ildən evlidirlər. Toylarında bacısı da şahid kimi iştirak etmişdir. Mərhum ölməmişdən 3 il qabaq və 3 il ərzində Ekologiya Nazirliyinin yanında İ.Qutqaşınlı küçəsində yerləşən evində yaşamışdır. Yaşadığı evin şəraiti çox pis vəziyyətdə olduğundan NNN həmin evdə tək yaşayırdı. İn şaatçılar prospektində yerləşən başqa ev də var idi. Təqaüdçü idi, lakin həvəskar olaraq elektrik kimi fəaliyyət göstərirdi. Cavabdeh anası ilə birlikdə Mərdəkanda yerləşən özünə məxsus bağ evində yaşayırdı.NNN həftədə 1 dəfə, 2 həftədənbir, 3 həftədən bir Mərdəkanda yerləşən bağ evinə gedirdi. Mərhum Mərdəkana gedəndə özü ilə alətlərini aparırdı, orada təmir işlərini görürdü. Son vaxtlarNNN ilə cavabdeh küsülü idilər. Son ana qədərNNN ilə cavabdeh evli olublar.NNNnin oğluna münasibəti normal olsa da, oğlu atasına laqeyd münasibət bəsləyirdi. Cavabdeh son vaxtlar NNNnin xəstə olduğunu bilmirdi. Cavabdeh NNNnin dəfn və yas mərasimlərində iştirak etməyib. Yeməyi mərhum üçün həm özü, anası (şahidin anası) da, bacısı da bişirib aparırdı.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən d əvət edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçının atası mərhumNNN onun atasının əmisi oğludur, həm də həyat yoldaşının dayısıdır. İddiaçını yalnız bəzi mərasimlərdə görmüşdür.NNNnin evində olmamışdır. Mərhum Ekologiya Nazirliyi ətrafında olan binaların birində yaşayırdı. NNNni bir neçə dəfə öz avtomobili ilə evinə aparmışdır. Cavabdeh barədə nə eşitmiş, nə də onu görməmişdir. NNNnin qardaşı onun ölümünə 2 həftə qalmış NNN xəstə olduğundan, gəlib onu Mingəçevirə aparmışdır. NNNyə onun (şahidin) qayınanası baxırdı, mərhumun paltarlarını yuyur, yeməyini bişirirdi.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3736/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbi təmin edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının atası X3 ilə ca vabdeh xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, heç vaxt ailə münasibətlərində olmamış, birgə təsərrüfat aparmamış, ayrı-ayrı ünvanlarda yaşamışlar. Hətta cavabdehə məxsus Mərdəkan qəsəbəsində bağ evi olmasına baxmayaraq, iddiaçı Bakı şəhərində tam yaşamağa şəraiti olmayan mənzildə daimi yaşamışdır. Mərhum təqaüdçü olmuş, heç bir yerdə işləməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan, cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) A pellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mərhum əri ilə son üç ildə faktiki nikah münasibətində olmaması sübuta yetirilməmiş, birinci instansiya məhkəməsi hansı əsasla bu qənaətə gəldiyini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyil, məhkəmə Mülki Məcəllənin 1164-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 may 2019-cu il tarixli Qərarının müddəalarının tətbiqində səhvə yol vermişdir.

16. Cavabdeh apellyasiya instansiyaxı məhkəməsində əlavə olaraq bildirmişdir ki, mərhum NNN S-vla evlənəndə evləri olmamış, mərhumun anası, bacısı pul ödəmiş, MTKdan mənzil almışlar. Həmin evin tikintisi uzanmışdır. Sonradan həmin mənzil təmirsiz vəziyyətdə təhvil verilmişdir. O, mərhum ərinə şərt qoymuşdur ki, evi təmir etdirsə, köçüb orada yaşasınlar. Belə ki, həmin mənzil tam təmirsiz olmuş, hətta elementar ayaq yolu belə işləməmişdir. Bu səbəbdən o, özünə məxsus olan bağ evinə köçmüşdür, NNN S-v isə onunla həmin bağ evində daimi olaraq qalmamış, amma mütəmadi olaraq ora gəlmiş, 1-2 gün qalıb sonra getmişdir. O, mərhum ərinin birinci nikahdan olan oğlunu tanımamış, oğlu yalnız pul lazım olanda atasına müraciət etmişdir. Onların mənzilinin təmir edilməməsinə səbəb də o olmuşdur ki, mərhum əri NNN əlinə gələn pulu oğluna xərcləmişdir. Mərhum əri öldükdən sonra id diaçı qıfılı sındırıb mənzilə girmişdir. Mənzil pis vəziyyətdə olmuşdur. Belə ki, mərhum əri orada tək yaşamış və evə heç kəsi buraxmamışdır.

17. Əlavə olaraq, Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, o, Mərdəkanda bağ evində yaşlı anası və qardaşı ilə birlikdə qalmışlar, NNN S-v isə daim ora gəlib-getmiş, hətta onun ustalıq qabiliyyəti olduğundan bağda zəruri olan xırda təmir işlərini də görmüşdür. NNN S-vu bəzən onun bacısı oğlu YYYöz avtomaşını ilə gətirmiş, bəzən isə onun özü gəlmişdir. O, NNNnin paltarlarını yuyub təmizləmiş, ona yemək göndərmişdir. Lakin pandemiya başlayandan və ciddi karantin rejimi, SMS icazə tətbiq olunduqdan sonra, onun anası və qardaşı yaşlı olduqları üçün o, mərhum NNN S-vun gəlib onları yoluxduracağından ehtiyat etmiş və ona bildirmişdir ki, bağ a tez-tez gəlibgetməsin, ya gəlib onlarla birlikdə yaşasın və heç yerə çıxmasın, ya da şəhərdəki evdə qalsın. Bu səbəbdən NNN ölməmişdən əvvəl bir neçə ay bağa gəlməmişdir. Bundan başqa mərhumun qardaşı həkim olmuş, Mingəçevirdə yaşamışdır. Mərhum özünü pis hiss edəndə qardaşıyla əlaqə saxlamış, qardaşı gəlib mərhumu Mingəçevirə aparmış və öz evində onu müalicə etmişdir. Lakin müalicənin nəticəsi olmamış və NNN S-v dekabr ayında vəfat etmiş, qardaşı onu Mingəçevir şəhərində dəfn etmişdir. Həmin vaxt pandemiya olduğuna görə və onlar yaşlı olduqlarına görə Mingəçevirə dəfnə gedə bilməmişlər. İddiaçı özü də dəfndə iştirak etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3526/22 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəç i), M.Məmmədov və Ş.Məhərrəmova) cavabdehin kassasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəmsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuşdur.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: cavabdehlə mərhum əri ayrı yaşasalar da, onlar faktiki olaraq ər-arvad münasibətlərində qalmışlar və bu münasibətlərini kəsmək niyyətində olmamışlar. Əksinə, onların bir yerdə yaşamaq niyyətləri olmuş, lakin mənzil şəraitlərinin qənaətbəxş olmaması buna imkan verməmişdir.

20. Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir.

21. Cavabdehlə mərhum ərinin yalnız sonuncunun ölümündən əvvəlki son 2-3 ay müddətdə küsülü olduqları və həmin müddətdə bir-biri ilə əlaqə saxlamadıqları müəyyən edilmişdir. Bu halın mövcudluğu Mülki Məcəlləsinin 1164-cü maddəsinin dispozisiya şərtləri baxımından onların arasındakı nikah münasibətlərinə faktiki xitam verilməsi kimi qiymətləndirilə bilməz.

22. Bundan başqa, iddiaçı iddia tələbini əsaslarını, habelə mübahisənin həllində əsas dəlil olan mərhumla cavabdehin son 3 il ərzində nikah münasibətlərinə faktiki xitam verilməsini sübuta yetirə bilməmişdir. Cavabdehin mərhum əri NNN S-vla ər-arvad münasibətlərinin sonuncunun ölümündən üç il əvvəlki müddət ərzində kəsilməsi halı məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1164-cü, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1164-cü maddəsini kobud şəkildə pozmuş, Konstitusiya Məhkəməsi Plenumunun həmin maddə ilə bağlı müvafiq Qərarını nəzərə almamışdır. Belə ki, Qərara əsasən Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən a şağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Həmçinin, qərarda qeyd olunur ki, “nikaha faktiki xitam verildiyi” ifadəsi mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da, nikah real olaraq sonlanmış olur.NNN cavabdehlə 1993-cü ildə rəsmi nikaha daxil olsa da, aralarında olan faktiki ailə münasibətləri NNN S-v ölməmişdən 3 il əvvəl deyil, 20 il əvvəl sonlanmışdır. 56 saylı MKİS tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışa əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 174, mənzil 12-də xx.xx.2017-ci il tarixə qədər qeydiyyatda olmuş və yaşamışdır. Sonradan bina sökülmüşdür. Buradan da aydın olur ki, cavabdeh NNN S-vla heç vaxt onun yaşadığı ünvan 5 ünvanında yerləşən təmirsiz mənzildə yaşamamışdır. Cavabdeh 2017-ci ilə qədər Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 174, mənzil 12-də, 2017-ci ildən isə Mərdəkan qəsəbəsində yerləşən bağ evində yaşamışdır. Bunu özü və MKİS-dən verilən arayış təsdiqləyir. NNN Sv cavabdehlə ayrı yaşamış, birgə təsərrüfat aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 1159.1. Qanu n üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

28. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarı

29. Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı h alların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. 30.... məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olubolmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən madd əsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümümi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da, nikah real olaraq sonlanmış olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, iddia tələ binin maddi hüquqi əsasını Mülki Məcəllənin 1164-cü maddəsi təşkil edir (29-cu paraqraf).

43. Həmin normanın şərhi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında verilmişdir.

44. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını Mülki Məcəllənin 1164-cü maddəsinin dispozisiya şərtləri əsasında təhlil etmiş, bu zaman həm də bu normanın şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeləri rəhbər tutmuşdur.

45. Konstitusiya Məhkəməsinin həmin qərarında Mülki Məcəllənin 1164-cü maddəsinin tətbiqi zamanı həmin normada istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsinin mirasın açılmasından əvv əlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutduğu qeyd olunmuşdur.

46. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsas üzrə yoxlamış və müəyyən etmişdir ki, cavabdehin mərhum X3 ilə ayrı yaşamasının səbəbi onların ailənikah münasibətlərində olmaq istəməmələri niyyətindən deyil, mənzil şəraitinin qənaətbəxş olmamasından irəli gəlmişdir.

47. Kassasiya şikayətlərində sadalanan hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyu lmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3526/2021 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar