Məhkəmə qərarları › İş №2(102)-5167/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5167/2019

23.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5167/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3434/2019 nömrəli iş üzrə 19 mart 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 2(001)-6590/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehldeh1 və cavabdeh2 qarşı evə köç ürməyə dair idda tələbi, yəni iddiaçının ünvan 1 yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 2(103)-3434/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6590/2018 saylı mülki iş üzrə qəbul etdiyi 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçı ünvan 1 yerləşən fərdi yaşayış evinə köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi və sonrad an əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 ünvan 1 yerləşən fərdi yaşayış evindən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3434/2019 nömrəli iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsinin “İddiaçının ünvan 1 yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməsi və iddiaçının iddia tələblərinin həmin hissədə də rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(103)-3434/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi nəticəyə əsasən iddiaçının faktiki yaşayış ünvanı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi olduğundan o həmin yaşayış evinə köçürülməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası kimi, Mülki Məcəllənin 27.1, 180-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə mübahisəli ev olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının babası X2 tərəfindən inşa olunmasını, Zəngilan rayon İcra Hakimiyyəti Başçısının 26 oktyabr 1998-ci il tarixli sərəncamı ilə iddiaçı və qardaşı X3 nənələri X1 qəyyumluğuna verilmələrini, iddiaçının 31.08.1999-cu il tarixdə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində fəaliyyət göstərən Zəngilan rayonu, 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olaraq 23.06.2010-cu tarixdə həmin məktəbin 11-ci sinfini bitirməsini işin mübahisəsiz halları kimi göstərmişdir. İddiaçının tələbi ilə bağlı izahatından görünür ki, nənə və babası vəfat etdikdən sonra bu fərdi yaşayış evində onlar yaşamağa davam etmişlər. Onlar müvəqqəti olaraq ayrı yaşayan atası ilə görüşmək üçün getdikdə cavabdehlər qeyri-qanuni olaraq evin qapısını açmışlar və onların evdə olmamağından istifadə edərək, fərdi yaşayış evini Cavabdeh2 satmışlar. 08.04.2018-ci il tarixdə evə qayıtdıqda artıq evdə başqa şəxsin yaşadığını görmüşlər və cavabdehlər onları evə buraxmamışlar. Onlara məxsus əşyalar da hal-hazırda həmin evdə yerləşir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli zamanı bu qənaətə gəlmişdir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının və ya onun valideynlərinin vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsi, təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Belə ki, yalnız bu hallar (onlardan biri) təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 aprel 2018-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2018-ci il tarixli arayışlarına istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçı öz nənəsi və babası ilə birgə həmin evdə yaşamışdır. Belə ki, həmin arayışlarda göstərilmişdir ki, İddiaçı qardaşı X5 ilə birlikdə 26 oktyabr 1998-ci il tarixdə nənəsi X1 qəyyumluğuna verilmiş, hazırda Zəngilan şəhərində daimi qeydiyyatda olmaqla, ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır və qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən iddiaçının mübahisəli evə köçürülməsini tələb etməkdə haqlı olması kimi nəticəyə gəlsə də, bu nəticəyə gəlmək üçün işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, işin materiallarından görünür ki, ünvan 1 özbaşına tikili olmaqla hazırda orada cavabdeh1 və cavabdeh2 ailələri ilə yaşayırlar. Apellyasiya instansiyası məhkəməsi isə onların bu evdə hansı şəraitdə yaşamağa başlamalarının əsaslarını müəyyən etməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi m übahisəli evin iddiaçının mülkiyyətində olmamaqla, eyni zamanda digər əmlak hüquqlarının da rəsmi reyestrdə qeydə alınmaması əsası ilə iddia tələbinin cavabdeh2 fərdi yaşayış evindən çıxarılması hissəsində təmin edilə bilməməsi nəticəsinə gəlsə də, iddiaçı qətnamənin bu hissəsindən kassasiya şikayəti verməməsi anlaşılan deyildir. Belə ki, o, köçürülməsini iddia etdiyi özbaşına tikilidə digər ailələrin yaşamasını göstərməklə və bu halın qanunsuzluğunu bildirməyinə baxmayaraq həmin ünvana köçürülməsini arzulayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin göstərilən qaydada həlli ilə faktiki olaraq qeyri-müəyyənlik yaratmışdır. Belə ki, məhkəmə Zəngilan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 aprel 2018-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyinin 25 oktyabr 2018-ci il tarixli arayışları əsasında mübahisəli evi iddiaçının faktiki yaşayış ünvanı qiymətləndirərək onun köçürülməli olması qənaətinə gələrkən bu bir-birinə yad şəxslərin bir evdə yaşamalarının mümkünlüyünə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyərək yerli baxış keçirilməsinin məqsədəmüvafiqlyini müzakirə etməmiş, iddiaçının qardaşı ilə nənə və babası vəfat etdikdən sonra faktiki olaraq hansı ünvanda yaşamalarını aydınlaşdırmamış, Cavabdeh1 hansı şəraitdə və əsaslarda sözügedən evə daxil olub yaşamasını, sonradan isə evin digər şəxsə satılması ilə bağlı izahatlar əsasında araşd ırma aparmayaraq Mülki Məcəllənin 27.1-ci və Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən mübahisəli tikilinin faktiki olaraq iddiaçının babası tərəfindən inşa edilməsi və həmin tikilinin onun yaşayış yeri kimi qəbul edilməsi kimi nəticələrə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnaməsində işdə olan iddiaçının təqdim etmiş olduğu sənədləri sa dalamaqla kifayətlənmiş, işin tam hüquqlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bəqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənal ı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin, qeyd edilən Plenum qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münas ibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual aidiyyatla bağlı hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3434/2019 nömrəli, 19 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar