Məhkəmə qərarları › İş №2(102)-5168/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5168/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5168/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X8 oğlunun iştirakı ilə, İddiaçı və vəkili X8 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3133/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Məhkəməsinin (hakim G.K.İmanova) 2(010)-5111/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qətna məsi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə qarşılıqlı öhdəliyin məcburi icra edilməsi və borcun qaytarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 4800 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 2(103)-3133/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5111/2018 saylı mülki iş üzrə qəbul etdiyi 08 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5000 manat məbləğində borcun alınaraq ona qaytarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı müqavi lə üzrə qarşılıqlı öhdəliyin məcburi icra edilməsi və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə qarşılıqlı öhdəliyin məcburi icra edilməsi və 5000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili X8 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)3133/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən tam və hərtərəfli baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə q əbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X8 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh teleqram göndərərək xəstəliyi ilə bağlı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3133/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə üzərində bir il sınaq müddəti müəyyən edilməklə 1 il 9 ay 8 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Öhdəliyin yaranma əsasları Mülki Məcəl lənin 386-cı maddəsində göstərilmişdir (müqavilə, zərər vurma, əsassız varlanma, Məcəllədə nəzərdə tutulmuş digər əsaslar). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə cavabdehin iddiaçı qarşısında 5000 manat ödəməsi öhdəliyinin əmələ gəlməsi üçün qeyd olunan maddənin dispozisiyasında nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir. Cavabdehin həmin öhdəliyi müqavilədən irəli gəlmir. Çünki tərəflər arasında bununla bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin məbləğ zərər kimi (Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələri) tutula bilməz. Çünki iddiaçıümumiyyətlə zərərin mövcud olması və 5000 manat məbləğində maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutla rı təqdim etməmişdir. Həmin iddia tələbləri Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, iddia tələblərinin həmin maddəyə əsasən təmin edilməsi üçün iddiaçı aşağıdakı halları sübut etməlidir: ona məxsus 5000 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin yuxarıda göstərildiyi kimi qeyd olunan hallar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, cinayətin məhz iddiaçı tərəfindən törədilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2018-ci il tarixli hökmü ilə təsdiq olunur. İddiaçının istinad etdiyi ərizə, yəni Cavabdeh tərəfindən polis orqanına yazılm ış ərizə isə heç bir halda onun iddiaçı qarşısında hər hansı öhdəliyini yarada bilməz. Çünki həmin cinayət işi ilə əlaqədar ibtidai istintaq zamanı Kərimov X5 rayon Polis İdarəsinin müstəntiqi polis mayoru Babək Haciyevə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslər X3 və X2 dəymiş ziyandan 5000 manatını ödəməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi həmin ərizə iddiaçı qarşısında yazılmamışdır. Bundan başqa zərərçəkmiş şəxslər X6 və X1 adından Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 27.12.2017-ci il tarixli ərizədə göstərilmişdir ki, onlar şahid Cavabdeh görə 5000 manat pulu təqsirləndirilən İddiaçı tələb etmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəy yən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3133/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili X8 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3133/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar