Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5169/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(103)4974/2019 saylı qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-4517/2018) Ərizəçi hüquqi əhəmiyyəti olan fak tın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək onun 1982-ci ildən 1992-ci il tarixinədək Xankəndi şəhərində 26 Bakı Komissarı adına ipək fabrikində ipək çəkən işləməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.İ.Hüseyn) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi 29 avqust 1961-ci il tarixdə Xankəndi şəhərində anadan olmuş, hal hazırda Nizami rayon Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində Xocalı rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. 2018-ci ilin oktyabr ayında Ərizəçi ona əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət etmiş, lakin müvafiq sığorta stajının olmaması əsası ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. 2018-ci ilin noyabr ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1982-ci ildən 1992-ci il tarixinədək Xankəndi şəhərində 26 Bakı Komissarı adına ipək fabrikində ipək çəkən işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi kassasiya şikayəti verərək qətnam ənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə həmin şöbənin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçiyə iddia etdiyi hüquqi faktın müəyyən olunması ona əmək pensiyasının təyin olunması ilə bağlıdır. Ərizəçi Xankəndi şəhərində 26 Bakı Komissarı adına ipək fabrikində ipək çəkən işləməsi barədə Sosial Müdafiə Fonduna müvafiq təsdiqedici sənədlər təqdim edə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X5, X3 və X4 Ərizəçi ilə qonşu və qohumluq münasibətlərində olmalarını bildirərək ərizəçinin Xankəndi şəhərində 26 Bakı Komissarı adına ipək fabrikində ipək çəkən işləməsi faktını təsdiq etmişlər. Həmçinin iş materiallarında olan Azərbaycan LKGİ X7 komitəsi tərəfindən verilmiş komsomol biletindən görünür ki, Ərizəçi 1981-ci il tarixində X2 Gənclər İttifaqına daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Xankəndi şəhərində 26 Bakı Komissarı adına ipək fabrikində ipək çəkən işləməsinə dair lazımi sənədləri başqa qaydada ala bilmədiyindən o, həmin faktın müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun iddia etdiyi illərdə işləməsi şahid ifadələri ilə təsdiq olunduğundan məhkəmə düzgün ol araq ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5169/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5169/2019
24.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver