Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5169/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə QƏRARİ iş № 2(102)-5169/21 (Açar sözlər: əmək stajının müəyyən edilməsi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 25 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Ərizəçi vəkili X1, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsinin İmişli rayon filialının vəkili Vəkil iştirakı ilə, Ərizəçi “sosial sığorta stajının müəyyən edilməsi” barədə ərizəsinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-590/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxsin kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun 1995-1997-ci illərdə İmişli rayonu Y.Şirinov adına kolxozda işləməyi, yəni sosial sığorta stajının olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun 10 saylı Regional Ərazi filialı (İmişli rayon şöbəsi) maraqlı şəxs qismində qoyu lmuşdur.
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş və orta məktəbi bitirdikdən sonra 1971-ci ildə İmişli rayonu M.Qasımov adına kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ilin sonunadək orada işləmişdir. 1973-1974-cü illərdə həqiqi hərbi xidmətdə olması ilə əlaqədar əmək fəaliyyətini dayandırmış və hərbi xidməti başa vurduqdan sonra yenidən kolxozçu kimi işləyərək 1975-1991-ci illərdə İmişli rayonu M.Qasımov kolxozda, 19931994-cü illərdə İmişli rayonu, M.Əsədov kolxozda, 1995-1997-ci illlərdə isə İmişli rayonu Y.Şirinov adına kolxozda mühasib vəzifəsində işləmişdir.
4. İmişli rayonu Y.Şirinov adına kolxozda ərizəçinin adına əmək kitabçası açılmamışdır. Kolxozun 1995-1997-ci illərə d air maliyyə sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən iş illəri barədə sənəd ala bilməməsinə görə ərizəçinin pensiya hüququ məhdudlaşmışdır.
5. Pensiyaya çıxmaq üçün işlədiyi müddət barədə sənədləri toplamaq üçün İmişli rayonunun Dövlət Arxiv idarəsinə müraciət edərkən ərizəçiyə bildirmişlər ki, İmişli rayonu Y.Şirinov adına kolxozun 1995-1997-ci illərə aid mühasibatlıq sənədləri İmişli rayon Dövlət Arxiv idarəsinə təhvil verilməmişdir.
6. DSMF-nun İmişli rayon şöbəsindən isə bildiriblər ki, ərizəçinin 01 yanvar 1995-ci il tarixindən 31 dekabr 1996-cı il tarixə kimi İmişli rayonu “Y.Şirinov” kolxozunda işləməsini məhkəmə qaydasında müəyyən etmək mümkündür.
7. Ərizəçi ərizəsində MPM-in 307-ci maddəsinə istinad etmişdir.
8. İmişli Rayon Məhkəməsinin 2(036)-668/2020 saylı, 11 iyun 202 0-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi 01 yanvar 1995-31 dekabr 1996-cı il tarixlərdə İmişli rayonu Y.Şirinov kolxozunda əmək fəaliyyəti müddətinin onun əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi qət olunmuşdur. (hаkim Ülvi Qənbərov)
9. Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən, İmişli rayonu, Y.Şirinov adına kolxozun 1995-1997-ci illərə aid son hesablaşma kitablarının İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi barədə İmişli rayon Dövlət Arxivindən verilmiş 25 fevral 2019-cu il tarixli 193 saylı arayışa və şahid ifadələrinə istnad etmiş, mövqeyini 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu, Mülki Prosessual Məcəllənin 76, 307.1 və 308-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 a y sığorta stajı olduqda təyin edilir; - Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən məcburi dövlət sosıal sığorta haqlarının ödənilməsi barədə sənədlə təsdiq olunur. - Qanunun 22.1-ci bəndinə əsasın iş sosial (sığorta stajı) müəyyən edilməsi əmək kitabçasına əsasən aparılır, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvimi illər, aylar, adam günü əsasında həyata keçirilir. Kişilər üçün adam günü 260 (iki yüz altmış ), qadınlar üçün adam günü 180 (yüz səksən) hesablanaraq götürülür; - Ərizəçi 01 yanvar 1995-ci il tarixindən 31 dekabr 1996-cı il tarixə kimi İmişli rayon Y. Şirinov adına kolxozda işləməsini sübut edəcək əmək kitabçası və eyni zamanda onun adam günü normaları üzrə gündəlik öhdəliyin yerinə yetirilməsi haqqında heç bir təsdiq edən sənəd olmamışdır. Ümumiyyətlə, İmişli rayonu, Y. Şirinov adına kolxoz tərəfindən 01 yanvar 1995-ci il tarixindən 31 dekabr 1996-cı illərə aid olan mühasibat və digər sənədlər İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bütün bunlarla bərabər göstərilən illərin əmək kitabçasında olmaması, İmişli rayon Y. Şirinov adına kolxozun mühasibat və digər sənədlərinin Dövlət Arxivinə verilməməsi, əmək fəaliyyəti ilə bağlı hər hansı bir digər informasiyanın olmaması ona yaşa görə əmək pensiyası təyin olunarkən işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması “Əmək pensiyaları haqqında” qanunun müvafiq bəndlərinə uyğun deyildir; - Ərizəçi yuxarıda göstərilən sənədləri olmadığından qətnamə əsaslı hesab edilə bilməz. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 08 oktyabr 2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərini n rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, yanğın, dağıntı, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir; - həmçinin alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-590/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-668/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayət inə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Nüsrət Mirzəyev və Qəzənfər Kərimov )
13. Apellyasiya məhkəməsi toplanmış sübutlarla müəyyən edib ki, ərizəçi tələbində haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr və mühasibatlıq kitablarına qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirilməli idi və bu ərizəçidən asılı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan, (burada əmr və mühasibatlıq kitablarında müvafiq qeydiyyatın aparılması vəzifəli şəxs olaraq işəgötürənin borcu olması nəzərdə tutulur) qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. Ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri birbirilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin mötəbərliyi üçün əsas yaradır. Belə olan halda ərizəçinin işləməsi ilə bağlı əmr və mühasibatlıq kitablarının olmamasına görə pensiya təyin edilməsindən imtina edilməsi və ya pensiya təyin edilməməsi əsaslı qəbul edilməməlidir.
14. Apellyasiya məhkəməsi qeyd edib ki, hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək i şləməsi faktının müəyyən edilməsini xahiş etməsi ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir.
15. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən maraqlı şəxsin apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialı qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, ərizənin rədd edilməsini xahil etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə sübutlar olduğu halda, yalnız ərizəçinin müəyyən müddətdə müvafiq kolxozda işl əməsi faktını təsdiq edə bilərdi. Əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktını təsdiqləyərək birinci instansiya məhkəməsi dolayısı ilə inzibati orqanın üzərinə öhdəlik qoymaqla səlahiyyətindən kənara çıxmışdır. - ərizəçi ümumilikdə 18 il iş stajını İmişli Rayon Məhkəməsinin başqa bir qətnaməsi ilə tanıtmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İmişli rayon filialının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, on un təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında Ərizəçi vəkili X2 şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
308. Məhkə mə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə
310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhk əməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya məhkəməsi İmişli rayon Dövlət Arxivinin 27 avqust 2018-ci il tarixli 213 saylı arayışına istinad etmişdir. Həmin arayışda qeyd edilib ki, İmişli rayonu, Y.Şirinov adına kolxozun 1995-1997-ci illərin sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır.
25. Göründüyü kimi, İmişli rayon Dövlət Arxivinin arayışında ərizəçiyə lazım olan məlumatlar üzrə sənədlərin arxivdə saxlanılmaması qeyd edilib. Bu isə sənəd lərin arxivdə olmaması və ya həmin sənədlərin, ümumiyyətlə, mövcud olmaması anlamına gəlmir. Qanunvericiliyin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. Eləcə də məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi İmişli rayonu, Y.Şirinov adına kolxozun 1995-1997-ci illərə aid arxiv sənədlərinin arxivdə saxlanılmamasının səbəblərini araşdırmamışdır. Hər hansı fakt barədə arxiv məlumatlarının olmaması özü-özlüyündə həmin faktın məhkəmə qaydasında tanınmasına əsas vermir. Bütün hallarda arxivdə məlumatın olmaması səbəbləri də araşdırılmalıdır.
27. Bu baxımdan, İmişli rayon Dövlət Arxivinin 27 avqust 2018-ci il tarixli 213 say lı arayışına apelyasiya məhkəməsi tərəfindən verilən qiymət Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilmə kimi qəbul edilə bilməz.
28. Bundan başqa, iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərardadından görünür ki, ərizəçinin 1971-72, 1975-1991-ci illərdə İmişli rayonu M.B.Qasımov adına kolxozda, 1993-1994-cü illərdə M.Əsədov adına kolxozda işləməsi faktı İmişli Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə tanınmışdır.
29. Ərizəçi özü də birinci instansiya məhkəməsində ərizəsini əsaslandırarkən197172 və 1975-1991-ci illərdə İmişli rayonu M.Qasımov adına kolxozda 1993-1994-cü illərdə İmişli rayonu, M.Əsədov kolxozda işləməsini göstərmişdir.
30. Birinci instansiya məhkəməsi, həmçinin işə m ahiyyəti üzrə baxan apellyasiya məhkəməsi qeyd edilən halla bağlı hər hansı araşdırma aparmamış, İmişli Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ərizəçinin 1971-72, 1975-1991-ci illərdə İmişli rayonu M.B.Qasımov adına kolxozda, 1993-1994-cü illərdə M.Əsədov adına kolxozda işləməsi faktı müəyyən edildiyi halda, ərizəçinin nəyə görə hazırda məhkəmə qaydasında tanıtmaq istədiyi iş illərinin həmin vaxt tanıtmamasına aydınlıq gətirməmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, maraqlı şəxsin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları arada n qaldırmalı, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs XXXX İmişli rayon filialının kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-590/2021 nömrəli, 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.