Məhkəmə qərarları › İş №2(102)-517/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-517/2020

04.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-517/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2990/2019 saylı qətnaməsindən İddiaçı və cavabdeh Quba rayon X2 Sənaye Ticarət Birliyinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(0 27)-1131/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.A.Məmmədov) İddiaçı cavabdeh Quba rayon X2 Sənaye Ticarət Birliyinə qarşı “işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının, vurulmuş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi və hərəkətlərində cinayətin əlamətləri olan işəgötürən barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddiası qismən təmin edilərək, işəgötürənin xx xxxxxxxx 2005-ci il tarixli, 16 saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının cavabdeh təşkilatın 2-ci Nügədi kəndində yerləşən İstehlak-İstehsal Müəssisəsinin müdüri vəzifəsinə bərpa edilməsi qət olunub. Tərəflər ayrıayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2990/2019 sa ylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və T.Q.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Quba rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxx 2005-ci il tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilib, iddia ərizəsi həmin hissədə təmin edilərək, xx xxxxx 2005-ci il tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçının apelyasiya şikayəti qalan hissədə və cavabdeh təşkilatın apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İŞİ N HALLARİ İşdən görünür ki, iddiaçı tələblərini onunla əsaslandırıb ki, o, işəgötürənin xx xxxxxx 1989-cu il tarixli əmri ilə cavabdeh təşkilatın tabeçiliyində olan 2-ci Nügədi kənd X3 Müəssisəsinə müdir vəzifəsinə işə qəbul edilib. İşlədiyi müddətdə heç bir nöqsanı olmayıb, əmək funksiyasını yerinə yetirərək, qüsursuz, vaxtı-vaxtında təlimatlara və qaydalara uyğun olaraq, tapşırılmış bütün tapşırıqları yerinə yetirib. Müəssisənin tabeçiliyində olan əmlakların bu günə qədər yaxşı vəziyyətdə saxlanılmasında böyük əməyi olub. Yaş həddinə görə təqaüd vaxtının yaxınlaşdığını nəzərə alaraq, o, Sosial Müdafiə Şöbəsinə əmək kitabçasını təqdim etmək məqsədilə 2018-ci ilin dekabr ayında Azərittifaqın Quba rayon X2 Sənaye Ticarət Birliyinə müraciət edib. Əmək kitabçasını götürəndə ona məlum olub ki, onun xəbəri olmadan işəgötürən xx xxxxx 2005-ci il tarixdə “öz ərizəsinə əsasən işdən azad edilməsinə dair” əmək kitabçasında müvafiq qeydiyyat aparılıb. Buna baxmayaraq, cavabdeh təşkilatın qanuni təmsilçisi xx vəzifəsindən sui-istifadə edib onu aldadaraq 1.500 manat vergi borcunu ödətdirib. Əmrin özündə uyğunsuzluq və saxtakarlıq vardır. Buna görə də, tam şəkildə əmrin həqiqiliyi yoxlanılmalıdır. Bu qanunsuzluğu və pozulmuş hüquqlarının bərpasını araşdırmaq üçün cavabdeh təşkilata rəsmi qaydada müraciət edib, lakin sonuncu xx xxxxxx 2018-ci il tarixli cavab məktubunda ona məhkəməyə müraciət etməsini tövsüf edib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kassas iya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun iddia tələblərini bütövlükdə təmin etməməklə maddi, prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh təşkilat isə kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh təşkilatın kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçının kassasiya şikayətinə dair etiraz ərizəsində onun kassasiya şikayətinin təmin, cavabdeh təşkilatın kassasiya şikayətinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Quba rayon X2 Sənaye Ticarət Birliyi və vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştir akları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə iddiaçının kassasiya şikayəti rədd, cavabdeh təşkilatın isə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əmək haqqı tə ləbinin rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə iddia ərizəsini təmin edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, əmrin etibarsız saylıb iddiaçının əvvəlki işinə bərpa edilməsi üçün əsasların olmasına, iddiaçıya xx xxxxx 2005-ci il tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi tələbini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin, 87-ci maddəsinin 1 və 3-cü hissələrinin, 296-cı maddəsinin 2-ci hissəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi, iddia tələbinin rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh təşkilatın qanuni təmsilçisi xxxun təqsiri üzündən iddiaçıya 30.000 manat məbləğində maddi, mənəvi zərər dəyməsi mülki iş materialları ilə öz təsdiqini tapmadığı üçün, bu hissədə iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və iddiaçının kassasiya şikayətinə əsasən bu hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin təmin edilməsi hissəsinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayb. Belə ki, bir inci instansiya məhkəməsi işə əlavə edilmiş sübutlara əsaslanaraq qeyd edib ki, işəgötürənin xx xxxxxxxx 2005-ci il tarixli, 16 saylı əmrindən çıxarışda 2-ci Nügədi Müəssisəsinin müdüri İddiaçı öz ərizəsinə əsasən işdən çıxarıldığı göstərildiyi halda, xx xxxxx 2015-ci il tarixli arayışda onun 1989-cu ildən xx xxxxx 2015-ci il tarixədək həmin Müəssisəsinin müdüri vəzifəsində işlədiyi qeyd edilib. Həmçinin, iddiaçı tərəfindən Müəssisənin 1.450 manat vergi borcu ödənilib. İddiaçı, 2018-ci ilin dekabr ayında işdən çıxarıldığını bildikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən qanunda nəzərdə tutulan bir aylıq müddət ötürülməyib. Ona görə də işəgötürənin sözügedən əmri etibarsız hesab edilərək, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Birinci in stansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin, 87-ci maddəsinin 1 və 3-cü hissələrinin və 296-cı maddəsinin 2-ci hissəsinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi isə, iddia tələbini məcburi işburaxma günləri üçün əmək haqqının tutulması hissəsində də təmin etməklə, əmrin etibarsız hesab edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb. Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 43.1, 45.1, 47.1, 48.1 və 54.1-ci maddələrinin tələblərinə uyğun olaraq Quba X2-Sənaye Ticarət Birliyinin və 2-ci Nügədi İstehlak-İstehsal Müssisəsinin hüquqi statuslarına, onlar arasında ol an hüquqi bağlılıqlara aydınlıq gətirmədən, onların hüquqi şəxs kimi fəaliyyət göstərib-göstərməmələrini, vergi ödəyicisi kimi uçota olub-olmamalarını araşdırmadan və zərurət yarandığı halda sözügedən Birliyin və Müəssisənin nizamnaməsinin və ya əsasnaməsinin və digər hüquq müəyyənedici sənədlərinin surətlərini məhkəmə təqdim etməyi cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsinə təklif etmədən (MPM-nin 77.3-cü maddəsi), bir tərəfdən iddiaçının faktiki olaraq qeyd olunan Müəssisənin qanuni təmsilçisi olduğunu qeyd etdiyi halda, digər tərəfdən onu Müəssisədə əvvəlki işinə bərpa etməklə ziddiyyətli nəticəyə gəlib. Çünki işə əlavə edilmiş sübutlarla, o cümlədən cavabdeh təşkilatın özünün arayışı ilə müəyyən olunur ki, iddiaçı, həqiqətən 1989-cu ildən hal-hazıra kimi 2-ci Nügədi kəndində yerləş ən İstehlak-İstehsal Müəssisəsinin müdüri vəzifəsində işləyir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi xx xxxxx 2005-ci il tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin cavabdeh təşkilatdan tutulub iddiaçıya ödənilməsini qət edərkən, sonuncunun əmək haqqını hansı təşkilatdan, hansı ödəmə sistemi üzrə almasını aydınlaşdırmadan, onun ötən 14 il müddət ərzində ödənilməmiş əmək haqqını tələb etməməsinin səbəblərini araşdırmadan və bu fakt son 14 il müddət ərzində iddiaçıya məlum olduğu halda, onun iddia müddətini ötürməməsi qənaətinə gəlib. Halbuki, Əmək Məcəlləsinin 154-cü maddəsinin mənasına görə, əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgöt ürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci hissəsinə görə, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozuldu ğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, gəldiyi nəticəni sadalanan maddi hüquq normalarının tələbləri ba xımından tam, hərtərəfli və obyektiv araşıdırmadan, iddiaçının hüququnun pozulduğunu yalnız 2018-ci ilin dekabr ayında bilməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, xx xxxxx 2005-ci il tarixdən işlədiyi müəssisədən əmək haqqı almadığı halda, iddiaçının hüququnun pozulmasını yalnız 2018-ci ilin dekabr ayında bilməsi inandırıcı, ağalabatan görünmür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayət lənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, cavabdeh təşkilatın kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddia ərizəsinin təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə həmin hissədə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblə ri baxımından düzgün hüquqi qiymət verilməli və qalan hissədə qətnamə dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Quba rayon X2 Sənaye Ticarət Birliyinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-2990/2019 saylı qətnaməsi qismən- iddia ərizəsinin təmin olunan hissəsində, yəni əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hi ssədə qətnamə dəyişdirilmədən, İddiaçı kassasiya şikayəti isə təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar