Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5170/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, cavabdehin vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı icra qeydinin ləğv olunması barədə ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı İddiaçı 12700 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 fevral 2019-cu il tarixli q ətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı Cavabdehna qarşı icra qeydinin ləğv olunması barədə ilkin iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı İddiaçı 12700 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı 12700 manat pulun tutularaq X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Sabunçu rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 16 saylı Notariat Kontoru tərəfindən icra qeydinin ləğv olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddia çı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı 12700 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelliyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni düzgün olaraq işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə X4 arasında notariat qaydasında təsdiq olunmuş 19.11.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmışdır. Həmin m üqaviləyə əsasən İddiaçı X 14700 manat məbləğində borclu olduğunu etiraf etmiş və göstərilən məbləği 19 fevral 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında Cavabdeh tərəfindən 27.03.2017-ci il tarixdə icra qeydi verilmişdir. İddiaçı bildirir ki, həmin icra qeydi qanunsuzdur. Belə ki, icra qeydinin təsdiq edilməsindən öncə notarius borclunu rəsmi qaydada xəbərdar etməli idi və borcun ödənilməsini təklif etməli idi. Lakin bunlara riayət olunmamışdır. İcra qeydinin verilməsinə əsas olan müqavilənin özü qeyri-qanuni olaraq təsdiq edilmişdir. Müqavilədə göstərilən borc məbləğinin müəyyən qismi borclu tərəfindən ödənilmişdir. Faktiki olaraq hər hansı məbləğdə pul verilməmişdir. Üçüncü şəxs iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, o, idd iaçıya borc müqaviləsinə əsasən 14700 manat borc pul vermişdir. Lakin dəfələrlə xəbərdarlığına baxmayaraq, həmin məbləğin yalnız 2000 manat hissəsi ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia əsassızdır. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 19-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, “Notariat haqqı nda” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-163-cü bəndlərindən müəyyən olunur ki, əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə notarius tərəfindən icra qeydləri aparılır. İş materiallarından da müəyyən olunur ki, iddiaçı ilə üçüncü şəxs arasında notariat qaydasında təsdiq olunmuş 19.11.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı üçüncü şəxsə 14700 manat məbləğində borclu olduğunu etiraf etmiş və göstərilən məbləği 19 fevral 2017-c i il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin həmin borcu tam olaraq qaytarmamış və üçüncü şəxsin müraciəti əsasında Cavabdeh tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq 27.03.2017-ci il tarixdə icra qeydi verilmişdir. Göründüyü kimi notariusun hərəkətlərində hər hansı qanunsuzluq olmamışdır. İddiaçının istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, nə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda, nə də ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda icra qeydinin verilməsindən öncə notarius tərəfindən borclunun rəsmi qaydada xəbərdar edilməsi və borcun ödənilməsinin təklif edilməsi ilə bağlı imperativ müddəa nəzərdə tutulmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə ba şlandıqdan sonra, yəni 25.07.2017-ci il tarixdə həmin icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxsin iddiası əsaslıdır. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinin tələblərinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qe yd olunan maddədən görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyini əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə də yazılı şəkildə tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və üçüncü şəxs Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən iddiaçıdan 12700 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının dəlilləri isə əsassızdır. Belə ki, hazırkı işdə qarşılıqlı iddia deyil, müstəqil tələblər irəli sürülən üçüncü şəxs tərəfindən iddia ərizəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 55. 1-ci maddəsində isə təsbit olunmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Borcun mövcud olmaması ilə bağlı qeyd olunur ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Ona görə də, iddiaçının həmin müqavilənin etibarsızlığına istinad etməsi əsassızdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusu na yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5170/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5170/2019
17.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver