Məhkəmə qərarları › İş №2(102)-5170/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5170/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5170/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və vəkili Bağırov Amid Vahab oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(104)-750/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 iddiaçının əmisi qızıdır. Mübahisəli ev Cavabdeh2 ata tərəfdən nənəsi X1 məxsus olmuşdur. X2 22.12.2001-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 1983-cü ildə mübahisəli evdə doğulmuş, valideynləri ilə orada yaşamış və 2015-ci ildə digər Cavabdeh1 ilə evlənərək ərinin yaşadığı evə gəlin köçmüşdür. 02.05.2018-ci il tarixdə Cavabdeh2 valideynləri avtoqəza nəticəsində həlak olmuş və bundan sonra Cavabdeh2 əri ilə mübahisəli evə qayıdıb orada yaşamağa başlamışdır. Ağdam rayonun Paşabəyli kəndindəkı xüsusi mülkiyyətdə olan 0,20 ha torpaq sahəsində yerləşən 134,4 kv.m fərdi yaşayış evi (yəni mübahisəli ev) üzərində İddiaçı mülkiyyət hüququ 19.11.2018-ci il tarixdə daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir.

2. Cavabdeh2 evin və torpaq sahəsinin İddiaçı mülkiyyətinə keçməsini mübahisələndirmiş, və Ağdam Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2(013)1037/2019 saylı qətnaməsi ilə Zeynalova (Quliyeva) Könül Fazil qızının adına verilmiş Ağdam rayonu, Paşabəyli kəndində 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən JN 101A kod 60921058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Ağdam rayonu, Paşabəyli kəndində 0,20 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 134,4 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolleg iyasının 16.01.2020-ci il tarixli, 2(102)-190/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 03.09.2019-cu il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2(013)-1037/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qətqamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16.01.2020-ci il tarixli, 2(102)-190/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 özünün mülkiyyətində Ağdam rayonu, Xındırıstan kəndində 0,1 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 3 nəfər ailə üzvü ilə birlikdə Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 1,34 ha kənd təsərrüfatlı torpaq sahəsi, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 0,3 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Paşabəyli kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən çıxarılmaları və mülkiyyət hüququna törədilmiş maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və fərdi yaşayış evi müvafiq çıxarışa əsasən iddiaçının mülkiyyətin dədir. İddiaçını mərhum nənəsi Mənzər saxlamış, həyədə iki ev olmuş, evin birində iddiaçı ilə nənəsi Mənzər, digərində isə əmisi Füzuli ailəsi ilə birlikdə yaşamışdır. İddiaçının nənəsi vəfat etdikdən sonra Füzuli yaşadığı evi sökərək nənəsinin evinə köçmüşdür. İddiaçı özü 1995-ci ildə ərə gedərək Sabirabad rayonuna köçmüş, 2018-ci ildə isə Ağdam rayonu üzrə qeydiyyata alınmışdır.

8. Ağdam Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(013)-19/2020 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın Cavabdeh1 qarşı təmin edilməsi, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən Cavabdeh1 çıxarılması və mülkiyyət hüququna onun tərəfindən törədilmiş maneçiliyin aradan qaldırılması, iddianın Cavabdeh2 qarşı qismən təmin edilməsi, İddiaçı məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən mülkiyyət hüququna Cavabdeh2 tərəfindən törədilmiş maneçiliyin aradan qaldırılması, İddiaçı iddiasının qalan Ağdam rayonu, Paşabəyli kəndində yerləşən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən Cavabdeh2 Füzuli qızının ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair hissəsinin rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl ya randığından, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən onların mübahisəsinin evdən və torpaq sahəsindən çıxarılma hissəsinə 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə həmin tələb rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, İddiaçı məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmasına bazar qiymətlərinə uyğun kompensasiya verilmədən çıxarılması mümkün deyildir.

10. Məhkəmə öz möv qeyini əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(013)-19/2020 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılmalarının rədd olunması hissəsində ləğv edilərək, iddiasının tam təmin olunmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(104)-750/2021 saylı qətnaməsi ilə ( hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(013)-19/2020 nömrəli qətnaməsi İddiaçı iddiasının qalan - Ağdam rayonu, Paşabəyli kəndində yerləşən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən Cavabdeh2 Füzuli qızının ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 Füzuli qızının mülkiyyət hüququ üzrə İddiaçı məxsus Ağdam rayonu, Paşabəyli kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən çıxarılmaları, iddianın sözügedən evdən Cavabdeh2 Füzuli qızının ailə üzvlərinin çıxarılması hissəsində təmin edilməməsi, Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi qət edilmiş, Ağdam Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli, 2(013)-19/2020 nömrəli qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilməsi, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus 0,20 ha torpaq sahəsindən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən Cavabdeh1 çıxarılması və mülkiyyət hüququna onun tərəfindən törədilmiş maneçiliyin aradan qaldırılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bütün bunlar mübahisənin maddi-hüquqi əsasının düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən onların mübahisəsinin evdən və torpaq sahəsindən çıxarılma hissəsinə 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə həmin tələb rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, cavabdeh Cavabdeh2 mülkiyyətçi İddiaçı ailə üzvü deyildir.

14. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdıran zaman cavabdehin yeganə yaşayış yerinin hazırkı mübahisəli ev olmadığını, onun adına Ağdam rayonu, Xındırıstan kəndində 0,1 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ( 15.05.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) və Ağdam rayonu, Xındırıstan kəndində fərdi yaşayış evi (19.05.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) olmasını, bunlarla yanaşı mülkiyyətində həm də kənd təsərrüfatlı və həyətyanı torpaq sahələrinin olmasını, beləliklə iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək imkanının olduğunu müəyyən etmiş və buna əsasən hesab etmişdir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiq edilməsini, yəni Cavabdeh2 İddiaçı məxsus Ağdam rayonu, Paşabəyli kəndində xüsusi mülkiyyətdə olan 0,20 ha torpaq sahəsində yerləşən 134,4 kv.m fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılmasını istisna edir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 Füzuli qızı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Ağdam rayonu, Paşabəyli kənd ində 0,20 ha torpaq sahəsində yerləşən, 52,4 kv.metrlik 2 yaşayış otağı, 82 kv.metrlik köməkçi sahələrdən ibarət fərdi yaşayış evindən çıxarılmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh2 Füzuli qızının mübahisəli evdən ailə üzvləri ilə birlikdə çıxarılmasını xahiş etsə də, həmin tələb qeyri-müəyyən olduğundan, yəni konkret hansı şəxslərin çıxarılması göstərilmədiyindən təmin edilə bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın Cavabdeh1 qarşı təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, yuxarıda sadalanan hüquq normaları həm də İddiaçı ilə Cavabdeh1 arasında olan münasibətləri də tənzimləyir və həmin normalara əsasən Cavabdeh1 mülkiyyətçi olan iddiaçının a ilə üzvü sayılmadığından birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29, 13-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatorun ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Paşabəyli kəndində yerləşən 0,20 ha torpaq sahəsindən 52,4 kv.m. 2 yaşayış otağı, 82 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalarına dair hissəsinin əsassız olduğu üçün ləğv edilməsinə və işin bu hissədə yeni apellyas iya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 18.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə işə baxarkən cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutları sübut kimi qiymətləndirməmiş, nəticədə apellyasiya şikayətinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-nin 88, 217.3, 217.4-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Cavabdeh mübahisəli mənzildə 2000-ci ildən qabaq yaşayır. Belə olan halda Mənzil Məcəlləsinin 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməsinin hüquqi əsası yoxdur. Kassatorla bağlı olan münasibətlər kassatorun mübahisəli evdə 2000-ci ilin sentyabr ayından qabaq yaşadıqlarına g örə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzli Məcəlləsinin 53 və 123-cü maddəsinin tələbinə əsasən həll edilə bilər. Apellyasiya instansiyası məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmış, bununla da MM-nin 9.1, 9.2, 77.1 və Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılmışdır. Həmçinin məhkəmə qətnaməsinin nəticə hissəsi onun əsaslandırıcı hissəsinə uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Bağırov Amid Vahab oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, teleqramla müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etm əyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ed ilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 2

4. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şə xslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsin in vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

27. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayə tində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə baxmayaraq, məhkəmə aktı kassator Sevunc Əhmədovaya aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası ilk növbədə kassatorun apellyasiya şikayəti üzrə işə baxarkən cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutların sübut ki mi qiymətləndirməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan sübutlar araşdırılmış və hüquqi qiymət verilmişdir. Cavabdeh mübahisəli mənzildə 2000-ci ildən qabaq yaşaması və bu halda mübahisənin həllinə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Mənzli Məcəlləsinin 53 və 123-cü maddələrinin tətbiq edilməli olduğu barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi də iddiaçının mübahisəli evdə 2000-ci ildən əvvəl yaşaması faktını təsbit etmiş, həmçinin işin faktiki halları ilə müəyyən etmişdir ki, Cavabdeh2 2015-ci ildə digər Cavabdeh1 ilə ailə quraraq, sonuncunun yaşadığı Sabirabad rayonuna köçmüş, lakin 2018-ci il tarixdə iddiaçının mübahisəli ev də yaşamamasından istifadə edərək, ailə üzvləri ilə birlikdə sözügedən evə daxil olaraq, orada yaşamağa başlamışlar. Göründüyü kimi, Cavabdeh2 mübahisəli evdən 2015-ci ildə evlənib çıxmasından sonra onun həmin yaşayış sahəsi ilə bağlılığı özünün yaşadığı yer kimi deyil, valideynlərinin yaşadığı yer kimi qalmışdır. Apellyasiya instansiyası məhkəməsi bundan sonra mübahisəli evin hüquqi rejiminin dəyişildiyinə istinad edərək bildirmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 19.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır və yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı ilə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcmi dəyişildiyindən və ev in mülkiyyətçisi ilə cavabdehlər arasında evdən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmadığına görə, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarda Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Daha sonra məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil etmiş və qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcə lləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azər baycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Çünki işə baxmış məhkəmə kollegiyasının bu əsaslandırması işin müəyyən olunmuş faktik hallarına uyğundur və maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

32. Kassasiya kollegiyası kassatorun işə onun iştirakı olmadan baxılması barədə dəlili ilə əlaqədar bildirir ki, b u dəlil əsassızdır. Çünki iddiaçı 28.01.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, qətnamədən çıxarışı da həmin tarixdə qəbzə imza etməklə almışdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli, 2(104)-750/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar