Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5172/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14168/2019 saylı qətnaməsindən cavabdehlər N və N tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş 2(005)-38/2019) İddiaçı cavabdehlər “X2 ve İnşaat” MMC-yə və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək cavabdehlərin İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı sahiblik və istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda “X2 ve İnşaat” MMC-nin İddiaçı və qeyrilərinə qarşı şirkətə məxsus avadanlıqlara dair müdaxilənin qadağan edilməsi, qaynaq aparatı, digər kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metaldan hazırlanmış məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri və sair avadanlıqların şirkətin sahiblik və istifadəsində saxlanılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Demir Barış, Demir Zehra və Esma Çelik tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən “X2 ve İnşaat” MMCnin iddiaçıya məxsus qeyri-yaşayış binasından çıxarılması və ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək ilkin iddia tələbinin qismən təmin edilib “X2 ve İnşaat” MMC-yə münasibətdə qeyri-yaşayış sahəsindən çıxarılması tələbi rədd edilmişdir. Həmin qətnamə ilə qeyri-yaşayış binasında yerləşən iddiaçıya məxsus qaynaq aparatı, dəmir kəsən aparatlar, metal aksessuarlar, müxtəlif metal məhsulların hazırlanmasında istifadə olunan avadanlıqlar, nərdivan birləşmələri, hazır vaqon o fislər və sair avadanlıqların İddiaçı sahiblik və istifadəsinə qaytarılması və əldən çıxmış faydaya görə 263.000 manatın müştərək qaydada Ndən alınaraq İddiaçı verilməsi, qətnamənin Nə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: N ünvanında yerləşən ümumi sahəsi 1277,6 kv metr təşkil edən qeyri-yaşayış sahəsi xx xxxxxx 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2017-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə, sonra isə dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Türkiyə Respublikasının vətəndaşları Nın təsisçiləri olduğu “X2 ve İnşaat” MMC ilə ona məxsus qeyri-yaşayış sahəsindən birgə fəaliyyət məqsədi ilə istifadə etməklə əldə olunacaq g əliri bərabər paylarda bölmək barədə razılığa gəlmələrini, MMC-nin qeyri-yaşayış sahəsindən ona məxsus avadanlıq və dəzgahlardan istifadə etməklə fəaliyyətə başlasalar da, onların arasında birgə fəaliyyət barədə müqavilənin bağlanmamasını əsas göstərməklə cavabdehlərin ona məxsus qeyriyaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin və orada yerləşən ona məxsus avadanlıqların qaytarmaqla qeyri-yaşayış sahəsinin boşaldılması və ona dəymiş ziyana görə cavabdehlərdən onun xeyrinə 263.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh “X2 ve İnşaat” MMC-nin direktoru və təsisçisi X1 cavabdehlər İddiaçı, Na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 ve İnşaat” MMC-ni onun təsisçilərindən notariatda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almasını, İddiaçı məxsus qeyri-yaşayış sahəsindən gələcəkdə birgə fəaliyyət haqqında müqavilə bağlamaq məqsədi ilə bir müddət istifadə etmələrini, qeyri-yaşayış sahəsində yerləşən bütün avadanlıqların ona məxsus olmasını əsas göstərməklə həmin avadanlıqların MMC-nin sahiblik və istifadəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İş üzrə cavabdeh N kassasiya şikayəti verərək əldən çıxmış faydanın onlarla yanaşı eyni zamanda MMC-dən tələb olunmasına baxmayaraq məhkəmənin səbəblərini göstərmədən MMC-ni maddi məsuliyyətdən kənarda qoymasını, qeyri-yaşayış sahəsindəki avadanlıqların ona məxsus olmaqla həmin avadanlıqları MMC-nin yeni mülkiyyətçisinə satmamasını və s. əsas göstərməklə qətnamənin onun qeyri-yaşayış sahəsindən çıxarılması, orada yerləşən avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması, əldən çıxmış faydaya görə ondan və digər cavabdehlərdən müştərək qaydada 263.000 manatın tutulmasına dair hissədə ləğv edilib işin həmin hissədə yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda N kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə qətnamənin cavabdeh X5 məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, orada yerləşən avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış daydaya görə müştərək qaydada eyni zamanda ondan 2 63.000 manatın İddiaçı xeyrinə tutulmasına dair hissədə ləğv edilib həmin hissədə iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehlərin vəkilləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Nın kassasiya şikayəti təmin, Nın kassasiya şikayəti isə qismən təmin edilərək qətnamə mübahisələndiril ən hissədə ləğv edilməli və iş həmin hissəyə yenidən baxılması apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Demir Barış və Nın kassasiya şikayətlərindən görünür ki, onlar tərəfindən qətnamənin qanuniliyi yalnız onların İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılmaları, orada yerləşən avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə onlardan müştərək qaydada 263.000 manatın İddiaçı xeyrinə tutulmasına dair hissədə mübahisələndirilmişdir. Bununla əlaqədar kollegiya hesab edir ki, qətnamənin qanuniliyi məhz həmin hissədə yoxlanılmalıdır. İş materi allarından görünür ki, hazırkı mübahisənin yaranmasına səbəb İddiaçı məxsus qeyri-yaşayış sahəsindən “X2 ve İnşaat” MMC tərəfindən birgə fəaliyyət məqsədi ilə istifadə olunması ilə əlaqədar yaranmışdır. MMC-nin təsisçiləri 2017-ci ilin mart ayına kimi N, N və N olmuş və onların həmin müəssisədəki paylar Nə satılmışdır. Hazırkı mübahisə ilə əlaqədar İddiaçı tərəfindən iddia tələbi həm MMC-yə həm də keçmiş təsisçiləri olmuş N, N və Na qarşı yönəldilmişdir. Apelyasiya instansiyası məhkəməsi MMC-nin qeyri-yaşayış sahəsindən çıxarılması barədə İddiaçı iddiasını rədd edərkən MMC-nin həmin qeyri-yaşayış sahəsində hüquqi şəxs kimi mövcud olmamasını (çıxmasını) əsas göstərmiş və həmin nəticəyə iddiaçının nümayəndəsinin, eləcə də MMC-nin nümayəndəsinin izahatları əsasında gəlmişdir. Digər cavabdehlə r N, N və Na münasibətdə iddianın təmin olunmasını, yəni onların qeyri-yaşayış sahəsindən çıxarılmasını əsaslı sayıb dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış və onların müəssisəni satdıqları vəziyyətdə qeyri-yaşayış sahəsində qalmağa davam etmələrini təsdiq edən heç bir sübuta istinad etməmişdir. İşdən görünür ki, mübahisə predmeti olan istehsal avadanlıqlarına həm İddiaçı, həm MMC-nin keçmiş təsisçiləri və həm də MMC-nin yeni təsisçisi N iddia edirdilər. Lakin apelyasiya instansiyası məhkəməsi həmin avadanlıqlara iddia edənlərin hər birinin dəlillərini və sübutlarını tam və hərtərəfli tədqiq etmədən yalnız İddiaçı sözləri əsasında avadanlıqların ona məxsus olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsin ə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin hissədə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında nəticəyə gəlmiş, nəticəsini qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tan ınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin avadanlıqların kimə məxsus olması müvafiq sübutlara istinad olunmaqla əsaslandırılmadığından qətnamə həmin hissədə də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Apelyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın ödənilməsinə dair hissədə iddianı N, N və Na qarşı münasibətdə təmin edib onlardan 263.000 manatın müştərək qaydada tutulub İddiaçı verilməsini qət edərkən mübahisəli daşınmaz əmlak üçün icarə haqqının orta bazar qiymətinin 1 ay üçün 16.600 manat olmasına dair “xxxx” MMC-nin rəyinə əsaslanmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi MMC 2017-ci ilin mart ayına kimi N, N və Nın, ondan sonra isə Nin mülkiyyətində olmuşdur. Nin qarşılıqlı iddia ərizəsindən görünür ki, onun tərəfindən də qeyri-yaşayış sahəsi istifadə olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi İddiaçı dəymiş ziy anın 263.000 manat təşkil etməsi barədə nəticəyə gəlib iddianı həmin məbləğdə təmin edərkən həmin ziyanın məhz hansı müddət üçün hesablanmasını aydınlaşdırmamışdır. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, birgə fəaliyyət barədə müqavilənin bağlanması barədə razılaşmadan 2 aydan çox müddətin keçməsinə baxmayaraq şirkət tərəfindən onunla müqavilə bağlanmadığından o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi isə işdən göründüyü kimi məhkəməyə xx xxxxxx 2017-ci il tarixdə təqdim olunmuşdur. Belə olduqda ehtimal olunur ki, birgə fəaliyyət barədə razılaşma onların arasında təxminən 2017-ci ilin iyun ayında olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə isə qeyri-yaşayış sahəsində olan avadanlıqlardan istifa də edilməsi qadağan olunmuşdur. Bu müddət ərzində cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadələrinin qarşısı məhkəmə qərardadı ilə alındığından, apelyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını nəzərə almaqla həmin müddət üçün əldən çıxmış faydaya görə ziyanın tutulmasının mümkünlüyünə qiymət verməli və tələb olunan ziyanın məbləğini dəqiqləşdirməsini təmin etməli idi. Kollegiya hesab edir ki, ekspert rəyində müəyyən olunmuş obyektin aylıq icarə haqqının məbləği özü-özlüyündə, başqa mötəbər sübutlar əldə edilmədən əldən çıxmış faydanın hər ay üçün 16.600 manat təşkil etməsi barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Nın kassasiya şikayəti təmin, Nın kassasiya şikayəti isə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər N, N və Nın İddiaçı məxsus qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsində olan avadanlıqların İddiaçı mülkiyyətinə qaytarılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5172/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5172/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver