Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5173/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma barədə 22.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)831/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) və Cavabde h (bundan sonra cavabdeh) doğma qardaşdırlar və “x(x)” ASC ilə cavabdeh arasında bağlanmış 17 sentyabr 2012-ci il tarixli kredit və ipoteka müqavilələrinə və ödəniş cədvəlinin təsdiq edilmiş surətinə əsasən, Bank sonuncuya “X” markalı avtomobilin alınması məqsədi ilə 60 ay müdətinə, illik 18 faizlə 26.207 ABŞ dolları kredit verilib. Kredit məbləğinin aylıq ödənişi 670,42 ABŞ dolları olmaqla ilkin ödəniş tarixi 22 oktyabr 2012-ci il, sonuncu ödəniş tarixi isə 21 avqust 2017-ci il olmaqla müəyyən edilib. Qeyd olunan avtomobil kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilib. İpotekanın predmeti 35.415 ABŞ dolları məbləğində qiymətləndirilib. AB seriyalı 789574 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətinə əsasən, “X” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdehdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X5 ilə İddiaçı arasında bağlanmış 05 noyabr 2005-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından 23 iyun 2008-ci il tarixdə doğulmuş X6 və 17 iyul 2006-cı il tarixdə doğulmuş X2 anaları X1 yanında saxlanılması, İddiaçı 08 may 2018-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilib. 09 avqust 2018-ci il tarixli etibarnamənin surətinə əsasən, cavabdeh “X” markalı, **RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsini 04 dekabr 2027-ci il tarixədək qardaşı iddiaçıya etibar edib. Daxili İşlər Naz irliyinin Baş Dövlət Yol Polis İdarəsinin 26 aprel 2021-ci il tarixli qoşma kimi əlavə olunmuş “X” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən qeyd olunan avtomobil 18 sentyabr 2012-ci il tarixdə cavabdehin adına qeydiyyata alınıb və onun tərəfindən 21 sentyabr 2012-ci ildən 17 dekabr 2017-ci il tarixədək iddiaçının adına, 17 fevral 2018- ci ildən 28 aprel 2027-ci il tarixədək X4, 09 avqust 2018-dən 04 dekabr 2027-ci il tarixədək təkrar iddiaçının adına etibarnamə verib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat və 35.669,38 ABŞ dolları vəsaitin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 2012-ci ildə qardaşının adına rəsmiləşdirməklə “X” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Banka girov qoymaqla kredit yolu ilə alıb. Avtomobili qardaşının adına rəsmiləşdirməkdə məqsədi ailəsində olan probləmlərlə əlaqədar olub. Onun qardaşı olan cavabdehin avtomobili idarə etməyə sürücülük hüququ yoxdur və o, ümumiyyətlə avtomobil idarə edə bilmir. Onlar arasında münasibətlər normal olub və avtomobilin cavabdehin adında olması onlara heç bir maneə törətməyib. O, cavabdehin adından avtomobili idarə etmək üçün uzun illərdir ki, etibarnamə əsasında faktiki sahiblik və istifadə e dib. Lakin, son dövrdə onların münasibətləri pisləşib və cavabdeh də bundan istifadə edərək, onun adına olan etibarnaməni ləğv etdirdi və onun xəbəri olmadan polisə şikayət edərək avtomobili yolda saxlatdırıb və polis vasitəsilə avtomobili onun əlindən alıb. Avtomobil "xxxx" ASC-də qardaşı cavabdehin adına ipotekada olub və bu illər ərzində o, Banka avtomobilin borcuna görə kreditlər ödəyib. Həmçinin, avtomobilin ilkin ödənişi 10.000 manat onun tərəfindən ödənilib, buna da onun ailə üzvləri anası X və bacısı X də şahiddirlər. Bununla əlaqədar o, avtomobili ABŞ dolları ilə kreditlə alıb və dollar qalxan zaman, yəni 1 ABŞ dolları 1.05 manat olan zaman, o, Beynəlxalq Bankdan 10.000 manat krediti götürərək üstünə də əlavə pul düzəldərək həmin avtomobilə olan 13.790 ABŞ dollar olan qalıq borcun u "xxxx"yə ödəyib. Həmin kredit onun qardaşının adına olduğuna görə Banka bir yerdə gedərək ödəmişlər. Bununla da avtomobilə görə Banka olan borcunu tamamilə ödəyib.. Hazırda cavabdeh onunla münasibətlərinin korlanmasından istifadə edərək, cavabdehin adına aldığı avtomobili onun əlindən alıb və əsassız varlanmağa cəhd edib. Bu səbəbdən o, avtomobilə görə ödədiyi pulu cavabdehdən geri tələb etmək qərarına gəlib. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib və tələbini belə əsaslandırıb ki, kredit ödənişlərinə dair 31 ədəd kassa mədaxil orderinə nəzər saldıqda aşağıda tərtib edilmiş cədvəldə qeyd olunanlar müəyyən edilir. Belə ki, “Avtomobil Krediti Müqaviləsi”nin surətindən görünür ki, sözügedən müqavilə 17 sentyabr 2012-ci ildə rəsmiləşdirilib. " xxxx" ASC kassa mədaxil orderlərinin surətlərindən görünür ki, avtomobil krediti müqaviləsi üzrə ödənişlər müntəzəm və ardıcıl olaraq onun tərəfindən şəxsən, bəzi hallarda isə onun vəsaiti hesabına cavabdeh tərəfindən həyata keçirilib. 31 ədəd kassa mədaxil orderinin vizual analizi nəticəsində müəyyən edilmişdir ki, bu orderlərin 25 ədədində ödəyicinin imzası qrafasında imzalar iddiaçıya məxsusdur. Kassa mədaxil orderlərindən 4 ədədindəki imzalar isə cavabdehə məxsusdur. Yerdə qalan 2 ədəd kassa mədaxil orderindəki imzaları isə oxumaq mümkün deyil və sübutların kompleks təhlili göstərir ki, kredit müqaviləsi formal olaraq cavabdehin adına rəsmiləşdirilib. Faktiki olaraq kredit müqaviləsi üzrə bütün ödənişlər, yəni 35.669,38 ABŞ dolları şəxsən özü tərəfindən ödənilib. Cavabdeh isə qarşılıql ı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus “Chevrolet Captiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərq 13.000 manat və onun mülkiyyətçi hüquqlarının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərə görə 116.800 manat pulun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh qarşılıqlı tələbini onunla əsaslandırıb ki, 2012-ci ildə “ChevroletCaptiva” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Banka girov qoymaqla kredit yolu ilə alaraq adına rəsmiləşdirib. İlkin ödənişi şəxsən o, öz pulu ilə edib və illər ərzində Banka olan kredit borcunu mütəmadi olaraq öz hesabına ödəyib. O, avtomobili aldıqdan sonra qardaşı, yəni iddiaçı belində problemlər olduğunu bildirər ək, işə gedib-gəlmək üçün müvəqqəti olaraq özünə avtomobil alanadək ona məxsus avtomobili idarə etmək üçün onun adına etibarnamə verməyi xahiş edib. Bir müddət sonra o, avtomobili ona qaytarılmasını iddiaçıdan tələb edib, lakin o, özünə avtomobil axtardığını, tez bir zamanda avtomobili qaytaracağına söz verib, lakin vədinə əməl etməyib. 13 mart 2021-ci il tarixdə o, nəqliyyat vasitəsini idarə etməyə dair iddiaçının adına verdiyi etibarnaməni ləğv etdirərək polis tərəfindən həmin avtomobili saxlatdırılıb ona verilməsinə nail olub. İddiaçı onun mülkiyyət hüququnu pozan hüquqazidd hərəkətləri ilə ona zərər vurub. İddiaçının ona məxsus olan olan avtomobildən əvəzsiz istifadə etmək üçün onların aralarında nə şifahi, nə də yazılı müqavilə olmayıb. O, dəfələrlə müraciət etsə də iddiaçı avtomobi li qaytarmayıb. İddiaçı illərlə ona məxsus olan avtomobili öz şəxsi məqsədləri üçün heç bir hüquqi əsası olmadan istifadə edib və bununla da ona zərər vurub. Avtomobil ona 33.000 manata başa gəlsə də, avtomobilin qiyməti onun uzun müddət istismarı nəticəsində 20.000 manatdan aşağı qiymətə enib. Buna səbəb intensiv istismar nəticəsində nəqliyyat vasitəsinin köhnəlməsi, nəqliyyat vasitəsinin zavod ehtiyyat hissələri sonradan başqa ehtiyyat hissələrinə dəyişdirilməsi, nəqliyyat vasitəsinin yürüşü 90.000 kilometri keçməsidir. O, şəxsi mülkiyyətində olan avtomobili 2012-ci ildən bəri günü 40-50 manat məbləğində kirayəyə versə idi, 8 il müddət ərzində 116.800-146.000 manat qazanc əldə edə bilərdi. "xxxx" MMC tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli “Daşınar əmlakın qiymətləndirilməsi bar ədə” mütəxəssis rəyinə əsasən, “Chevrolet Captiva” markalı, **-RJ*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki tarixə orta bazar qiyməti 13.500- 14.000 ABŞ dolları təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia qismən təmin edilərək, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 13.750 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, ilk iddianın digər hissədə və qarşılıqlı iddianın rədd olunub qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sözügedən avtomobilin kredit borcu iddiaçı tərəfindən ödənilib. Avtomobilin alındığı vaxtdan o, iddiaçı tərəfindən idarə olunub. Cavabdehin ümumiyyətlə avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb. Tərəflər arasında ailə münasibətlə ri korlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının adına verilmiş etibarnamə ləğv edilib. Bundan əlavə, iddiaçı tərəfindən "xxxx" ASC-dən 07 aprel 2015-ci il tarixdə 10.000 manat kreditin götürülüb. Həmin tarixdə də avtomobilin son ödənişi olan 13.790 ABŞ dolları ödənilib. Bütün bunlar isə avtomobilin dəyərinin həqiqətən iddiaçı tərəfindən ödənildiyin, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edir. Bu baxımdan ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qə tnaməsinin ilk iddianın təmin olunan, qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 30 ədəd kassa mədaxil orderlərinin 26 ədədində “ödəyicinin imzası” qrafasındakı imzalar İddiaçı tərəfindən, 4 ədəd kassa mədaxil orderlərinin “ödəyicinin imzası” qrafasındakı imzalar isə Cavabdeh tərəfindən icra olunub. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi üçün əsaslar vardır və ilk iddianın qismən təmin edilməsi iş üzrə keçirilmiş ekspertin rəyinə də uyğundur. Belə ki, iddiaçı tərəfindən 13.750 ABŞ dolları məbləğində ödənişin edilməsi mülki iş materialları ilə də istisna edilmir. Cavabdehin anasının və bacısının ifadələrinin, sonuncuların ona qarşı qərəzli olması səbəbindən mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, onların ifadəsində verilən məlumatlarda heç bir ziddiyyətli məqamlar və qərəz müəyyən olunmur. Əksinə, cavabdeh tərəfindən şahid qismində dindirilən həyat yoldaşı ifadəsində cavabdehin heç kimdə n borc almadığını qeyd etdiyi halda, cavabdeh özü Tariyel adlı qohumundan aldığı borcla avtomobilin kreditini bağladığını bildirib. Bu halda şahidin ifadəsi ilə cavabdehin izahatı arasında ziddiyyət yaranır və cavabdeh bu ziddiyyəti aradan qaldırmaq üçün mötəbər sübut təqdim etməyib. Cavabdehin iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin dəyərinin ödənilməsi öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbi, yəni avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərqin və onun mülkiyyətçi hüquqlarının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məc əllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Belə ki, iddiaçı irəli sürdüyü dəlilin sübutu kimi Dövlət Mülki Aviasiya Agentliyindən arayış təqdim edib və həmin arayışda məhz, iddiaçının 2012-2015-ci il lərdə xidməti vəzifəsi ilə əlaqədar ezamiyyətdə olduğu qeyd edilib. Bundan əlavə, iddiaçının ezamiyyətdə olduğu vaxtlarda Banka ödənilmiş vəsaitlərin cavabdehin vasitəsilə ödədiyi isə hər iki tərəfin ailə üzvləri olan şahidlərin ifadələri ilə öz təsdiqini tapıb. Məhkəmə gəldiyi nəticəni yalnız iddiaçı tərəfdən dindirilmiş şahidlərin izahatları ilə əsaslandırıb, onun tərəfindən dindirilmiş şahidlərin ifadələrinə məhəl qoymayıb. Maddi hüquq normalarını pozub, qanunu səhv təfsir edib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, onun təmin edilməməsini və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. İşdə iştirak edən şəxslərin izahatları Azə rbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tə ləbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan hissəsində, qarşılıqlı iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən, qə tnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər doğma qardaşdırlar, 17 sentyabr 2012-ci il tarixdə cavabdehin adına “X(X)” ASC-dən “Chevrolet Captiva” markalı avtomobilin alınması məqsədi ilə 26.207 ABŞ dolları kredit rəsmiləşdirilib və ödəniş qəbzlərinə əsasən həmin kredit məbləğinin bir qismi iddiaçı tərəfindən, bir qismi isə cavabdeh tərəfindən ödənilib. Həmçinin, sözügedən avtomobil cavabdehin adına qeydiyyata alınsada, lakin avtomobil alındığı gündən etibarnamə əsasında iddiaçı tərəfindən idarə olunub. Daha sonra tərəflər arasında münasibətlər korlanıb və cavabdeh avtomobilin idarə edilməsi barədə iddiaçının adına verdiyi etibarnaməni ləğv edib və avtomobili iddiaçıdan geri alıb. İddiaçı qeyd olunan avtomobilin formal olaraq cavabdehin adına alındığını, qəbzlərdə ödənişlərin bir qismində cavabdehin adının qeyd olunmasına baxmayaraq avtomobilin ödənişlərini hamsının onun tərəfindən ödənildiyini və avtomobilin alındığı ilk gündən onun tərəfindən idarə edildiyini bildirərək, cavabdehdən İ0.000 manat və 35.669,38 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini tələb etmiş, cavabdeh isə iddianın əsassız olduğunu, avtomobilin mülkiyyətçisinin onun olduğunu, kredit məbləğinində onun tərəfindən ödənildiyini, habelə həmin avtomobil iddiaçının səhhətində olan problemlərə görə verdiyini bildirərək, iddianın rədd edilməsini xahiş edib. Həmçinin cavabdeh, qarşılıqlı iddia v erərək avtomobilin iddiaçı tərəfindən istifadə edilməsi nəticəsində avtomobilin bazar qiymətində yaranan fərqin 13.000 manatın və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində ona vurulmuş zərərin əvəzi kimi 116.800 manat pulun iddiaçıdan alınaraq ona ödənilməsini iddia edir. Mülki Prosessual Məcəllənin 76.1 -ci və 76.2-ci maddələrinin mənasına görə, işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1 -ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsas landırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli avtomobilin kredit məbləğlərinin mütəmadi olaraq iddiaçı tərəfindən ödənilməsi, avtomobilin alındığı vaxtdan iddiaçı tərəfindən idarə edilməsi, cavabdehin sürücülük vəsiqəsinin olmaması, tərəflər arasında ailə münasibətləri korlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının adına verilmiş etibarnamənin ləğv etdirilməsi, bundan əlavə iddiaçı tərəfindən "xxxx" ASC-dən 07 aprel 2015- ci il tarixdə 10.000 manat kreditin götürülməsi, həmin tarixdə də mübahisəli avtomobilin 13.790 ABŞ dolları məbləğində son ödənişinin edilməsi ilə kreditin bağlanması halları sözügedən avtomobilin dəyərinin həqiqətən də iddiaçı tərəfindən ödənildiyinə, lakin formal olaraq cavabdehin adına rəsmiləşdirildiyi qənaətinə gəlib. Apellyasiya mərhələsində kesirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 07 iyun 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 30 ədəd kassa mədaxil orderlərinin 26 ədədində “ödəyicinin imzası” qrafasındakı imzalar İddiaçı tərəfindən, 4 ədəd kassa mədaxil orderlərinin “ödəyicinin imzası” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra edilib. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılışmayıb haqlı olaraq qeyd etmişdir ki, məhz iddiaçı tərəfin irəli sürdüyü dəlillər işə əlavə edilmiş sübutlarla dəstəklənir və iddiaçının arqumentləri inandırıcı, ağlabatan görünür. Göründüyü kim i, sözügedən avtomobil hazırda cavabdehin mülkiyyətində qaldığından, iddiaçı onun hesabına əsassız varlanmış olur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi, apellyatorun anasının və bacısının ifadələrinin, sonuncuların ona qarşı qərəzli olması səbəbindən mötəbər sübut kimi qəbul edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, haqlı olaraq qeyd etmişdir ki, onların ifadəsində verilən məlumatlarda heç bir ziddiyyətli məqamlar və qərəz müəyyən olunmayıb. Əksinə, cavabdeh tərəfindən şahid qismində dindirilən həyat yoldaşı ifadəsində cavabdehin heç kimdən borc almadığını qeyd etdiyi halda, cavabdeh özü Tariyel adlı qohumundan aldığı borcla avtomobilin kreditini bağladığını bildirib. Bu halda şahidin ifadəsi ilə cavabdehin izahatı arasında ziddiyyət yaranıb, cavabdeh bu ziddiyyəti aradan qaldırmaq üçün mötəbər sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən f aktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin iddiaçıya qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin dəyərinin ödənilməsi öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbi, yəni avtomobilin istismarı nəticəsində onun bazar qiymətində yaranan fərqin və onun mülkiyyətçi hüquqularının kobud şəkildə pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi təmin edilə bilməz. Bu bax ımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2022-ci i l tarixli, 2(103)-831/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5173/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5173/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver