Məhkəmə qərarları › İş №2(102)-5174/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5174/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5174/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddətinin tətbiqi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)557/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respubli kası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh İddiaçı 2010-cu ildə sonuncunun oğlunu işə düzəltmək adı ilə 7000 manat məbləğində pul vəsaiti almışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı xxx tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 iyun 2020-ci il tarixli qərarına görə İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmiş, lakin Azərbaycan Respublikası CPM-in 39.1.3-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı verdiyi izahatında Cavabdeh göstərmişdir ki, 2008-ci ildən 2011-ci ilə qədər 5 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışmış, 201 0-cu ildə İddiaçı onun iş yerinə gələrək qəbulunda olmuş, oğlu xxxı işə düzəltmək istədiyini bildirdikdə, oğlunu işə düzəldə biləcəyini bildirmişdir. İddiaçı ona bunun qarşılığında 7000 manat verəcəyinə razılaşmışdır. Təxminən 3 gün sonra İddiaçı 7000 manat pulu və bəzi sənədləri gətirmiş, sonradan həmin puldan ümumilikdə 2000 manatını qaytarmış, iddiaçıya 5000 manat pul borclu qalmışdır. Lakin maddi imkanı yaxşı olmadığı üçün borclu olduğu məbləği tamamilə verə bilməmiş, hissə-hissə verəcəyinə söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6700 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş dir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 5 saylı Cəzaçəkmə müəssisəsinin rəisi kimi tanımışdır. 2010-cu ilin aprel ayında iddiaçı oğlu xxx xxxu həmin cəzaçəkmə müəssisəsinə işə düzəlməsi üçün cavabdehin qəbuluna getmiş, sonuncu 7000 manat pul verəcəyi təqdirdə oğlunu işə düzəldə biləcəyini bildirmiş, görüşdən 3 gün sonra iddiaçı oğlu ilə birlikdə 7000 manat pulu cavabdehə vermiş, lakin cavabdeh nə pulu qaytarmış, nə də oğlunu işə düzəltmişdir. Sonradan cavabdehin arvadı xxx ona pulun 300 manatını qaytarmış, qalan pulu da hissə-hissə qaytaracağını bildirmişdir. Aylar keçməsinə baxmayaraq, qalan 6700 manat pul qaytarılmamışdır. Cavabdehin hərəkətləri barədə polisə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir. Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(05 7)-1112/2020 nömrəli qətnaməsi ilə (hakim A.H.Səmədov) iddia təmin edilmiş, Cavabdeh 6700 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə 7000 manat pul vermiş, cavabdeh həmin pulu aldığını polisə verdiyi izahatında etiraf etmiş, pulun 2000 manatını qaytardığını bildirsə də, bununla bağlı sübut təqdim etməmiş, iddiaçı isə cavabdehin ona 300 manat qaytardığını bildirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(057)-1112/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olması, habelə iddia müddəti keçdiyi üçün rədd olunması barədə yeni qətnamə qəbul edilməsi ni xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)-557/2021 nömrəli qətnaməsi ilə (hakim T.X.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və İ.H.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(057)-1112/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, istər cavabdehin polis şöbəsinə verdiyi izahatında, istərsə də apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdehin 7000 manat məbləğində pulu iddiaçıdan alması və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsi, bunun nəticəsində əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsi sübut olunmuşdur. Belə olan halda, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına, Mülki Məcəl ləsinin 375.1, 375.2-ci maddələrinə istinad etməklə göstərmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasları barədə lazımı qaydada məlumatlandırılmış, lakin iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən təqdim etməmiş, yalnız qətnamədən verdiyi apellyasiya şikayətində dəlil kimi göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)-557/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxan hakimlərindən ikisi cavabdehə qarşı baxılan başqa bir işdə iştirak etmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Həmçinin məhkəmə hazırki işdə iddia müddətini əsassız olaraq tətbiq etməmiş, cavabdehin pulun bir hissəsinin qaytarması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə sinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddihüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız bir inci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir....... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsind ə məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həm in ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şa hidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqindən imtina etməsinə dair mövqeyi həm Mülki Məcəllənin iddia müddətinin tətbiqinə dair müddəalarına, həm də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarına uyğun olmuşdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasını göstərsə də, iş materiallarından görünür ki, cavabdehin ünvanına məhkəmə bildirişləri göndərilmiş, o isə apellyasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edib, işə baxılmanı təxirə salsa da, cavabdeh növbəti iclasa da gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin hakimlərinin hazırki işə baxılmasına yol verilməyən halların mövcud olmasına dair sübutları nə apellyasiya instansiyası məhkəməsində, nə də ki, kassasiya şikayətinə təqdim etməmişdir. Hakimlərin cavabdehin iştirakı ilə o lan başqa işə baxmaları isə Azərbaycan Respublikası MPM-in 19-cu maddəsində hakimə etiraz və ya özünün-özünə etiraz edilməsi əsası kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki tərəfin kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(106)-557/2021 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar