Məhkəmə qərarları › İş №2(102)-5175/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5175/2020

01.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5175/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5175/20 (Açar sözlər: işə bərpa, əmək müqaviləsinə işçinin bülletendə olduğu vaxt xitam verilməsi) Bakı şəhəri, 01 dekab 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X7 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(103)-1311/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 01 dekabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2009-cu il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehin varisi olan 4 saylı Nəqliyyat Departamentinə 211-K nömrəli əmrlə sürücü işinə qəbul edilib.

2. İddiaçı 2013-cü ilin oktyabr ayından 2015-ci ilin aprel ayna kimi hərbi xidmətdə olub, hərbi xidmətdən sonra 665/K saylı əmrlə işə bərpa olunub. 3. xx xxxx 2019-cu il tarixi 810/K saylı əmrlə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilib, onunla əmə k müqaviləsinə xitam verilib a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh 6 saylı X1rşı iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6 saylı X2 xx xxxx 2019-cu il tarixli 810/K saylı əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunması, xx xxxx 2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehdən 450 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi vəsatət verərək, Cavabdeh 6 saylı X2 əsl cavabdeh olan SOCAR Nəqliyyat İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və iddiaçının razılığı əsasında birinci instansiya məhkəməsi olan SOCAR Nəqliyyat İdarəsini əsl cavabdeh kimi işə cəlb etmişdir.

6. İddia tələbi onunla əsas landırılıb ki, cavabdehin xx xxxx 2019-cu il tarixi 810/K saylı əmri qanunsuz olub.

7. Əmrdə göstərilib ki, guya iddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməyib.

8. Halbuki iddiaçı üzrsüz səbəbdən heç bir iş buraxmaya yol verməyib.

9. İddiaçı 2019-cu ilin aprel ayının 21-dən xx xxx 2019-cu il tarixə kimi xəstəliyi ilə bağlı bülletendə olub. Bu barədə müvafiq arayışı iddiaçı cavabdehə təqdim edib.

10. Cavabdeh qurumun rəhbərliyi bülletenin saxta olduğunu əsas gətirərək, iddiaçını işdən azad edib.

11. İddiaçı bildirir ki, təqdim etdiyim sənəddə heç bir saxtalıq olmayıb.

12. Əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinin normasına düzgün istinad edilməyib.

13. Cavabdeh müəssisənin nümayəndəsi iddiaya etiraz olaraq g östərib ki, cavabdehin təqdim etdiyi arayışda xx xxx 2019-cu ilə qədər bülletendə olması göstərilib. Lakin iddiaçı işə mayın 13-də gəlib. İddiaçının gəlmədiyi günlər cavabdeh tərəfindən düzgün olaraq qəsdən iş buraxma kimi nəzərə alınıb.

14. SN 00006 seriyalı 339900 №-li əmək qabiliyyətinin olmaması vərəqəsində qeyd edilib ki, Salyan rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş həkim rəyinə əsasən İddiaçı xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tatixədək, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək işdən azad edilib, işə başlama tarixi xx xxxx 2019-cu ildir.

15. Salyan Rayon Mərkəzi Xəstəxanasının 1296 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda göstərilib ki, İddiaçı ambulator tibbi kartaları, əmək qabiliyyətinin olmaması vərəqələri jurnalları və HMK jurnalları yox lanılıb, laborator və rentgenoloji müayinələrə əsasən əmək qabiliyyəti olmaması vərəqələrinin əsaslı şəkildə verildiyi aşkar olunub. Salyan RAACXX-nın HMK jurnalında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət qeyd olunub, lakin 339900 №-li vərəqdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət Salyan RAACXX-nin tibb bacısının diqqətsizliyi nəticəsində qeyd olunmayıb. Buna görə də Salyan RAACXX-nin tibb bacısı X5 töhmət verilib.

16. Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2174/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 6 saylı X3 Avtonəqliyyat və Xüsusi Texnika sahəsində 3-cü dərəcəli avtomobil sürücüsü peşəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2019-cu il tarixli 810/K nömrəli əmri ni ləğv edilməsi, İddiaçı Cavabdeh 6 saylı X3 Avtonəqliyyat və Xüsusi Texnika sahəsində 3-cü dərəcəli avtomobil sürücüsü peşəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. (hakim Gülnar Əhmədova)

17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı X3 Avtonəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmiş,xx.xx.2017-ci il tarixdə A-XTS-na 3-cü dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmiş və işdən azad edidliyi günədək həmin peşə üzrə işləmişdir. xx.xx.2019-cu il tarixli 810\K №-li Əmrlə iddiaçı ilə bağlanılmış əm ək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar olaraq tutduğu peşədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə səbəb onun xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi halı olmuşdur.

19. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasına əsas iddiaçının cavabdehə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsində iddiaçının xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək işdən azad olunmasına dair məlumatın olmaması və bunun cavabdeh tərəfindən əmək vəzifələrinin kobud pozuntusu kimi qiymətləndirilməsi olmuşdur.

20. Bir inci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçının xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək və xx xxx 2019-cu il tarixdən xx xxxx 2019cu il tarixədək işdən azad olunmasına dair əmək qabiliyyətinin olmaması vərəqəsi mövcuddur və həmin vərəqədə iddiaçının 04-xx xxx 2019-cu il tarixlərdə işdən azad olunması qeyd olunmamışdır. Lakin iş materiallarında olan müvafiq xəstəxananın rəhbərliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Salyan RAACXXnın HMK jurnalında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə xəstə olması qeyd olunub, lakin 339900 №-li vərəqdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək olan müddət Salyan RAACXX-nin tibb bacısının diqqətsizliyi nəticəsində qeyd olunmayıb.

21. İşin müəyyən edilmiş bu hallarına əsasən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən qeyd edilən əsasla əmək müqaviləsinə xitam veilməsi üçün ilk növbədə işçi tərəfindən bütün iş günü üzrsüz səbəbdən işə gəlməməsindən ibarət əmək vəzifələrinin kobud pozuntusu törədilməli, həmin pozuntu məhz işçinin təqsirli hərəkət və ya hərəktəsizliyi nəticəsində baş verməli, bu pozuntu ilə işçinin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının bütün iş günü işə gəlməməsinin səbəbi onun əmək qabiliyyətinin müvəqqəti itilməsi halı olmuş, amma əmək qabiliyyətinin olmaması vərəqəsində həmin müddətin qeyd olunması məhz iddiaçının deyil, tibb bacısının təqsiri nəticəsində baş vermişdir.

22. Məhkəmə belə nəticəyə gəlib ki, işəgötürən işçinin deyil, həmin vərəqəni tərtib edən tibb bacısının təqsirli hərəkətləri nəticəsində işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Bu hal isə əmək qanunvericiliyini tələblərinə zidd olmaqla, birbaşa işçinin hüquq və mənafelərinin pozulması deməkdir.

23. Məhkəmə qeyd etmişdir ki, işəgötürən işçi ilə aralarında mövcud olan yalnışlığın aradan qaldırılması üçün heç bir şərait yaratmadan, heç bir araşdırma aparmadan onunla əmək müqaviləsinə xitam vermişdir.

24. Bundan əlavə, xx xxxx 2019-cu il tarixdə həmkarlar ittifaqı komitəsinin bununla əlaqədar iclası keçirilsə də, həmin iclasda da qeyd olunan məsələlər araşdırılmamış, işçinin hüquq və mənafelərinin müdafiə olunması üçün, habelə onunla əmək müqaviləsinin bu əsasla xitam verilməsinin zəruriliyi ilə bağlı heç bir hal yoxlanmamışdır.

25. Həmçinin məhkə mə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı ona müvafiq təqdimat göndərilsə də, əmək qanunvericiliyinin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən həmin təqdimata baxılmasının nəticəsinə dair yazılı formada tərtib olunmuş və əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən işçinin hansı təqsirli hərəkətləri nəticəsində, hansı əmək vəzifələrinin kobud pozuntusuna yol verməsi, habelə həmin pozuntularla işçinin təqsirli hərəkətləri arasında səbəbli əlaqənin olması, habelə bu kobud pozuntular nəticəsində işəgötürənin mənafeyinə hansı formada ziyan vurulması, həmin hal lara dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

27. İddiaçının onunla əmək müqaviləsinə xitam verilməsinin əsası qismində çıxış edən 04-xx xxx 2019-cu il tarixlərdə işdə olmamasına məhz onun əmək qabiliyyətinin müvəqqəti itirlməsi halı səbəb olmuşdur.

28. Məhkəmənin mövqeyinə görə əmək qanunvericiliyinin tələbinə əsasən isə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə onunla işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi birbaşa qadağan edilərək, imperativ norma kimi qeyd olunmuşdur. Bundan əlavə əmək qanunvericiliyində işçinin əmək qabiliyyətinin 6 aydan az müddətdə itirilməsinin onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməməsi də imperativ norma kimi qeyd olunmuşdur.

29. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdi r ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair hissədə əsaslı olmaqla, təmin olunmalıdır.

30. Bununla belə, birinci instansiya məhkəməsi iddia tələbini vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq 450 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin etməmiş və bunun onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 450 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, qeyd olunan hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır.

31. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 3, 68, 70, 71, 72, 74, 79, 80.1, 8 0, 287, 288, 290, 297, 300, 301-ci, Mülki Məcəllənin 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

32. Cavabdeh müəssisə apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

33. Apelyasiya şikayəti onunla əsaslandırlıb ki, birinci instansiya məhkəməsi qətnaməni müvafiq xəstəxana rəhbərliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə əsaslandırmışdır. Lakin məhkəmə onu nəzərə almamışdır ki, işəgötürən bu məktubun varlığından xəbərsiz olmuşdur.

34. İşəgötürən, ümumiyyətlə, belə bir məktubun olmadığını iddia edir. Ona görə ki, məktub heç bir dövlət orqanına, o cümlədən də Nəqliyyat İdarəsinə ünvanlanmamışdır. Həmin məktubun əsli müvafiq xəstəxana tərəfindən İddiaçı məhkəmə baxışı zam anı verilmişdir.

35. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1311/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli)

36. Apelyasiya məhkəməsi müəyyən etmişdir etmişdir ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək əmək qabiliyyətli olmamışdır. Lakin əmək qabiliyyətinin olmaması barədə vərəqədə 04-xx xxx 2019-cu il tarixləri yanlışlıqla qeyd olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanası xx.xx.2019-cu il tarixli məktub göndərərək, bildirmişdir ki, vərəqədə həmin tarixlərin qeyd olunmamasına səbəb tibb bacısının səhlənkarlığı olmuşdur. Həmin məktubdan görünür ki, onun sürəti cavabdehə də ünvanlanmışdır. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam vermişdir.

37. Apelyasiya məhkəməsi qeyd edib ki, cavabdeh həmin məktubdan məlumatlı olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq olunmuş, işçinin üzrlü səbəbdən iş buraxması, onun əmək qabiliyyətli olmadığı tarixlərin tibb bacısının səhlənkarlığı nəticəsində qeyd olunmadığı öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh indiyədək əmri ləğv etməmiş, işçini işə bərpa etməmişdir.

38. Apelyasiya məhkəməsinin mövqeyinə görə işçinin üzrsüz səbəbdən iş buraxmaması təsdiq olunduğu üçün cavabdehin dəlilləri əsassızdır və əmək müqaviləsinə xitam verilməsi bar ədə əmr iddiaçının hüquqlarını pozduğu üçün ləğv edilməlidir.

39. Apelyasiya məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib qətnamənin ləğv, iddianının rədd edilməsini xahiş edib.

41. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə maddi və prosessual hüquq ormalarını pozmasına istinad edilmişdir.

42. Həmçinin qeyd edilib ki, iddiaçı əmrin etibarsız hesab edilməsini xahiş etdiyi halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxıb, əmrin ləğv edilməsini qət etmiş, apelyasiya məhkəməsi də buna diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

43. Kassasiya şikayətinə iddiaçı yazılı etiraz verərək, etirazını onunla əsaslandırıb ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasın cavabdeh konkret göstərməyib. c) Kassasiya icraatı iştirakçılarının izahatları

44. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

45. İddiaçı məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərin ə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 72. özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki h üquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

47. Kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya i nstansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

50. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

51. İddia tələbi işə bərpa barədədir. İddiaçı 04-xx xxx 2011-ci il tarixlərdə üzrsüz səbəbdən işə çıxmaması əsası ilə onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və bunu belə əsaslandırmışdır ki, həmin tarixlərdə əmək qabiliyyəti olmadığı üçün bülletendə olmuşdur.

52. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçının 04-xx xxx 2019-cu il tarixlərində həqiqətən də əmək qabiliyyətsiz olması səbəbindən bülletendə olduğunu müəyyən etmişdir.

53. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.

54. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulub, iddiaçının əmək qabiliyyətsiz olduğu müddətdə onunla əmək müqaviləsinə üzrsüz səbəbdən işə çıxmama əsası ilə xitam verilib.

55. Apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

56. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəındinə görə isə özünün xəstəliy i, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

57. Göründüyü kimi, iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı sübuta yetmədiyindən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.

58. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

59. Məhkəmə kollegiya sı iddiaçının əmrin etibarsız hesab edilməsini xahiş etdiyi halda, birinci instansiya məhkəməsinin tələbdən kənara çıxıb, əmrin ləğv edilməsini qət etməsi, apelyasiya məhkəməsinin isə buna diqqət yetirməməsi barədə kassasiya şikayətinin dəlilini də əsassız sayır.

60. Əvvəla, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iddiadan kənara çıxması barədə, ümumiyyətlə, hər hansı dəlil irəli sürməmişdir. Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlilin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

61. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçının məqsədi onun işə bərpa olunmasıdır. Məhkəmələr tərəfindən də iddiaçı işə bərpa olunub. Belə olan halda da, iddiaçının əmrin etibarsız hesab edil məsini xahiş etdiyi halda, əmrin ləğv edilməsinin qət edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

63. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2(103)-1311/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2020-ci il tarixli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar