Məhkəmə qərarları › İş №2(102)-5175/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5175/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5175/2022 07.09.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3933/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh (vəkil X1) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3933/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsindən kassasiya şi kayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən şikayətin buna səlahiyyəti olan vəkil tərəfindən imzalandığı müəyyən edilməmişdir. Belə ki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra - əsasnamə) 1.5-ci bəndinə əsasən vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Vəkil orderinin həqiqiliyini müəyyən edən isə onun üzərinə yapışdırılan unikal nömrəsi olan holoqramlı markadır. Həmin qaydalara əsasən hər bir orderdə vəkilin iştirakı üçün yalnız bir məhkəmənin adı yazılmalı və bu order həmin məhkəmədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlahiyyətli edir. Hazırkı kassasiya şikayətinə cavabdehə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərmək üçün verilmiş vəkil orderi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, geri qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 67, 408.1.3, və 408.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3933/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar