Məhkəmə qərarları › İş №2(102)-5176/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5176/2019

15.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5176/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şadıyev Ənvər Əhməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, iddiaçı x1-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(001)-6885/2018 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddianın qismən təmin edilməsi, cavabdehlər x2, x3 və x4 ünvan 1 fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam veri lməsi, x2, x3 və x4 həmin evdən çıxarılmaları, ünvan 1 fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)2947/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev, E.Şamayev və Ş.Məhərrəmova) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(001)-6885/2018 saylı qətnaməsi cavabdeh x2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2947/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3 və x4 qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, cavabdehlər x2, x3nın və x4 və digər şəxslərin ünvan 1fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə x2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, x2 məxsus, ünvan 1fərdi yaşayış evinə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 13 oktyabr 2008-ci il tarixli, 2-(81)-1942/2008 salı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair x1-nin mülkiyyət hüquqları 27 may 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. İddia əri zəsinə əlavə edilmiş Binəqədi RİHB-nin Binəqədi qəsəbə üzrə nümayəndəliyinin B-534 saylı, 28 dekabr 2007-ci il tarixli arayışından göründüyü kimi, ünvan 1fərdi yaşayış evində x2, x3 və x4 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın x1-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-2947/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Məmmədov Natiq Sədrəddin oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş seriya RX ******* saylı çıxarışa əsasən məlum olur ki, ünvan 1 fərdi yaşayış evi x1-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası BŞİH MKİS tərəfindən verilmiş 28.12.2007-ci il tarixli arayışa əsasən məlum olur ki, x2, x3 və x4 2004-cü il tarixdən ünvan 1 ünvanda daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin l hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mül kiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Qeyd olunmalıdır ki, x1 ilə x2 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, x2 məxsus, ünvan 1fərdi yaşayış evinə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 13 oktyabr 2008-ci il tarixili, 2-(81)- 1942/2008 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair x1-nin mülkiyyət hüquqları 27 may 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına RX seriyalı, ******* nömrəli çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Binəqədi RİHB-nin Binəqədi qəsəbə üzrə nümayəndəliyinin B-534 saylı 28 dekabr 2007-ci il tarixli arayışından göründüyü kimi, ünvan 1 fərdi yaşayış evində x2, x3 və x4 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın x1-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh x2 mənzildən çıxmaqdan imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyas iya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar