Məhkəmə qərarları › İş №2(102)-5177/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5177/2019

30.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5177/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” ASC-nin vəkili Şıxıyeva Aynur Vaqif qızının iştirakı ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verər ək, qərardadın ləğv edilməsini, işin kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)-5865/2016) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 57.606,34 manat, faiz borcuna görə 5.352,14 manat, cəmi 62.95 8,48 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvannında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, əsas kredit, faiz borcu və dövlət rüsumu ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması və mənzil açıq hərracdan satıldıqdan sonra cavabdehlər tərəfindən mənzilin 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), E.Nəbiyevvə R.Qurbanov, iş № 2(103)-2449/2017) C avabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 57.606,34 manat, faiz borcuna görə 5.352,14 manat, cəmi 62.958,48 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, əsas kredit, faiz borcu, dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunm uş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, mənzil açıq hərracdan satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində mənzili boşaltması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-509/2018) Cavabdeh1 və vəkili X2 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2(103)-2449/2017 saylı qətnaməsi qismən- Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi və açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində mənzilin boşaldılması hissəsində ləğv edilmiş, mülki işin həmi n hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-4669/2018) Cavabdeh1 nümayəndəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə - “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində mənzilin boşaldılması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, evin ilkin satış qiymətinin 1450 00 (yüz qırx beş min) manat müəyyən edilməsi, iddia tələbinin “əmlaklar satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri)” hissəsində qismən təmin edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 21 a saylı evin, 68 saylı mənzili açıq hərracdan satıldıqdan sonra Cavabdeh1 tərəfindən 1 ay müddətində boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova, iş № 2(103)-4669/2018) Bakı Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” ASC-nin vəkili Şıxıyeva Aynur Vaqif qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 57.606,34 manat, faiz borcuna görə 5.352,14 manat, cəmi 62.958,48 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satı lması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, əsas kredit, faiz borcu və dövlət rüsumu ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması və mənzil açıq hərracdan satıldıqdan sonra cavabdehlər tərəfindən mənzilin 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 57.606,34 manat, faiz borcuna görə 5.352,14 manat, cəmi 62.958,48 manat kredit borcunun tutulub idd iaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, əsas kredit, faiz borcu, dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, mənzil açıq hərracdan satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində mənzili boşaltması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 və vəkili X2 kassasiya şikayəti qismən təmin edilmiş, iş ü zrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2(103)2449/2017 saylı qətnaməsi qismən- Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanında yerləşən 21 “a” saylı evin 68-ci mənzilinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi və açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində mənzilin boşaldılması hissəsində ləğv edilmiş, mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 nümayəndəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi apelya siya baxışının predmeti olan hissədə - “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay müddətində mənzilin boşaldılması” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, evin ilkin satış qiymətinin 145000 (yüz qırx beş min) manat müəyyən edilməsi, iddia tələbinin “əmlaklar satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri)” hissəsində qismən təmin edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 21 a saylı evin, 68 saylı mənzili açıq hərracdan satıldıqdan sonra Cavabdeh1 tərəfindən 1 ay müddətində boşaldılması qət edilmişdir. Həmin qətnam ədən Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən kassasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli, 2(103)-4669/2018 saylı qətnaməsinin surəti Cavabdeh1 özünün də qeyd etdiyi ünvan 1 ünvanına “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmişdir. Məhkəmə qətnaməsinin 01.10.2018-ci il tarixdə Cavabdeh1 çatdırılması barədə SS532947125AZ saylı sifarişli poçt qəbzi mövcuddur. Cavabdeh1 nümayəndəsi və vəkili X4 tərəfindən kassasiya şikayəti məhkəməyə 18.03.2019-cu il tarixdə təqdim edilmiş, kassasiya şikayəti verilən zaman buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi m übahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsini almamış və heç bir sənədə imza etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, göstərilənlər iş materialları ilə təkzib olunur, kassator isə dəlillərini əsaslandıra biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayət inə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar