Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5179/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 cavabdeh X qızına qarşı “pul” tələbinə, iddiaçı X qızının cavabdehlər X qızına və X6 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə və sonrakı iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X qızının cavabdeh X qızına qarşı “torpağın mülkiyyətlərinə verilməsi” tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbi, torpaq sahəsindən çıxarılma, torpağın mülkiyyətə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qı zının katibliyi, İddiaçı X9, üçüncü iş üzrə iddiaçı X qızı və cavabdeh X qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-665/2020 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X9, üçüncü iş üzrə iddiaçı X qızı və vəkilləri X13, həmçinin cavabdeh X qızı v vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin olanı və ölçüsündən görünür ki, Bərdə rayon Qaratəpə Bələdiyyəsinin 29 fevral 2006-cı il tarixli 03B saylı qərarı icarə müqaviləsi ilə 250144.33 kv.m kənd təsərrüfatı məhsulları istehsalı üçün X qızına icarəyə veril mişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Qaratəpə bələdiyyəsinin mülkiyyətində olan ünvan 2ində yerləşən 25 ha torpaq sahəsinə X qızının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 31.07.2018-ci ildə qeydə alınmışdır. X qızı 28.10.2017-ci il tarixdə X5 onu təmsil etməyi barədə etibarnamə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 25 ha torpaq sahəsi 28.02.2006-28.02.2031 illər ərzində (25 il) Bərdə rayon Qaratəpə bələdiyyəsi tərəfindən X qızına icarəyə verilmişdir. Bərdə rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, ünvan 2 bələdiyyəsinin sədri vəzifəsini icra edən X14 və DƏDRX-nin 7 saylı Əİ-nin qeydiyyat şöbəsinin sabiq müdiri vəzifəsində işləyən X10 əməllərində CM-nin 313-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin DƏDRX-nin 7 saylı Əİ-nin baş mühəndisi vəzifəsində işləyən X7 X qızından rüşvət alması təsdiqini tapmadığından CM-nin 311-ci maddəsi ilə cinayət işinin başlanılması rədd olunmuşdur. Bərdə rayon Prokurorluğunun Bərdə rayon Məhkəməsinə ünvanladığı ərizədən görünür ki, 28.10.2017-ci il tarixli 7E-7022 nömrəli etibarnamə ilə X1X X qızının icarəsinə verilmiş 25 ha torpaq sahəsinin üzərində icarə hüququnun qeydiyyata alınması ilə əlaqədar 09.07.2018-ci il tarixdə etibarnamə əsasında Xidmətin 7 saylı Əİ müraciət etmiş, 31.07.2018-ci il tarixdə texniki səhv olaraq icarə hüququ etibarnamə əsasında çıxış edən X3 adına qeydiyyata alınmışdır. Texniki səhv aşkar olunduqdan sonra RX ******* saylı çıxarış həmin idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində X qızının adı əlavə olunmuş və ******* nömrə ilə çap olunmuşdu. Araşdırma zamanı X3 adına olan ******* saylı çıxarışla, X qızının adına olan ******* çıxarış faktiki olaraq eyni vaxta çap edilmədiyi aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəmə sində icraat İddiaçı X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X qızından 50.000 ABŞ dollar məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X qızından təxminən 10 il əvvəl 25 ha torpaq sahəsini 50.000 (əlli min) ABŞ dolları ödəməklə almışdır. Həmin torpaq sahəsini illərdir ki, istifadə edir. Lakin torpağı öz adına rəsmiləşdirməmişdir. Daha sonra torpağı öz adına rəsmiləşdirmək istəyəndə X qızı etiraz edərək bildirmişdir ki, o, torpaq sahəsini satmamış, icarəyə vermişdir. Cavabdehdən verdiyi 50.000 ABŞ dollarını tələb etsə də bu günə qədər qaytarmamışdır. İddiaçı X qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X4 və X qızının ünvan 2ində yerləşən 25 ha torpaq s ahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X qızı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2i ünvanında yerləşən 25 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun icarəsindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən ona 31.07.2018-ci il tarixdə Seriya RX № **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çixariş verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon Qaratəpə bələdiyyəsi ilə aralarında bağlanmış İ/M 06 saylı 29.02.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 29.0.2031-ci ilə qədər onun icarəsindədir. Mübahisəli torpaq sahəsinin əkib-becərməyə im kanı olmadığından X4 və X qızının müvəqqəti istifadəsinə vermişdir. Hazırda cavabdehlər onun torpaq sahəsindən çıxmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmin iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X qızı qarşılıqlı iddia tələbi ilə məhkəmə müraciət edərək, mübahisəli torpaq sahəsinin onların mülkiyyətinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Z.X qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı Ehtibar 50000 ABŞ dollarını iddiaçı Cavabdeh vermiş, Cavabdeh da öz növbəsində ona etibarnamə verərək həmin torpaq sahəsini öz adına sənədləşdirmişdir. 2008-2009-cu illərdən həmin torpaq sahəsini onlar istifadə edirlər. Bərdə rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qər ardadı ilə hər iki mülki iş bir-biri ilə əlaqəli tələblər olduğundan bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bərdə rayon Məhkəməsinin iclasında ifadə verən şahid X15 bildirmişdir ki, həmin dövrdə torpaq alğı-satqısı ilə məşğul idi. Torpaq sahəsinin satılmasına dair Etibar ilə cavabdehin oğlu X 50000 ABŞ dollarına razılaşmışlar. Etibar əvvəl Xyə 10000 ABŞ dolları verməyi, 40000 ABŞ dollarını isə sonra verməyini bildirmişdir. 10000 ABŞ dolları Xyə vermiş, qalan 40000 ABŞ dollarını isəXyə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadə verən şahid X12 bildirmişdir ki, Rəisin,X, Vidiadinin yanındaXyə 40000 ABŞ dolları verildi. Əvvəldə eşitmişdir ki, torpağa görə 10000 ABŞ dolları pul verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X24 ifadəsində bildirmişdir ki, Xnin oğlu Xəqaninin qaynıdır. Eşitmişdir ki,Xgil torpaq sahəsini 10 il müddətinə ili 2200 manata Etibara icarəyə vermişlər. İcarənin müddəti də 2019-cu ildə bitmişdir. Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) 03 iyun 2020-ci il tarixli 2(021)-523/2020 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X qızına qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması, iddiaçı X qızının cavabdehlər X qızına və X6 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X qızı və X9 iddiaçı X qızına məxsus olan Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsindən çıxarılması, cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X qızının cavabdeh X qızına qarşı “torpağın mülkiyyətlərinə verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş d övlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi Cavabdeh icarə hüquq əsasında verildiyindən icarəyəgötürən tərəfindən müstəqil alqı-satqının predmeti ola bilməz. Həmçinin məhkəmənin xüsusi qərardadı əsasında prokurorluqda aparılmış araşdırma nəticəsində aşkar olunmuşdur ki, X3 adına qeydə alınmış çıxarış texniki səhv olmuş və texniki səhv aşkar olunduqdan sonra RX ******* saylı çıxarış həmin Reyestr idarənin əməkdaşları tərəfindən ləğv edilib düzəliş edilərək xeyrinə yüklü edilən şəxs bölməsində X qızının adı əlavə olunmuşdur. Bərdə rayon Qaratəpə bələdiyyəsi iləX X arasında icarə müqaviləsinin ləğvi barədə hər hansı məlumat da olmamışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh torpaq üzərində sahiblik və istifadə hüquqlarını nəzərə alaraq onun iddiası təmin olunaraq cavabdehlər Z.X və E.Mehralıyev Bərədə rayonu Qaratəpəkənd ünvanında yerləşən 25 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə hesab etmişdir ki, ilk iddia təmin edildiyindən onunla qarşılıqlı əlaqədə olan Z.Xnın torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Məhkəmə iddiaçı Ehtibar Mehrəliyevin pul tələbinə dair iddiasına münasibətdə isə hesab etmişdir ki, məhkəmə prosesində Cavabdeh bildirmişdir ki, onun oğlu Xnin xəstə olması ilə əlaqədar olaraq Ehtibar Mehrəliyev onun oğluna 20 000 ABŞ dolları pul vermişdir. Oğlu sonradan vəfat etmişdir. O da Etibarın bu yaxşılığı əvəzində onun bacısı Z.Xya etibarnamə vermişdir ki, torpağı əkib becərib gəlir əldə etsinlər. Həmin qeyd etdiyi pulu onun özünə verməmişlər. Həmin torpaq sahəsi 2 008-2009-cu illərdən Z.Xnın və E.Mehralıyevin istifadəsindədir. Bu halı onlar iddia ərizəsində də qeyd etmiş və borcun müqabilində dəfələrlə artıq gəlir əldə götürməklə oğluna vermiş olduğu pulu kompensasiya şəklində əldə etmişlər. Həmçinin bildirmişdir ki, oğluna verilmiş pula görə o məsuliyyət daşımalı deyildir. Məhkəmə müəyyən etmişdir ki, hazırkı pul tələbinə münasibətdə Cavabdeh iddiaya cavab verməli olan şəxs deyildir. Yəni onun oğlunun vərəsəsi olmasını (mirasın qəbulu ilə əlaqədar olaraq) sübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda vərəsəliyin dairəsinin müəyyən etmək iddiaçının üzərinə düşən haldır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh oğlu Xnin vərəsələri müəyyən olunmalı, ondan sonra həmin vərəsələrə qarşı miras əmlak payına münasibətdə iddia qaldırılmalıdır. Yəni, yen i əsaslarla məhkəməyə müraciət olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh 20 000 ABŞ dollarının onun oğluna verildiyini və oğlunun da vəfat etdiyini bildirsə də, bu halda yuxarıda qeyd olunan hallar və əsaslar müəyyən edilməli, əgər Cavabdeh həmin iddiaya cavab verməli şəxs ola bilərsə - oğlu Xnin miras əmlakından ona düşən paya münasibətdə- ona da qarşı pul tələbi ilə iddia irəli sürülə bilər. Məhkəmə öz mövqeyini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 18-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.1ci, 6.9, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı X9, üçü ncü iş üzrə iddiaçı X qızı birgə apelyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(021)-523/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və pul tələbinə dair iddianın təmin edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ədalətsiz və əsassızdır. Belə ki, cavabdeh onlardan 50000 ABŞ dolları almış və 25 ha adına olan torpaq sahəsini onlara satmışdır. Hətta cavabdeh onlara torpağı sənədləşdirmək üçün etibarnamə də vermişdir. Həmin torpaqdan onlar 11 ildir ki, istifadə edirlər. Bərdə rayon prokurorluğunun qanuni qüvvəsini almış qərarında EtibarınXyə 50000 ABŞ dolları verməsi qeyd edilmişdir. Həmçinin Şərqiyə isə 20000-22000 ABŞ dolları almasını etiraf etmişdir və bunlar xüsusi qərardadda əks olunmuşdur. Buna baxmayaraq birinci i nstansiya məhkəməsi tərəfindən heç bir şahid dindirilmədən, sübutlar araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə yalnız cavabdehin məhkəmədə verdiyi izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Əlizamin Abdullayev və Rəşad Mamedov) 06 aprel 2021-ci il tarixli 2(104)665/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(021)-523/2020 saylı qətnaməsi qismən, iddiaçı X4 cavabdeh X qızına qarşı “pul” tələbinə dair iddiasının təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X qızından 20000 (iyirmi min) manat məbləğində pul alınaraq iddiaçı X6 verilmiş, ilkin iddia üzrə tələb qalan hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh X qızı 29.02.2006-cı il tarixli icarə müqaviləsinə əsasən Bərdə rayon Qaratəpə Bələdiyyəsinə məxsus 25 ha torpaq sahəsini 29.02.2031-ci il tarixədək icarəyə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı çıxarışa əsasən Bərdə rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sah əsi 28.02.2006-28.02.2031 illər ərzində (25 il) Bərdə rayon Qaratəpə Bələdiyyəsi tərəfindən X qızına icarəyə verilmişdir. Apellyasiya məhkəməsi instansiyası qarşılıqlı iddia üzrə iddiaçı X qızına aid hissədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmiş, qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla cavabdeh X qızının icarəsindədir, belə vəziyyətdə həmin torpaq sahəsinin digər şəxsin mülkiyyətinə verilməsi qanuni hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddiaçı X4 cavabdeh X qızına qarşı “pul” tələbinə iddiasına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında torpağın alqı-satqısına dair razılaşma olmuşdur. İddiaçı X2 rayonu, Qaratəpə kəndində yerləşən 25 ha torpaq sahəsinin alqı-satqısına görə cavabdehə 50000 ABŞ dolları pul verdiyini bildirmişdir. Ape llyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında isə cavabdeh X qızı izahatında İddiaçı oğlu Xyə sonuncun xəstəliyi ilə əlaqədar 20000 manat pul verdiyini, həmin pulun müqabilində isə torpaq sahəsinin iddiaçıya müvəqqəti icarəyə verildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 20000 manat məbləğində pul alındığını qismən etiraf etmişdir. Əgər qeyd edilən pul vəsaiti alqı-satqısına dair razılaşmanın predmeti deyildisə, cavabdehin qeyd etdiyi kimi oğluna onun xəstəliyi ilə əlaqədar verilmişdisə, belə vəziyyətdə həmin pulun müqabilində torpaq sahəsinin icarəyə verilməsinə dair cavabdehin mülahizələri əsaslı görünmür. Uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı pretenziyanın bildirməməs i, tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olmadığı və buna görə iddiaçıdan pul vəsaiti almadığına dair cavabdehin göstərdiklərini təkzib edir. Həmçinin, apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X15 və X12 tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olduğunu təsdiq etmişlər. Apelyasiya məhkəməsi hesab etmişdir ki tərəflər arasında torpağın alğı-satqısına dair razılaşmanın olması işin faktiki halları ilə müəyyən edilir. qanunvericilik daşınmaz əmlakın alğı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi, birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülk i qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir. Həmçinin, qanunvericilik alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün ilk növbədə müqavilənin predmetini təşkil edəcək əmlakın satıcının mülkiyyətində olmasınının zəruriliyini şərtləndirmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki razılaşma mülki qanunvericiliyin tələblərinə uyun olmadığından mahiyyətinə görə etibarsız əqddir. Mübahisəli torpağın alğı-satqısına dair şifahi formada olan razılaşma qanunvericiliyin tələbinə uyğun olmadığından və bu baxımdan etibarsız əqd olduğundan tərəflər həmin əqd üzrə aldıqla rını birbirlərinə qaytarmalı,. torpaq sahəsinin qaytarılmasına dair Cavabdeh iddiası təmin edildiyindən, İddiaçı pul tələbinə dair iddiası qismən, yəni etiraf edilən həddə-20000 manat pul vəsaitinin qaytarılmasına dair hissədə təmin edilməlidir. Apellyasiya məhkəməsi cavabdehX Xnin iddia tələbinin dəlillərində də mübahisəli torpaq sahəsinin müvəqqəti X9 və X qızının icarəsinə verildiyinə dair göstərdiyi xüsusatları əsaslı hesab etməmişdir. Belə ki, 20000 manat məbləğində pulun birdəfəlik icarə haqqı kimi əvvəlcədən verilməsi və ya icarə haqqına hesablanması istənilən torpaq sahəsini icarəyə götürmüş şəxsin mənafeyinə uyğun olmadığından inandırıcı hesab etməmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən torpağı üçüncü şəxslərin istifadəsinə vermək, o cümlədən ikinci əl dən icarəyə verilməsi icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdeh X qızının mülkiyyətində olmamış, bələdiyyə mülkiyyətində olan və onun icarəsinə verilmiş torpaq sahəsidir. İcarəyə verənin isə icazəsi olmadan icarəçinin yəni, Cavabdeh həmin torpaq sahəsini üçüncü şəxslərin istifadəsinə, o cümlədən ikinci əldən icarəyə verməyə hüququ yoxdur. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyənin razılığı olmadan üçüncü şəxsin icarəsinə verilməsinə dair əqdin bağlanılması mümkün deyildir, bağlanıbsa belə hüquqi nəticələr yaratmır, mahiyyət etibarı ilə əhəmiyyətsiz əqddir. Odur ki, cavabdehin tərəflər arasında icarə hüquq münasibətlərinin olmasına dair göstərdikləri əsaslı deyildir. Apellyasiy a Məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.1,405.1, 337.1, 337,3, 337.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,80, 88, 217.4-ci maddələri ilə əsaslandırmışdırlar. İddiaçı X9 və sonrakı iddia üzrə iddiaçı X qızı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-665/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X qızı kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli 2(104)-665/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdi r. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı X9 və sonrakı iddia üzrə qarşılıqlı iddiaçı X qızı tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü bu tələb iş üzrə toplanmış sübutlarla tamamilə öz əksini tapsa da, yuxarıda da qeyd edildiyi kimi məhkəmə həmin sübutlara qismən düzgün qiymət vermişdi. Belə ki, Bərdə rayon prokurorluğunun qanuni qüvvəsini almış qərarında EtibarınXyə 50000 ABŞ dolları verməsi qeyd edilmişdir. Həmçinin Şərqiyə isə 20000-22000 ABŞ dolları almasını etiraf etmişdir və bunlar xüsusi qərardadda əks olunmuşdur. Həmçinin, etibarnamənin surətindən görünür ki, X qızı 28.10.2017-ci il tarixdə X5 onu təmsil etməyi barədə etibarnamə ver mişdir. Bundan başqa birinci instansiya məhkəməsinin iclasında ifadə verən şahid X15 bildirmişdir ki, həmin dövrdə torpaq alğı-satqısı ilə məşğul idi. Torpaq sahəsinin satılmasına dair Etibar ilə cavabdehin oğlu X 50000 ABŞ dollarına razılaşmışlar. Etibar əvvəl Xyə 10000 ABŞ dolları verməyi, 40000 ABŞ dollarını isə sonra verməyini bildirmişdir. Belə də oldu 10000 ABŞ dolları Xyə verdi, qalan 40000 ABŞ dollarını isəXyə verdi. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında ifadə verən şahid X12 bildirmişdir ki, Rəisin,X, Vidiadinin yanındaXyə 40000 ABŞ dolları verildi. Əvvəldə eşitmişdir ki, torpağa görə 10000 ABŞ dolları pul verilmişdir. İddianın pul tələbinə dair hissəsini, yəni cavabdehdən 20000 manat tutulması təmin edən apellyasiya məhkəməsi ona əsaslanmışdır ki, məhkəmə kollegiy asının iclasında cavabdeh X qızı izahat verərkən bildirmişdir ki, İddiaçı oğlu Xyə sonuncun xəstəliyi ilə əlaqədar 20000 manat pul vermiş, həmin pulun müqabilində isə o torpaq sahəsini iddiaçıya müvəqqəti icarəyə vermişdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında belə bir izahat vermişdir. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən İddiaçı onun oğluna 20000 ABŞ dolları verməsini göstərmişdi. Eyni zamanda, tərəflər arasında torpağın alğı-satqısına dair razılaşmanın olması işin faktiki halları ilə tam müəyyən edilmişdi. Belə ki, uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının istifadəsində olması və cavabdehin buna hər hansı pretenziya bildirməməsi və həmin torpaq sahəsi ilə bağlı etibarnamə verilməsi bunun sü butudur. Birinci instansiyası məhkəməsinin iclasında dindirilmiş X15 və X12 da verdikləri ifadələrdə tərəflər arasında torpağın alqı-satqısına dair razılaşma olduğunu təsdiq etmişlər. Göründüyü kimi, tərəflər arasında bu münasibətlər mübahisəli torpaq sahəsinin alqı-satqısı ilə bağlı əmələ gəlmişdi. Məhkəmə kollegiyası da eyni qənaətə gələrək hesab etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlansa da, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmadığı üçün etibarsız əqddir. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadı qda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hər iki iddianı təmin edərkən həmçinin qətnamənin icra olunması barədə qərar çıxarmalı idi. Belə ki, Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 6.10-cu maddəsinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını hamısını eyni vaxtda qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması 3-cü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Bundan əlavə, iddi açı və sonrakı iddia üzrə iddiaçı qeyd etmişdir ki, apelyasiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh X qızı kassasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla,X Xya 25 il müddətinə torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Əlbəttə ki, icarəyə verilən torpaq sahəsi üçün icarə haqqı alınır. Alınmış 20.000 manat 10 illik icarə haqqı olmuşdur. 10 illik müddət bitdikdən sonra hazırki iddia qaldırılmışdır, nəzərə alsaq ki, ötən 10 il ərzində Ehtibar Mehrəliyev həmin torpaq sahəsindən külli miqdarda qazanc əldə etmişdir, onda icarə haqqının ondan alınması qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında ol an və hazırki kassasiya şikayətinə əlavə etdiyi Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 03.11.2020-ci il tarixli arayışından görünür ki, illər üzrə 2009-cu ildən 2020-ci ilədək 25 ha torpaq sahəsindən külli miqdarda qazanc əldə etmək olar. Ehtibar Mehrəliyev özü də etiraf edir ki, sözügedən 25 ha torpaq sahəsindən 10 ildən çoxdur ki, istifadə etməklə qazanc əldə etmişdir. Onda belə çıxır ki, İddiaçı qazandığı pul məbləği də alınıb onun xeyrinə verilməlidir. Yekun qətnamədə məhkəmə qeyd etmişdir ki, 20.000 manat oğlunun xəstəliyi üçün verilmişdir. İndiki zamanda kim-kimə xəstəliyin sağalması üçün 20.000 manat verər. Əlbəttə ki, 20.000 manat pul 25 ha torpaq sahəsinin 10 il müddətinə icarəyə verilməsi üçün onun tərəfindən alınmışdır. 10 illik müddət bitdikdə isə nə qədər edir həm torpağından çıxmır, həm də 10 il bundan əvvəl verdiyi pulu işə baxan hakimlər yenidən ona alıb vermək istəyir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 03.11.2020-ci il tarixli arayışından görünür ki, 10 il ərzində torpaqdan 475.625 manat qazanc götürülmüşdür. Yəni, Ehtibar Mehrəliyev mən verdiyim 20.000 manatın qarşılığında 475.625 manat qazanmışdır. Sözügedən torpaq sahəsinin 2009-cu ildə 1 ha hissəsinin icarə haqqının neçə manat təşkil etməsini araşdırmadan, həmin torpaq sahəsindən ildə neçə manat gəlir əldə edilməsini müəyyən etmədən, 20.000 manatın xəstəyə verilməsi və ya icarə haqqı kimi verilməsinin fərqinə varmayan məhkəmə İddiaçı iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmiş və qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Yuxarıda şərh olunan iş üçün əhəmiyyət kəs b edən zəruri hallara əhəmiyyət verməyən apellyasiya instansiyası məhkəməsi yanlış nəticəyə gələrək, ilk iddia tələbini qismən təmin edərək ondan 20.000 manat pulun İddiaçı xeyrinə tutulması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X9 və sonrakı iddia üzrə iddiaçı X qızı, həmçinin cavabdeh X qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı n əticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilkin iddianın təmin edilməmiş hissəsinə, cavabdehin k assasiya şikayəti isə ilkin iddianın təmin edilmiş hissəsinə aid olduğundna qətnamə ilkin iddia hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddianın təmin olunaraq, 20.000 manat pulun Cavabdeh tutulması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunan hissə ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə ba ğlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İlkin iddia tələbinin ilkin iddianın rədd edilən hissəsinə, yəni cavabdehdən torpaq üçün ödənilən 50.000 ABŞ dolları pulun tam tutulması hissəsinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, hər hansı qüsur səbəbindən qanunun birbaşa göstərişinə əsasən etibarsız olan əqdlər əhəmiyyətsiz əqdlərdir və belə əqdlər məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Etibarsız əqdlər onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur (maddə 337.2-337.4). Bununla yanaşı Məcəllənin 337.5-ci maddəsi nəzərdə tutur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq tərəflər arasında bələdiyyə mülkiyyətində və cavabdehin icarəsində olan 25 ha torpaq sahəsinə dair alqı-satqısına dair şifahi qaydada razılaşmanı etibarlı alqı-satqı müqaviləsi kimi qəbul etməmiş və bu etibarsızlığın nəticəsi olaraq iddiaçıların faktiki sahibliyində olan torpaq sahəsi nin cavabdehə qaytarmalı olduğu barədə qənaətə gəlmiş, həmçinin cavabdehin əhəmiyyətsiz əqd üzrə alınmış məbləği qaytarmaq öhdəliyi ilə bağlı məsələni həll etsə də, lakin bu zaman əqd üzrə ödənilmiş pulun məbləği ilə bağlı sübutlara düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi uzun müddət ərzində mübahisəli torpaq sahəsindən iddiaçının faktiki sahibliyində və istifadəsində olması və cavabdehin buna hər hansı irad bildirməməsi, həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş X15 və X12 tərəflər arasında torpağın alğı-satqısına dair razılaşma olduğunu təsdiq etməsi barədə ifadələrinə əsaslanaraq tərəflər arasında torpağın icarəsi barədə deyil, alğı-satqısına dair razılaşma olması qənaətinə gəlsə də, həmin şahidlərin ifadələrini torpaq sahəsinə görə ca vabdehə ödənilmiş pulun məbləği hissəsində hansı əsasla qəbul etmədiyini qətnamədə əsaslandırmamış, yalnız cavabdehin 20000 manat məbləğində pul alındığını qismən etiraf etməsinə istinad edərək ilk iddianı həmin hissədə təmin etmişdir. Halbuki həmin şahidlər ifadələrində torpaq sahəsinə görə pulun onların iştirakı ilə verildiyini göstərmişdirlər. Belə olan halda, apellyasiya məhkəməsinin şahid ifadələrini əqdin bağlanması məsələsinə münasibətdə mötəbər sübut, ödənilən pulun məbləğinə münasibətdə isə ümumiyyətlə sübut kimi qiymətləndirilməməsindən ibarət yanaşması Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Digər tərəfdən məhkəmə Mülki Prossesual Məcəllənin 77.3, 97.1-ci maddəsinə nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə, yaran mış mübahisənin həlli zamanı torpaq sahəsinə dair razılaşma əldə olunan zaman torpaq sahələrinin dəyərini müəyyən etmək, torpağa görə ödənildiyi göstərilən məbləğin ağlabatan olub-olmamasını müəyyən etmək üçün hər hansı addım atmamışdır. Göründüyü kimi, işə baxmış apelyasiya instansiyası məhkəməsi ilk iddianın qeyd olunan hissəsində yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutların qiymətləndirilməsi zamanı ilkin iddianın rədd edilən hissəsi üzrə mövqeyini əsaslandırmamışdır. Halbuki, MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanu n və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məhkəmə qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rəd d edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilməli, qətnamə ilkin iddianın rədd edilmiş hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən Mülki Məcəllənin 337.5-ci, MPM-in 14 və 88-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməli, ilkin iddianın təmin edilən hissəsi isə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh kassasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: İddiaçılar X9 və X qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Cavabdeh X qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-665/2020 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi qismən, X9 və X qızının pul tələbinə dair iddialarının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yeni baxışa göndərilsin. Qətnamə ilkin iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.